İŞİD Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib

pol -=G_e_R_o_i_N=- 13 İyun 2014 / 22:38
MTN-in sözçüsü: “Azərbaycanın milli
maraqlarına və təhlükəsizliyinə mümkün
təhdidlərin qarşısının alınması üçün bütün zəruri
qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat
şəraitinə nəzarət olunur” “İraq Şam İslam Dövləti” silahlı qruplaşması
Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı
təxribata yol verib.
Silahlı qruplaşma üzvləri sosial şəbəkələrdə
çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə
ərazisində “islam dövləti”ni quracaqlarını bəyan ediblər. Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin
xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər.
Təsvir olunmuş xəritənin və bayrağın üstündə isə
Məhəmməd peyğəmbərin möhürü əks olunub.
Möhürün üstündə ərəb dilində “Lə iləhə illəllah”,
möhürün içərisində isə “Muhəmmədun rəsulullah” ifadəsi yazılıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai
Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Apa-ya
açıqlamasında bildirib ki, Azərbaycan
Respublikasının milli maraqlarına və
təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının
alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Qeyd edək ki, İŞİD artıq İraqın Mosul və Tikrit
şəhərlərini işğal edərək, paytaxt Bağdada doğru
irəliləyir.
Görek bunun axiri nece olacaq!!

[cavab]

pol _FCB_ 13 İyun 2014 / 22:47
Geleekleri varsa gorecekleri de var !

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1589 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az