İlahi sevgi.

pol [404]NoT_FoUnD 10 İyun 2014 / 05:25
İlahi sevgi deyən də allaha olan sevgini nəzərdə tutmuram. Bu tip sevgilərə "Leyli və Məcnun", "Romeo və Culyetta" misal göstərmək olar. O sevgilər ki, həmişə onun xəyalı ilə yaşayırsan. Ona qovuşmaq istəmirsən sadəcə xəyalını sevirsən. Ona toxunmağa qıymırsan həmişə o səninçün əlçatmaz qalır. Belə sevgilər çox vaxt qovuşmur. Elə qovuşa bilmədiyiçün həmişə iki tərəfə də maraqlı, əlçatmaz olur, xəyala çevrilir. Onlar hər gecə bir-birinin xəyalı ilə yatır, xəyalı ilə sevişir (gözünün qabağına seks səhnələri gətirmir səhv anlamayın ). Bu istək, bu qovuşmağa can atıb çatmamaq o hisləri daha da şiddətli edir. Getdikcə dəliliyə çevrilir. Bəzən sən heç ona qovuşmaq istəmirsən sadəcə xəyalı ilə yaşamağa alışırsan. Bu xəyallarla özünü əyləndirirsən. Qovuşsan bitəcəyindən qorxursan. O insanı o qədər böyüdürsən ki, gözündə artıq ona bir ilahi varlıq kimi baxırsan. Və təsəvvür belə etməyə qorxursan ki, bir gün onunla bir yatağı paylaşa bilərəm. Bax budu ilahi sevgilər. Bu sadəcə dəlilikdi aşırı hislərdi. Ancaq özünə ziyan edir. Necə ki, Məcnuna demişdilər ki, Leyli ilə evlənmək istəyirsən? O da yox demişdi. Çünki bilirdi ki, qovuşsalar bu qədər istək sevgi olmayacaq. Bax bunlar hamsı nəzəriyyədi. Yəni əsl sevən belə olar, elə olar və.s. Ancaq praktik sevgilər başqa cürdü. Sevirsənsə sevginə azadlıq verirsən. İçindən gəlsə onu öpürsən də onunla bir yatağı da paylaşırsan. Axı sevgi ehtiras üzərində qurulur elə olmasa elə dostumuzla sevgili olardıq da dostumuzu da qısqanırıq, onunçün darıxırıq, çox istəyirik və.s. Sevgilinin fərqi də bundadı ona sən inkar etsən də güclü ehtirasla bağlanırsan. Və gec tez onunla intim yaxınlıq etməlisən. Bununçün hansısa kəbinə, rəsmi kağız-kuğuza nə ehtiyyac var. Təkcə intim yaxınlıq yox sən onunla çox şeyi bölüşürsən, həyatı dibinə kimi yaşayırsan. Heçnədən çəkinmirsən o sənə daim cəsarət verir hər dəliliyi edirsən. Və son nə olur olsun onunla həyatı dolğun, olduğu kimi yaşayırsan. Əgər bir gün bezsən, maraq qalmasa, kəşf etməyə bir şey qalmasa normal insan kimi deyib ayrılırsan. Bu saxtakarlıq deyil. Saxtakarlıq arxasınca iş çevirməkdi. Həyatın qanunu budur bezə bilərsən hislərin tükənə bilər bu gün sevib sabah sevmirəm deyə bilərsən. Ancaq əsas olan onunla nə yaşadıqlarındı. Yoxsa əlindən tutmağa belə cəsarət etməmək qorxa-qorxa öpmək ciddiyəm deyib onunla yox fahişə ilə bir yatağı paylaşmaq deyil ciddi sevmək. Və heç kim ciddiyəm deyib gələcək haqda hökm verə bilməz. Yenə deyirəm əsas olan onunla yaşananlardı. Hansı ki ayrılsan belə peşman olmursan onunla yaşananlara görə.

[cavab]

pol _TeNHa_oYuNCu_ 10 İyun 2014 / 05:52

[cavab]

pol zekow 10 İyun 2014 / 09:36
superr..

[cavab]

pol NARDARANLI 10 İyun 2014 / 12:14
Hz Yusifle Zuleyxani qoyub Romeo Culyetta yaxud Leyli ile Mecnunu niye ilahi sevgi asiqleri hesab edirsiz he

[cavab]

pol Fermer_555 10 İyun 2014 / 13:37
NARDARANLI, duzdu

[cavab]

pol [ViP_DaNgEr] 10 İyun 2014 / 14:59
Hamiya salam melhemlilere esq olsun . Duzdu ela superrrrr
red. [ViP_DaNgEr] (10.06 /15:00)

[cavab]

pol [404]NoT_FoUnD 10 İyun 2014 / 15:43
NARDARANLI, Bəy, dediyim kimi onlar əfsanədir sadəcə. Hz.Yusif ilə Züleyxa isə reallıqdır.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1437 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az