Doguldugun aya gore xasiyyetin

pol Selen 3 İyul 2014 / 03:16
Yanvar, sentyabr
Ünsiyyəti, diqqət mərkəzində olmağı sevirlər. Onu
sevəni də sevirlər. Daxili aləmlərinin gözəllikləri
xarici gözəllikləri ilə vəhdət təşkil edir.
Dostlarına çox böyük önəm verirlər. Cəsarətli və
qorxusuzdurlar. Yaralarını tez zamanda bərpa
edə bilirlər. Bu ayalarda dünyaya gələnlər
xəyalpərəst olurlar və emosiyalarına nəzarət
etməyi xoşlamırlar.
Fevral
Bu ayda doğulanlar abstrakt düşüncəyə
malikdir. Reallıqla yaşayırlar. İntellektual və
ağıllı, cazibədardırlar. Fevral ayında dünyaya
gələnlər utancaq, sakit olurlar. Belə insanlar
düzgünlükləri ilə fərqlənirlər. Asan əsəbləşə
bilsələr də, bunu gizlədə bilirlər.
Ətrafındakı insanları güldürmək qabiliyyətinə
malikdirlər.
Mart
Cazibədar, seksual, mehriban və sehrlidirlər. Çox
danışmağı diqqət mərkəzində olmağı sevirlər.
Başqaları üçün riskə gedə bilirlər. Adətən uğurlu
seçimlər edirlər. Dəbi izləyirlər. Təndiqlərə
dözmədikləri kimi tez-tez qəlb də sındıra bilirlər.
Diqqətli mart insanları hər zaman başqalarını
düşünürlər.
Aprel,oktyabr
Yumor hissi yüksəkdir. Tərs, mehriban və çox
danışan olurlar. Özlərindən əminlikləri yüksək
olduğu üçün başqaları ilə asan dil tapırlar.
Yaddaşları güclü olur, ağıllıdırlar və
informasiya toplamağı sevirlər. İdman, musiqi,
istirahət və səyahəti çox sevirlər.
May
Fəal və dinamik olurlar. Tez qərar verirlər və
adətən buna görə peşman olurlar. Bu ayda
doğulanlarda mentalitet hissi yüksəkdir.
Diplomatik olsalar da, diqqəti sevirlər. Adətən
mayda doğulanların dostları çox olur. Emosional
olduğu qədər də tərsdirlər.
İyun
Yenilikləri sevirlər. İnsanları çətin anlayır və
özlərini çətinliklə izah edirlər. Düzgün və taktiki
insanlardır. Tənhalığı sevirlər. Hamının sevimlisi
olmağa çalışırlar.
İyul
Bu ayda doğulan insanın yanında olmaq
xoşbəxtlikdir. Yeni dostluqları, filmləri, əyləncini
sevirlər. Özlərinin də bir gün məşhur aktyor ola
bilmələri istisna deyil.
Avqust
Riski, diqqəti sevir. Ürəyiyumşaq və özlərindən
əmin olurlar. Mahnı oxumaq və danışmaq
onların əsas işidir. Xəyalpərəst avqust insanının
diqqəti asanlıqla dağılır. İnsanlara inanmağa
meyllidirlər.
Noyabr
Tərs və ciddidirlər. Əks cinsə qarşı utancaq
olurlar. Xəyal etməyi sevirlər. Uzaqgörənlik
qabiliyyətləri də var. Ədəbiyyat və incəsənəti çox
sevirlər.
Dekabr
İlin son ayında doğulanlar gözəllikləri ilə
fərqlənirlər. Adətən tələskən, fəal, səbrsizdirlər.
Asanlıqla fikirlərini izah etsələr də, ətrafdakıları
çətin başa düşürlər. İdeyalarla zəngin həssas
insanlardır.

[cavab]

pol KinG_oF_WorLD 3 İyul 2014 / 03:28
Aprel duzdu)

[cavab]

pol SweeT_DreaM 3 İyul 2014 / 03:33
Dekabr düzdü

[cavab]

pol PoRsHe_911 3 İyul 2014 / 03:35
Fevral duzdu

[cavab]

pol GeRoY 3 İyul 2014 / 03:39
aprel

[cavab]

pol =A_D_M_I_R_A_L= 3 İyul 2014 / 03:49
Tənhalığı sevirlər.iyun

[cavab]

pol SoYuQ_GeCeLeR 3 İyul 2014 / 03:50
Mart
Cazibədar, seksual, mehriban və sehrlidirlər. Çox
danışmağı diqqət mərkəzində olmağı sevirlər.
Başqaları üçün riskə gedə bilirlər. Adətən uğurlu
seçimlər edirlər. Dəbi izləyirlər. Təndiqlərə
dözmədikləri kimi tez-tez qəlb də sındıra bilirlər.
Diqqətli mart insanları hər zaman başqalarını
düşünürlər.

[cavab]

pol Leqo_Fantastic 3 İyul 2014 / 03:50
Sentyabr duzdu

[cavab]

pol _DaNGeR_ 3 İyul 2014 / 04:01
Yanvar düzdü bu müzakire

[cavab]

pol zekow 3 İyul 2014 / 04:07
Aprel duzdu

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1334 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az