Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
22 May 2014 / 12:54
Təsadüf yoxsa Alın yazısı (11-
cu bölüm)
[cavab]
Ayan01
22 May 2014 / 12:56
Nərgiz xəstəxanadan çıxmış
artıq neçə gündür ki, evdə idi.
Amma hələki yaddaşı yerinə
gəlməmişdi. İşə getmədiyindən
Kənan sadəcə Ülviyyədən xəbər
tuta bilirdi onun barəsində.
Nərgiz bu keçən günlər ərzində
toya hazırlıq adı ilə yağa
qalxmaq istəsədə anası onu
saxlayır, hələ zəif olduğunu
deyib dilə tuturdu. Vüsalın işinə
yaramışdı nərgizin bu halı.
Çünki Nərgizin yaddaşını
itirdiyini onun xəyanət etdiyi
günə qədər xatırladığnı
bilmişdi. Nə qədər onu görmək
istəsə də anası icazə vermirdi.
Nərgizə isə yalandan
demişdilər ki, Vüsal Bakıda
deyil. Ona deməyə qorxurdular
ki, bu şok onu daha da pis edər.
Amma bu Nərgiz idi. Hamının
başının qarışıq olduğu bir
vaxtda tələsik evdən qaçaraq,
Ülviyyəyə zəng vurur.
- Alo Ülü..
- Ay can Nərgizim.
- Haradasan?
- İşdə, nədir ki?
- Mən güclə evdən qaçmışam.
Anam qoymur, Toya çox az
qalıb mən hələ sifariş verdiyim
gəlinliyimi üzərimdə
yoxlamamışam.
- Nə? Haradasan sən?
- Harda olacağam. Unutmusan
deyəsən gəlinliyimi haradan
sifariş verdiyimi. Mənə bax
işdən icazə al gəl də. Sənin də
fikrini bilmək istəyirəm. Nolar
gəl.
- Nərgiz, ora
getmə..şey...Nərgiz sən işə gəl..
axşam birlikdə gedək. Hə ən
yaxşısı gəl bura.
- Eee yox... ürəyi partlayar.
Onsuzda Vüsal da yoxdur..
- Nərgiz gəl işə.. ya da gözlə
məni orada... girmə gözlə bir
yerdə girək. Mən də səninlə bir
yerdə görmək istəyirəm.
- Hmm.. yaxşı onda tez gəl..
- Gəlirəm..
Ülviyyə telefonu bağlayıb işıq
sürəti ilə Kənanın otağına
doğru addımladı. Qapını döyüb
gəl təsdiqini almadan, salamsız
kəlamsız – Kənan bəy mənə bir
saat icazə verin.. Təcilidir, xahiş
edirəm. Ülviyyənin bu halını
görüb Kənan o andaca –
Nərgizə nəsə olub? Deyə
soruşdu.
- Yox.. yənii hə..yəni bilmirəm.
Getməsəm o gəlinlik sifariş
verdiyi butikə girəcək və
olacaqları düşünmək
istəmirəm. Nərgiz bu şoku ikinci
dəfə yaşayacaq və...mən
getməliyəm bağışlayıb...
- Gözlə mən də gəlirəm.
- Siz hara? Ülviyyə təccüblə
bunu soruşanda Kənan artıq
açarları götürüb cəld otaqdan
çıxdı. Birlikdə butikin yanına
gələndə Nərgizi görmədilər.
Ülviyyə zəng etsə də o telefonu
açmırdı. Maşından düşüb dərhal
butikə girdi. Nərgiz orada idi.
Oturmuş gözünü gəlıinliyə
dikmişdi. Ülviyyə sakitcə ona
yaxınlaşdı. – Nərgiz!
- Gəldin?
- Hə, gəldim. Nərgiz..
- Gözəldir hə..bax işləmələrinə.
Mən bundan qəşəngini
istəmişdim düzdür. Qolunda və
sinəsində güpürnən.
- Nərgiz!
- Yadında onu saytda
görmüşdük?
- Nərgiz mən..
- Vüsal da bəyənmişdi...ya da
bəyənmiş kimi eləmişdi. Allah
onun bəlasını versin!
- Nərgiz!
- Ülviyyə mən bu zərbəni ikinci
dəfə yaşadım. Ikinci dəfə
Vüsalın xəyanəti məni incitdi.
Bu mənə rəvadır. Neynəmişəm
ki, başıma bu gəlib.
- Xatrıladın demək.
- Hə...səbrsizlənib girdim ki,
gəlinliyəm baxam. Onlar isə
artıq 6 aydır ki, sifarişi ləvğ
etdiyimi dedilər.
- Necə oldu?
