==BIR HEKAYE==

pol ErRoR-TeRRoR 19 İyun 2014 / 21:24
Bir gün şah vəzir-vəkili ilə şəhərə
çıxır. Şəhəri dolanarkən camaatın
içində gözəl bir qadın görür. Bir
könüldən min könülə qadına aşiq
olan şah onun kimliyini soruşur. Şaha deyirlər ki, həmin qadın gənc
dəmirçinin həyat yoldaşıdır.
Dəmirçini bir bəhanə ilə aradan
götürmək istəyən şah onu saraya
dəvət edir. Soruşur ki, sən gün
ərzində atın ayağını nallamaq üçün neçə mıx düzəldə bilirsən? Dəmirçi
deyir ki, gün ərzində çox çalışsam
30-40 ədəd mıx düzəldə bilərəm.
Şah ona əmr edir ki, sabah
sübhədək 40 min ədəd mıx
hazırlasın. Dəmirçi deyir: - Mənim buna gücüm çatmaz, 40 min mıx
hazırlamaq imkanım yoxdur. Amma
dəmirçi nə qədər yalvarırsa, şah
razılaşmır və deyir: - Əgər
hazırlamasan, boynunu
vurduracağam. Dəmirçi saraydan çıxıb bazara gedir. Toyuq, yağ,
düyü alıb evə dönür.. Arvadına
deyir ki, axşama yaxşı bir şam
hazırlasın. Arvadı səbəbini
soruşduqda, söyləyir ki, yeməkdən
sonra deyərəm. Axşam süfrə kənarında əyləşib toyuq-plov
yeməyə məşğul olurlar. Arvadı
soruşur ki, bu şam nə
münasibətlədir? Dəmirçi deyir: - Şah əmr edib ki, sabaha qədər 40
min mıx hazırlayım. Əgər
hazırlamasam boynumu
vurduracaq. Arvadı narahatlıqla
deyir: - Bunu tez desəydin, mən də
kömək edərdim, düzəldərdik. Dəmirçi deyir: - Sən yox, sənin
qohum-əqrəban da gəlsə, sabaha
qədər 40 min mıx hazırlaya
bilmərik. Şahın bəhanəsi başqa
şeydir. Arvadı soruşur: - Bəs nə
fikirləşirsən? Dəmirçi səmaya işarə ilə deyir: - Qoy O fikirləşsin, mənim
fikirləşməyimdə n bir şey çıxmaz. Səhər açılır. Dəmirçi arvadı ilə
halallaşdığı vaxt məmurlar qapını
döyürlər. Məmurlar onlarla getmək
üçün hazırlaşan dəmirçiyə deyirlər: -
Haraya gedirsən? Dəmirçi deyir: -
Yoxsa məni aparmağa gəlməmisiniz? Deyirlər ki, bundan
ötrü gəlməyiblər. Dəmirçi onların nə
üçün gəldiyini soruşur. Məmurlar
belə cavab verirlər: - Ötən gecə şaha
sui-qəsd edilib. Onun tabutu üçün
dörd böyük mismar lazımdır. Dəmirçi soruşur ki, bəs 40 min ədəd
mıx istəmirsiniz? Deyirlər ki, yox, 4
ədəd mismar lazımdır. Dəmirçi
üzünü ğöyə tutub deyir: - Şükürlər
olsun Sənə, ey bir gecədə 40 min
mıxı 4 mismar edən Allah!...

[cavab]

pol oguzxaqan 19 İyun 2014 / 21:56
Allah razi olsun

[cavab]

pol _GuLuM_ 19 İyun 2014 / 21:58
bir qiz var idi onu basib miniler uzde qan cixdi

[cavab]

pol zekow 19 İyun 2014 / 23:38
Allah razi olsun maraqli hekaye idi

[cavab]

pol afra_mia 19 İyun 2014 / 23:43
Hmm axirini bele fikirlewmirdim

[cavab]

pol ErRoR-TeRRoR 19 İyun 2014 / 23:45
_GuLuM_, senin aglin bawindadi?

[cavab]

pol ErRoR-TeRRoR 19 İyun 2014 / 23:45
oxuyan her kese twk edirem. ALLAH cumlemizden razi olsun

[cavab]

pol (=AyaN=) 20 İyun 2014 / 02:34
Maragliydi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1382 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az