Oxusaz pewman olmazsiniz. (memo)

pol Memo 3 Noy 2012 / 20:51
Bazar günü idi. Dərs olmadığı
üçün Rauf da evdə idi həmin
gün. Zöhr namazının vaxtına az
qalırdı. Rauf əzanın səsini
eşidən kimi gedib dəstəmazını
aldı və başladı namaza...
Raufun 19 yaşı var. Məktəb
illərini başını kitabdan
qaldırmadan oxumuş və
nəticəsində də əməyinin
bəhrəsi kimi ən çox istədiyi
hüquq fakültəsinə qəbul
olmuşdu. Özünü dərk elədiyi
gündən etibarən isə qəlbindəki
böyük Allah sevgisinin təsirilə
namaz qılır, oruc tutur və
mömin bir bəndə kimi
bacardığını edirdi.
Rauf özünə çox qapanan, ancaq
heç vaxt ətrafdakıların təsiri
altına düşməyən, iradəli oğlan
idi. Məktəb illərində yaşıdları
siqaret çəkəndə, avaralananda,
qız arxasınca qaçanda o,
həmişə öz böyük ideallarını
düşünər, onlara çatmağa can
atardı. O, həyatının universitetə
girəndən sonra dəyişəcəyinə
qəlbən inanırdı. Nəhayət ki,
artıq 2-ci kurs da bitdi.
Rauf universitetə qədər heç
vaxt sevgi haqqında
düşünməmişdi. Buna vaxtı yox
idi... Buna haqqı yox idi... Ancaq
universitetin ilk günü onu
gördü.
O, bütün o biri qızlardan
fərqlənirdi. O, sanki illərdir
Raufun xəyallarında yaradıb
sevdiyi şahzadəsi idi. Rauf isə
utancaq və çəkingən bir oğlan...
Üstəlik xarici görünüşünə də
inamı tam deyildi: arıq, zəif,
uzunboy, eynəkli, qıvrımsaç və
kasıb bir oğlan. Ümumiyyətlə o,
heç vaxt qızların xoşuna
gəlməmişdi. Rauf nə qədər
istəsə də qıza yaxınlaşmağa
cəsarət eləmirdi. Başqalarından
eşitdi ki, onun adı Fidan imiş.
Fidan başqa bir fakültədə
oxuyurdu. O, boyda Raufdan bir
az qısa, normal çəkidə olduqca
gözəl və cazibədar bir qız idi.
Olduqca sadə geyinər və heç
vaxt həddən artıq makiyaj
eləməzdi. Heç buna ehtiyyacı
da yox idi. Rauf da onu belə
sevirdi. Sadə, təbii, məsum və
gözəl...
Aradan aylar keçdi. Getdikcə o
məsum gözəl də dəyişməyə
başladı. Əvvəlcə yubka qısaldı,
sonra makiyaj artdı, sonra isə o
məsum təbəssümü həyatda ən
səhv mövqeyi seçsə də özünü
ideal sayan insanlara məxsus
qəhqəhələr əvəz elədi. Rauf isə
hələ də sadəlövhcəsinə Fidan
tərəfindən kəşf olunacağı
günün xəyalı ilə yaşayır, hələ də
sevirdi. Amma bir gün onu
universitetin yaxınlığında cavan
və yaraşıqlı bir oğlanla birlikdə
gördü. Bir azdan onlar
sağollaşdılar və oğlan öz
“hummer”inə minib uzaqlaşdı.

[cavab]

