Getmek lazimdi bezen...
aynur653*
31 May 2014 / 06:57
Birini dəli kimi sevərsən ,başlanğıcda o da səni sevər . Zaman keçər sənin sevgin hər günkü kimi sürər gedər . Amma qarşındakı insan çox dəyişmişdir. Zaman gələr tanıya bilməzsən. Sevirmi, sevmirmi deyə fikirləşərsən. Soruşmağa cəsarət edə bilməzsən. Nə oldu sənə deyə..
Qorxarsan çünki cavabından. Az çoxda olsa təxmin edə bilərsən susqunluğunun səbəbini.
Nə oldu sənə?deyə soruşarsan. Mən yaxşıyam deməsi üçün yalvararsan Allaha
Halbuki bu cavab ikinizi də aldatmaqdan başqa bir işə yaramaz.
Nə də olsa zaman gələcək Səni sevirəm deyəcək bir gün.
Sevginin də bir səbir kasası var . O çatlamadan getmək lazımdır bəzən
Ardına dönüb baxmadan, gözyaşı tökmədən
Getmək lazımdır bəzən !
O bir başqasına aşiqdir səndə ona. Qəbul etmək lazımdır çətinlikləri.
Tək tərəfli düşünməməli sevərkən insan . Bəlkə səni üzməkdən qorxur
Bəlkə də cəsarət edib , Səni sevmirəm deyə bilmir.
Bunları bilərək, düşünərək, getmək lazımdır bəzən!
Ardına dönüb baxmadan, sevginlə birlikdə
Getmək lazımdır bəzən !
2 sevgilidən dost olmaz deyirlər. Unuda bilməz ki sevən..
Yoldaş qalmağa dözüm edə bilməz. Sevməyən üçün heç bir çətinlik yoxdur halbuki bir zamanlar dəli kimi sevdiyi insanı min parçaya ayırdığının fərqində belə olmaz .
Hazır acı çəkməyə alışmışkən bitməsinin tam zamanıdır.
Köhnəyə dönüb baxmadan, köhnə dəftərləri qurdalamadan
Keçmişi keçmişə buraxıb
Getmək lazımdır bəzən!!
Onu yeni sevgilisiylə görüb
köhnə yaraları açmadan
Özünü yalnız onu unutmağa həsr edərək
Getmək lazımdır gözyaşlarını içinə axıdaraq,
Ardına dönüb baxmadan
Getmək lazımdır səndəki ürəyin qiymətini bilmədiyi üçün
Peşmanlıq çəkməsini gözləmək lazımdır bəzən
Oturub bir küncdə
Sənə geri dönməsini gözləyərək
Getmək lazımdır bəzən!!!
[cavab]
ErRoR_MEDVED
31 May 2014 / 07:00

[cavab]
Ayla
31 May 2014 / 07:03

red. Ayla (31.05 /07:03)
[cavab]
____SERAP____
31 May 2014 / 07:15
aynur653*, gözel menalı duwundurucu . Yalnız bunuda untma geden yaxwı yol qalana can sağlığı keçmiwese baxma yalnız ireli. Heyat davam edir.
Tşk
[cavab]
aynur653*
31 May 2014 / 07:18
____SERAP____, orasi eledi ama kecmiwi unutmaq elede asan deyil
[cavab]
aynur653*
31 May 2014 / 07:20
Gecəni sevirəm mən,
Ürəyimin yanğınını gecə söndürə bilirəm.
Gözümdəki yaşı, dodaqlarımdakı yalan gülüşü,
Gecə silə bilirəm sifətimdən.
Hərdən gecələr yadıma düşürsən,
Yaşadıqlarımızı xəyal edirəm.
Bəlkədə kədərlənmək üçün gecəni gözləyirəm,
Məni sevəni yox məni sevməyəni sevirəm.
Gecedirmi insanı kedərləndirən yoxsa insandırmı?
Kədərlənmək üçün gecəni gözləyən.
[cavab]
ErRoR_MEDVED
31 May 2014 / 07:20
Bir gun meni sennen sorussalar
ya "getdi",yada "oldu"denen.
Amma "terk etdim"deme. Bir gun sennen
gozlerimin rengini sorussalar ya "yasil"de,yada
"qara"denen. Amma "unutdum"deme..Ve bir gun
sorussalar ki,onu sevdin??? Kecmis xos
xatirelerimizi sal yadina!! Ya "kecdi"denen,
yada"ne bilim"denen. Amma hec vaxt sevmedim
deme!
[cavab]
ErRoR_MEDVED
31 May 2014 / 07:22
Səni elə sevdim ki, Sən sevməsən
də sevdim.
Səni elə sevdim ki, Sən buraxıb getsən də
sevdim. Səni elə sevdim ki, sən gülsən mən
ağlasam da sevdim. Səni elə sevdim ki,
qurtardı desən də sevdim. Səni elə sevdim ki,
sənin üçün ağladığımı sevdim. Səni elə sevdim
ki, sənsizliyimi sənin üçün sevdim...
[cavab]
____SERAP____
31 May 2014 / 07:31
aynur653*, Eger o,keçmiş sene ezab verirse ,,, Eger o,keçmiş seni bir başqasına addım atmağa mecbur etdirirse. Neinki untmağ hetda silerem kökunden. Keçmiş qarşılıqlı olmayanda GELECEYE ADDIMLAMAĞ ÇOX ÇETİNDİR. ALLAH yar olsun gözel movzu uçun teşk,zehmet çekmisen ersiye getirmisen
xow sohbetler herkese sağolun
[cavab]
aynur653*
31 May 2014 / 07:36
____SERAP____, cox sag ol Allah razi olsun
[cavab]
Bölmeye qayıt
0.2135 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az