Dini seirler
VIP_MaestrO
29 May 2014 / 01:01
Məhəmməd Peyğəmbər (s.ə.s)
"Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə, ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan, amma özü icazə verərsə eybi yoxdur. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər".
[cavab]
VIP_MaestrO
29 May 2014 / 01:02
Bu əməl vaxtında edilsə hərgah,
Əməl dəftərinə yazılmaz günah.
“Əuzu billahi ” deyib aparsan,
Şeytanın şərindən Allaha pənah.
[cavab]
VIP_MaestrO
29 May 2014 / 01:03
İlahi, mən şahid tuturam Səni,
İstədiyin səmtə Sən yönəlt məni.
Adamlar riyakar olduqlarından,
Ayıra bilmirəm dostdan düşməni
[cavab]
Bölmeye qayıt
0.1337 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az