- Boş ver. Gedək buradan.
Nərgiz ayağa qalxanda giriş
qapısında dayanan Kənanı
gördü.
- Bu burada neyniyir! Elə yükəsk
səslə dilləndi ki, Kənan belə
eşitdi.
- bəsdir. Neçə gündür sənə görə
narahat idi. Hər gün
maraqlanır.
- Yalansa. Onun fikri məni
öldürməkdir. Özü etiraf edib.
- Dəli dəli danışma düş
qabağıma.
- İnan mənə. Yıxılmağım da
onun üzündən oldu, yaddaşımı
itirməyimdə. Indi deyirsən
özümü bilə bilə oda atım.
- Nərgiz yorğunsan, gərginsən,
əhvalsızssan ona görə nə
dediyini bilmirsən. Gəl gedək.
- Mən onunla heç yerə
getmərəm.
- Gözüm atmırdı səndən ötrü,
Ülviyyə xanımı gətirmişəm.
Kənanın ani reaksiyasına Nərgiz
daha da hiddətləndi.
- Allah razı olsun. Indi gəldiyin
kimi də get.
- Nərgiz bəsdir. Ülviyyə ikisinin
arasında qalmışdı. – gəl gedək
taxi ilə yaxşı, bircə hay küy
salma.
Ülviyyə Kənana üzrxahlıq edib
çıxdı. Kənan onların arxasınca
baxa baxa qaldı.
- Axı bu qız niyə mənimlə yola
getmir? Elə bil ilan vurur qızı
məni görəndə. Eybi yox, özümü
sevdirməyin yolunu bilirəm.
Kənan nə düşünmüşdüsə artıq
gözündə parıltılar görünürdü.
Şəhriyar Rəşadı tapıb danışmaq
istəsə də birinci valideynləri ilə
danışmağı düşündü. Evə
gəldiyində başa düşdü ki,
qonaqları var, otağa
boylananda isə heç də
arzulamadığı şəxsləri gördü. Bu
Zülfiyyənin ailəsi idi. Zülfiyyə nə
əcəbsə yox idi. Buna sevinirdi ki,
salamlaşıb otaqdan çıxar
mətbəxtdən əlində çay dolu
məcməyi ilə gələn Zülfiyyəni
gördü. Zülfiyyə onu qarşısında
görən ki, əlləri əsdi. Stəkanların
səs salmasından bu açıq aydın
hiss olunurdu. Şəhriyar heç nə
demədən başı ilə salamlaşıb
otağına keçdi. Ardınca içəri
girən anası – yaxşı deyil. Gəl
qonaqların yanında əyləş
deməsi ilə Şəhriyarın əlindəki
telefonu yerə atmağı bir oldu. –
Mən belə başa düşdüm ki,
dediyindən əl çəkməyəcəksən.
Hə ana?
[cavab]
Ayan01
22 May 2014 / 12:59
Hə ana?
- Oğlum qonaq gəliblər.
Neyniyək qovaq evimizdən?
- Qovma, amma çağırmada.
- Aaa mənim nə günahım. Özləri
gəliblər. Ayıbdır sənə yaraşmaz.
Gəl otağa. Heç olmasa bir az
otur.
- Mən çıxıram. Deyərsən işləri
var. Həm gəlmişdim deyəm ki,
mənim üçün elçi getməyə
hazırlaş. Amma Zülfiyyə deyil
bu qız biləsən.
- Nə?
Şəhriyar sözünü deyib otaqdan
çıxanda bir daha qonaq otağına
boylanaraq qonaqlarla
sağollaşıb işim çıxdı deyib
evdən gedir. Gəlib maşınına
əyləşəndə isə əlinə telefonu
alıb Ülviyyəni yığır.
Ülviyyə anasının yola gəldiyinə
rahatlayıb artıq xoşbəxt
günlərini yaşayır, Şəhriyarla
toylarının gününü xəyal edirdi.
Evin içində gülüş dolu gəzməsi
anasının da gözündən qaçmırdı.
Rahatlaşmışdı bu müddətdə də.
İstədiyi nəydi. Gözünün ağı
qarası bir qızının xoşbəxt
olması. Ailəni soruşdurmaq
üçün Ülviyyənin atasında
demişdi. O da maraqlanıb hər
şeyin qaydasında olduğunu,
ailənin haqqında hamının
müsbət şeylr danışdığının
hörmətli izzətli kəslər olduğun
öyrənmiş o da rahatalnmışdı.
Ülviyyə atasının bu işdən
xəbərdar olmasını bilmirdi.
Ülviyyə ümumiyyətlə bu aralar
xoşbəxtlikdən göylərdə uçurdu.
