"Amin" kelimesi ne demekdir?

pol -=G_e_R_o_i_N=- 24 İyun 2014 / 20:10
"Amin" nə deməkdir?

Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən
söz "amin”dir. İnsanların bu qədər sıx istifadə
etdikləri bir sözün mənasını da təbii olaraq
bilmələri lazımdır.Bəzi insanlar bu sözü olur-olmaz
hər yerdə istifadə edirlər.
Bəziləri «Amin»in bir duanın bağlanışında söyləndiyini, bəziləri də «dualarım qəbul olsun»
mənasını verdiyini düşünər. Halbuki, kəlimənin
mənası çox daha geniş, mənşəyi də çox
köhnədir.İslam hədislərinə görə, Hz. Məhəmməd
(s.ə.s) Fatihə Surəsini oxuyarkən sonuna gəldiyində
Cəbrayıl görünmüş və ona «amin de» deyə xəbərdarlıq etmişdir. Bu hadisədən sonra Hz.
Peyğəmbər Müsəlmanlara İmam «Amin» dediyində
camaatın da səsli olaraq amin deməsinin lazım
olduğunu buyurmuşdur. Camaatın «amin»
səsləriylə mələklərin səsləri bir-birləriylə
uyğunlaşdığı təqdirdə keçmiş günahlarınız bağışlanar.
"Amin” Qurana aid söz deyil, hətta Quranın heç bir
yerində bu kəlmə işlənməmişdir.Arxivə nəzər
saldıqda bu beynəlxalq sözün mənşəyinin İvritcə
olduğu görünür. İvritcə «amen» — «təsdiqləmə»,
«qəbul» və ya «gerçəyə şahidlik etmə» ifadəsi olaraq «həqiqətən», «təbii» mənasında istifadə
edilir. Söz Xristian ölkələrinə dəyişmədən keçərkən
Ərəbcəyə də «amin» olaraq yerləşmişdir. Əgər bir
adam "amin” deyirsə: - Tanrının həqiqətini,
mükəmməlliyini bütün ürəyimlə qəbul edirəm.
Tanrı tərəfindən yerinə yetirilməsini istədiyim dua və tələblərin doğruluğunu təsdiq edirəm —
deməkdir.
Hazırda «Amin» dilimizin alışdığı bir söz olmuşdur
və bu sözün yalnız müsəlman dünyasına aid
olduğunu düşünürük. Amma əslində bu kəliməni
ilk dəfə yəhudilər işlətmişlər. Bəli, bizim üçün «Amin» müqəddəs kəlimədir, çünki bu kəliməni
istifadə etməyi bizə Hz. Məhəmməd buyurub. Bütün
arzularınız çin olsun. Amin!

[cavab]

pol zekow 24 İyun 2014 / 20:20
Allah razi olsun. Amin

[cavab]

pol DarKDayS 24 İyun 2014 / 20:52
Amin.

[cavab]

pol _(BABNIK)_ 24 İyun 2014 / 22:11
Aaaaamin

[cavab]

pol CAVKA 24 İyun 2014 / 22:49
Amin...

[cavab]

pol Leqo_Fantastic 25 İyun 2014 / 00:00
Allah razi olsun Amin..!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.183 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az