Ibrətamiz hekayə. (memo)

pol Memo 3 Noy 2012 / 21:23
Bir zamanlar bir qız bir oğlanı
sevir. İllər keçir qız bu oğlanla
ailə qurur. Bir gün bədbəxt
hadisə nəticəsində qız
dünyasını dəyişir.
Qız o biri dünyaya gəlib düşür,
burada o böyük bir gölə rast
gəlir.
Gölün yanından keçəndə orda
nurani bir qocanı görür ona
yaxınlaşır. Bu gölün adının nə
olduğunu qocadan soruşur,
qocasa cavabında bilmədiyini
deyir. Qız düşür yola başlayır
gəzməyə.
İllər keçir qızın həmin gölün
yanından yolu bir daha düşür.
Gölün suyunun azaldığını görür.
Bu vaxtı həmin nurani qocanı
yenə orda görür. Qocadan bir
daha bu göl haqda soruşur,
qoca cavabında bilmədiyini
deyir.
Qız yenə həmənki öz yoluna
davam edir. Bir neçə ildən
sonra yenə gəlir, bu dəfə gölün
suyunun 1 ovuc suyu qədər
olduğunu görür. Yaxınlaşır
qocaya, onu məcbur edir ki, bu
göl haqda ona danışsın. Qoca
başlayır əhvalatı qıza
danışmağa.
Deyir: " bir zamanlar sən
dünyadan köçəndə sənin üçün
yas saxlayıb, göz yaşı axıdanlar
çox idi. Onda bu gölündə suyu
çoxuydu.
İllər keçdi səni yad edib yasını
saxlayan, göz yaşı axıdanların
azaldı.
Bax o zaman bu gölündə suyu
azalmışdı. Bir neçə il keçəndən
sonra hətta sənin sevdiyin də
səni unutdu, qohumların da,
dostların da. Bu gördüyün bir
ovuc su isə sənin Ananın göz
yaşlarıdı.
Bir tək o səni unutmadı, həmişə
sənin yasını saxladı, göz yaşı
axıtdı.
Fikirləriniz...

[cavab]

pol Lala* 3 Noy 2012 / 21:46
Memo,Cox sag ol eldi ALAH ANALARA OVLAD ACISINI GOSTETMESIN

[cavab]

pol emsalyan 3 Noy 2012 / 21:46
heqetende ibretamiz hekayedi cox twk memo oyuyub gulub kecmek yox oxuyub derk elemek lazimdi tekrar twk memo

[cavab]

pol dilek2 3 Noy 2012 / 22:49
Cox sagol bacim.Ellerin var olsun!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.138 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az