ətrafında olanlardan xəbərsiz
olurdu.
Şəhriyarın zənginə gülərüzlə
cavablandırdığı səsindən bəlli
idi.
- Alo, Şəhriyar
- Ay can..Sən hər dəfə adımı
çəkəndə düşünürəm ki, mən bu
yaşıma qədər bu adı
başqalarının dilindən necə
eşitməyə razı olmuşam.
Ülviyyəm
- Sənsə mənim adımı deyəndə.
- Elə.. Bəs sosnundakı m hərfi
necə?
- Hə elə o da.
- O da nə?
- Dediyindən.
- Hm..nə demişəm.
- Eee Şəhriyar bəsdir.. bildin
özün
Şəhriyar qəh qəhə ataraq
Ülviyyəni daha da utandırdı.
- Evdəkilərə denən münasib
vaxt desinlər.
- Nəyə?
- Səni qaçırtmağa
- Nə?
- Of Ülviyyə.. Sən belə deyildin
axdı. Hər şeyi havada tuturdun.
- Məndə ağıl qoymusan ki
Şəhriyar Ülviyyənin bu sözünə
“Canımsan!” dedi.
Ülviyyə özü edə bilmədən
haradan cəsarətləndiyini
düşündü və utandı.
- Elə Sən də mən də ağıl
qoymamısan narahat olma.
Hər ikisib bu sözə gülüşdülər.
Nərgiz isə evə qayıdanda yolda
Vüsala rastladı. Daha doğrusu
Vüsal elə onu gözləyirdi.
Nərgizin yaddaşının hələ
düzəlmədiyini düşünən Vüsal
qollarını açaraq – Həyatımın
mənası deyib Nərgizə doğru
irəlilədi. Təbii ki, üzünə aldığı
sərt sillə ilə də qoollarını
yummuş oldu.
- Alçaq.
- Demək yenidən xatırladın.
Nərgiz.
- Sus!! Bu gün sənə bir daha
nifrət elədim. Bir daha qəlbimi
qırdın. Amma buna imkan
verməyəcəyəm artıq. Çıx
həyatımdan.. Səni öldürməmiş
çıx.
- Mən səni sevirəm
- Alma o kəlməni ağzına.
Mundarlama
- Ağzının danışığını bil. Deyib
nərgizə əl qaldıracaqdı ki,
kimsə onun qolunu tutdu. Bu
Kənan idi. Nərgiz sual dolu
baxışlarla ona baxarkən Kənan
Vüsalın qolunu burub – bir də
buna cəhd etsən qollarını
sınmış bil. Vüsal Nərgizə
baxaraq. Sevgilin qoçulanır
deyəsən.. amma bilmir ki, sən
mənə aidsən. Nərgiz gözləri
bərəlmiş halda hər ikisinə baxır.
Gözləri dolurdu.
- Sən nə cürətlə mənim
haqqımda belə danışırsan
alçaq.
- Nədir nə tez unutdun.
Vüsal qəsdən belə deyirdi ki,
Kənan Nərgizdən uzaq
dayansın. O elə bilirdi ki, kənan
onun sevgilisidr. Bu sözə ilk
əvvəl duruxan Kənan onun
qolunu daha bərk sıxaraq
üzünə bir yumuruq da vurdu.
Yerə yıxılan Vüsala bir təpikdə
Nərgiz vurub – şərəfsiz deyərək
evinə qalxdı. Kənanın aşağıda
qalmasını artıq düşünmək
istəmirdi. Yad bir kişinin
yqanında alçaldılmışdı. Onun
vecinə deyildi kənan nə
düşünəcək. Amma yenə də
incidirdi. Bir az keçmişdi ki,
düşündü ki, kənan burda
neyniyir birdən qapının zəngi
çaldı. İlk əvvəl Vüsal olduğunu
düşünüb çəkinərək qapıya
yaxınlşadı. Amma Vüsal deyildi.
Ağzı burnu qan içində üst başı
dağılmış Kənan bir əlində gül
digər əlində isə Vüsal qapıda
dayanmışdı.ardi var
[cavab]
Ayan01
22 May 2014 / 13:01
Təsadüf yoxsa alın
yazısı (Bölüm 12)
[cavab]
Ayan01
22 May 2014 / 13:02
Nərgiz yavaşca qapını açdı.
İlk dəfə idi ki, Kənanı belə
görürdü. Bir az qorxdu.
Vüsalın halını kim görsəydi
Kənandan qorxardı. Kənan əli
ilə ağzının qanını silib – Sənə
sözü var dedi. Nərgiz
gözlərini Kənana dikmişdi.
