Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol tutu 22 May 2014 / 16:35

[cavab]

pol Azik 22 May 2014 / 20:03
Davamini yazin da

[cavab]

pol Ayan01 23 May 2014 / 01:53
bagisliyin vaxtim olduqca yaziram ve calisiram tez tez yazim

[cavab]

pol Ayan01 23 May 2014 / 01:58
Təsadüf yoxsa alın
yazısı (Bölüm 13)

[cavab]

pol Ayan01 23 May 2014 / 01:59
Nərgiz evə gəldiyində anası
onun halsızlığını görüb
qorxdu. Onaq xəstəxanada
olduğunu xəbər verməmişdi.
Onsuzda başını yaralaynda
qorxmuşdu. Indi də desə lap
qorxardı. Nərgiz heç nə
olmadığını özünü yaxşı hiss
etmədiyini deyib yatmağa
getdi. Doğrudan da əslində
ciddi bir təhlükə ilə üz üzə
qalmışdı. Nərgizin uşaqlıqdan
müəyyən şeylərə güllərə
ədviyyatlara alergiyası var idi.
Bronxları şişirdi. Nəfəs darlığı
yaşayırdı. Bunu ilk dəfə
məktəbdə ondan xoşu gələn
oğlanını nərgiz gülü
gətirməsi ilə bilmişdilər. O
zaman da Nərgiz özünü pis
hiss etmiş huşunu itirmişdi.
İndi isə tək bir dəstə yox bir
otaq dolu nərgiz gülünü
qoxlamaq əcburiyyətində
qalmışdı. Yatağına uzanıb –
Allahın bəlası, imkan vermire
yaşayaq. Səndən nəsə istəyən
var? Get işini gör də. Istəmə
üzr. Üzürün batmasın sənin.
Az qala ikinci dəfə öləcəkdim.
Orada qalsam bu 3 cü dəfə
məni gerəkdən öldürər
vallah. Nə istəyire məndən
alamadım ki?
Nərgiz bu fikirlərə dalarkən
Kənan da iş otağında kor
peşiman başını masanın
üzərinə qoyub düşünürdü. O
arada təlaşa düşüdüyündən
fəriqən varmamışdı, amma
ikinci dəfədir ki, bu qıza nəsə
olacaq qorxusunu
duyduğunu hiss etdi. Nədən
ola bilər deyə düşündü.
Vicdan əzabıdır yəqin deyib
kürəyini kresloya yaslayırdıki
katibəsi içəri keçdi. Orta yaşlı
bu qadın uzun illərdir burda
çalışır. Demək olar ki, gənc
yaşından. Hər kəsi burada
tanıyırdı.
- Kənan bəy, atanız zəng
vurmuşdu.
- Ayy doğrudan.. unutmuşam
tamam.
- Narahat olmayın dedim ki
- Ümid edirəm olanları
deməmisən.
- Xeyr deməmişəm, amma
bura gələndə yəqin ki,
öyrənəcək. Həm inanmıram
Nərgiz bundan sonra burda
işləməyə davam edə. O qızda
ki, o tərslik var.
- Offf demə..
- Siz hələ heç nə
görməmisiniz. Necə oldu?
- Az qalırdı palatada məni
öldürsün
- Demək ki, yaxşıdır.
- Sevda xanım, uzun
müddətdir burda işləyir?
- Kim?
- O
- O? Hə Nərgiz?
- Demək olar ki hə.
- Necə biridir. Həmişə belə
tərs kobud olub?
