MERAC GUNUMUZ MUBAREK
ErRoR-TeRRoR
25 May 2014 / 17:04
Salam. Butun muselmanlari Merac gunu munasibetile tebrik edirem. ALLAH bizi Muhemmed Peygemberin (s.e.v.s) ve onun Ehli-Beytinin yolundan azdirmasin. Bu gozel gunde etdiyimiz butun dualarin qebul olmasini dileyirem. Amin.
(Bu gunun tarixi haqqinda daha etrafli awagida oxuya bilersiz)
Merac Rasulullah (s.a.s)-in Məkkədə
ikən bir gecə əmisi qızı Ümmü Hâninin
evindən götürülüb, önce Məscid-i
Haram’a (Kəbə), oradan da Məscidül-
Əqsaya aparılması ilə başlayan bir gecə
səyahətidir. İsra, gecə səyahəti deməkdir. Bu hal Qur’an-i Kərim’də
belə anlatılır: “Öz bəndəsini
(Muhəmmədi-səlləllahu əleyhi və alihi
və səlləm) Özümüzün bəzi
nişanələrimizi ona göstərmək üçün bir
gecə Məscidül-Həramdan ətrafını mübarək (bərəkətli) etdiyimiz
Məscidül-Əqsaya aparan Allah pak və
nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin
və yuxarı aləmin sakinlərinin
danışığını) eşidən və (onların
hamısının halını) görən Odur (O Allahdır)..” (İsra Surəsi, 1) Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı
nəqliyyat vasitəsi kimi ölçüdə atdan
kiçik, uzunqulaqdan böyük olan
qanadlı behişt məxluqu Buraqdan
istifadə edirdi. Bütün səfər boyunca
Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti
Muhəmməd Peyğəmbər (s.a.s)
səmanın yeddi qatını keçmiş, hər
mərtəbədə özündən əvvəlki böyük
peyğəmbərlərlə görüşmüşdür. Merac
zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və
cəhənnəmdən mənzərələr göstərilmiş,
onların sakinləri barədə məlumat
verilmiş, peyğəmbərimiz insanın hansı
əməllərinə görə cənnətə və
cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət
gününə kimi boşdur, heç bir mömin və
kafir şəxs hesab günündən əvvəl nə
cənnətə, nə də cəhənnəmə salınmaz.
Lakin Allah-Təala üçün zaman
məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən
əvvəl də əhatə edir. Demək, Merac
zamanı Allah-Təalanın əmri ilə cənnət
və cəhənnəm səhnələri Həzrəti
Muhəmməd Peyğəmbərdən (s) ötrü
vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd
Peyğəmbərin (s) daha yaxşı anlaması
üçün cənnət və cəhənnəm
görüntülərini onun gözü qarşısında
canlandırmışdır. Merac səfərində
müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də
Peyğəmbərə vəhy olunmuşdur. Bu
səfərin esas nöqtəsi olan Sidrətu’l-
Müntəha (yeddinci qat)-a çatdıqda Hz.
Cəbrail (a.s) – “Ya Muhamməd, mən
burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam
edeceksəin” deyərək, Peyğəmbərimiz
(s.a.s)in uca Rəbbimizlə görüşüb,
danışacağı yerə gətirib buraxmışdır.
Daha sonra bu səyahət götürüldüyü
yerə qaytarılması ilə başa çatmışdır. Qurani-Kərimin bir neçə ayəsini
təfsirçilər Meracla bağlayırlar. Məsələn,
«Nəcm» surəsinin 8-9-cu ayələrində
buyurulur: «Sonra (Peyğəmbər Allaha)
yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında
kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı».
Əlbəttə, İslam dininin əqidə əsaslarına
görə, Allah-Təala cisim deyil, onun
məkanı yoxdur və Allahın hər hansı
məkanda olduğunu düşünmək
günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu
arasındakı məsafədən də az» olması
ifadəsi məcazi məna daşıyır. Ayədə
Merac zamnı Peyğəmbərin Allaha
həmişəkindən daha yaxın olduğunu
bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə
maddi deyil, mənəvi və ruhani məna
daşıyır. İnsanın Allaha yaxınlığı onun
lütf və mərhəmətinə layiq görülmə
dərəcəsi və sevimli bəndələr
cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində
işlətdiyimiz «qurbətən iləllah» –
«Allaha yaxınlıq» sözləri də bunu
sübut edir. MERAC GECƏSİNİ NECƏ
DƏYƏRLƏNDİRMƏLİ? Bu gecə uca Allahın qullarına daha
yaxın olduğu gecələrdəndir. Buna
görə də bu gecə mümkün olduğu
qədər dua və ibadətlə məşğul olub,
boş işlərə baş qoşmamaq lazımdır.
Merac gecəsində gündüzü oruc tutmaq, gecəsini də mümkün olduğu
qədər ibadət və dua ilə keçirmək
lazımdır. Bu barədə, Al -Qazalinin və
Əbu Musa əl-Mədəninin də nəql etdiyi
“Bu gecə yaxşı əməl edən üçün yüz
illik mükafat vardır” və “Rəcəbin 27-ci günü oruc tutana, 60 illik oruc savabı
verilir” kimi hədisi şəriflər vardır.
