Kisinin sualina qarsiliq İmamin cavabi

pol NARDARANLI 12 İyul 2014 / 23:18
Bir nəfər Əli (ə)-dan soruşdu: - "Təkbirətul-ehr
am" deyən zaman əlləri yuxarı qaldırmağın
mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, Allah
böyükdür, yeganədir, heç bir oxşarı yoxdur,
zahiri idrak və hiss orqanları ilə dərk olunmaz.
Soruşdu: - Rüku halında boynu (yuxarı)
dartmağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, Allaha
iman gətirdim, hətta boynumu vursalar belə.
Soruşdu: - Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki,
"Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan";
başı səcdədən qaldırmağın mənası budur ki,
"Pərvərdigara! Sən bizi torpaqdan
çıxartmısan"; ikinci səcdənin mənası budur ki,
"Pərvərdigara! Sən bizi torpağa
qaytaracaqsan"; başı ikinci səcdədən
qaldırmağın mənası budur ki, "Pər-vərdigara!
Sən bir daha bizi (Qiyamət günündə) yerdən
çıxardacaqsan."
O kişi soruşdu: - Təşəhhüdü deyən zaman sağ
ayağı sol ayağın üstünə qoymağın mənası
nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki,
"Pərvərdigara! Batili öldür, haqqı bərqərar et
və möhkəm saxla."
Soruşdu: - Camaat namazında imamın
"əssəlamu ələykum" deməsinin mənası nədir?
İmam (ə) buyurdu: - İmam Allah tərəfindən olan
bir mütərcimdir ki, camaat əhlinə (namaz
qılanlara) deyir: "Siz Qiyamət günündə Allahın
əzabından amandasınız."

[cavab]

pol *ViP_DANGER* 12 İyul 2014 / 23:42
Cox saol amin

[cavab]

pol DarKDayS 13 İyul 2014 / 00:00
Twkler

[cavab]

pol No_LoGiN 13 İyul 2014 / 00:23
Tsk

[cavab]

pol zekow 13 İyul 2014 / 00:24
Allah razi olsun. gozle movzuya gorede chox sagol

[cavab]

pol Mr_PsiXxX 13 İyul 2014 / 00:31
ALLAH razi olsun

[cavab]

pol *_MaRLBoRo_* 13 İyul 2014 / 00:34
Allah razi olsun qardawim

[cavab]

pol NARDARANLI 13 İyul 2014 / 00:56
Allah haminizdan razi olsun ))

[cavab]

pol (=AyaN=) 13 İyul 2014 / 01:03
Allah razi olsun..

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2261 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az