pol Memo 3 Noy 2012 / 20:52
Rauf hər şeyi indi anlayırdı.
Deməli Fidan bu qədər adi,
bəsit bir məxluq imiş. O da
imkanlı oğlan ovuna çıxan o
ucuz qızlardan biri imiş!
Həmin gün Rauf çox böyük
mənəvi zərbə alsa da Fidanı
tezliklə ürəyindən sildi. Artıq
onun üçün ən böyük sevgi
Yaradana olan sevgi idi.
Raufun tək dərdi əlbəttə ki, bu
deyildi. Onlar həddindən artıq
kasıb idilər. Atasının cüzi maaşı,
anasının pensiyası və Raufun
aldığı prezident təqaüdü
hesabına dolanırdı bu 3 nəfərlik
ailə. Evdə isə həmişə dava-
dalaş idi. Hər gün işdə müdirinə
əsəbləşib gələn ata bir bəhanə
ilə ananı döyərdi, hər şeyin
günahını yazıq qadına
yükləyərdi. İşdə müdirin sözü
ilə oturub durmaq ona çox ağır
gəlirdi və nə vaxt müdir
tərəfindən əzildiyini, alçaldığını
hiss eləsə mütləq evə gəlib
bunun heyfini arvadından
çıxardı. Çünki məhz həmin vaxt-
arvadını döyəndə özünə
inamını bərpa eləyirdi. Zavallı
qadın da artıq öyrəşmişdi
danlanmağa, döyülüb
söyülməyə. Raufun uşaqlığı da
bu davaların əhatəsində
keçmişdi. Atası anasını saçı ilə
sürüyüb çölə atanda əlindən
aldığı az olmamışdı. Rauf üçün
də artıq onun şillələri
adiləşmişdi.
Bu gün isə anası Aygün xala
evdə yox idi. Atası Qasım kişi isə
adətən evə axşam 6-dan tez
gəlməzdi. Rauf da namazını
qılırdı. Elə bu vaxt qapının zəngi
basıldı. Bir neçə dəfə dalbadal
zəng səsi eşidiləndən sonra bu
səsi qapıya dəyən əsəbi
yumruqlar əvəz elədi. Rauf isə
hələ namazın 1-ci rükətində idi.
Qapını belə əsəbi döyən təkcə
Qasım kişi ola bilərdi. Yəqin işdə
nə isə problem olmuşdu və
bugün tez gəlmişdi. Bəs qapını
kim açsın? Rauf bir anlıq qorxsa
da tələsmədən namaza davam
elədi. Atası hələ də qapını var
gücü ilə döyürdü. Nəhayət Rauf
namazını tamamilə
qurtardıqdan sonra qapını açdı.
Qapının açılmağı ilə şillənin
onun sifətinə yapışmağı bir
oldu. Qasım kişi bütün gücü ilə
onu döyməyə başladı. Rauf yerə
yıxılmışdı, atası isə təpiklə,
yumruqla onu əzişdirirdi:

[cavab]

pol Memo 3 Noy 2012 / 20:54
- Axmağın biri axmaq! 2 saatdı
qapıdayam! Hansi
cəhənnəmdəydin, ay köpəyin
oğlu, hə?
- Ata, namaz qılırdım. Vallah
indicə qurtardım.
- Buna bir bax! Namaz qılırmış!
Hahaha! Kimə lazımdı sənin bu
boş duaların? Sənnən
soruşuram ə .......!
- Ata, küfr danışma!
- Sus, it balası! Öldürmüyüm
səni!
Elə bu vaxt Aygün xala açıq
qapını görüb həyəcanla içəri
girdi. Mənzərəni görəndə özünü
oğlunun üstünə atıb başladı
ağlamağa:
- Ay insafsız, bu uşaqdan nə
isdiyirsən? Məni vur, öldür
canım qurtarsın! Əl çək
uşaqdan!
Qasım kişi onu da itələyib
davam elədi döyməyə. Bir
azdan enerjisi tükənəndə isə
axır ki, əl çəkdi.
Aygün xala ağlayır, Rauf isə
dinmirdi. Amma bütün bədəni
ağrıyırdı. Həmin gün hirsi biraz
soyuyandan sonra Qasım kişi
Raufa tapşırdı ki, onu nə vaxt
yanına çağırsa lap qəbirdə də
olsa çıxıb kəfənlə gəlməlidir!
Rauf nə qədər etiraz eləməyə
çalışsa da bir şey çıxmadı.
Günlər beləcə keçirdi... Qasım
kişi ən gec 2 gündən bir
arvadını təpiyin altına salıb nə
ki, var döyürdü. O özünə belə
etiraf eləməsə də bundan
heyvani bir həzz alırdı. Fiziki
cəhətdən özündən qat-qat zəif
qadını ayağının altına salıb
döymək artıq onun “xobbi”sinə
çevrilmişdi.
Yenə belə adi axşamlardan biri
idi. Qasım kişi həyəcanla
televizorda futbola baxırdı.
Aygün xala isə onun yanında
oturmuşdu ki, birdən ərinin
ürəyi nə isə istəyər, tez gətirsin.
Rauf saata baxdı. Əzana lap az
qalırdı. Gedib dəstəmaz aldı,
sonra isə İşa namazına başladı.
Elə bu vaxt o biri otaqdan səslər
eşidilməyə başladı. Yenə
həmişəki kimi Qasım kişi
arvadını vəhşicəsinə döyürdü.
Səbəb isə o idi ki, Aygün xala
çay gətirəndə əli əsmişdi və
çaydan bir neçə damcını ərinin
üstünə tökmüşdü.
Rauf anası üçün nə qədər
narahat olsa da namaza davam
elədi. Qəfildən onun heç
gözləmədiyi bir hadisə baş
verdi. Anası dəhşətli qışqırtılarla
onu köməyə çağırmağa başladı.
Atası qaynar çayı onun sinəsinə
boşaltmışdı. Rauf qorxmağa
başladı. Bilirdi ki, əgər çox pis
bir şey olmayıbsa anası onu
köməyə çağırmazdı. Amma
namazı da yarımçıq qoya
bilməzdi axı. O biri otaqdan
səslər gəlirdi:
- Öldürəcəm indi səni!
- Yalvarıram Qasım, özüvə gəl!
Oğlumuza yazığın gəlsin,
qurban olum sənə!
- Yox, yalvarma! Sən məni
yandıran çıxmışdın?! Gördün
necə yandırdım səni? Necədi?
Xoşuva gəldi?
- Rauf, oğlum, hardasan? Tez
gəl, bu öldürəcəy məni! Tez ol
köməy elə!
- İndi səni tikə-tikə
doğrayacam!
- Rauf! Tez ol! Öldürür məni!
Raufu vahimə basdı. İndi o, öz
vicdanı qarşısında bəlkə də
bütün həyatını dəyişdirəcək
qərar verməli idi: ya hələ ilk
rükətdə olduğu namazı
yarımçıq kəsib anasını xilas
etməli, ya da anasının həyatını
riskə ataraq namaza davam
etməli idi. Aygün xala hələ də
gah Qasıma yalvarır, gah da
oğlunu çağırırdı. Rauf üçün isə
Allah sevgisi hər şeydən üstün
idi. O, öz-özünə bu sualı verdi:
“anamı yoxsa Allahı daha çox
sevirəm? O qadın ki, məni
bətnində 9 ay saxladı, dünyaya
gətirdi, böyütdü, boya-başa
çatdırdı, atamın hər zülmünə
dözdü... Ancaq məni o bətndə
yaradan da ALLAHım idi! O,
doğmayan və doğulmayandır!
O, qüdrəti sonsuz olandır!
Deməli bu dəqiqə də anama
mən yox, təkcə O köməy edə
bilər! ”. Qərar verilmişdi: Rauf
namaza davam edəcək və
Allahdan anasına kömək
diləyəcəkdi.
Aygünün səsi getdikcə daha da
şiddətlənirdi. Nəhayət vahiməli
bir neçə bağırtıdan sonra
tamamilə kəsildi. Sonra isə
qapının səsi eşidildi. Deyəsən
kimsə evi tərk etdi. Rauf artıq
son rükətdə idi. Tamamilə
namazını qurtardıqdan sonra
həyəcanla o biri otağa qaçdı. O,
güman edirdi ki, anası evdən
qaçıb canını qurtarıb. Qapını
açan da elə o imiş. Ancaq Rauf
gördüyü tükürpərdici mənzərə
qarşısında yerə diz çökdü.
Aygün xalanın qan içindəki
cəsədi hələ isti idi. Qasım kişi
isə onu bıçaqlayıb aradan
çıxmışdı. Bəlkə də Rauf cəmi bir
neçə saniyə əvvəl gəlsəydi
anası indi sağ olardı. İndi isə
əldən heçnə gəlmirdi. Rauf
anasının meydini qucaqlayıb
ağlayırdı. Lakin o, həmin gün
çox böyük bir qərar verdi:
anasını canından çox sevirdi,
ancaq ALLAHı anasından da çox
sevirdi!

