! Tarla.az ehli, 9 noyabr ucun sual...
murad2003
3 Noy 2012 / 23:33
Bilidiyiniz kimi 9 noyabr bayraq günüdür.
Bayraq hər-bir ölkənin rəmzidir. Bəs bizim ölkəmizin bayrağı əvvəllər necə olub? Cavab:
1) Bayrağimiz ilk öncə qırmızı rəngin üzərində sol tərəfdə ay ulduz olan bir sadə bayraq imiş.
2) Sonra isə yenə qırmızı rəngin üzərində sol tərəfdə yaşıl rəngin üzərində "ACCP" yazısı olub.
3) Sonra isə yenə qırmızı rəngin üzərində sol tərəfdə sadəcə "ACCP" yazısı olub.
4) Sonra qırmızı rəngin üzərində sol tərəfdə böyük şəkildə Çəkic və Oraq bir də AzSSR yazısı olub.
5) Bu bayraq da öncəki kimi olub (4-cü kimi olub). Amma "AzSSR" yazısı rus dilinə çevrilib "AзCCP"-ya çevrilib.
6)Sonra qırmızı rəngin üzərində sol tərəfdə Çəkic və Oraq birdə alt tərəfdə qalın göy xətt olub.
7) Sonra isə bu gözəl bayrağımıza qovuşmuşuq.
İndi bu qədər şeyi bildik. Sualim odur ki, Azərbaycan bayrağından sonra ən sevdiyiniz bayraq hansıdır və onun haqqında nə bilirsiniz?
Hörmətlə: Nurlanichka, Ozdunyamız, MaqnuM, Bluffmaster, *_Pravitel_*, Murad2003
red. murad2003 (03.11 /23:34)
[cavab]
ozdunyamiz
3 Noy 2012 / 23:35
Tewekkur edirem melumata gore. Bezi melumatlari bilmirdim,Hami bilsin oyrensin ki gelecekde oz sozumuzu deye bilek. O ki qaldi suala,Qardaw olkenin bayragini beyenirem. Birde kohne Osmanli bayragini.
[cavab]
MaqnuM
3 Noy 2012 / 23:37
Maraqlı mövzudur. Mənim üçün öz bayrağımı sevmək yetərlidi. Başqa dövlədin bayrağı mənə maraqlı deyil...
Amma mənim bildiyimə görə Azərbaycan dövlətinin ilk bayrağı ağ rəngdə olub...
Mövzu üçün təşəkkürlər!
[cavab]
*_Pravitel_*
3 Noy 2012 / 23:55
Eveela her kese salamlar..Sonra ise bayragimiz haqqinda deqiq melumatlari biraz nezerinize catdirim.........Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.
[cavab]
murad2003
3 Noy 2012 / 23:56
fovqelinsan, onda gerek indi menim movzumu silsinler)))
[cavab]
*_Pravitel_*
3 Noy 2012 / 23:57
EGER DAHA COX MELUMAT ISTEYEN OLSA BUYURUB BAXA BILER
[cavab]
*_Pravitel_*
3 Noy 2012 / 23:58
murad2003,Yox qaqawim ele senin acdigin movzunun yeri var..Coxlari Bayragimiz haqda belke de hec ne bilmirler.Duz elemisen..:)
[cavab]
murad2003
4 Noy 2012 / 12:48
Niye hec-ne yazmirsiniz?
red. murad2003 (04.11 /12:48)
[cavab]
Bölmeye qayıt