Barnaba İncili

pol NARDARANLI 21 İyun 2014 / 13:24
Həzrəti İsanın çarmıxa çəkilmədiyini və Tanrının
oğlu olmadığını göstərən İncil Vatikanda böyük
narahatlıq yaradıb. AzadXeber.net axar.az-a
istinadən xəbər verir ki, Türkiyənin Ankara
bölgəsində 1500 illik tarixi olan İncil tapılıb. Tapılan
İncil Vatikan üçün böyük narahatlıq yaradıb. Bu
narahatlıq tapılan İncilin Barnaba İncilində
yazılanları ehtiva etməsindən qaynaqlanır. Hazırda
kitab “Ankara Etnoqrafiya Muzeyi”ndə gizli şəkildə
saxlanır. Dəri kitab səhifələrinə Hz.İsanın dili olan
Arami ləhcəsi ilə yazılan yazılar zamanla bağlı
olaraq qaralmış vəziyyətdədir. Məlumata görə,
mütəxəssislər kitabı araşdıraraq onun orijinal
olduğunu iddia ediblər. İran dini qurumlarının
gəldiyi qənaətə görə, kitabda Hz.İsanın çarmıxa
çəkilmədiyi və Tanrının oğlu olmadığı deyilir.
Kitabda bundan əlavə Hz.İsanın çarmıxa çəkilmə
ərəfsində göyə yüksəldiyi və onun yerinə İuda
İskariotun çarmıxa çəkildiyi yazılıb. Vatikan bu
kitabın ortaya çıxmasından keçirdiyi narahatlığı dilə
gətirərək kitabın türk və katolik kilsəsi ekspertləri
tərəfindən birgə araşdırılmasını istəyib. Vatikan
birmənalı olaraq bu İncili ələ keçirmək
mövzusunda israrlıdır və Papa mütləq şəkildə
həmin kitabı istəyir. Əgər Türkiyə bu İncili qoruyub
və nüsxələrini çap etdirib bütün dünyaya
yetişdirməsə, bu İncil də digər nümunələr kimi
məhv ola bilər. Çünki bu İncildə Barnaba İsanın
Allahın oğlu olmadığını elan etməklə bərabər onun
özündən sonra gələcək peyğəmbəri - Əhmədi
(Hz.Məhəmməd) müjdələdiyini yazır. Qeyd edək ki,
“Barnaba İncili” İsanın həyatından bəhs edən və
həvari Barnabanın adından yazılmış ədəbi mətndir.
Bəzi müsəlman apologetlər bildirir ki, böyük
ehtimalla "Barnaba İncili" İsanın missiyası
haqqında həqiqi məlumatların saxlandığı yeganə
mənbədir və kanonik incillər də daxil olmaqla,
digər mənbələr hamısı həvari Pavelin davamçıları
tərəfindən saxtalaşdırılıb

[cavab]

pol Mr_PsiXxX 21 İyun 2014 / 22:09
ALLAH RAZI OLSUN

[cavab]

pol Leqo_Fantastic 22 İyun 2014 / 03:22
Hmm Maraqlidi movzuya gore saol

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1167 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az