[cavab]

pol Memo 3 Noy 2012 / 20:55
Axiracan oxuyun...

[cavab]

pol aze 7 Noy 2012 / 00:53
Memo,elaaaaa

[cavab]

pol Dj_Niko 7 Noy 2012 / 00:59
axira kimi oxudum pis oldu m (

[cavab]

pol Geniuss 7 Noy 2012 / 01:06
qanim qaraldi yene... Ay ele kiwinin. Heyatdada eleleri var, goresen olarda ozlerne kiwi deyir?.
Movzuya gore twkr.

[cavab]

pol _Ramin_ 7 Noy 2012 / 01:06
namaz qilmiram,ama eger men olsaydim gunah olsa bele namazi yarimciq keserdim. inanmiram Allah o sefe göre insani cezalandirsin cunki qarsiliqinda bir insani xilas edirsen

[cavab]

pol EMIN98 8 Noy 2012 / 01:32
Var. Coxdu beleleri 2 3 gun bundan evvel cox pis bir weyin wahidi oldum. Mohkem yagiw yagan gun wehere getmeli idim. Dayanacaq evden az mesafededi. Dayanacaqda duranda texminen 5 6 yawinda bir uwagin elinde araq wuwesi ile yagiwin altinda tek getdiyin gordum. Yavaw yavaw arxasinca getdim. O deniz qiragina teref. Yeni onlarin evi yeqin ki otereflerde idi. Dayanacaqdan ora da 2 km mesafe. Var. Yolda da itlerden bawqa hec bir canli olmur. Cox pis oldum. Cunki o uwaqda hansisa alkawin oglu idi. Atasina icki alib aparirdi. O yagiwli gunde hec kim cole cixmaq istemediyi bir vaxtda o uwaq yagiwin altinda tek o yolu getdi.
red. EMIN98 (08.11 /01:33)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.148 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az