AY YUZLUM
SoYuQ_GeCeLeR
28 İyun 2014 / 07:20
Düşür xatirimə o baxışların,
Qap-qara gözlərin, qara qaşların.
Səsini duyanda qaranquşların,
Yaman darıxıram yaman ay üzlüm.˚
Gör nə tez ötüşür zaman ay üzlüm.
***
Həsrətin çoxaldır bu dərd qubarı.
Deyirlər şəklini tapıb bax barı,
Rəsmini neynirəm özündən sarı
Yaman darıxıram yaman ay üzlüm.
Ayrılıq verməyir aman ay üzlüm.
***
Darıxmam dünyanın pulundan ötrü,
nə də dövlətindən malından ötrü.
Bircə yanağında xalından ötrü
Yaman darıxıram yaman ay üzlüm.
Yoxdu qovuşmağa güman ay üzlüm.
***
İndi peşmanıyam ötən illərin,
Əlimə dəymədi axı əllərin.
Yadıma düşəndə qara tellərin
Yaman darıxıram yaman ay üzlüm.
Yaman darıxıram yaman ay üzlüm.
[cavab]
*ALoNe_DaRk*
28 İyun 2014 / 07:30
[cavab]
CuPPuLu_DeLiWKa
28 İyun 2014 / 13:05
[cavab]
Rahi
28 İyun 2014 / 13:26
Yaxsi seirdi.Ozun yazibsan?
[cavab]
_FCB_
28 İyun 2014 / 15:56
Supedi
[cavab]
Bölmeye qayıt
0.1819 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az