İnternet haqqında Azərbaycanda yazılmış İLK SATİRA

pol _FCB_ 19 İyun 2014 / 17:11
Bəşərə bəxş eləyib başqa həyat, internet,
Eyləyir yoxsa həyatla zarafat, internet?
Gəldi internet -əzəl fikrimizi çaşdırdı,
Bizi dünyada bu xidmət “qloballaşdırdı”.
O sayaq girdi ki axırda həyat tərzimizə,
Onsuz hər bir işimiz səbrimizi daşdırdı...
Girib internetə, məktub yazıram dost-tanışa,
Tanış olmaq ümidilə çıxıram “axtarışa”.
Mənə təklif edir öz xidmətini hər şəbəkə,
Var klub hər qarışa, sanki giriblər yarışa: - Burdadır sərfəli qiymətlə rahat internet!
Gözümün düşmənidir işləyə internet ləng, Vay o gündən dona ekran - oluram çox diltəng.
Qaralır qan, daralır hövsələ, tutmur səbrim,
Belə anlarda həmişə vururam dostlara zəng: - Var sizin məhlədə sürətdə babat internet?? ...
Neynim? İnternetə oğlum ki salıbdır marağı, Son zamanlar ev-eşikdən kəsilibdir ayağı.
Tərki-dünya kimi üzmüş əlini hər şeydən, Başqa əyləncələr əyləndirə bilmir uşağı –
Uşağı aldı əlimdən, camaat, internet! Bala, “kompüter”in insana ziyandır şüası, Bu klub-zirzəmiyə girmə, ağırdır havası!
Nola, bir gün tuta interneti kəşf eyləyəni – Ananın qarğışı və atanın bədduası! İxtira eyləməyəydi salamat, internet... Görmüşük, işləyər üç-dörd saat insan balası, Yoxsa day sutkada on yeddi saat internet?!
Müəllif: Əvəz Qurbanli
P.S men cox guldum

[cavab]

pol Mr*BeeN 19 İyun 2014 / 17:14

[cavab]

pol Q_A_R_A_Q_A_N 19 İyun 2014 / 17:14
düzdü.insan asılı vəziyyətə düşüb(

[cavab]

pol -=G_e_R_o_i_N=- 19 İyun 2014 / 17:15
axax yaman yaniqlidi internetden b unu yazan

[cavab]

pol KasiB* 19 İyun 2014 / 17:18
Maraqlidi

[cavab]

pol _FCB_ 19 İyun 2014 / 17:18
Bu kiwidi yazan

[cavab]

pol BaLshoY 19 İyun 2014 / 17:35
Soxdum e o kiwiye

[cavab]

pol _FCB_ 19 İyun 2014 / 17:40
BaLshoY,

[cavab]

pol zekow 19 İyun 2014 / 18:43
maraqsizdi gor oturub ne yazibe pff
red. zekow (19.06 /18:44)

[cavab]

pol _FCB_ 19 İyun 2014 / 19:28
zekow,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.145 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az