_(HEKAYE)_aMa KovReLmiYiN

pol Sade_Nick 5 Noy 2012 / 02:52
9-cu sinifdə oxuyurdum. İngilis dili
dərsində yanımda bir qız otururdu. Ona
SƏN MƏNim ən yaxşı dostumsan
deyirdim. Amma MƏN onun ipək kimi
saçlarına baxıb onun MƏNim olmağını
istəyirdim. Amma o MƏNə MƏNim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.
Dərsdən sonra keçən dərsdə olmadığı
üçün MƏNdən qeydləri istədi. Ona
qeydləri verəndə təşəkkür etdi və
yanağımdan öpdü. Onu sadəcə dost
kimi istəmədiyimi bilməsini istəyirdim. Onu çox sevirdim amma deyə bilmirdim.
Səbəbini bilmirdim amma çox
utanırdım.
10 cu sinifdə oxuyanda telefonum çaldı.
Zəng eləyən o idi. O ağlayırdı,sevginin
necə ürəyini sındırdığını deyirdi. MƏNi evinə çağırdı. Tək qalmaq istəmədiyini
deyirdi. MƏN təbii ki,getdim. Divanda
onun yanında oturdum. Gözəl
gözlərinə baxıb onun MƏNim olmağını
istəyirdim. 2 saatdan sonra Drew
Barrymore`nin bir filmi başladı. Filmə baxdıqdan sonra yatmağa qərar verdi.
Hər şey üçün MƏNə təşəkkür etdi və
yanağımdan öpdü.
Məzuniyyət balından bir gün əvvəl
yanıma gəldi və sevgilisinin xəstə
olduğunu dedi. MƏNim də birlikdə getməyə sevgilim yox idi. 7-ci sinifdə
bir-birimizə söz vermişdik ki, əgər bala
getməyə sevgilimiz olmasa birlikdə
gedəcəyik. Və ən yaxşı 2 dost olaraq
bala bir yerdə getdik. O gün çox gözəldi.
Hər şey yolunda idi. Gecədən sonra onu evlərinə qədər ötürdüm. Qapının
qabağında ona baxdım, MƏNə daha
gözəl göründü. O da gözəl gözləriylə
MƏNə gülümsəyərək baxdı. Onun
MƏNim olmağını istəyirdim. O MƏNə
MƏNnim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. MƏNə həyatımın ən
gözəl gününü keçirdim deyib
yanağımdan öpdü.
Günlər keçdi və məzuniyyət günü
gəlib çatdı. Bütün günü ona baxırdım.
Diplomunu almaq üçün səhnəyə çıxanda sanki havada süzən bir mələk
idi. Evə getməmişdən qabaq yanıma
gəldi və ağlayaraq MƏNi qucaqladı.
Sonra başını çiynimə qoyub, SƏN MƏNim
ən yaxşı dostumsan deyib yanağımdan
öpdü. Aradan illər keçdi. İndi o qızın nigahını
izləyirəm. Bəli o artıq evlənirdi. Onun
başqa bir adamla evli olaraq yeni həyata
girməyini öz gözlərimlə izləyirdim.
Yeni həyata girmədən öncə yanıma
gəldi, toyuma gəldin deyib təşəkkür etdi və MƏNi yanağımdan öpdü.
İllər çox tez gəlib keçdi. İndi MƏNim bir
zamanlar ən yaxşı dostum olan qızın
tabutuna baxıram. Əşyaları yığışdırılanda
məktəb illərində yazdığı gündəliyi
tapıldı. Gündəlikdə oxuduğum sətirlər belə idi: `ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN
MƏNİM OLMASINI ARZULADIM.AMMA O
MƏNƏ MƏNİM ONA BAXDIĞIM GÖZLƏ
BAXMIRDI,BUNU BİLİRDİM.ONU SADƏCƏ
DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ
İSTƏYİRDİM.ONU ÇOX SEVİRDİM AMMA DEYƏ
BİLMİRDİM.SƏBƏBİNİ BİLMİRDİM AMMA
ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ
OLSUN SEVDİYİNİ DEYƏRDİ...`

[cavab]

pol Monster 5 Noy 2012 / 03:52
men omrumde bu cure gozel hekaye oxumamisdim sagol brat ellerin var osun qiymet 5+.

[cavab]

pol Sade_Nick 5 Noy 2012 / 04:25
twk brat

[cavab]

pol MaqnuM 5 Noy 2012 / 07:53
halaldi qaqas. aferin! heqiqeten super hekayedi. heqiqeten kovreldim gecenin bu vaxti

[cavab]

pol ilawka51 5 Noy 2012 / 18:40
super hekayedi

[cavab]

pol Wirxan 6 Noy 2012 / 01:33
Sade_Nick,super ehsen

[cavab]

pol EMIN98 6 Noy 2012 / 23:15
Super hekayyedi. Cox sagol ellerin var olsun. Amma heyf. Bele weyler cox olur.

[cavab]

pol Sade_Nick 7 Noy 2012 / 19:01
EMIN98,teessufki he

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1503 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az