- Yox. O qızlar başqa
aləmdirlər. Ona görə Kamran
bəy onları göz bəbəyi kimi
qoruyur. Nərgiz əslində
kobud olsa da ürəyi təmizdir.
Nişan məsələsi onun
qürurunu çox incitdi. Belə
eləməyinə baxmayın. Mənim
yaşım az deyil hər şeyi görür
hiss edirəm. Sadəcə bir daha
yara almaqdan qorxur deyə
kişilərə qarşı keçilməz bir
qala tikib. Təsəvvür edin toya
iki ay qala başına bunlar gələ.
Gənc qızıdır. Bütün xəyalları
alt üst olub. Ona görə bu gün
belədir. əslində amma
sakitdir.
- O və sakit. Bir birinə nə
qədər uzaq kəlmələr.
- Amma elədir. Mərd qızdır.
Bir də görürdün körpə kimi
oturub kiçik bir şeyə
ağlayırdı. Indi isə onu
ağlayan görmək mümkün
deyil. Bu 6 ayda çox dəyişdi.
Bircə Ülviyyə ilə yola gedir.
Sevda xanım yaşım var hər
şeyi görürəm duyuram
demək istəyərkən əslində
başqa bir şeyə də eyham
vururdu, amma Kənan hələ
bunu başa düşməmişdi.
Amma Sevda xala Kənandan
soruşmadı ki, neynirsən
onun haqqında öyrənib. O
hər şeyi anlayırdı. Və ümid
edirdi ki, Nərgiz də bunu
duyub sakitləşər və artıq
kobudluğuna son qoyar.
Sevda çıxdıqdan sonra isə
Kənan əlini çənəsində
gəzdirib düşünürdü. – Əşi
mənə nəyee... Sakitmiş...yox
birdən mələk olar xəbərimiz
olmaz ha.. şeytan.. amma
mavi gözlər, sarışın parlaq
saçlar ağ dərisi doğrudan da
mələyə bənzədir onu. Nəysə
mənə nə Allah sahibinə
bağışlasın. Başını bulayıb
atasına zəng vurmağı qərara
aldı. Bu anda Sevda xanım
yenə qapını döyüb içəri
keçdi. Qapıda birinin
gözlədiyini uşaqlıq dostu
olduğunu söyləyən cavan
oğlanın olduğunu dedi.
Kənan adını eşidən kimi
dərhal içəri keçməsini dedi.
Bu Kənanın dostu Yusif idi.
Yusif Kənandan da iri
bədənli, daha uzun boylu və
yaraşıqlı oğlan idi. Kənanla
qucaqlaşıb görüşdükdən
sonra söhbətə başladılar.
- Səndən nə əcən bakıya
gəldin. Məşhur Kənan bəy
Bakını istəmirdi axı.
- Nə bilim. Məndən olsa
gəlməzdim. Atam xaricdəki
şirkətimizə getməli idi deyə
burdakına məni qoydu. İşləri
öyrənib mən xaricdəkinin
başına keçəcəyəm.
- Həə dedim birdən olar da
evlənib eləyərsən ona görə
qalarsan buralarda.
- Əşi yoxe nə evlənmək. Bircə
bu çatmır həyatımda.
- Görürəm olduqca
pərişansan.. bunu deyib
gülən Yusif Kənanın yaxası
açıq köynəyini dağılmış
saçlarını ağarmış rənginə
işarə etdi. Mən görürəm ki, iş
sənə yaramayıb.
- İş yarayıb da... adamları bir
az yaramadı

