Maraqli Faktlar [2]
MaGNiFiCeNT
26 İyun 2014 / 13:21
“Oxford” və “Southampton” universitetlərində
aparılan araşdırmalara görə, çirkin olmağın da
öz üstünlükləri var. Məsələn, böyük qulaqlar
qocalanda daha yaxşı eşidəcək, böyük burun
daha az infeksiya tutacaq, bir sözlə hər şeyin
öz faydası var...
Böyük qulaqların xeyri
Böyük qulaqlar qocalıqda yaranan eşitmə
zəifliyinin qarşısını alır. Həkim Ralf Houmun
dediyinə görə, qulağımızın ətrafı səsləri
mərkəzləşdirməkdə vacib rol oynayır.
İnsanların daha yaxşı eşitmək üçün əlini
qulağının arxasına qoyduğunu görməmiş
olmazsınız. Yəni qulaq nə qədər böyük olsa,
qulaq kanalınıza səslər daha yaxşı ötürülər.
Qalın barmaqların xeyri
Qalın və balaca barmaqlar gözəl
görünməsələr də, bu cür barmaqlara sahib
olanların bəxti gətirib. Alimlərin məlumatına
görə, qısa barmaqlar insanların sürətli qaçma
bacarıqlarını artırır. Uzun barmaqlarla iş
görəndə isə daha çox enerji sərf olunur. Elə
bu səbəbdəndir ki, uzun barmaqlılar iş vaxtı
daha çox yaralanırlanırlar.
Qısa ayaqların xeyri
Çikaqo Universitetinin araşdırmaları göstərib
ki, qısa ayaqlar daha qalın sümüklüdür və bu
da öz növbəsində sağlamlıq üçün vacib
şərtdir. İnsanlardakı osteoporoz və ya
qocaldıqca ortaya çıxan sümük qırılmaları
sümük sayı ilə bağlıdır. Bəzi qırılma
növlərində daha böyük sümüklərə sahib olmaq
üstünlük hesab olunur.
[
Böyük burnun xeyri
Böyük burunlar bədənin infeksiya qapmasına
səbəb olan toz hissəciklərinin və
bakteriyaların qarşısını alır. Tədqiqatçılar
böyük burunların 7% daha az çirk
keçirdiklərini bildirirlər.
red. MaGNiFiCeNT (26.06 /13:25)
[cavab]
Mr_PsiXxX
26 İyun 2014 / 18:13
maraqliydi
[cavab]
Bölmeye qayıt
0.1432 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az