bu evlere Melekler girmez
Selen
13 İyun 2014 / 01:32
Bir evə mələklərin daxil olması o evə xeyir-bərəkətin,
əmin-amanlığın, sülh və salamatlığın gəlməsi
deməkdir. Əksinə, bir evdən mələklərin uzaq olması
əslində o evin və sakinlərinin Allahın mərhəmətindən,
bərəkətdən məhrum qalması mənasına gəlir.
Mələklərin nifrət etdiyi və yaxın düşmədiyi canlılar
donuz və itdir. Təsadüfi deyil ki, mələklər hər növ
canlının cildinə girə bilərlər, yalnız donuz və it
qiyafəsini almazlar. Çünki bu heyvanlar İslamda zatən
(öz-özlüyündə, kənardan bulaşmadan) murdar sayılırlar
və onların rütubətli halda toxunduğu hər şey pak
olunmalıdır. Ona görə də mələklər it saxlanılan evə
qədəm basmazlar. Əlbəttə, həyətdə saxlanılan keşikçi
iti istisnadır, söhbət evin içində it saxlamaqdan gedir.
İmam Cəfər Sadiq (ə) buyurmuşdu ki, mələklər it olan
evə daxil olmazlar (Şeyx Səduq. Mən la yəhzürühül-
fəqih, 1-ci cild, səh. 246, hədis 743).
Mələklər pak və məsum olduqları üçün murdarlıqdan
uzaq dururlar. Ona görə də murdarlığa bulaşmış yerə
yaxın düşməz, murdarlıq olan evə girməzlər. Əllamə
Süyuti "Sünənün-Nəsai”yə yazdığı şərhdə Peyğəmbərin
bu hədisini qeyd edir: "Sidik evdə qabın içində
qalmasın. Həqiqətən, sidik olan evə mələklər
girməzlər”.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Cəbrail
mənim yanıma gəlib dedi: "Biz mələklər içində it və
bədən timsalı (heykəl və rəsm) olan, bir də sidik qabı
olan evə girmərik” (Biharül-ənvar, 73-cü cild, səh.
159). Buradan aydın olur ki, mələklərin yaxın düşmədiyi
və nifrət etdiyi əşyalardan biri də canlıların heykəli və
rəsmidir. İslamda canlı varlıqların rəsmini çəkmək
yaxşı qarşılanmır. İslam tarixinin ilk dövrlərindən
başlayaraq uzun müddət bu hərəkət qadağan edilmişdi.
Hal-hazırda insan və heyvan rəsmi çəkmək
mövzusunda alimlərin fikri haçalansa da, hər halda
bunun çox da bəyənilmədiyi məlum həqiqətdir. İmam
Mühəmməd Baqirin (ə) də buyurduğuna görə, Cəbrail,
içində insan rəsmi olan evə qədəm basmadığını
Peyğəmbərə bildirmişdi (yux. mənbə).
[cavab]
Selen
13 İyun 2014 / 01:33
Mələklər insanı Allahdan uzaqlaşdıran mənasız
əyləncələrdən də xoşlanmazlar. İnsanın şəhvətini
artıran, onu mənəviyyatdan uzaq salan, vaxtın əbəs
yerə itirilməsinə yol açan hərəkətlər Allahın xoşuna
gəlmədiyi üçün, mələklərin də narazılığına səbəb olar
və onlar bu cür işlərin görüldüyü məkanlardan uzaq
durarlar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:
"İçində məstedici içki (xəmr), dəf (zərb aləti), tənbur
(simli alət) və nərd olan evə mələklər daxil olmazlar.
Bu evdəkilərin duaları müstəcab olmaz və Allah oradan
öz bərəkətini uzaqlaşdırar” (Əl-Kafi, 6-cı cild, səh.
433). Başqa bir hədisdə qumar alətləri də bura aid
edilib. Ğina adlanan haram musiqi sədaları da mələkləri
özündən uzaqlaşdırar. İmam Cəfər Sadiqin (ə)
buyurduğu kimi, "içində ğina olan ev faciəli
hadisələrdən amanda qalmaz, o evdə dualar müstəcab
olmaz və o evə mələklər girməz” (Vəsailüş-şiə, 17-ci
cild, səh. 315).
Mələklərin narazılığına səbəb olan səslərdən biri də
zınqırov sədasıdır. Zınqırov səsi şeytana xas olan
sədalardan sayılır. Burada qadınların ayaqlarına
taxdıqları xalxalın cingiltisi xüsusi qeyd edilməlidir.
