♥ SEVGİN ÜÇÜN DARIXDIM ♥
Selen
25 İyun 2014 / 00:09
Yenə yazıram.. Sanki bu yazdıqlarımı bütün
dünya və Sən oxuyacaqsan kimi.. Bir tək
mən qələmim, dəftərim bilir. Amma mən elə
hiss etmirəm, sanki sən oxuyursan, sanki
sənə çatır yazdıqlarım..
Sənin üçün elə darıxdım ki..
Sənsiz necə darıxıram bir bilsən.. Hər nə
oldusa oldu, xatırlamıram belə..
Mən ümidimi heç kəsmədim ki.. Ümidsiz
yaşaya bilməz onsuz da insan.. Bəlkə də bu
həyata səbəbim.. Bu ümid... Həyata səbəbim
bəlkə..
Hər nə şəkildə olursa olsun, xəbər almaq
səndən, necə gözəldir.. Varlığını bilmək,
darıxmaq, nəfəsini hiss etmək nə gözəl..
Səsin həmişə qulaqlarımda, nəfəsin həmişə
nəfəsimdə idi..Səni həmişə içimdə, həmişə
içimdə yaşadın.. Həmişə ulduzlara baxdım,
soruşdum.. Görə bilmədiyim zamanlarda
səmaya yazdım səni, yatarkən yuxuma və
musiqi dinləyərkən ruhuma yazdım məcazi də
deyil..
Sən Mənim üçün nə qədər fərqlisən bilə
bilməzsən..
Mən hemise Hiss etdim səni..Hisslər yalan
danışmaz.. Gözlər kimi.. Sənin gözlərində
yalan danışmadı.. Bilirəm! Gəlməsən də,
bilirəm.. Hiss edirəm.. Mənə söylədiklərin
yalan olsa belə gözlərin yalan deyildi..
İndi mən yeni bir günü gözləyirəm..
Hər səhərim açılır, amma mən səndən bir
şey eşitmək, hiss etmək üçün gözləyirəm..
Bir bilsən, sənə necə möhtacam.. Sənin
kimi kimsə ola bilməz.. Sənin kimi kimsə
mənə baxa bilməz..
Və ən əhəmiyyətlisi məni kimsə hiss edə
bilməz..
Səndən başqasına bunları hiss edə
bilmərəm.. Bunları mənə hansı ürək
yaşadacaq? Hansı yalançı ürəklər? Hansı
aşiq ürəklər? Heç biri yaşada bilməz..
Sənin xaricində hər şey yalandı! Bir tək
sənsən.. Sənin ürəyin..
Ürəyin üçün darıxdım.. Sənin üçün
darıxdım..
Necə darıxdım bir bilsən..
Gözləməkdən bezmədim, səhv anlama!
Gözləyərəm, bir ömür gözləyərəm..
Sənin üçün, ürəyin üçün, baxışların üçün,
sevgin üçün darıxdım...
[cavab]
ismet
25 İyun 2014 / 00:12
Allah sebr versin
[cavab]
Ms_Famous
25 İyun 2014 / 00:24
Allah sevgi acısı cekenlere sebr versin...
[cavab]
afra_mia
25 İyun 2014 / 00:36
Bunu oxuyarken "O"nu xatirladim inan mene bu yazdiqlarin meni eks etdirir ve mende "O"nun ucun cox cox darixmiwam
[cavab]
[ViP_DaNgEr]
25 İyun 2014 / 00:37
Sen yemeğimin tuzu, yüreğimin buzu, anasının en
güzeI kızı Sen kaIbimde en tatIı sızı, sen bütün
varIığımın sevimIi hırsızı Sen sevdikçe seviIesi,
övdükçe övüIesi, öptükçe öpüIesi, aşık oIdukça
oIunacak aşkımsın.
[cavab]
zekow
25 İyun 2014 / 00:58
caan olerem ele Allah sebr versin senede menede))) Amin
[cavab]
[ViP_DaNgEr]
25 İyun 2014 / 01:06
esq olsun bizim melhem camahatina ki bele esq dolusu sozlee yazir selen ve zekos size sebr ve xosbextlik arzulayiram adimi bilmesezde adim ..... yoxdu
[cavab]
Selen
25 İyun 2014 / 01:27
twk haminiza
[cavab]
Boxing
25 İyun 2014 / 01:34
yaxwidi..
[cavab]
Mr_PsiXxX
25 İyun 2014 / 06:09
HANSI SEVGIDEN SOHBET GEDIR? QIZDARI FIRLADAN OGRASDARIN SEVGISINNEN? YOXSA 5 OGLANLA EYNI GUNDE GORUSEN QIZLARIN SEVGISINNEN? SEVGINI KORLUYUBLAR ARTIQ LEKELIDIR O .uzaq durun mence...
[cavab]
Bölmeye qayıt
0.1427 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az