[cavab]

pol Ayan01 23 May 2014 / 02:01
Nə?
- Heç nə boş ver. Səndən nə
əcəb. Neynirsən nə işlə
məşğulsan.
- Mən hələki heç nə. Bizim
sənin kimi atamızın şirkəti
yoxdurda başına keçək.
Kənan əlindəki qələmi Yusifə
atıb, - axmaq axmaq
danışma. Bura sənin də
sayılır. Atam sənin xətrini çox
istəyir bilirsən. Dedi Yusif
başını yelləyib – hə hə
bilirəm. Mən də onun xətrini
çox istəyirəm
- Mənə bax bekarsansa gəl
bizimlə işlə.
- Yox belə işlər mənlik deyil
- Niyəki sən gəl fırlan bax
xoşuna gəlsə qal işlə.
- Baxarıq bilirəsn məndən
işləyən çıxmaz.
- Bilirəm bilirəm dəyişmərsən
sən
- Hə.. mən gedim, indi işim
var. Elə belə dəyidm sənə.
- Nə tez bir çay da içmədin.
- Yaxınlarda qalıram gələrəm
yenə.
- Yaxşı amma sən mən
deyəni düşün və gəl. Gəz bax.
Ürəyincə olsa sənə münasib
boş vakansiyamız da olar.
Narahat olma ağır işlərə atan
deyilən səni
Hər ikisi gülüşüb otaqdan
çıxdılar. Katbənin yanında
mini yubka geyinən
Salmanıgörən Fərid onu
başdan ayağı süzüb Kənana
– şirkətinizdə belə qızlar
çalışırsa mən elə bu gündən
başlayım işə
- Doğrudan heç dəyişmirsən
deyib onunla qapıya qədər
gəldi.
gunler öz qaydasinda sakitce
kecirdi. Ülviyye artiq işe onu
gormeye gelen xanim
haqqinda unutmusdu. aileler
arasinda tanişliq heleki bas
tutmadigindan narahat idi.
ne oz evinde dillene bilirdi ne
Sehriyarin yaninda. Düşundu
ki, zamana buraxsin. Nergiz
işden cixmaq istese de
Kamran beyin tekidi ile isde
qalmisdi. bir şertle ki, Kenanla
bir basa isleri gormeyecek.
Kenan da düşundu ki aranin
sakitleşmesi Nergizin hirsinin
kecmesi ucun bu en yaxşi
cixis yoludur. Arada qazanan
ise Salma oldu. istediyi vaxti
Kenanin otagina girib cixirdi.
Kenanin dostu Yusif yeniden
şirkete ziyarete gelmisdi.
Katibesi yerinde yox idi,
amma masanin yaninda
arxasi ona teref sarisin
xanimi gorub soz sorusmaq
isteyirdi ki, onun oz ozune
danisdigini esitdi.
- İfriteye bax, otaga girende
çixmaq bilmir. islerim tokulub
qalib.
- Bagislayin xanim men
Kenan beyi gore bilerem.
Bu Nergiz idi. Nergiz Yusife
teref çönende Yusif
fövqeltebii bir sey gormus
kimi heyretlendi.
- Deniz?
- Ne? deye Nergiz teccuble
sorusdu.
- Deniz. bu gozel mavi
gozlere sahib olan birinin adi
ancaq Deniz ola biler.
Nergiz kobud cavab vermek
isteyirdi ki, sozunu uddu.
Düşundu ki, belke
ortaqlardan biridir, ya da
müşterileri. İndi kobud olsa
Kamran bey ucun yaxsi
olmayacaq. Odur ki, butun
hikkesini pozub zorla
gulumseyerek - Xeyr. Sehviniz
var adim Deniz deyil dedi.
- He düzdür sehv etdim. bu
mohtesem tebbessumun
sahibinin adi Gülüs ola biler
ancaq.
Nergiz aglindan " Bu oglan
resmen açiq aşkar teleb edir
ki, gotur stekani çirp tepeme.
Amma yox Nergiz sebrli ol ve
gulumse, heyasizligina salma
" deye kecirdi.
- Xeyr yene yanildiniz.
- Burda artiq gunah menim
deyil sizindir
- anlamadim
- Bu qeder gozel olmaqla
gunahkarsiniz. Dunyanin en
gozel adlarini bir araya
yigsam yene de size
yarasmayacaq.
Nergiz mesum sifet alib
Yusife teeccuble baxanda
ozunu saxlaya bilmeyib - bele
dolanbaci yollardansa qisaca
adimi soruşsaydiniz
deyerdim. sonra her ikisi
gulmeye basladi. Kenan ise
bu vaxti qapini acib Salmani
cole cixardirdi. Nergizle Yusifi
gülen gorub duruxdu. Bu
Nergiz idi? tanimadigi adama
gulurdu. yox ola bilmez yeqin
ki, tanışdilar deye
dusunerken qeyri ixtiyari
qolundan tutdugu Salmani
sıxırdı. - Kenan bey, qolum.
- Aa.. bagislayin gede
bilersiniz.

