SeVe SeVe aYRiLMaGa MeHKuMuQ :(
ErRoR-TeRRoR
3 İyun 2014 / 02:16
Bir yuxuyuq min mənaya yozulmuş.
Ayrı-ayrı talelərə yazılmış.
Bir cütlüyük xoşbəxtliyi pozulmuş,
Sevə-sevə ayrılmağa məhkumuq. Tale belə olmayaydı kaş gülüm,
Asa bilsək qəlbimizə daş gülüm
Duran deyil gözümüzdə yaş gülüm,
Sevə-sevə ayrılmağa məhkumuq. Bu yuxudan ayılt məni sevgilim,
Təsəlli ver, ovut məni sevgilim.
Bacarırsan unut məni sevgilim,
Sevə-sevə ayrılmağa məhkumuq. Həsrət qaldım sarılmağa boynuna,
Alət olduq bu qismətin oynuna.
Sən özgənin, mən özgənin
qoynuna,
Sevə-sevə ayrılmağa məhkumuq. Bir-birini əvəz edir hər fəsil,
Yayla qışın vüsalı mümkün deyil.
Mən gecəyəm sənsə gündüz elə bil,
Sevə-sevə ayrılmağa məhkumuq.
Sevə-sevə ayrılmağa məhkumuq.
[cavab]
ERrOR_Flatron
3 İyun 2014 / 02:20
tebrikler sa
[cavab]
*BaBNiK*
3 İyun 2014 / 04:03
Supeer
[cavab]
ErRoR-TeRRoR
3 İyun 2014 / 04:36
ERrOR_Flatron, sen neyi tebrik edirsen? Beyin huceyrelerindeki sinirlerin xarab olub?
[cavab]
Bölmeye qayıt