Düşünün ! (Memo)
Memo
3 Noy 2012 / 18:59
Yoxluqdan vücud tapdıq. Bir ana bətnindən dünyaya gözlərimizi
açdıq. Ruzimiz, düz yanımızda
süd olaraq göndərildi. Qayğı ilə
bəsləndik, şəfqətlə böyüdük.
Əgər o ana şəfqəti və ata
sevgisi verilməsəydi, bizim o
dözülməz körpəliyimizə kim
dözə bilərdi ?
Dünyaya gəldiyimiz andan
etibarən ətrafımız nemətlərlə
dolduruldu. Günəş bizi isitdi, su
bizi təmizlədi, qidalar qarnımızı
doyurdu, hava tənəffüsümüzü
təmin etdi. Və bütün bunları
zəhmətsiz və pulsuz istifadə
etdik.
Həyatı anlayan bir ağıl, dünyanı
görən bir göz, səsləri duyan bir
qulaq, dadları dadan bir dil,
qoxuları alan bir burun
olmasaydı, nə olardıq ? Bütün
bahalı orqanlara nə qədər pul
ödərdik ?
Ağzımıza qoyduğumuz bir
loxma, həzm edilib çıxarılana
qədər minlərlə əməliyyatdan
keçir və heç xəbərimiz də
olmur. Bizə qalan yalnız o
ləzzətli loxmanı ağzımıza
qoymaqdan ibarətdir. Bəs
ağzımızı, dişlərimizi, mədəmizi,
həzm sistemimizi işlətmək də
bizim işimiz olsaydı, halımız
necə olardı ?
Günün 24 saatını yalnız
mədəmizin işlədilməsinə
ayırsaq, yenə də çatdıra
bilməzdik. Bu qurulan
mükəmməl sistemin və işləmə
nizamının nə qədərindən
xəbərdarıq ?
Dünyanın o sehrləyən
gözəlliyinə qarşı gözlərimiz
olmasaydı ? O gözəl səslərə
qarşı qulağımız və o doyulmaz
dadlara qarşı da dilimiz
olmasaydı ? Həyatın nə qədər
dözülməz olacağını düşünmək
belə dəhşətlidir deyilmi ?
Deməli, kainatı yaradan
kimdirsə, insanı yaradan da
Odur. Çünki ikisini bir-birinə
uyğun və tamamlayıcı formada
yaratmışdır
Düşünün!
Haradan gəldik ? Nə üçün
gəldik ? Haraya gedirik ? Kimə,
necə hesab verəcəyik ?
Hər ağlı olan insan, bunları
düşünmək məcburiyyətindədir.
[cavab]
dilek2
3 Noy 2012 / 19:05
Twk bacim.
[cavab]
prototype193
3 Noy 2012 / 19:15
TWK
^=+
[cavab]
Memo
3 Noy 2012 / 19:47
BAK, BAN !!!
AĞILLI OL !
[cavab]
BEATIFUL
3 Noy 2012 / 19:55
Memo,twkleeeer cox gozel movzuya toxundun..
Duzdu eyer bir insan bunlari derk ede bilirse ele boyuk biseydi...
[cavab]
Bölmeye qayıt
0.191 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az