Naməhrəmlərin diqqətini cəlb etmək üçün taxılan bütün
bəzək əşyaları kimi zınqırov və xalxal da İslamda
haramdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:
"Özləri ilə köpək və zınqırov aparan yolçularla mələklər
yoldaşlıq etməzlər” (Səhihü Müslim, hədis 2113
(5546)). Ümmül-möminin Aişə ayağında zınqırovlu
xalxal olan qadınların onun evinə gəlməsinə icazə
verməz, yalnız xalxalı ayağından çıxarandan sonra evə
girmələrinə izn verər və deyərdi: "Allah Rəsulunun belə
buyurduğunu eşitmişəm: "İçində zınqırov olan evə
mələklər daxil olmazlar” (Sünənü Əbu Davud, hədis
4231).
Peyğəmbərdən rəvayət edilib ki, içərisində qohumluq
əlaqələrini kəsən adamın olduğu qövmə mələklər nazil
olmazlar (Kənzül-ümmal, 3-cü cild, səh. 367). Burada
ümumilikdə qohumluq əlaqələrinə əhəmiyyət verməyən,
bir-biri ilə soyuq davranan cəmiyyətlər nəzərdə tutulur.
İslam müqəddəslərinin başqa hədislərindən də məlum
olur ki, sileyi-rəhmə (qohumluq münasibətlərinə) diqqət
yetirməmək bir çox fərdi və ictimai bəlalara yol açar.
İmam Mühəmməd Baqir (ə) buyurub: ”Sileyi-rəhim
əməlləri saflaşdırar, sərvəti artırar, bəlanı uzaqladırar,
(qiyamətdə) hesabı yüngülləşdirər və əcəli
yubadar" (Üsulül-Kafi, İman və küfr kitabı, Sileyi-
rəhim babı, hədis 4).
[cavab]
*Duyqu*
13 İyun 2014 / 01:33
Selen, ALLAH razi olsun
[cavab]
Selen
13 İyun 2014 / 01:34
Peyğəmbər camaata əziyyət verməmək üçün soğan və
sarımsaq yeyəndən sonra məscidə gəlməməyi
tapşırmışdı. O həzrət bu barədə öz tapşırığını verdikdən
sonra səbəbini izah edərək buyurmuşdu: "Mələklər də
Adəm oğlunun narahat olduğu şeylərdən narahat
olarlar”. Hədisdən görünür ki, soğan və sarımsaq
yedikdən sonra məscidə gəlməməyin hikməti yalnız
orada olan müsəlmanları deyil, həm də məscidin
ziyarətinə gələn və möminləri müşayiət edən mələkləri
narahat etməməkdir.
Əksinə, mələkləri özünə doğru cəlb edən vasitələrdən
biri Quran tilavəti və zikr sədasıdır. Mələklər Quran
oxunan məkanlara enər, ayələrə qulaq asar, Quran
oxuyan adam üçün dua edərlər. İslam tarixindən
məlumdur ki, mələklər Peyğəmbərin yanına enib, Onun
Quran oxumasını dinləyərdilər. İmam Əli ibn Əbu Talib
(ə) buyurub: "İçində Quran oxunan və Allah zikr edilən
evin bərəkəti artar, o evə mələklər gələr, şeytanlar
oradan qaçar. Ulduzlar yer əhlinə işıq saçdığı kimi, bu
ev də səma əhlinə işıq saçar” (Üsulül-Kafi, 2-ci cild,
səh. 610). Yenə o həzrət buyurub: "Evinizdə Quran
oxumağı artırın. İçində Quran oxunan ev öz əhli üçün
geniş olar, o evin xeyir-bərəkəti artar, mələklər o evə
gələr, şeytanlar oradan uzaqlaşar. Amma içində Quran
oxunmayan ev öz əhlinə dar gələr, xeyir-bərəkəti
azalar, mələklər o evə gəlməz, şeytanlar oradan kənar
durmazlar” (İbn Əbu Şeybə. Əl-Müsənnəf, 7-ci cild,
səh. 167).
[cavab]
Selen
13 İyun 2014 / 01:36
*Duyqu*, cumlemizden AMIN
[cavab]
oguzxaqan
13 İyun 2014 / 01:37
Sag ol
[cavab]
HaPPy_JoKeR
13 İyun 2014 / 02:12
Selen, Canim ALLAH RAZI OLSUN. ELLERINE SAGLIQ . AMIN
[cavab]
(=PaNTeR=)
13 İyun 2014 / 02:16
Tşk.hamsını oxudum
[cavab]
zekow
13 İyun 2014 / 02:17
Selen, caan ureyim chox gozle yazmisan yazan ellerin derd gormesin. Allah razi olsun
[cavab]
Selen
13 İyun 2014 / 02:23
chox sagolun
[cavab]
Bölmeye qayıt