AYRILIQ BY:*Duyqu*
*Duyqu*
29 May 2014 / 18:11
Ayrılıq yamandır, dözmək də olmur,
Bu dərdi kimləsə bölmək də olmur,
Süni gülüşlərlə yaşasam belə
Yalandan xoşbəxtəm demək də olmur!
*****
Nə vaxtsa ürəkdə bitsə də sözüm,
Yenə də lal olub, susub yaşaram.
Axan şəlaləyə dönsə də gözüm,
Ətrafa sevincli gözlə baxaram!
*****
Ayrılıq od olub düşdü canıma,
Yerimi başqası mütləq tutacaq.
Qəmginlik dost olub gəldi yanıma,
Xoşbəxtlik qapımı bir yad açacaq!
*****
Tək qalıb özümlə qaranlıqda mən,
Zamanla kədəri unudacağam.
Kövrək gözlərimi görməsin deyə,
Yaşları gözümdə qurudacağam!
*****
Günlər gələcəkdir, günlərdən gözəl,
O gözəl günləri bəlkə görmədim.
İllər dəyişəcək, illərdən gözəl,
Ayrılıb həyatdan bəlkə görmədim!?...






Hec ayriliq acisi yawayan oldumu aranizda???
yawamayanlar varsa yawamazlar inwALLAH
red. *Duyqu* (29.05 /18:14)
[cavab]
ErRoR-TeRRoR
29 May 2014 / 18:14
bos ver be arkadas baskasin bulursun.
[cavab]
*Duyqu*
29 May 2014 / 18:15
ErRoR-TeRRoR, zarafa edirsen?
[cavab]
ErRoR-TeRRoR
29 May 2014 / 18:16
*Duyqu*, zarafat eder gibi bir halimmi var?
[cavab]
*Duyqu*
29 May 2014 / 18:17
ErRoR-TeRRoR, nemmm bilmey olur ki?
[cavab]
ErRoR-TeRRoR
29 May 2014 / 18:19
*Duyqu*, bowww veeeer her weyi bow ver. Bir "kras krizi" vardi geldi gecdi. Hadi sana gecmiw olsun
[cavab]
*Duyqu*
29 May 2014 / 18:20
ErRoR-TeRRoR, cox sag ol.
[cavab]
ErRoR_MEDVED
29 May 2014 / 18:43
*Duyqu*, Allah hec kime ayriliq gostermesin,insanin cani yanir derdini soylecek bir kimse tapmarsan,ayriliq canli ölūmdūr
[cavab]
ErRoR_MEDVED
29 May 2014 / 18:44
weir superdi,twk
[cavab]
ZaRaZa41
29 May 2014 / 20:56
Hecne olmaz men belke 100 defe ayrilmisam
[cavab]
Bölmeye qayıt
0.1279 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az