+Pozitiv ol+

pol Nurlanichka 7 Noy 2012 / 14:20
Pozitiv ol!
Gülümsə bir az.Bu dünyanı başqa
cür dəyişə bilərik bəyəm biz?
Bəsdi negativ hisslər və ona səbəb
ola biləcək fikirlər və hərəkətlər,
bəsdi aqressiya, bəsdi nifrət. bəsdi!
biz axı bir günəşin övladıyıq -
bütün bunlar kimə və nəyə
lazımdı?
İmkan vermə ki, kimsə səndən
istifadə eləsin - gülümsə!
kimsə sənə barmaq göstərib, "bu
nə şit adamdı!" fikirləşəcək..
nolsuuun?Həmin insanlardan sənə
nə?! sevgivi onlara hiss elətdir.
Evdə, işdə, kücədə, bacada,
institutda və yaxud məktəbdə,
avtobusda, dayanacaqda, orda və
burda var olan problemlər səni
sıxmasın! gülümsə. axı hər şey
yaxşıdır. ətrafa bax! gör səni nə
qədər çox sevən insanlar var. əsas
həmin insanların sayı da deyil.
Sistem səni sıxır? əşşşi, sistemi
söküb, düzəltmək sənə qalıbmı?
gülümsə! insanlar onsuz həmişə
nəyinsə zibilini çıxardır. balaca bir
sirr açım sənə: yuxarıdakılar
gülümsəməyi unudublar. onlar
çoxdan öz sehrini itiriblər.
qalstuklu ciddiliydən kim nə xeyir
görüb, hə?!
sehrini itirən insanların səni idarə
etməyə imkan vermə - gülümsə!
dünya böhranı, iqtisadi böhran,
aclıq problemi, müharibələr,
münaqişələr, ölən insanlar,
cəhənnəm uydurmaları, kapitalist
sistem, pul, qul, pul, pul, pul! - heç
bir şey səni sıxmasın!
dünyanın sonunu belə üzümdəki
təbəssüm ilə qarşılayacam. axı
yanımda O olacaq, ətrafımda isə
mənim kimi dəlilər olacaq, qarşıda
isə.. hər şey əla olacaq.
gülümsə! elə gülümsə ki, bütün
dünya sənin gülüşüvün şahidi
olsun!
bütün dünya sənə dəli kimi baxsın,
barmaq göstərib, söysün, lağ
eləsin, anlamayıb, qınasın,
dəyişməyə çalışsın və.. gülsün. =)
qorxma! sən tək deyilsən. sənin
kimi dəlilər bu balaca dünyanın hər
küncündə var. onlar səni sənin
özüvü anladığın qədər başa
düşəcəklər. axı onlarda sənin kimi
dünyanı dəyişmək istəyir.
gülümsə. gülümsəyin uşaqlar!
ürəylərimizi pozitiv enerji ilə
dolduraq!

[cavab]

pol Dj_KeNaN 7 Noy 2012 / 14:36
oxumaga axot yoxdu

[cavab]

pol Bluffmaster 7 Noy 2012 / 17:01
Deyesen bu sozlerin hamisi mene aiddi...

[cavab]

pol EMIN98 8 Noy 2012 / 01:11
Mene ele gelir hostun sozleridi. Maraqli idi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.132 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az