Bele Sevdim

pol Selen 25 İyun 2014 / 15:46
Belə Sevdim mən səni. Böyük bir ürəklə sevdim.
Gözlərim deyil, ürəyim idi səni görən.
Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun
ürəyimə. Bir başqa yerdə
ola bilməzdin onsuz da. Sən, mənim ən qiymətli
yerimdə, ürəyimdə olmalı idin,
orada qalmalı idin. Çox eşqə ev sahibliyi edən bu ürək,
ilk dəfə bu qədər
asan qəbul etdi səni. Hər hansı bir qonaq deyil idin
artıq. Buna görə nə
qarşılama təlaşı vardı, nə də yola salma. O ürəyin
gerçək sahibi idin.
İndi payız, qışa giririk ... Mən dörd mövsüm baharı
yaşadım
səninlə. Çiçək çiçək açdın ürəyimdə. Göy qurşağı zəif
qaldı, sənin
rənglərin qarşısında. Təzə bir yarpaq kimi yaşıl idin.
Təravətli idin
çəhrayılığınla. Üzərinə qar dənələri düşmüş sarı gül
idin. Qırmızı idin bir
atəş kimi. Və mavi idin... Ən çox bu rənglə xatırlamağı
sevdim səni. Dənizə
tutqundum, dənizi sənsiz, səni də dənizsiz düşünə
bilmədim.Səni sevərkən dünyanı da sevdim mən,
insanları da... Özümə belə dar
gəlirkən, içində hər kəsə yer olan bir həyatın sahibiydim
artıq. Ən qızğın,
ən dözümsüz olduğum anlarda belə, səni düşünmək
çatdı mənə. İçimdəki
sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən
sənin sevgin idi və
mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə
gözəl bir şey
olduğunu anladım səninlə...
Hər şeyə baxmayaraq sevdim səni. Güclüydüm və aşa
bilməyəcəyim heç bir çətinlik
yox idi. Böyük bir şəhərə, böyük bir ölkəyə baş tuta
bilərdim. Sən əlimdən
tutduğunda, partlamağa hazır bir vulkan kimi hiss
edərdim özümü. Mənzil
sən idin və mən o mənzilə çatmaq üçün önümə çıxan
hər şeyi yox edə bilərdim.
Sənə çatmamı maneə törədəcək hər şeyi əridərdim, kül
edərdim. Sənə
çatdığımdasa sakit bir gölə çevrilərdim. Və o gölə bir
tək sən
girə bilərdin.Sevdim və pərəstişkardım da... Hər halın
çəkdi məni. Duruşunu, yatmanı,
gülməni, hirslənməyini, mat qalmağını, saflığını,
hiyləgərliyini, uşaqlığını,
yetkinliyini sevdim. Səsini də sevdim susqunluğunu da.
Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni
və o
doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa
bilmədim çox vaxt.
Sığmadın cümlələrə və heç bir cümlə səni
kifayət qədər təsvir edəcək qədər dərin olmadı.Səni
sevərkən yorulmadım. Çünki sən həyat qaynağı idin.
Hər gün yeniləndim.
Səninlə çoxaldım, böyüdüm. Əskik qalan neyim varsa
tamamladın.
Ölməyəcəkdim çünki sən ölməzliyin də özü
idin.Sevdim. Sevdim. Sevdim. Sonrası yox...

[cavab]

pol oguzxaqan 25 İyun 2014 / 15:47
Zorrrrr

[cavab]

pol [ViP_DaNgEr] 25 İyun 2014 / 16:16
evir di amma mentiq olsa yaxsi olar

[cavab]

pol gozu-yolda 25 İyun 2014 / 16:23
Ela ellerine saliq

[cavab]

pol zekow 25 İyun 2014 / 16:57
superrrr canim))

[cavab]

pol *ViP_DANGER* 25 İyun 2014 / 17:19
Eladi

[cavab]

pol Selen 25 İyun 2014 / 17:42
saolun

[cavab]

pol *ViP_DANGER* 25 İyun 2014 / 18:45
Selen, deymez

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1561 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az