[cavab]

pol Ayan01 23 May 2014 / 02:04
Bu sese Nergiz ve Yusif
donduler. Nergiz Kenani ne
qeder acilasa da basqa
işcilerin yaninda bunu
elemirdi. indi de hec ne
olmamis kimi basini terpedib
salam verib, Salmanin
elindeki senedleri alib
getmek isteyirdi ki, Yusif -
amma adinizi bexş
etmediniz. - Amma siz de
sorusmadiniz. Yene her ikisi
gulende Kenanin alninda ter
emele gelmeye basladi. Yusife
teref donub celd - Xos
gelmisen gel ıceri deyib
onlarin unsiyyetini kesdi.
Yusif Nergizin arxasinca baxa
baxa iceri kecdi.
- Kenan men aşiq oldum. bu
qizin adi nedir?
- He bilirem senin aşiq
olmagini. bilesen o sen
gorduyun qizlardan deyil.
uzaq dur.
- mence de men gorduyum
qizlardan deyil. gorseydim
qacirmazdim furseti.
Kenan get gede esebinden
istilenirdi.
- Adi nedir?
- Bilmirem.
- işçinin adını bilmirsen?
- burada o qeder işçi var ki,
yadda saxlamaq olar?
- Belesinin adını unutmaq
olar?
- Yusif atamın xasiyyetini
bilirsen işde işcilernen
mesafeli davranir qaydalari
da ele qoyur.
- yaxşi gorek. qizin adini
bilmek qadagandir?
- sen tek adla
kifayetlenmirsen
Yusif soze gulumsedi, nese
dedi, amma Kenan artiq onu
dinlemirdi. " Yadlarla danisib
gulursen kobudlugun bir
mene qalib Nergiz xanim?
Agzin qulaqlarina catirdiye. "
- Eyy Kenan eşidirsen?
- Ne?
- ooo sen getmisen ki,
deyirem iş teklifin keçerlidir
hele de
- Ne işi?... he.. he elbette.
- Menim işimi bayaqki qizin
yanina sal da. ele ele ki, onun
butun işleri ile men
maraqlanim.
- Özun bil, amma meslehet
bilmezdim
- Niye?
- bir belalı nişanlisi var ki,
adami tike tike eder.
- nişanli? adini bilmediyin
işçinin nişanli oldugunu
hardan bilirsen
- şey... mmm...burda dava
salmagindan. he.he. bir defe
onunla işleyen oglan gelmedi
işe, dediler dunen qizin
nişanlisi gelib ne gune
qoyubsa oglan hele de
xestexanadadir.
Yusif yavaşca udqunub -
dogrudan deye sakitce
sorusdu.
- he, dogrudan. amma yene
de isteyirsense onun yaninda
otaq ayiraram.
- Yox. ayibdir ta, nisanli qiza
podxod etmek bize yaraşmaz
Kenan rahatlaşmiş şekilde
kresloya soykendi. Yusifi ayri
şobeye teyin etdi, ele bir
şobeye ki, Nergizin çalişdigi
şobeden yaxindan uzaqdan
elaqesi olmasin.
Ülviyye ücun bu gunler sakit
kecirdi. heleki her şey oz
qaydasinda gedirdi... heleki.
her şeyden xebersiz halda
gunu gunden Şehriyara
baglanirdi. Bir gun yene işe
gelende, qapida kiminse ona
baxdigini hiss etdi. başini
donderende evvel tanimadi,
amma sonra
- siz...siz o gun gelen
xanimsiniz
- He, men idim.
- bagislayin o gun dostumun
hali pis idi onunla getmeli
idim.
- Eybi yox. Onsuzda çox
qalmayacagam. bir xahisim
olacaq.
- elbette buyurun, amma siz
kimsiniz oyrene bilerem.
- Şehriyardan ayril.
Ülviyye duruxdu. qaşlarini
catib - Ne?
- Şehriyardan ayril. sizin
evliliyiniz olmamalidir, ola
bilmez. Ozun bu başdan ayril
- siz kimsiniz? men niye
ayrilmaliyam ondan?
- Qizim xahiş edirem ayril
ondan.Yalvariram sene.
Qadin aglamaga basladi.
Ülviyye donmuş halda qadina
baxirdi. bir muddet sonra
qadin getdi, amma Ulviyye
hele de anlamamisdi hec ne
- bu qadin kimdir? niye
ayrilmagimizi isteyir?
ardi var