Kənan da gözünü ondan
çəkməyərək əli ilə Vüsalı
tərpədib – denən! Deyə əmr
etdi. Nərgiz qaşlarını çatıb
Vüsala baxanda qaşının
partladığını gözünün üstünə
qan axdığını gördü. Elə ağzı
burnu da bir birinə
qarışmışdı. İçi narahat oldu
əvvəlcə, amma nədənsə
əvvəlki kimi incitmədi Vüsalın
yaralı olması. Vüsal sakitcə
Nərgizə baxmadan başı aşağı
şəkildə - Nərgiz səni sevirəm
dedi. Kənan isə Vüsalın
boynundan yapışdığı əli ilə
bir daha onu silkələyərək.
Onu sən demirsən, sənin
deyəcəyin başqa söz var.
Vüsal əlini yumurq şəklində
sıxıb – Bağışla dedi.
- Davam elə, denən ki, bir də
səni narahat etməyəcəyəm.
- Bir də səni narahat
etməyəcəyəm
- Söz ver.
Nərgiz onların bu dialoqunu
izləyərkən birdən ayılmış
kimi- bəsdirin. Dedi. Sonra
Kənana baxaraq sakitcə-
burax onu getsin.
- Amma onun deyəcəkləri
bitməyib.
- Mənə lazım olanı dedi. Bir
daha narahat etməyəcək,
burax getsin.
Kənan sakitcə ona baxaraq
əlini Vüsalın boynundan
çəkib – gedə bilərsən. Bir də
səni burda görsəm dediyimi
eləyəcəyəm. Özün bil. Seçim
sənindir deyə hədə qorxulu
baxışla ona zilləndi. Vüsal isə
başı aşağı şəkildə oradan
uzaqlaşdı. Nərgiz Vüsalın
getdiyini görüb. – burda nə
gəzirdin? Səni dəvət edən
olmuşdu?
- Dilindən nə vaxtsa şirin söz
çıxır?
- Hə bayramlarda. Indi isə
bayram deyil. Niyə gəlmisən?
- Səndən üzr istəmək üçün.
Xəstəxanaya düşmənə az da
olsa səbəb oldum. Sonra
aşağıda Vüsalın
yaxınlşadığını görüncə
düşündüm ki..
- Düşünmə...çox xahiş edirəm
bir daha mənim
probemlərimi həll etməyi
düşünmə.
Kənan əlindəki gülü yerə
ataraq – deyən lazımdır axı
mənə bu lazımdır.
- Ay sağol sənə bu lazımdır?
- Yox.
- Onda sağol deyib qapını
bağlayan Nərgizin hərkətinə
hirslənən Kənan qapını bir
daha bərkdən döydü. Nərgiz
qapını açınca – Nə var! Deyə
qışqırdı. O isə Nərgizin
qolunu bərk tutub içəri keçdi.
- Bir də mənim üzümə qapını
bağlasan incimə məndən.
- Nədir indi məni
döyəcəksən?
- Deyəsən xətrinə dəyib
nişanlını döyməyim?
- O mənim nişanlım deyil
- Hə doğrudan unutmuşdum
axı siz ayrılmışdınız hə? o
sənə xəyanət etmişdi . Yəqin
ki, səni bu dilindən çıxacaq
şirin sözə həsrət qaldığı üçün
eləyib.
Nərgiz bu sözə bərk tutuldu.
Kənan da dediyinə peşman
oldu, amma söz artıq ağızdan
çıxmışdı.
- Şey Nərgiz.. bağışla mən..
- Çıx get evimdən. Rədd ol!
- Nərrgiz
- Get! Çıx get!
Kənan heç nə demədən
evdən çıxdı. Çox pis oldu,
amma Nərgizi artıq bərk
incitmişdi. Ona yaralı
keçmişini xatırlatmış yarasına
duz səpmişdi. Sanki onun
günahı varmış kimi. Nərgiz
isə otağına qaçaraq –
hamınız eyni zibilsiniz deyə
hıçqıraraq ağlayırdı. – Allah
hamınınız bəlasını versin.
Alçaqlar. Ancaq incitməyi
bilin. əli ilə gözünün yaşını
silib içini çəkərək yenidən
göz yaşını axıdırdı.
Ülviyyə Nərgizin bu halından
xəbərsiz göylərdə uçurdu
xoşbəxtlikdən. Artıq addım
addım Şəhriyara
yaxınlaşdığını düşünürdü.
Tələsik otağından çıxıb
mətbəxə gəldi. Anası
mətbəxtdə çay içirdi.
- Ana. Ana..Ana eşitmirsən
məni
- Hə, ay can.. fikrim dağınıq
idi eşitmədim. Gəl otur. [/
quote]
- Niyə belə fikrə getmişdin?
