ZƏHLƏMİZİ TÖKƏN SUALLAR
Q_A_R_A_Q_A_N
2 İyul 2014 / 08:20
Hər gün bir-birimizə çoxlu suallar veririk. Bunlardan bəziləri cavab almaq, nəsə öyrənmək üçündür. Bəziləri isə sadəcə artıq ənənəyə çevrilmiş və əslində cavabı olmayan suallardır. Bunlar arasında bizi əsəbiləşdirənlər, bezdirənlər də olur. O suallardan yadımıza düşənləri bir yerə yığdıq.
“Necəsən? Başqa nə var, nə yox? Ayrı vəziyyətin?”
Birinci suala cavab vermək olur, digər iki sual müəmmalıdır. Adam soruşmaq istəyir, səni konkret nə maraqlandırır? Başqa nə var nə yox? Bu nə deməkdir axı?
“Haralısan? Hardansan?”
Yerlibaz adamların çox verdiyi sual. Çox vaxt yerli çıxma ehtimalını nəzərə alıb verirlər bu sualı.
“Niyə ərə getmirsən?” və ya “Niyə evlənmirsən?”
Subayların yaralı yeri! Gəlin sizə yaxşı bir cavab məsləhət görək. Deyin ki, evlənənlər məsləhət görmürlər.
“Mənə görə bir qulluq?”
Dəliqanlı oğlanların söhbətə qoyduğu nöqtə və ya sağollaşmağın bir yolu. Əvvəllər daha çox işlənirdi bu ifadə. Son vaxtlar deyəsən unudulub. Bu sualın klişe cavabı: Qulluq sahibi olasan.
“Üzünü niyə qırxmırsan?”
Daha çox gənclərə verilən sualdır. Ardınca da başqa suallar gəlir: “Dindarsan?”, “Kimsə rəhmətə gedib?” və s.
Bir insanı başqasının üzünü qırxmamağı niyə bu qədər narahat edir görəsən?
“Saçını niyə kəsdirmirsən?”
Uzun saç bizdə nədənsə qızlara aid bir əlamət kimi qəbul edildiyindən oğlanların saç saxlamağına pis baxılır.
“Böyüyəndə nə olacaqsan?”
Uşaq vaxtı yəqin sizə də bu sual verilib. Böyüyəndə nə olacağını uşaq hardan bilsin?
“Gəlmisən?”
Maraqlı suallardan biri də evə gələn adama verilən “gəldin?”, yaxud “gəlmisən?” suallarıdır.
“Niyə səsin çıxmır? Nəsə olub?”
Kefiniz yaxşı olsa da, səsiniz çıxmırsa deyəcəklər ki, əhvalın yoxdur. O qədər inadla soruşurlar ki, axırda kefin həqiqətən pozulur.
“Nə qədər maaş alırsan? Bir şey-mir şey var?”
“Bir şey-mir şey”, yaxud “Çax-çux” çox maraqlı anlayışdır. Yəni maaşın az olsa da fikir eləmə, əsas “çax-çux”un yaxşı olsun. O varsa, deməli ac qalmırsan.
“Bizi nə vaxt sevindirəssiniz?”
Bu da evli cütlüklərin bəlasıdır. Toydan on gün keçməmiş başlayır və uşaq olana qədər davam edir. 3 aya qədər bir xəbər çıxmasa, üz tutulur həkimlərə, nəzir deyilir pirlərə, məscidlərə, seyid ocaqlarına.
“Heç yoxdu?”
Dükanda gedən dialoqdur. Filan şey var? – Yox – Heç yoxdu? Yoxdursa, yoxdur da. “Heç yoxdur” nə deməkdir?
[cavab]
LoRD_OF_BaNDiT
2 İyul 2014 / 08:28
Bu movzuya toxunduqun ucun twk
Duzdu bizim milletde qisa kankret deyilen sey yoxdu..
[cavab]
By_Fresh
2 İyul 2014 / 08:28
Hamisi deqiqdi amma axirinci verilen <Hec yoxdu> suali heqiqeten meni boqaza yiqib))),maraqli movzudu twk!
[cavab]
Q_A_R_A_Q_A_N
2 İyul 2014 / 08:29
By_Fresh, çoxsağol oxudugunuza görə
[cavab]
By_Fresh
2 İyul 2014 / 08:30
Q_A_R_A_Q_A_N, Deymez xowdu.
[cavab]
Q_A_R_A_Q_A_N
2 İyul 2014 / 08:31
LoRD_OF_BaNDiT, tşk
[cavab]
zekow
2 İyul 2014 / 08:38
he duzdu, en zehlem geden sual balacaliqimdan beri Boyuyende ne olacaqsan? ve evde en chox kimi istiyirsen? Atani yoxsa mamani bacini yoxsa qardawini? suallaridi
[cavab]
____SERAP____
2 İyul 2014 / 08:47
Q_A_R_A_Q_A_N, ay maşallah buqeder söz ensklapediya hardandır ? Haqqlısan.bezileri bekar olanlardırda neynesinler tema yoxdurda. İnsan semimi olduğu insana buqeder söz deye biler. Bele mence tanımadığı 1,2 defes salam sağoldan sonra söz ateşine tutmağ tebiki doğru döyül. Razıyam yazdığlarınla
tşk.
[cavab]
Q_A_R_A_Q_A_N
2 İyul 2014 / 08:49
____SERAP____, çoxsagol oxuduğunuza görə)
[cavab]
Q_A_R_A_Q_A_N
2 İyul 2014 / 08:49
zekow, tşk
[cavab]
Bölmeye qayıt
0.1193 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az