Sən də getmə.. (memo)

pol Memo 3 Noy 2012 / 20:33
Əvvəllər itirməyi
düşündüyümdə böyük bir
boşluq yaranardı ürəyimdə,
qorxardım..! İtirdiklərimi
düşünərdim və bu zaman
qorxmamaq üçün bir daha
sevməməm lazım olduğuna
inanardım..
Amma bilmədiyimiz həyatlar da
var. Bilmədiyimiz əhvalatlar.
Çoxumuz sevdiklərimizi
itirməkdən qorxuruq, çünki
sevdiklərimiz üçün yaşayırıq
həyatı. Sırf onları itirməmək
üçün öz həyatımızdan belə
imtina edə biləcəyimizə
inanırıq. Düşünmürük onların da
ürəyinə o boşluğun
yerləşəcəyini..
Birini itirməkdən qorxmağa
başladığımız zaman onu nə
qədər sevdiyimizi də daha yaxşı
anlayırıq. Səhv etdiyimizi
düşünürük, itirmə ehtimalını..
Qəribədir bəlkə, amma məncə
itirmək qorxusu sevgini
böyüdür.
Yaxşı, amma sevib sevə
bilmədiyinə qərar verə
bilməzsə insan..? O qərar verə
bilmədiyi üçün, onu çox sevən
birinin ağrı çəkdiyini düşünsə..
Necə? Buna görə o boşluq gəlib
yerləşsə içinə?.. Sevə bilərmi
həqiqətən?
Atamı gördüm. Həqiqətən
yanımda idi. Halbuki bu qədər
zamandır mən o boşluğu bir
daha hiss etməmək üçün, bir
daha qorxmamaq üçün onu
sevmək istəməmişdim.
Amma o an atamı həqiqətən
yanımda hiss etdiyim an
anladım ki, əslində onun varlığı
içimdəki boşluğu azaldır,
doldurur.. O yanımdaykən çox
daha az qorxuram həyatdan!
Bəzən başqa bir həyata
uzaqdan baxıram kimi hiss
edirəm özümü. Sevdikləri üçün
nələri gözə ala bilir insanlar.
Məsələn: qarşılıq gözləmədən
sevə bilirlər. Yalnız sevmək, heç
bir qarşılıq gözləmədən.. Yalnız
sevmək yetə bilərmi insana..?
Məncə yetər. Çünki artıq bilirəm
ki, sevmək, ciddi bir işdir..!
Bütün bir həyatı doldura bilər,
böyük bir ömrə yetə bilər.
Sırf biri bizi sevir deyə bütün bir
həyatımız dəyişə bilər. Bir ümid
yarana bilər. Sırf o bizi sevir
deyə imtina etdiyimiz yerdən
davam edə bilərik. Yorulmuşkən
qaçmağa başlaya bilərik.
Atama baxarkən, atamın
gözlərindən anladım məni nə
qədər çox sevdiyini. Mənim
üçün hər şeydən, öz həyatından
belə imtina edə biləcəyini, məni
əsla tərk etməyəcəyini
gözlərindən anladım.
Məni həmişə qorxudan, içimdən
ata bilmədiyim o boşluq kiçildi,
kiçildi, kiçildi Və yox oldu!
Xoşbəxtdim! Uzun zamandan
bəri ilk dəfə Qorxmurdum!!!
Və bu zaman anladım ki,
itirməkdən qorxmağı buraxdığı
zaman insan həqiqətən sevə
bilər..!

[cavab]

pol SweeT_(Love) 3 Noy 2012 / 20:38
Memo.Bu Senin Heyatindi?

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1528 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az