Nə düşünürdün?
- Səni,gələcəyini, necə
olacağını
Ülviyyə yerindən durub
anasını qucaqladı.
- Canım anam. Narahat olma.
Söz verirəm mən xoşbəxt
olacağam.
- Sən söz verirsən ya o söz
verir
Ülviyyə onun bu sözünə
gülümsəyərək. Onun sözünə
ehtiyac yoxdur varlığı bəs
edir. Anası Ülviyyənin bu
sözü dedirdəcək qədər aşiq
olması onu heyrətləndirdiyi
qədər qorxudurdu da.
Ülviyyə evin tək övladı olsa da
ərköyün böyüdülsə də hər
zaman valideynləri ilə
pərdəni saxlayar, heç vaxt bu
mövzularda onlarla heç nə
danışmazdı. Amma indi
Şəhriyar haqqında belə
deməsi sevgisinin gücünün
əlaməti idi.
[cavab]
Ayan01
22 May 2014 / 13:05
inşAllah heç vaxt incitməz
və verdiyi sözləri tutar.
Ülviyyə gördü ki, anasının
gözləri dolub. Dözə bilməyib
o da ağladı. Ana qız bir birini
qucaqlaşıb ağlaşdılar.
Şəhriyarın anası isə narahat
halda otaqda o baş bu baş
var gəl edirdi.
- Kimdir kimlərdəndir
demədi. Mən o ailənin üzünə
necə baxacağam. Dedim
qızınınzı oğluma
bəyənmişəm indi də deyim
oğlum başqasını bəyənib.
Mən nə bilim kimi bəyənib.
Bəlkə oğluma layiq deyil heç.
Yox amma Şəhriyar səhv
seçim etməz. Hiiii.. niyə
etməsin. Safdır oğlum onu
kim istəsə aldadar. Yox yox
bilməiş kimlərdəndir heç bir
yerə elçi gedən deyiləm. Ay
Allah mən indi nə deyib
Zülfiyyəyə. Qızın könlünə
saldım oğlanı indi incitmədən
nə deyim. Səbr edək görək
bəlkə oğlanı seçdiyi ailməizə
layiq deyil heç.
Şəhriyarın atası Səlim içəri
girəndə həyat yoldaşının
otaqda sağa sola dönə dönə
öz özünə danışdığını görüb.
- Deyəsən yaşlanırsan Şahnaz.
Öz özünə danışırsan artıq
Şahnaz yoldaşına baxıb.
- Kişi bir bəlaya düşmüşük ki.
- Niyə nə olub
- Oğlun başqa qızı
bəyəndiyini deyir. Biz isə
Zülfiyyənin könlünü almaq
istəyirdik.
- Biz yox sən. Məni bu işə
başdan qatma demişdim.
- Sən nə vaxt nəyə
qarışmısan ki. Deyib otaqdan
çıxdı. Səlim başını yelləyərək
bu qadın oğlanın başını
ağrıdacaq deyəsən. Deyərək
divanda yerini rahatladı.
Bu gece oz ozune danisanlar
arasinda Kenan da var idi.
- axmaq Kenan, axmaq
Kenan. guya üzr istemeye
getmısdim qizi daha da
incitdim. Öküzem de. hele
meni sag qoydusa özü boyuk
şeydi.
sonra da olanlari xatirladiqca
Nergizin Vüsala tepik
vurmasına gülümsedi. - deli
qiz. men özümu nece
bagişladacagam Nergiz
xanım...ah Nergiz Nergiz...bir
deq, he elbetde Nergiz!
birden aglina gelen ideyani
reallaşdirmaq üçün eline
aldigi telefonla harasa zeng
vurdu.
Nergiz ise bu vaxti
yuxulamisdi. onun narahat
oldugu vaxtlarda tek sevdiyi
sey yatmaq idi. Seher acilar
acilmaz her kes isinin
gucunun arxasinca getdi.
Ülviyyenin anası Gülnaz ise
telefonla zeng edib iyneli
iyneli danişan Resadin anası
Gülyaz ile danışirdi. daha
dogrusu Gulyaz danişir o ise
dinleyirdi.
- heç yaxşi olmadı. ayib deyil,
adaxlısi vardı deyerdiniz.
elinde iki qarpiz tutur,
ogluma qiz qehetdi?
- bir deq dayan. bayaqdan
hormet edirem sesimi
cixarmiram. Amma serheddi
aşma. Men qizima ele terbiye
vermemisem ki, iki oglani
elinde tutsun. Menim qızımı
isteyenler çoxdursa onun ne
günahi. Qızımin adıni ceken
de ilk siz oldunuz.
