! Sənsiz mənə haramdır (Weir)

pol ozdunyamiz 3 Noy 2012 / 05:04
Sənsiz mənə haramdır (Oxucularin isteyi ile sevgi weiri).
-------
Ay qəlbimi yüz yerindən dağlayan,
Damarımda qanım kimi çağlayan,
Sənsən məni bu həyata bağlayan,
Sənli həyat, sənsiz mənə haramdır.

Gecəm kimi zülmət olub səhərim,
Gülüşümə ortaq olub qəhərim,
Səndən ayrı bax belədir təhərim,
Sənli həyat, sənsiz mənə haramdır.

Başdan aşa varım, daş-qaşım, ləlim,
Yenə sənə uzanacaqdır əlim,
İmdad edib, söyləyəcəkdir dilim,
Sənli həyat, sənsiz mənə haramdır.

Pərvanədə şama könül verir ki,
tül qanada alovdan don geyir ki,
Öləndə də son kəlmədə deyirki,
"Sənli həyat, sənsiz mənə haramdır".

Zülfün kəmənd, həsrətinsə dardı yar,
Əlindədir, bilirsən hər ixtiyar,
Öldür məni, onsuzda nə fərqi var,
Sənli həyat, sənsiz mənə haramdır.
--------
Hormetle: Nurlanichka, Ozdunyamiz, Bluffmaster, MaqnuM

[cavab]

pol Ucarli 3 Noy 2012 / 05:12
ozdunyamiz,super

[cavab]

pol MaqnuM 3 Noy 2012 / 06:41
Halaldi
red. MaqnuM (03.11 /06:41)

[cavab]

pol Seyfu 3 Noy 2012 / 08:17
Pravo.
red. Seyfu (03.11 /08:18)

[cavab]

pol Wirxan 3 Noy 2012 / 10:31
sensiz gunlerimi qurban vererdim
qismet olsa seninle evlenerdim
kaw senin qollarinda men oleydim
senli heyat sensiz mene haramdir

[cavab]

pol Dj_KeNaN 3 Noy 2012 / 11:03
sagol ay brat opurem ardi olsun mutleq
red. Dj_KeNaN (03.11 /11:04)

[cavab]

pol BALTAZAR 3 Noy 2012 / 11:31
bu cox gozeldi qaqam, ehsen. Uwaqlar bunu intonasiya ile yavaw-yavaw oxuyun gorun nece lezzet edecek. Cox sag ol qaqam sene boyuk tewekkur duwur

[cavab]

pol *Romantic* 10 Avq 2013 / 05:08
Keçmişə səyahət

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2159 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az