[cavab]
ErRoR-TeRRoR
25 May 2014 / 17:05
Merac gecəsini belə keçirmək olar: 1) Qurani-Kərim oxumaq.
2) Qəza namazı qılmaq.
3) Çoxlu tövbə, istiğfar və dua etmək.
4) İki rukət tövbə namazı qılıb keçmiş
günahlarımızın bağışlanması üçün dua
etmək. 5) Səhərdən oruclu olaraq, sədəqə
verib, Müsəlmanları sevindirmək.
6) Hər zaman olması gərəkdiyi kimi
insanlara gülər üzlə davranmaq və
şirin sözlər söyləmək.
7) Dünyasını dəyişənlər üçün dua etmək və onlar üçün də sədəqə
vermək
8 ) Ailəmizlə toplu haldə ibadət və dua
etmək, onları da ibadətə təşviq etmək.
9) Elmlə məşğul olmaq, Təfsir, Hədis,
Fiqh kimi dini kitablar oxumaq. Dini öyrənmək. (Sadəcə Meracın necə
olduğu barədə araştırıb öyrənmək
belə gecəni elmlə keçirməyə yeter.)
10) Merac gecəsinin səhərində duhr ilə
asr namazı arasında 4 rukət nafilə
namaz qılına bilər. 11) Ən önəmli məsələ gündüz və gecə
və ertəsi gün günahlardan qaçmaqdır.
12. İmkanı olanlar bu gecə və ertəsi
gün gələn -gedənə süd ikram
etməkdir.
[cavab]
ErRoR-TeRRoR
25 May 2014 / 17:07
MERACIN HƏDİYYƏLƏRİ Merac günü peyğəmbər (s.a.s)-ə
hədiyyə olaraq üç şey verilmişdi.
Bunlar;
1) Beş vaxt Namaz. Bu vəsiləylə
“Namaz Möminin meracı” olmuşdur.
2) Bəqərə Surəsinin Son Ayətləri: Peyğəmbər öz Rəbbindən ona nazil
edilənə iman gətirdi, möminlər də
(iman gətirdilər). Hamısı Allaha, Onun
mələklərinə, kitablarına və elçilərinə
iman gətirdilər. (Onlardedilər): “Biz
Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey
Rəbbimiz! Səndən bağış-lanma
diləyirik, dönüş də yalnız
Sənədir!” (Bəqərə, 285) Allah hər kəsi yalnız onun qüvvəsi
çatdığı qədər mükəlləf edər. Hər kəsin
qazandığı (xeyir yalnız) onun özünə,
qazandığı (şər də yalnız) öz
əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və
ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə
yüklədiyin kimi, bizə də ağır yük
yükləmə! Ey Rəbbimiz, gücümüz
çatmayan şeyi daşımağa bizi vadar
etmə! Bizi əfv et, bizi bağışla və bizə
rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım
et!” (Bəqərə, 286) 3) Allaha heç bir şeyi ortaq (şirk)
qoşmamaq şərti ilə “Lə iləhə illəllah”
deyən hər Müsəlmanın, imanla ölməsi
durumunda cənnətə girə biləcəyi
müjdəsi; Merac qəndiliniz mübarək olsun,
əziz müsəlman bacı və qardaşlarım!
[cavab]
ERrOR_Flatron
25 May 2014 / 17:08
[cavab]
ErRoR_MEDVED
25 May 2014 / 17:20
bayraminiz mubarek,eziz momun qardaw ve bacilar
red. ErRoR_MEDVED (25.05 /17:28)
[cavab]
ErRoR-TeRRoR
25 May 2014 / 17:29
ErRoR_MEDVED, Peygember efendimizin (s.e.v.s) meraci mayin 25den 26sina kecen gecedir
[cavab]
Fer
25 May 2014 / 17:30
super
[cavab]
NARDARANLI
25 May 2014 / 17:47
Allah razi olsun Muselman baci qardadlar Bu gun hem de Peygberin neslinden olan İmam Ceferi Sadiqin ovladi İmam Museyi Kazimin e.s sehadeti gunudur Basda İmam Zaman e.s olmaqla Haminiza bas sagligi verirem
red. NARDARANLI (25.05 /17:47)
[cavab]
____SERAP____
25 May 2014 / 17:52
ErRoR-TeRRoR, salam aleykum. Bu gözellikleri yazmağla bitmez. Yazdığcada insan tukenmez,vazkeçilmez gözel duyğudur. Turkler Mirac gunu bezi yerlerde Mehrac ve saire kimi adlandırır. Bu gözel Mirac gunu en gozel dualar oxunan Quranlar dunyamıza,xalqımıza,muselman cemahatına,hamıya xeyirlere vesile olsun AMİN... {MEHEMMEDDEN(s)yaxşı insan yaratmayıb. imam ALİ (a) } ALLAHIN RESULU , AXIR PEYĞENBERİMİZ MEHEMMED (s.a.s) 

[cavab]
____SERAP____
25 May 2014 / 17:54
NARDARANLI, AMİN. ALLAH sizlerede cemi cumlemize yar olsun AMİN. Sağol eksiy olma
[cavab]
Bölmeye qayıt
0.1978 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az