Dini seirler
VIP_MaestrO
29 May 2014 / 00:52
Düşünmüşəm
Bu uzun gecəni səhərə qədər,
Səni düşünmüşəm,səni,sevgilim!
Tənhalıqda məni boğsa da qəhər,
Dodağım quruyub yandıqca dilim,
Səni düşünmüşəm, səni,sevgilim!
Yadıma saldıqca xoş surətini,
Sanki eşidirəm söz-söhbətini,
Çəkə bilməyirəm bu həsrətini,
Uzatdım əlinə çatmadı əlim,
Səni düşünmüşəm, səni, sevgilim!
Könlümün ayrılmaz qönçəsisən sən,
Mümkünmü ayırmaq dırnağı ətdən?
Sən mənə artıqsan hər bir ne ‘ mətdən!
Sevincim, ilhamım, təzə tər gülüm,
Səni düşünmüşəm, səni, sevgilim!
Hicran atəşinə yandıqca ürək,
Boynum bükülmüşdür bənövşələrtək.
Gəl gülək- danışaq, küsməkdən əl çək,
Qəlbimdə qalmasın arzum, nisgilim,
Səni düşünmüşəm, səni, sevgilim!
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:52
Görürəm hüsnünü rö’yada mən hərdən, gecələr.
Dərdimin üstə gəlir qəm yükü hökmən, gecələr.
Baxıb ətrafıma, öz halıma tənha yanıram,
Sakit olmur ürəyim etməsə şivən, gecələr.
O qədər qəlbimə həsrət dağı çəkdin, sənsiz
Göz yaşımla yuyuram yastığı bə’zən, gecələr.
Günəşin nuru səhərlər bizə xoş hal gətirir,
Gün batandan olur aşiqlərə düşmən, gecələr.
Bu qədər dərd ilə axşamlar, inan, yatmazdım,
Yatıram ki, səni rö’yada görüm mən, gecələr.
Çırpınırsan, bilirəm, sən də qəfəsdə məntək,
Gəl bölək dərdimizi sübhə qədər tən, gecələr.
Aşiqin adətidir, mə’şuqun ardınca gedər,
Qəm yeli əssə, edər qəlbini yelkən, gecələr.
Varsa qəlbində məhəbbət, mən üçün ağlarsan,
Seyr edə bilsən əgər halımı qismən, gecələr.
Bu həyatın acısı, şərbəti də səndəndir,
Öldürüb, həm yaşadan Yusifi sənsən, gecələr!
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:53
Ey mələk, atəşi eşqin ilə yandım, yandım
Gözləri yaşlı bu dünyanı dolandım, yandım.
Aşiqin yanmağı pərvanə misalında olar,
Mənsə, hicran qucağında səni andım, yandım.
Keçmiş aşiqləri saldıqca yada, kövrəldim,
Nə bəla olduğuna eşqin inandım, yandım.
Çox çalışdım, sənə şadlıq gətirən dostun olum,
Olmadı, fikrini çəkdim, havalandım, yandım.
Sənə isbat eləmək istədim aşiqliyimi,
Məqsədə çatmağa gəldikdə, yubandım, yandım.
Nə sitəmlər desən etmiş mənə hicran dərdi,
Qəm dolu üzgün həyatımdan utandım, yandım.
Sən sədaqət qapısın bağladığından üzümə,
Gecələr qəmli yatıb, dərdli oyandın, yandım.
Cazibə qüvvəsi var qaşlarının altında,
Ləbləri abi-həyat çeşməsi sandım, yandım.
Yusifəm, ömrümü yalnız sənə sərf eyləmişəm,
Səndən ayrı belə dövrandan usandım, yandım!
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:53
Bu seirlerin hamisi kopidi
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:58
Keçsə neçə əsr, keçsə neçə il,
Bütün gördüklərin məhv olacaq,bil.
Bunu gələn günü dedilər bizə,
Ağladıq ki, dünya əbədi deyil.
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:59
Dünya, bənzəri yox böyük bazardır,
Malların çeşidi qatar-qatardır.
Sevinclə yanaşı, qəm də, kədər də,
Şərəf, ləyaqət də satışda vardır.
[cavab]
VIP_MaestrO
29 May 2014 / 00:59
. Muhemmed Peygember (s.e.v.s.);
"Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. O kişi ki anasına, həyat yoldaşına, qızına, bacısına, nənəsinə, qayınanasına, xala-bibilərinə və digər doğma qadınlara yaxşılıq edərək qəlbini açır, Qiyamət günündə Allah tərəfindən böyük mükafat alacaq. Əgər kişi bazara daxil olub ailəsinə bir hədiyyə alsa, min yetimə sədəqə vermiş kimidir. Özü də hədiyyə paylayanda birinci qız uşaqlarından başlamaq lazımdır. Unutmayın, oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər
[cavab]
VIP_MaestrO
29 May 2014 / 01:00
Gülüm, camalına baxmamaq olmur,
Gül dərib yaxana taxmamaq olmur.
Sən elə şirinsən, vallah eşqinə
Şam kimi əriyib axmamaq olmur.
[cavab]
VIP_MaestrO
29 May 2014 / 01:00
FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)
Ləqəbi: Zəhra.
Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.
Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).
Anadan olduğu gün: 20 Cəmadiüs-sani.
Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.
Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл).
Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.
Şəhid olduğu il: 11-ci hicri ili.
Ömrü:18 il.
Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
Dəfn olunduğu yer: Mədinə.
Övladlarının sayı: 4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.
Oğlanları:
1. Həsən (əleyhissalam).
2. Hüseyn (əleyhissalam).
Qızları:
1. Zeynəbi-Kübra.
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir)
[cavab]
VIP_MaestrO
29 May 2014 / 01:01
Imam Eli oglu Hezret Hesene bunlari soyledi:
"Oğlum, sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə həkimə ehtiyacın olmasın? Dedi: "Bəli, ata, öyrət". Həzrət buyurdu: "Sağlamlıqdan gözəl heç bir paltar yoxdur. Odur ki acmayınca süfrə başında oturma, yeməkdən tam doymamış süfrədən qalx, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, həkimə möhtac olmazsan. Bir də oğlum, isti yeməyi soyut. Çünki sevimli Peyğəmbərimizin qabağına isti yemək qoyulduqda, o buyurdu: "Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir. Unutma, oğlum, sağlamlıq nemətlərin ən yaxşısıdır".
[cavab]
Bölmeye qayıt
0.1707 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az