- Reşad istemeseydi men hec
dinmezdim de
- mene bax minnet vurma.
Qizi mini isteyer biri alar.
Reşad o biri ola bilmeyibse
burda hec kimin gunahi
yoxdur. istederdi özunu.
Sagol - deyib telefonu
bagladı.
buna baxe. Hele bir minnet
vurur. senin minnetin olsun.
- yene ne danisirsan oz
ozune Gülnaz xanım? bu
Ülviyyenin atası idi. divanda
oturub esebinden ellerini
ovusduran Gülnaza baxdi.
- Hec. bos ver. Sen
maraqlandin? Nece oldu?
- he maraqlandim. dediler
cox yaxsi ailedir.
- Kimlerdendir? taniş deyil?
- Yox. Amma bu meni
qorxudur. Qizi tanimadigimiz
aileye gondermek. ne bilim.
Kimden soruşdum menfi hec
ne demediler. Amma ailenin
ıcde nece oldugunu bilmirik.
kesilmemış qarpiz kimidir.
- ay kişi dayan gorek. Qızı
verdin getdi. hele bir
gelsinler baxaq taniyaq. Her
isteyene qız vererler?
- Hə..
[cavab]
Ayan01
22 May 2014 / 13:08
- sən de görüm kimdirlər,
kimlərdəndirlər?
Gülnaz bu sualına cavab
almamış Ülviyyə tələsik içəri
keçib – mən gecikdim, ata
zəhmət olmasa məni işə
aparasan?.. Metro ilə getsəm
lap gecikəcəyəm.
- Hə, gəl gedək. Gülnaza
baxıb göz vurub- axşam
danışarıq dedi.
Nərgiz isə çoxdan işə
gəlmişdi. Şirkətə gəlib
ərizəsini yazacaqdı. Bu dəfə
qərarlı idi. Otağına keçməmiş
bir başa kadrlar şöbəsinə
gedəcəkdi. Otağına getsə
Ülviyyə onu dilə tutub
qoymaya bilərdi. Bunları
düşünüərək şirkətə daxil
olanda qəribə baxışları
üzərində hiss etdi. Nədənsə
hər kəs ona bu gün qəribə
baxışla baxırdı. Kimisi
öldürücü, kimisi əylənirmiş
kimi, kimisi də şad. Heç nə
anlamadan kadrlar şöbəsinin
qapısına getdi, amma bağlı
idi – Bu qız da işə vaxtında
gəlməzeee... otağına gedib
gözləməyə qərar verdi.
Kənanın otağının yanında
olduğundan bu gün ən son
görmək istədiyi insandır
deyə ayaqlarını ucu ilə
otağına doğru addımladı.
Qəribə qoxu gəldiyini hiss
etdi. Bu qoxu ona tanış idi
deyə tez nəfəs almadan əlini
ağzına tutub otağın qapısını
açdı. Başını qaldırmamış hiss
etdi ki, kimsə qapını onun
əlindən çəkib bağladı. Başını
qaldıranda Kənanı gördü. Əli
ağzında ətrafa baxdığında
isə hər tərəfin baş bütün
nərgiz gülü olduğunu
qoxusunun otağı dəhşətli
dərəcədə bürüdüyünü
gördü. Otaqdan çıxmaq
istəyirdi ki, Kənan qapının
ağzına keçib cüssəli bədəni
ilə imkan vermədi. Nərgizin
nəsə deməyinə imkan
vermədən elə hey danışırdı. –
Nərgiz dünənki sözümə görə
bağışla. Inan mənə səöni
incitmək istəmirdim, amma
qapını üzümə bağlamağınla..
- Burax məni çıxım otaqdan..
- Yox sözümü eşit sonra.
Nərgizin biləklərindən
tutuduğundan əlini ağzından
çəkməli olmuşdu. Əlində
çabalayan nərgizin get gedə
müqavimət göstərmədiyini
görən Kənana daha da
ürəklənərək üzürxahlıq
etməyə başladı.
Nərgiz isə get gedə batan
səsi ilə - burax çıxmalıyam,
güllər deyirdi.
- Yox dinlə sonra.
Nərgiz,..Nərgiz? Nərgiz!
Nərgiz isə nəfəs alması
çətinləşmiş və huşunu
itirmişdi. Kənan heç nə başa
düşməyərək öz özünə -
deyəsən romantikanı çox
şişirtdim qız özündən getdi
deyə düşündü. Nərgizi
stuluna əyləşdirib onu
oyatmağa çalışırdı. Nərgiz!
