Daha mən yenidən sevən deyiləm!
aynur653*
31 May 2014 / 07:43
Daha mən yenidən sevən deyiləm!
Sən məni tərk edib gedəndən bəri,
Sağalmir acdiğin hesretin yeri,
Qayitmaq istəsən qayitma geri,
Daha mən yenidən sevən deyiləm....
Daha mən yenidən sevən deyiləm!
Ümidlə baxmiram inan sabaha.
Bəlkə ikimizdə batdiq günaha,
Sindi aramizda körpülər daha,
Daha mən yenidən sevən deyiləm....
Daha mən yenidən sevən deyiləm!
Gəldiyim gəmiylə qayidacağam,
Uzaq səfərlərə üz tutacağam,
Özgə limanlarda unudacağam,
Daha mən yenidən sevən deyiləm....
Daha mən yenidən sevən deyiləm!
Yad qollarda ömür sürüb qoşarsan,
Xəyalimda mələk kimi yaşarsan,
Qayitsan gözümdə ucuzlaşarsan.
Daha mən yenidən sevən deyiləm....
red. aynur653* (31.05 /07:43)
[cavab]
ErRoR_MEDVED
31 May 2014 / 07:51
Bir yalan sevgiye gözümü dikdim
Seni gec tanidim,heyif gecikdim
Men daha yollardan gözümü çekdim
Get! Senin arxanca baxan deyilem
Bizim ki,buraya qedermis demek
Telini elim yox,darasin külek
Qara gözlerinde dogulub yaw tek
Qönçe yanagindan axan deyilem
Ebedi baglaram qelbi ALLAHA
Ne sevim,nede ki düwüm qem,aha
Qelbimi yandirdin menim! Bir daha
Canimi odlara yaxan deyilem
Senden uzag durum mecburam özüm
Qoy seni bir daha görmesin gözüm
Bu günden yolumuz ayrildi bizim
Heç zaman yoluna çixan deyilem
[cavab]
ErRoR_MEDVED
31 May 2014 / 07:53
Mən ruham, bədənim tək qəfəsimdir,
İçimdə boğulan nalə səsimdir,
İndi can üstdəyəm son nəfəsimdir
Artıq mən ölürəm əlvida həyat.
Ruhum da kəfənə bürünür mənim
Kölgəm məndən öndə sürünür mənim
Əzrayıl gözümə görünür mənim
Mən artıq ölürəm əlvida həyat.
Naümüd yaşayan sadə insanam
İstəməm qəbrimdə od tutub yanam
Əlvida sevgilim, əlvida anam
Mən artıg ölürəm əlvida həyat.
Gəlmisən Əzrayıl? Qonağımsan sən
Bir anlıq möhnət ver sondan, əçəldən
İzn ver həyatla vidalaşim mən
Mən artıq ölürəm, əlvida həyat.
Dərdım var bu ölüm ovudar məni
Həyat sevgisindən soyudar məni
Bir vaxt dostalarım da unudar məni
Mən artıg ölürəm həyat əlvida.
Hardasan? Gəl tez ol. Gəl yetiş gülüm,
İndi can verirəm çəkirəm zülüm,
Sən mənim həyatım, sənsizlik ölüm
Mən artığ ölürəm əlvıda həyat.
[cavab]
Bölmeye qayıt