[cavab]

pol Ayan01 23 May 2014 / 02:06
Təsadüf yoxsa alın
yazısı (Bölüm 14)

[cavab]

pol Ayan01 23 May 2014 / 02:07
Aradan bir nece gun kecse
de Ulviyye Sehriyara hec ne
dememisdi.Dusundu ki axi
niye kimese gore sevdiyi
insandan ayrilmalidir.Ozude
tanimadigi bilmediyi bir
insana gore. Amma icine
qorxu da dusmusdu. Sehriyar
ise her gun eve gelende
anasindan niye elci
getmediklerini
sorusurdu.Ulviyyenin yaninda
behs etmese de anasina her
gun tekid edirdi. Anasi ise
atan arasdirir ki kimlerdendir
ya da Zulfiyyenin ailesinden
ayibdir zaman kecsin kimi
ifadeler deyir elciliyi texire
salirdi. Nehayet Sehriyar
dozmeyib hirsle anasina -
sabah elciliye gedirsiniz
vessalam. Men Ulviyye ile
evlenirem ailesi ile yox
ustegel Zulfiyyeye soz veren
men deyilem. evde mubahise
dusende atasi Selim otaga
daxil olur
- Ne bas verir burda. Sesiniz
cole gelir.
- Ata sabah elciliye gedirsiniz
- Lap yaxsi gederik.
- Dedim ki, yox Sehriyar.
Anasinin bu reaksiyasina her
kes meetel qaldi.
- Men getmeyeceyem.
-Niye ana?
- Men soz verdiyim qizin...
- Allahim yene Zulfiyye deyire.
Ana anlamirsan sen, men
onu yox Ulviyyeni isteyirem.
- Onda icaze ver zaman
kecsin. Qizin qelbin
qirmayaq. Hem ne bilirik ne
olacaq niye telesirsen ki?
- Anan duz deyir Sehriyar bir
az sebr et.
- Axi ata.
- Narahat olma oglum yaxsi
olacaq. Duz deyir o aileden
ayibdir. bir az zaman kecsin
sen istediyin kimi elci gedib o
qizi sene isteyerik. Sehriyar
atasina qarshi daha da cox
direse bilmedi. Basini
tesdiqlemek menasinda
yelleyib otagina getdi.
Ulviyyeye munasib şekilde
izah etmeliydi, amma nece
deyecek deye gotur qoy
edirdi.
Nərgizlə Ülviyyə otaqa oturub
söhbət edirdilər. Ülviyyə o
qadın haqqında onun sözləri
haqqında Nərgizə danışdı.
Hər ikisi bir neçə dəqiqə
susub səssizliyə qərq oldular.
Hər ikisi də nəsə düşünürdü.
Nəsə yox daha çox qadının
kimliyi haqqında. Nərgiz
baxışlarını qaldırıb Ülviyyəyə
baxdı. Çox narahat idi. Tez
tez nəfəs almasından
görürdü.
- Ülviyyə, narahat olma.
Tanımadığın bilmədiyin
insandan ötəri
ayrılmayacaqsanki
- Əlbəttə yox. Amma kim idi
o? Niyə elə yalvardı? Niyə elə
dedi? Niyə ayrılmağımı
istəyir?
- Bəlkə sən onunla bacı
qardaşsan
- Ay qız səfehləmə
- Neynim elə ciddi sifət
almısan ki, istədim bir az
zarafat edim. Ülviyyə
- Hmmm
- Bəlkə Şəhriyarın anasıdır
Ülviyyə başını qaldırıb
Nərgizə baxdı. – Mənim də ilk
ağlıma gələn o idi, amma elə
olsa Şəhriyara istəmədiyin
deyər mənə niyə gəlib deyir
ki.
- Bəlkə özünü oğlunun
yanında pis eləmək istəmir.
- Bilmirəm Nərgiz bilmirəm.
Inan beynim donub.
- Şəhriyara demisən?
- Yox. Səncə deyim.
- Nə bilim seçim sənindir.
Amma əgər anası idisə o
zaman səni istəmir demək.
Bu pis oldu. Şəhriyar ana
sözünə qulaq assaydı anası
ona deyərdi. Demək ki, öz
bildiyini edəcək. Sən
neynəyəcəksən?
- Nərgiz dayan stop de. Yenə
düzdün qoşdun.
- Niyə ki bu da ehtimaldırda.
Birdən istəmədi anası.
- Mənim anam kimi tərs biri
yola gəlibsə inanmıram ki,
kimsə etriaz edə artıq. Görək
də üzə çıxacaq da axır əvvəl
kimliyi. Sən neynirsən? Vüsal
narahat eləmir ta?
- Yox. O gedən gedib.
Bilmirəm ona nə deyibsə
Kənan o gündən görmürəm,
zəng də eləmir
- Darıxırsan?
- Yoxee.. Allah vurmuşdu onu.
Get gedə içimdə sadəcə ona
qarşı boşluq qalır.
- Bu ki yaxşıdır. Mən
qorxurdum ki, unuda
bilməyəcəksən
- Unutmaq mümkündür ki?
Sadəcə zamanla alışırsan və
gələcəyinə baxırsan
- Hmm...gələcəyinə kimlə
baxırsan.