Nərgiz ayıl..Nərgizin ürək
döyünütülərini zəiflədiyini
nəfəs almadığın gördükdə
özünü itirdi. Otağın qapısı
döyüldü və içəri Kənan bəyin
katibəsi daxil olaraq Kənan
bəyə atanız telefon...buna
noldu?
[cavab]
Ayan01
22 May 2014 / 13:10
- Bilmirəm özündən getdi..
- Aaaa güllər..onu çıxarın
tezz... çıxardın burdan..
- Niyə noldu?
- Bronxları şişir bu gülün
qoxusundan .. tez pəncərəyə
tərəf aparın yox yoxx ən
yaxşı çölə çıxardın. Çoxdandır
burdadır?
- Hə. Yox..bilmirəm.. nə şiş?
- Ay allah Kənan bəy qızı
istəmirdiniz işdən
çıxardardınız da tay
öldürmək niyə? Aparını
burdan onu.. Kənan artıq
ikinci dəfədir Nərgiz
qollarında şirkətdən çıxrdı.
Ətrafdakılar həm çaşğınlıq
həm paxıllıq hissi ilə
baxırdılar. – buna bax iki
gündən bir özünü tülklüyə
vurub huşunu itirir yıxılır.
Afrist..- ay qız elə demə
görümrsən rəngi ağ appaq
olub. Salma isə uzaqdan
olanları görüb yenə
hikksəindən bilmirdi
neynəsin. – Sarı ifritə buna
bax, bicliyi ilə kənanı əlimdən
almaq istəyir. Yuxunda
görərsən Kənanı deyib
qabağa gəlir.
- Kənan bəy nəsə olub?
- Bilmirəm huşunu itirdi.
Asması varmış.
- Əşi nə asma, siz qoyun
burda biz onu ayıldarıq indi
qızlarla. Yəqin ki, havadan
özünü pis hiss edib.
- Yox xəstəxanaya aparacam,
çəkil.
Salmanı yüngülcə itəliyərək
çıxışa doğru getdi. Qapıya
yaxınlşan Ülviyyə isə tələsirdi
deyə çalan telefon zəngini
eşitmirdi. Kənardan kimsə
onu səslədi. Bu dəfə xanım
səsi idi. Həlim və sakitliklə -
Ülviyyə xanım sizsiniz? Deyə
soruşdu. Ülviyyə bu xoş üzlü
xanıma gülümsəyərək – bəli
buyurun dedi.
- Sizinlə danışa bilərik bir az.
- Bağışlayın, amma mən sizi
tanımadım. Biz tanışıq?
- Yox. Siz məni tanımırsınız.
Mən..
- Nərgiz!!! Nolub ona Qadının
sözünü kəsən ülviyyə Kənanı
qucağında Nərgizlə gördüyü
üçün artıq qadının kimliyi
marağında deyildi. Geri
çönündüyündə qadın ona
baxmağa davam edirdi,
üzrxahlıq baxışı atıb kənanın
yanı ilə getməyə başladı.
- Nə olub ona?
- Huşunu itirib.
- Onu görürəm. Niyə olub?
Kənan çaş baş halda nəyi
necə danışdığını bilmirdi.
Mən üzr istəmək istədim.
Güllər aldım otağa yığdım. O
da girəndə halı pisləşməyə
başladı. Bilmədim ki..
- Hansı gül
- Nərgiz
- Nə!?
- Bilmirdim..
Yenidən xəstəxana yenidən
eyni dəhliz. Həkim bu dəfə
nərgizi görəndə. – yenə bu
qız? Deyəsən xəstəxana
xoşuna gəlib deyə zarafat
eləmək istəsə də Kənanın
öldürücü baxışı onu oradan
saniyə içində uzaqlaşdırdı.
Nərgiz yaxşı idi artıq. Amma
hələ ki, oksigen alıb vermək
üçün aparata bağlı idi. Kənan
pərişan halda ikinci dəfə
dəhlizi o baş bu baş gedirdi.
Ülviyyə ona baxıb – bu heç
yaxşı olmadı Kənan bəy
deyərmiş kimi üzünə
baxdığını hiss edib –Mən
bilmirdim. Bilsəm niyə eləyim
dəliyəm. Ülviyyə baxışlarını
cəld aşağı saldı. Telefonla
şəhriyara harada olduğunu
xəbər vermişdi deyə artıq
şöəhriyarda gəlmişdi.
Ülviyyənin yanına gəlib nə
olub deyə soruşduğunda
Ülviyyə olanları danışdı. O da
təəcüblə üzünü Kənana
qaldıranda kənana bayaq
ülviyyədən duyduğu baxışları
Şəhriyarın üzündə görüb. –
Nə?! Mən haradan bilim axı!
