Cume gununun feziletleri

pol NARDARANLI 6 İyun 2014 / 19:33
Bəzi aylar, günlər və məkanlar var ki, Allah
yanında daha qiymətlidir. Cümə günü məhz
belə günlərdəndir. Cümə günü İslamda çox
əhəmiyyətli günlərdən hesab olunur. İslam
Peyğəmbəri (s) buyurur: "Cümə günü günlərin
sərvəridir və Allah yanında ən şərəfli
günlərdəndir".
Başqa bir hədisdə isə Əmirəl-Möminin (ə)
buyurur: "Cümə günün gecəsi çox parlaq,
gündüzü isə nuranidir. Hər kim cümə axşamı
dünyadan köçsə, qəbir əzabından amandadır
və hər kim cümə günü dünyadan köçsə,
cəhənnəm atəşindən azad olar".
İmam Sadiq (ə) isə belə buyurur: "Sizlərdən
hər kim cümə gününü dərk edərsə, o günü
ibadətdən başqa heç bir şeylə məşğul olmaz
və Allahın rəhmət yağışı onun üzərinə yağar. O,
həzrət daha sonra buyurur: “Cümə günündə
əməllərin savabı iki qat olar”.
Müstəhəbdir ki, insan cümə axşamı günüdən
özünü cümə günü üçün hazırlasın. Paltarların
təmizləsin, özünü ətirləsin və o maneələr ki,
onu cümə gününün ibadətlərindən saxlayacaq
onları aradan qaldırsın. Əsr vaxtı isə tövbə və
istiğfar etmək, minacatla məşğul olmaq təkid
olunmuşdur.

[cavab]

pol _NeMo_ 6 İyun 2014 / 19:37
Allah razi olsun

[cavab]

pol zekow 7 İyun 2014 / 03:18
Allah razi olsun....

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2046 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az