[cavab]

pol Ayan01 23 May 2014 / 02:08
- Nə?
- Nə nə? Deyirəm gələcəyinə
kimlə baxırsan? Ya da
baxmağı düşünürsən.
- Əşi yoxee Etibar mənlik deyil
- Ay qız Etibar nədir. Mən
Etibar dedim. Burnunun
önündəkini görürsən?
- Kimi? Mustafanı.. hiiii o
haradan çıxdı
- Məncə də o haradan çıxdı.
Musatafa nədir. Səfehsən sən.
Kənanı nəzərdə tuturam.
- Nəəə!? Dəlisən sən?! Başın
xarab olub Şəhriyarın
eşqindən. Yox daha nələr. O
da Vüsalın tayıdır.
- Yox orada dayan. Vüsalnan
onu bir tutma. Uşaq yazıq
dəridən qabıqdan çıxdı ki,
səndən üzr istəsin hər dəfə
də tərslədin. Sən onun
xəstəxanadakı hallarını
görsəydin. Elə bil doğması
var idi içəridə
- Xatırladım ki, məni iki dəfə
öldürməyə cəhd edib.
- Axı bilmirdi sənin alregiyanı.
Həm sənin o gülə qarşı
alergiyan olmasaydı
düşünsən içəri girmisən hər
yer adın kimi nərgiz gülləri.
Necə romantikdir
- Çoxx çoxxx.. Məni o
dünyaya yola salmağın ən
qısa yolu.
- Zarafat bir qırağa o sənə
qarşı boş deyil.
- Məncə də içi məni öldürmək
istəyi ilə doludur.
- Nərgiz zarafat bir kənara
sən kobudluq edirsən ona. O
olmasaydı Vüsal sənə vura
bilərdi, o olmasaydı Vüsal
hələ də gəlib gedib sənə
nəsə edə bilərdi. Üzrxahlıq
etmək üçün əlindən gələni
edir, sənin bütün
kobudluqlarına dözü sənsə
uşaq kimi o dinmədikcə daha
da üstə çıxırsan. Axırda pis
partlayacaq məndən demək
- O partdasa nolacaq..
- Məncə düşün bu barədə. Və
ən azından istəmirsənsə də
incitmə. Hər kəsin hisslərinə
hörmətlə yanaşmaq lazımdır.
- Bəs mən? Mənim hisslərimə
də hörmətlə yanaşılmalı idi
- Canım ətrafda hamı Vüsal
deyil. Düşün.
Nərgiz susub başını aşağı
saldı. Həmin günü çox
düşündü ki, bəlkə də Ülviyyə
haqldır o bu qədər kobud
olmamalıdır. Düşündü ki,
sabahdan normal danışsın.
Səhər açılanda isə hər kəs
işinin başına gedir. Salma
sənədələri Nərgizin
otağından götürmək
istəyəndə Nərgiz ona
