men ki,sen deyilem
DoDakDaN_kaLbe
5 İyun 2014 / 02:15
Nüsrət Kəsəmənli
MƏN Kİ, SƏN DEYİLƏM...
Unutmadı gözlərini gözlərim,
Mənim gözüm, sənin gözün deyil ki.
O yerləri naxışlayır izlərim,
Mənim izim, sənin izin deyil ki.
Yalanlara öyrətmədim dilimi,
Mənim dilim, sənin dilin deyil ki.
Hər yetənə uzatmadım əlimi,
Mənim əlim, sonin əlin deyil ki.
Uçub getdin, sazaq düşdü könlümə,
Mənim qəlbim, sənin qəlbin deyil ki.
Sən gülüşçün yaranıbsan, inləmə,
Mənim qəlbim, sənin qəlbin deyil ki.
Sən qaraltdın, mən ağartdım saçlraı,
Mənim saçım, sənin saçın deyil ki.
Eşidənlər bağışlayar suçumu,
Mənim suçum, sənin suçun deyil ki.
Yerə düşdü, odlu sözüm közərdi,
Mənim sözüm, sənin sözün deyil ki.
Qarşılaşdıq, dil susdu, üz qızardı,
Mənim üzüm, sənin üzün deyil ki.
Sən yolunu dəyişdirdin bir səhər,
Mənim yolum, sənin yolun deyil ki.
Bu hicrana dözəcəyəm birtəhər,
Dözəcəyəm, hicran ölüm deyil ki!.
[cavab]
oguzxaqan
5 İyun 2014 / 02:28
Felaket
[cavab]
(=AyaN=)
5 İyun 2014 / 04:24
Tekrardi(men acmiwdim)))ama superdi
[cavab]
Mr_PsiXxX
5 İyun 2014 / 05:41
Maraqli seirdi
[cavab]
DoDakDaN_kaLbe
5 İyun 2014 / 14:23
twkkler
[cavab]
DoDakDaN_kaLbe
5 İyun 2014 / 14:24
(=AyaN=), twk ola biler men gormemiwem yoxsa tekrar yazmazdim...
[cavab]
(=AyaN=)
5 İyun 2014 / 14:31
DoDakDaN_kaLbe, onun ucun dememiwdim
[cavab]
Bölmeye qayıt
0.2397 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az