PEYĞƏMBƏRİMİZİ AĞLADAN BİR HADİSƏ

pol (=Veliko=) 9 İyun 2014 / 01:45
Bir gün bir səhabə, Peyğəmbərimiz
Həzrəti Məhəmmədin (səv)
hüzuruna
gələrək cahiliyyə dövrünə aid bir
vəhşiliyi belə dilə gətirər:
- Ya Rəsulullah! Biz cahiliyyə
dövründə qız uşaqlarımızı diri diri
torpağa basdırardıq. Mənim də bir
qız uşağım vardı. Anasına, "Bunu
geyindir, dayısına aparacağam"
dedim. (Qadın bunun nə demək
olduğunu yaxşı bilirdi. Dünyalar
qədər sevdiyi, biricik övladı bir az
sonra bir quyuya atılacaq və orada
çırpına çırpına can verəcəkdi. Nə
var
ki, qadının belə bir canavarlığın
qabağına keçmə imkanı yox idi.
Edə
biləcəyi tək şey, gizlicə ağlayıb qanlı
gözyaşı tökmək idi). Xanımım
dediyimi etdi. Uşaq həqiqətən
dayısına gedəcəyini zənn edir və
sevincindən bilmirdi nə etsin.
Uşağın əlindən tutub daha əvvəl
qazdığım bir quyunun yanına
gətirdim. Ona quyuya baxmasını
söylədim. O tam quyuya baxım
deyərkən, kürəyinə bir təpik
vurdum
və onu quyuya itələdim. Lakin bir
təhər, əliylə quyunun ağızına
yapışdı. Bir tərəfdən çırpınır, digər
tərəfdən də "Atacan üzərin toz
oldu"
deyib paltarmı silməyə çalışırdı.
Buna
baxmayaraq bir təpik daha vurdum
və onu diri diri torpağa basdırdım.
Adam bunu izah edərkən Sevgili
Peyğəmbərimiz və yanındakılar
hıçqıra hıçqıra ağlayırdılar. Orada
oturanlardan biri "Bəsdir,
Rəsulullahı, çox üzdün!" dəyincə,
Əfəndimiz, adama "Bir daha izah
et"
dedi. Adam hadisəni təkrar izah
etdi.
İki Dünya Günəşi Peyğəmbərimizin
gözlərindən süzülən yaşlar
mübarək
saqqalından aşağıya damla damla
axırdı...
Allah Elçisi hadisəni təkrar
etdirməklə sanki bunu izah etmək
istəyirdi: "Budur siz İslamdan əvvəl
belə idiniz. İslam əvvəli kömür və
dəmir kimi idiniz. İndi isə qızıl və
almaz kimisiniz. Təkrar təkrar izah
etdirdim ki, İslamın sizə
qazandırdığı
insanlığı, gözəl xüsusiyyətləri bir
dəfə daha xatırlayın..

[cavab]

pol _A_R_D_A_ 9 İyun 2014 / 01:49
(=VELIKO=) SAGOL , ALLAH CANINI SAG ELESIN
TEWEKKUR.........................

[cavab]

pol (=Veliko=) 9 İyun 2014 / 01:53
_A_R_D_A_, dymez aga borcumdu

[cavab]

pol _A_R_D_A_ 9 İyun 2014 / 01:56
MEN BIR AZDAN EXITTTTTTTT

[cavab]

pol TENHA_MEZAR 9 İyun 2014 / 02:59
Super ALLAH razi olsun

[cavab]

pol *@Ayka@* 9 İyun 2014 / 03:51
movzu ucun tsk

[cavab]

pol oguzxaqan 9 İyun 2014 / 03:55
Super

[cavab]

pol zekow 9 İyun 2014 / 05:24
Allah razi olsun maraqli hekaye idi

[cavab]

pol Mr_PsiXxX 9 İyun 2014 / 05:57
FORUMDA BELE MOVZULAR YAXSIDI GIC GIC MUVZULARDAN.COX SAGOL ELLERIN DERD GORMESIN

[cavab]

pol (=Veliko=) 9 İyun 2014 / 12:21
Dymez borcumuzdu

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1812 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az