baxmadan – qoy yerinə bu
günülük əziyyət çəkmə özüm
aparacağam deyir. – niyə ki
mən pis aparıram?
- Nə dəxli. Sənədi də yaxşı
apararalar bəyəm. Sadəcə bu
gündən özüm məşqul
olacağam.
- Niyə? Yoxsa üz gördün
Kənandan.. Mənə bax sarı
cücə sən onu unut. O
mənimdir
- Allahım səbr ver mənə.
Mənə bax qara pıspısa get
işinin başına. Dedim ki, özüm
öz işimi görəcəyəm.
- Nə?!
Salma Nərgizin üstünə
şığımaq istəyirdi ki, qapı
açıldı. Sevda xanım qızlara
baxıb. Kənan bəyə sənədləri
soruşur dedi. Nərgiz əlini atıb
sənədləri götürdü və
Salmanın yanından göz
süzdürərək keçib getdi.
Kənana başı aşağı sənədlərə
baxarkən qapının
döyüldüyünü eşitdi, başını
qaldırmadan – Gəl dedi.
Nərgiz içəri daxil olanda onu
iş başında gördü. Başını
qaldırmadığından Nərgizin
gəldiyindən xəbərsiz idi. Və
yenə də üzünü qaldırmadan
– Səlminə xanım, sənədləri
masanın üzərinə qoyub çıxa
bilərsiniz dedi. Nərgiz
Kənanın o qıza Səlminə
deməsinə gülümsünüb – axır
ki, bu şirkətdə məndən
başqa ona kimsə gerçək
adını dedi.
Kənan birdən səsə başını
qaldırdı. Nərgizi görüb
təəcübləndi. – sən?
- Hə mən. Sənədləri gətirdim.
Nəsə çatışmazlıq olsa
çağırarsınız gələrəm həll
edərik.
- Nə?
- Deyirəm ki, nəsə
anlaşılmazlıq və problem
olsa....
- Nərgiz sən yaxşısan?
- Hə nədir ki?
Kənan aağa qalxıb Nərgizə
yaxınlaşıb ətrafında döndü,
sonra əlini onun alnına
qoyub – ilk görünüşdə
yaxşısan. Yıxılıb eləməmisən.
Bəlkə də başın harasa dəyib?
Nərgiz qaşlarını çataraq
- Nə yıxılmaq?
- Nə bilim sənin bu sakit
tonun, öz ayağınla sənədələri
bura gətirməyin, üstəgəl hələ
də məni acılamamağım?
- Istəyirsənsə acılaya bilərəm.
Mənim üçün xoşdur
Kənan gülümsünüb – yox
yox.. lazım deyil. Əyləş.
- Niyə

[cavab]

← 1 ... 7 8 [9] 10 11 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2424 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az