BILMELISEN by Soyuq Geceler

pol SoYuQ_GeCeLeR 27 İyun 2014 / 11:18
Bilirsən, uşaq, əslində çox şeyi bilmirsən.
İndi durub sənə doğrularımı danışsam gülməkdən
başqa reaksiya verməyəcəyinə əminəm. Amma,
əmin ol ki, mən bu doğruları yalanlardan ayırana,
onları sarsılmadan qoruyana qədər yuxusuz
gecələr keçirmişəm.. Bilirsən, bilmirsən,
bilməlisən.. Çox şeyi bilməlisən.. Gözlərini yumsan
yalnızca sənin üçün qaranlıq olduğunu bilməlisən.
Əksər dostlarının əslində sənin yox, oyuncaqlarının
dostları olduğunu bilməlisən. Parta yoldaşın olan o
qızın heç vaxt səni sevməyəcəyini bilməlisən.
Bilməlisən ki, sənin qalın geyinməyin heç kəsin
vecinə deyil və soyuq havada nazik geyinəndə
qızlar sənə aşiq olmayacaqlar və hamısının gözü
yuxarı siniflərdədi. Bilməlisən, uşaq, bilməlisən,
atan üstünə qışqırdısa bunun səbəbi onun "kaş
vaxtında atam üstümə qışqırsaydı, məni məcbur
oxutsaydı" düşüncəsində olmasıdı. Bilmirsən,
valideynlərin sən yanlarında olmayanda səndən
fəxrlə danışırlar. Bilmirsən, sənə hamının içində lağ
edən o oğlan sadəcə paxıllıq çəkir, bilməlisən,
ruhdan düşməməlisən. Uşaq, bilmirsən, sevmək
qorxuludu. Bax o hər tənəffüs arxasınca düşdüyün
qız bir gün gedib başqasını sevəcək, sən vecinə
olmayacaqsan, amma bilmirsən. Bilməlisən!
Bilməlisən ki, ali məktəb nə əsgərlikdən qurtuluş,
nə də sürüdən biri olmaq məqsədli bir hədəf
olmamalıdı, xəyalların varsa, reallaşdırmalısan.
Bilmirsən, uşaq, bilmirsən! Ətrafında olan onlarla
dost saydığın insandan yalnızca bir ikisi çətin
günündə yanında olacaq. Bilməlisən, hamısını
bilməlisən! Bilməlisən ki, sənin fikirlərin dövlətə
maraqlı deyil, bilməlisən ki, bir siqaretə görə adam
satırlar, bilməlisən ki, pul insanı insanlıqdan
çıxarır. Bilməlisən, uşaq, bilməlisən! Atan həmişə
ən güclü olmayacaq, dostluqlarının çoxu ailə
qurana qədərdi və sevdiyin qadın heç vaxt anan
qədər dadlı yemək bişirməyəcək. Bilməlisən, uşaq,
bilməlisən!

[cavab]

pol LIVERPOOL*FC 27 İyun 2014 / 14:38
sadece super. burda yazilanlardan coxu bawma gelib.

[cavab]

pol Ms_Famous 27 İyun 2014 / 17:10
Yazılanların hamsı heqiqetdir,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1742 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az