OXUYUN ARADA VİCDANİNİZİN SESİNE QULAQ ASİN
NARDARANLI
6 İyun 2014 / 03:56
Sonsuzluq içində insan ancaq bir dəfə sınanır və
bu imtahan müddəti təqribən 6-7 onillikdən
ibarətdir. İnsanın əbədi həyatını bu imtahan
müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq
çox vacib olan bu müddəti də insan özünü
aldadaraq keçirərsə, imtahandan keçə bilməz.
Məsələ də məhz bundan ibarətdir: insan özünü
aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də
məsuliyyətdən azad ola bilər. Əksinə, insanın
dünyada həqiqətlərdən qaçması ancaq öz
əleyhinədir. İnsan vicdanını susduraraq özünü
aldatdığı, müxtəlif bəhanələrlə rahatlatmağa
çalışdığı hər an, əslində, qorxunc itki verir.
Axirətdə isə bu ağılsızlığına görə Allahın izni ilə
peşmançılıq çəkəcək.
Vəziyyət belə olduğu halda, insan özünü
aldatmamalı, əksinə, çox açıq şüur və diqqətlə
Allaha qulluq vəzifəsini yerinə yetirməlidir. Bu isə
insanın hər an vicdanının səsini dinləməsi və
Allahın kitabına tabe olması ilə mümkündür.
Səmimi iman gətirən bir insan üçün başqa yol
yoxdur. İnsanın dünyada yaşadığı müddətdə hər
keçən saniyə ölümə və məhşər gününə bir az da
yaxınlaşdığını, hər əməlini, ağlından keçən hər
fikri Allahın bildiyini və bunlardan məsul olduğunu
düşünməsi ən gözəl və qazanclı yoldur.
Diqqət edin, Allaha qarşı səmimi olmağa aparan
bu yol insan üçün ən asan yoldur. Bir anlıq
düşünüb qərar verdikdən sonra insan bütün
həyatı boyu bu qərarın gətirdiyi şüur açıqlığı ilə
yaşaya bilər. Bu şüur açıqlığını qazandıqda isə
heç bir məsələdə özünü aldadaraq axirətdə əbədi
zərər çəkməz. Unutmayın, özünü aldatmaq insan
üçün bir növ odla oynamaqdır. İnsan bu şəkildə
vaxt keçirərkən və dünyaya aludə olarkən bir
anda canını almağa gələn mələklərlə qarşılaşa
bilər. Mələklər canını bir ayənin ifadəsi ilə zorla
alarkən, görəsən, yenə özünü aldada biləcəkmi?
“Nə yaxşı etdim, dünyadakı həyatım boyu yedim,
içdim, gəzdim, əyləndim, üzərimə düşən
məsuliyyətə, qulluq vəzifəmə etinasız yanaşdım,
heç düşünmədim”, – deyə biləcəkmi? Şübhəsiz
ki, xeyr. Bu, ən qafil insanın belə ağlından
keçirməyəcəyi düşüncədir. Tam əksinə, o an tərif
edilməz qorxu, dəhşət və təşviş keçirəcək.
Ancaq bu, hələ başlanğıcdır, cəhənnəmin
qapılarından içəri girdikdə bu qorxu və
peşmançılıq dözülməz həddə çatacaq, ruhu
sonsuz əzaba düçar olacaq.
[cavab]
meleyke
6 İyun 2014 / 04:08
cox gozel ve düşündürücü fikirlerdi.cox saol
[cavab]
____SERAP____
6 İyun 2014 / 04:57
NARDARANLI, helbetde bu beledir. Amma çoxu bunu qulağ ardına vurur hetda inamayanlarda çoxolur. Ve anlamırlar her birimiz hetda ele men özumde, hamımız her atdığımız adıma bele cavabdehik. Ve untmayaqki,her xırda bele pis emelimize haqq heysab vereceyik. Sağol atam ALLAH yar olsun sene tşk.
[cavab]
NARDARANLI
6 İyun 2014 / 04:59
meleyke, Allah razi olsun
[cavab]
NARDARANLI
6 İyun 2014 / 05:00
____SERAP____, Allah razi olsun)
[cavab]
Bölmeye qayıt