Şəhriyarda başını Ülviyyəyə
döndərib – bilmirmiş dedi və
gülümsədi yavaşca. Əslində
hər ikisi özünü gülməmək
üçün zorla tuturdular. Nərgiz
yaxşı idi artıq, Kənanın rəngi
elə qaçmışdı ki, Nərgiz yalan
olmuşdu onun yanında.
Günah işlətmiş balaca uşaqlar
kimi anası indi öyrənəcək və
onu cəzalandıracaq kimi
çabalayırdı. Az sonra Ülviyyə
nərgizin yanına girdi. Nərgiz
onu görüb gülümsədi yenə.
- Yenə bizi qorxutdun.
Yaxşısan? Deyə soruşanda
Nərgiz astaca başını tərpətdi.
Bir az sonra qapını kimsə
döydü və şəhriyar qapıdan
boylanıb – olar deyə
soruşanda Nərgiz eyni
təbəssümlə onu qarşıladı.
- Nərgiz xanımımz deyəsən
xəstəxanaya öyrəşib.
Nərgiz qaşlarını çatıb
danışmaq istəyirdi ki, Kənan
başını qapıdan yavaşca içəri
saldı. Onun içər5i salması ilə
nərgiz başının altında
qoyduğu yastığı ona tərəf
atdı. Kənan cəld çəkildiyindən
yastıq qapıya dəydi
- Nərgiz bağışla mən
bilmirdim
[cavab]
Ayan01
22 May 2014 / 13:11
- Get burdan.. Çıxx.. düz ikinci
dəfədir məni öldürmək
istəyir bu.. deyin çıxsın.
Ülviyyə nərgizi güclə
saxlayırdı əlinə nə kçeirdisə
Kənanın üzərinə atırdı.
Şəhriyar Kənanı tutaraq
- məncə sən indi getsən
yaxşıdır.
- Axı mən doğrudan
bilmirdim.
- O bildmədiyini bilmir Kənan.
Indi hirslidir öldürə bilər
məncə biz çıxaq. Kənan kor
peşiman otaqdan çıxdı.
Ülviyyə nərgizi
sakitləşdirərək. – getdi daha
bəsdir. O yazıq da onsuz
səndən betər günə düşdü.
Axı hardan bilsin.
- Nə yazıq? Bu ikinci
cəhdidire məni öldürmək
istəyir. Xəbərin yoxdur
otaqda yer qalmamışdıye
stoldan tutmuş şkafların başı
pol hər yer nərgiz gülü idi.
Ülviyyə özünü saxlaya
bilməyib güldü.
- Ülviyyə gülmə. O məni
öldürmək istəyir sən
gülürsən. Mən sabahdan
çıxıram işdən. Yox. Yox elə bu
gündən. Mənim əvəzimə
gedib ərizə yazarsan. Ülviyyə
nərgizi sakitləşdirib çölə
çıxdı. Kənan hələ də
getməmişdi. Pərişan halda
Ülviyyəyə baxdı. Onun bu
halına Ülviyyəni ürəyi ağrıdı.
Özündən asılı olmadan ona
içindən caaaan deməyi
gəlirdi. Şəhriyarla üzlərindəki
təbəssümü gizlətməyə
çalışsalarda Kənan – gülün
gülün. Rahat olun. Gülünəsi
vəziyyətdir elə. qızdan üzr
istəmək istədikcə daha da
batıram. Adı Nərgiz ola özü
də nərgiz gülünə düşmən
ola. Bu ancaq bu qızdan
çıxar.
Şəhriyarla Ülviyyə artıq dözə
bilməyib qəh qəhə atdılar.
Kənan isə saçlarını qarışdırıb
– indi mən neyniyəcəyəm. Bu
dəfə məni sağ qoymaz bu.
deyə bərkdən onlardan
soruşdu. Şəhriyar əlini onun
çiyninə qoyub gülə gülə -
fikir eləmə bu hamının
başına gələ bilərdi.desə də
özünü saxlaya bilmirdi yenə.
Kənanın mimikası həmin
anda hamını güldürərdi.
Nərgizi evə yola salıb
Ülviyyəni işə aparanda
şəhriyar gördü ki, Ülviyyə
fikirldi. Əlindən tutub – nə
olub? Hara getdi fikrin yenə.
Mən burdayam axı
Ülviyyə onun bu sözünə
gülümsəsə də düşündüyü
şey bu gün yanına gələn
xanım idi. Təlaşdan kimliyin
öyrənə bilməmişdi. Artıq onu
getdikcə maraq bürüyürdü
ki, bu xanım kimdir?
Ardı var
[cavab]
zekow
22 May 2014 / 15:13
tez tez yazda
[cavab]
Bölmeye qayıt