==MUBARIZ IBRAHIMOV, VETEN SENI HEC VAXT UNUTMAYACAQ==

pol ErRoR-TeRRoR 19 İyun 2014 / 20:32
Bu gün Mübariz İbrahimovun şəhid
olduğu gündür
19.06.2014, 07:44

2010-cu il iyunun 19-dan
Azərbaycanda hamı - qocalar,
cavanlar, uşaqlar - Mübariz
İbrahimovun misilsiz qəhrəmanlığı,
igidliyi haqqında danışmağa
başlamışdı. O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən
torpaqlarının yolunda hər an
qurban verməyə hazır olan
igidlərimiz hələ çoxdur. Mübariz öz
həyatını qurban verməklə
Azərbaycana bir örnək göstərdi. Mübariz İbrahimovun valideynlərinə
yazdığı son məktubunun əlyazması
çoxaldılaraq gənclər arasında
sürətlə yayıldıqdan sonra heç
şübhəsiz onun kimi olmaq
istəyənlərin sırası genişləndi. “Canım, atam və anam. Məndən sarı
darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol
dua edin. Vətənin dar günündə
artıq ürəyim dözmür. Allaha xatir
bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu
şərəfsizlərin üzərinə gedəcəyəm.
Şəhid olsam – ağlamayın. Əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim.
Allaha ibadətlərinizi dəqiq yerinə
yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah
böyükdür. Vətən sağ olsun.
Oğlunuz Mübariz.. Haqqınızı halal
edin”. Azərbaycan xalqının böyük Qara
bağ dərdi var, müharibə
apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an
belə dayandırılmamas ı çox vacibdir.
Bunun üçün isə təlim-tərbiyə, təhsil
müəssisələrində , mətbuatda, dərsliklərdə, cəmiyyət arasında
hərbi vətənpərvərlik tərbiyəsinin
təbliği, ordu, şəhidlər, Milli
Qəhrəmanlar, düşmənə nifrətlə bağlı
müxtəlif yönümlü söhbətlər
aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar
yayımlanmalıdır . Vətənpərvərlik elə bir emosional
hissdir ki, bütün şəxsi maraqlarını
vətən yolunda qurban verməyə,
vətəninin və xalqının marağını daha
uca tutmağa hazır olmalısan.
Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan,
anadan gəlməlidir. Razılaşmamaq
olmur. Məhz ailə uşağı elə tərbiyə
eləyə bilər ki, o vətənə, ruhunda,
düşmənə isə nifrət hissləri ilə
böyüsün... Mübarizin ailəsi onu belə
böyütmüşdü, mərd, vətənpərvər... Torpaqları işğal altında olan
Azərbaycan ailəsində ata da, ana da,
övlad da vətənpərvər olmalıdır.
Mübarizin ata-anası kimi... Şəhid gizir Mübariz İbrahimov 2006-
cı ildə Biləsuvar rayon Hərbi
Komissarlığında n hərbi xidmətə çağırılıb. Daxili qoşun hissələrində
xidmətini başa vurduqdan sonra o,
gizir kimi orduda hərbi xidmətini
davam etdirirdi. Mübariz 2010-cu il
iyunun 19-da cəbhənin Tərtər
rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan
silahlı qüvvələrinin səngərinə daxil
olaraq düşmənin sinəsinə dağ
çəkib, xeyli erməni hərbçisini məhv
edib, qəhrəmanlıqla şəhid olub. Rəsmi məlumatlara görə, Mübariz
İbrahimov qeyri-bərabər döyüşdə 5
düşməni məhv edərək, 3-nü
yaralayaraq şəhid olub. Amma bu
rəsmi məlumatdır... Düşmənin itkisi
bundan çox olub, bunu ermənilər qeyri-rəsmi olaraq etiraf ediblər... Mübariz yaxşı bilirdi ki, o döyüşdən
sağ-salamat çıxa bilməyəcək. Ancaq
Vətən, torpaq sevgisi, onda olan
vətənpərvərlik ruhu onu şəhidlik
zirvəsinə ucaltdı. Mübariz bütün
gənclər üçün örnək, nümunə oldu. M.İbrahimova ölümündən sonra
Prezident tərəfindən Azərbaycanın
Milli Qəhrəmanı adı verilib. Bu gün - 19 iyun onun şəhidliyə
ucaldığı gündür, Allah rəhmət
eləsin!
(P.s Mubariz Ibrahimovla eyni dogum gununu paylawdigim kimi ALLAHdan arzu edirem ki wehidlik zirvesine de onunla eyni gunde catim.)

[cavab]

pol gozu-yolda 19 İyun 2014 / 20:34
cox sag ol

[cavab]

pol DoDakDaN_kaLbe 19 İyun 2014 / 20:43
Allah rehmet elesin!

[cavab]

pol qara_bala 19 İyun 2014 / 20:45
Allah Rehmet Elesin

[cavab]

pol Leon 19 İyun 2014 / 20:47
Allah butun sehidlere rehmet elesin!

[cavab]

pol Rahil47 19 İyun 2014 / 20:47
Allah rehmet etsin mekani insallah cennet olar AMIN

[cavab]

pol FERMER[1] 19 İyun 2014 / 20:53
Allah Rehmet Etsin.!

[cavab]

pol _FCB_ 19 İyun 2014 / 21:17
Allah rehmet . Elesin. Amin

[cavab]

pol (=GasoL1na=) 19 İyun 2014 / 22:19
,AmiN!...

[cavab]

pol zekow 19 İyun 2014 / 23:46
Allah rehmet elesin Amin inwAllah

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1304 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az