İSLAM HAQQİNDA
(=Veliko=)
13 İyul 2014 / 08:42
"İslam" adı, s-l-m ( ) kökündən
törənmişdir. Bu kökün ümumi olaraq
qəbul edilən iki anlamı vardır:
1. sülh ( salam da bu kökdəndir);
2. boyun əymək, itaət etmək ( Allaha
təslim olmaq).
Beləliklə ümumi nəzər budur ki,
İslam yeganə Allaha ( ərəb. )
təslim olmaq, boyun əymək
deməkdir.
İslamın əsas ehkamı tövhid,
nübuvvət və məaddır. [1]
Tövhid – Allahı ibadətə layiq olan
yeganə haqq məbud bilməkdir. Bu
özündə həmçinin Allahın adil
(ədalətli) olmasını ehtiva edir, yəni
O, hər bir şeyi hikmət üzündən
yaradır.
Nübuvvət sonuncusu Məhəmməd
peyğəmbər olmaqla 124 000
peyğəmbərin Allah tərəfindən
insanları haqqa dəvət etmək üçün
seçdiyinə, eləcə də mələklərə və
onların peyğəmbərlərə gətirdiyi
vəhyə, kitablara və bu kitablardan
sonuncusunun Qurani-Kərim
olduğuna iman gətirməkdir. İslamın
şiə məzhəbində hər bir peyğəmbər
kimi, Məhəmməd peyğəmbər üçün
də Allah tərəfindən təyin olunan
canişinlərin — 12 imamın haqq
olduğuna iman gətirilməlidir.
Məad – hər bir insanın dünyasını
dəyişməsinə və Qiyamət günü
dirildilərək Allah qarşısında hesab
verməsinə iman gətirmək.
İslam dinini qəbul edənlər
müsəlman adlanırlar.
Müsəlmanlar, Allahın buyurduqlarını
və İslamın müqəddəs kitabı
Qurandan və İslamın peyğəmbəri
Məhəmmədin etdiklərini sünnə
öyrənib, özlərinə örnək götürürlər.
Müsəlmanlar hər gün 5 vaxt namaz
qılmalı, Ramazan ayının orucunu
tutmalı və müstəti olanlar (yəni
maddi və fiziki imkanı olanlar)
ömürlərində heç olmasa bir dəfə
Həcc ziyarətinə getməlidirlər.
Bundan başqa müsəlman islami
vergiləri — xums və zəkat , eləcə də
fitrə zəkatı verməlidir. Ümumiyyətlə,
İslam qanunları tələb edir ki, hər bir
müsəlman böyük günahları tərk
eləsin.
İslam dünyanın ən geniş yayılmış
ikinci böyük dini [2] və sürətlə
yayılan dinlərdən biridir. [3]
Dünyada təqribən 1 milyard 200
milyona yaxın müsəlman yaşayır. [4]
Əksər müsəlmanlar İslamın iki
cərəyanından birinə mənsubdur;
bunların 80-90% sünni, 10-20%
şiədir. [5] [6] Müsəlmanların
təxminən 13%i ən böyük müsəlman
ölkəsi olan İndoneziyada yaşayır
[7] , 25% Cənubi Asiyada [8] , 20%
Yaxın Şərqdə [9] , 2% Orta Asiyada ,
4% Cənub-şərqi Asiya ölkələrində
və 15% Afrikada . İslam – üç dünya
dinindən biridir. İslam icmaları 120-
dən çox ölkədə var. Onlar 1,2-1,5
milyard insanı birləşdirir. 35 ölkənin
əhalisinin çoxu müsəlmandır. İslam
28 ölkənin rəsmi dinidir.
Tarixi
İslam VII əsrin əvvəllərində Qərbi
Ərəbistanda (Hicaz əyaləti, Məkkə
şəhəri) Allah tərəfindən bir din
olaraq insanların hidayəti üçün
göndərilib. İslamın peyğəmbəri və
təbliğatçısı bütün müsəlmanlar
tərəfindən Allahın sonuncu elçisi
kimi qəbul olunan qureyşilər
qəbiləsi, haşimilər tayfasının
nümayəndəsi Məhəmməd
peyğəmbərdir . Məhəmməd
peyğəmbər dünya tarixinin ən
nüfuzlu şəxsiyyətlərindəndir.
İslamın başlanğıc nəzəriyyəsi
Qurani-Kərimdə izah olunur və
Qurani-Kərim Allahın kəlamı,
Məhəmməd peyğəmbərə nazil
olunan ilahi vəhydir.
[cavab]
NARDARANLI
13 İyul 2014 / 09:04
Eladi yazan ellerin derd gormesin
[cavab]
(=AyaN=)
13 İyul 2014 / 10:43
Allah razi olsun superdi...ay MawwAllah bu qeder muselman oldugunu ve haralara qeder yayildigini bilmirdim
))
[cavab]
gozu-yolda
13 İyul 2014 / 12:25
Allah razi olsun
ayan kimi wokdayam ellerin derd gormesin allah 7-defe raziolsun!7-di muqeddes reqemdir
red. gozu-yolda (13.07 /12:26)
[cavab]
By_Fresh
13 İyul 2014 / 12:44
Cox saqol qaqaw minnetdaram.
[cavab]
_LEBBEYK_
13 İyul 2014 / 13:24
Əhsənullah xaliqun
[cavab]
zekow
13 İyul 2014 / 13:57
Allah razi olsun. Bir vaxt gelecey butun dunya Muselman olacaq
[cavab]
reshid11
13 İyul 2014 / 14:08
twk varole
[cavab]
Mr_PsiXxX
13 İyul 2014 / 17:38
saqol yazdigina gore wikipedia sagolsun
[cavab]
bahar*
13 İyul 2014 / 23:47
saqol yazmisan
[cavab]
Bölmeye qayıt
0.1334 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az