28 May-Respublika Gunudur

pol ErRoR-TeRRoR 28 May 2014 / 11:43
Respublika günü[1] və ya 28 May – Respublika Günü[2] — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Tarixi 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. 1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi
demokratik dövlət yaradıldı. Bu
respublika azərbaycanlıları tarixi
yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur[3]. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq
Cümhuriyyəti türk və islam
dünyasında ilk parlamentli respublika
və ilk demokratik, hüquqi və dünyəvi
dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin
ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra
milli hökumət Gəncədən Bakıya
köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti
qısa ömrundə böyük nailiyyətlər və
qalibiyyətlər əldə etmişdir. İlk dəfə
qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən
cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank,
azad seçkilər, beynəlxalq əlaqələr və
beynəlxalq ictimayyət tərəfindən
Azərbaycan istiqlalının rəsmiyyətə
tanınması, Azərbaycanın bütövlüyünü
təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin etmişdir. Azərbaycan Demokratik
Respublikasını rəsmi surətdə tanıyan
ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə
baş vermişdir. 1918-ci il 9 noyabr tarixində
M.Ə.Rəsulzadənin təklifi əsasında
Azərbaycan Demokratik
Respublikasının üç rəngli bayrağı
qəbul edilmişdir. O zamana qədər
Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı
rəngdəydi. Azərbaycan Demokratik Respublikası
gərgin və mürəkkəb ictimai-siyasi
şəraitdə cəmi 23 ay fəaliyyət göstərə
bildi. Təəssüflər olsun ki, müstəqil
Azərbaycan Cümhuriyyəti iki yaşına
dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi.
Sovetlər Birliyi, Azərbaycanı məcburi
surətdə öz tərkibinə daxil etdi.
Bolşeviklər tərifindən devirlməsinə
baxmayaraq, istiqlal ideyası yenilmədi
və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi[4]-
İstiqlal Bəyannaməsi
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət
Bəyannaməsi" ilə Azərbaycanın şimal
torpaqlarında Azərbaycan Demokratik
Cümhuriyyəti yarandığını elan etdi. Bu
tarixi sənədə görə Azərbaycan qonşu
xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil
Azərbaycan dövlətinin təşkil idarəsi
xalq cümhuriyyətidir. Azərbaycan Xalq
Cümhuriyyəti, millət, məzhəb, sinif və
cins fərqi görmür və bütün
vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. Respublika Günü haqqında qanun 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq
Cümhuriyyətinin varisi elan edib və
ölkənin müstəqiliyi yenidən bərpa
olunub. 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi
günü dövlət bayramı kimi qeyd edilir [5].

[cavab]

pol ((Nissan)) 28 May 2014 / 12:18
Bayrammiz mubarek

[cavab]

pol **K_I_L_L_E_R** 28 May 2014 / 13:11
Bayraminiz mubarek!!!

[cavab]

pol _FCB_ 28 May 2014 / 14:13
wikipedia

[cavab]

pol ErRoR-TeRRoR 28 May 2014 / 14:35
_FCB_, beli. Ne etmek olar. Veten bagiwlasin bizi. Onun tarixin bawqa milletlerden oyrenirik

[cavab]

pol @amil@ 28 May 2014 / 15:33
Amma Admin Yenilik Etmedi:(

[cavab]

pol *Duyqu* 28 May 2014 / 15:58
hmmm bayramimiz mubarek goresen bu Azerbaycan ne vaxt derk edecey ki,yarimciq bayram kecirmezler get torpagini qaytar sora gel bayram ele.

[cavab]

pol SoZuMuZ_SoZDuR 28 May 2014 / 16:05
sef melumatdi
28 may atamin ad gunudur

[cavab]

pol ErRoR-TeRRoR 28 May 2014 / 16:15
*Duyqu*, Vetenimin yolunda wehid olmadan once olum werbetini iceceyimden qorxuram

[cavab]

pol *Duyqu* 28 May 2014 / 16:16
ErRoR-TeRRoR, ozun bilersenhmmm

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2087 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az