Hikmetli nesihetler
NARDARANLI
11 İyul 2014 / 00:36
Hikmətli Nəsihətlər
Belə nəql edirlər ki, bir şəxs imam Hüseyn
(a.s.) xidmətinə gəlib həzrətə belə ərz etdi:
Ey peyğəmbərin övladı! Mən bir günahkar
şəxsəm və edə bilmirəm günahlarımın qarşısını
alım. Mənə nəsihət et!
Həzrət o şəxsə belə buyurb:
Diqqətlə qulaq as, bu beş cür işi yerinə
yetirəndən sonra hansı günahı istəyirsən əncam
ver.
1. ALLAHın nemətlərindən istifadə etmə. Sonra
hansı günahı istəyirsən əncam ver.
2. ALLAHın vilayət və hökumətindən xaric ol.
Sonra hansı günahı istəyirsən əncam ver.
3. Elə yer tap ki, ALLAH səni görməsin. Sonra
hansı günahı isəyirsın əncam ver.
4. Ölüm mələyi sənin sorağına gəlib sənin
ruhunu bədənindən çıxaranda onu özündən
uzaqlaşdır. Sonra hansı günahı istəyirsən
əncam ver.
5. Cəhənnəmin sahibi səni cəhənnəmə
aparanda cəhənnəmə daxil olma. Sonra hansı
günahı istəyirsən əncam ver.
Belə yazırlar ki, bir gün Məlik şah öz adamları
ilə ova çıxmışdı. Onun nökərləri çöllükdə bir
heyvanla rastlaşırlar. Elə o dəm tutub onu
kəsib-bişirib, yeyirlər. Bu heyvan da bir qoca
qadının imiş ki, üç yetim balasını onun südü ilə
saxlayırmış.
Qarı xəbəri eşidib gəlir Məlik şahın keçdiyi
körpünün üstündə əyləşir. Elə ki, görür şah
gəlir, oturduğu yerdən durub şaha belə deyir:
- Ey Alp Ərslanın oğlu, mənim şikayətimə bu
körpü üstündə baxırsan ya qiyamət
körpüsündə. Hansına razısan?
Məlik şah cavab verir ki, bu körpü üstündə.
Yoxsa sənin istəyinə qiyamət günü cavab
verməyə taqətim olmaz. Denən nə istəyirsən?
- Bir heyvanım var idi, sənin tərbiyyət etdiyin
nökərlərin onu kəsib yeyiblər. Şah əmr verir ki,
onları tapıb cəzalandırsınlar. Bu qadına da yüz
heyvan versinlər. Məlik şah qarının rizayətin
biləndən sonra çıxıb gedir.
Məlik şah öləndən sonra o, qarı gəlib üzünü
onun qəbrinə qoyub ALLAHa dua edir.
- Ey İlahi! Alp Ərslanın oğlu öz alçaqlığı ilə
mənim barəmdə ədalətli iş görüb. Səxavət
göstərdi. Ey ALLAH! Sən kömək edənlərin
kömək edəni, Rəhm edənlərin rəhm edənisən,
əgər bunun bir günahı var, öz kərəminə görə
onu bağışla.
Bir gün Məlik şahı yuxuda görüb halın
soruşurlar. Cavab verir: qoca qarının ki, körpü
üstündə harayına yetişdim. Duası olmasaydı
mənə nicat yolu olmazdı.
Dinlə bir nəsihət söyləyirəm mən
Kim tikan əkibsə, dərməz yasəmən
[cavab]
SweeT_DreaM
11 İyul 2014 / 00:45
Düzdür oxumadim ama biliremki eladi. Yazan ellerin var olsun...
[cavab]
NARDARANLI
11 İyul 2014 / 00:48
SweeT_DreaM, Oxusaydin lap ela olardi yenede Allah razi olsun deyer verib baxdigina gore ))
[cavab]
_FCB_
11 İyul 2014 / 00:50
Superdi oxumaga deyer
[cavab]
Ya_Je_Ne_KoBuD
11 İyul 2014 / 00:52
NARDARANLI, brat senin dini movzularin zordu.Allah razi olsun
[cavab]
Cavab_Yaz
11 İyul 2014 / 04:06
Coox qewey
[cavab]
NARDARANLI
11 İyul 2014 / 05:10
Ya_Je_Ne_KoBuD, Allah senden de razi olsun ))
[cavab]
NARDARANLI
11 İyul 2014 / 05:10
Allah haminizdan razi olsun
[cavab]
**K_I_L_L_E_R**
11 İyul 2014 / 11:04
ALLAH Razi Olsun!!!
[cavab]
reshid11
11 İyul 2014 / 20:29
cox daqol Allah razi olsun
[cavab]
Bölmeye qayıt
0.1072 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az