Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
21 May 2014 / 17:57
Nərgiz evə ağlaya ağlaya
gəldi. Vüsalla onlar 6 ay idi ki,
ayrılmışdılar o isə hələ də
onu sevirdi. Baxmayaraq ki,
Vüsal ona nişanlı ola- ola toya
1 ay qalmış xəyanət etmişdi.
Nərgizin ad günündə ailələr
arası kiçik yığıncaq keçirmək
üçün yığışmışdılar. Vüsal isə
gecikmişdi. Nə qədər zəng
vursa da telefonunu açmırdı.
Başına bir iş gəldiyini
düşünərkən telefonuna gələn
mms harda olduğunu kimlə
olduğunu bəlli etmiş oldu.
Yenə də inanmayaraq zəng
edirdi ki, Vüsalla birlikdə
şəkildə olan qadın telefonu
əlinə alaraq "nə qürursuz
qızssan, şəkili göndərdim
görmədin? Bəsdir də narahat
etdin bizi. O səni istəmir başa
düşürsən istəmir.” Nərgiz
bütün ailə içində üzüyü
ataraq 2 gün otağına
qapandı. 2 gün sonra isə bir
dəri bir sümük çıxmışdı.
Qohum əqrəbası həmin
günlərdə evi tərk etməmişdi,
nəslin sevimlisi olduğundan
hər kəs onun üçün olduqca
narahat idi. İndi nə baş
verdiyini bilmək istədikləri
vaxtda Nərgizi dilə tutub
otağın qapısını aça
bilmirdilər. Özünə nəsə edər
qorxusuyla qapını sındırmaq
istəsələrdə Nərgiz bircə
anasını otağa girməyə icazə
vermiş hər şeyi ona danışıb,
özünü toparlaması üçün vaxt
istəmişdi. Amma bu
müddətdə nə yedi nə içdi.
Vüsal da qapıya çox gəldi,
amma hər kəs onu
Nərgizdən uzaq dayanması
üçün hədələyirdi. Nərgiz çox
güclü qız olduğundan hər
kəs onun özünü
toparlayacağını bilirdi. Bu
sadəcə 2 gün çəkdi. 2 gün
sonra üzündə təbəssümlə öz
həyatına qaldığı yerdən
davam edirdi. Yəni hər kəs
üçün, amma içində qopan
fırtınalardan bir özü
xəbərdar idi bir də Ülviyyə.
İndi Kənanadan gizlətdiyi göz
yaşlarını axıdaraq evə girdi.
anası narahat şəkildə
qabağına qaçdı. Onu uzun
zamandır belə görməmişdi.
Evə gec gəlməsinə hirslənsə
də haradan gəldiyini bilirdi.
Nərgiz anasından heç nə
gizlətmirdi. Olanları anasına
danışdıqca daha da ağlayırdı.
- Əllərinə sağlıq oğlanın..
ohhh nə yaxşı ki ağzını
burnunu partladıb.
- Ana!
- Nədir o alçağın hələ üzü var
bura da gəlir. Qızım bu səni
rahat buraxmayacaq. Biz ən
yaxşısı polisə şikayət edək.
Mən qorxuram
- Qorxma.. heç nə edə bilməz.
- Özün bil, amma mən
qorxuram. Sabah atanla da
danışacağam. Lazım olsa
buralardan köçüb gedərik
- Yox daha nələr. Ana o heç
nə edə bilməz.
- Nərgiz bu 6 ayda başına
açmadığı oyun qalmadıye.
Hər gün sənə evə gələnə kimi
tikan üstündə otururam.
- Narahat olma mən bilirəm
neyniyəcəyəm. Nərgiz artıq
başında planlar qurmağa
başlamışdı. Əslində Vüsala
həm nifrət edirdi, həm də
onu hələ də sevirdi. Vüsal ilk
aylarda dəfələrlə gəlib üzr
istəsə də peşiman olmadığı
üzündən bəlli idi. Amma 2 ay
sonra Nərgiz onu yenə
bağışlamağa hazır idi. Bu
dəfə də telefonuna gələn sms
onu bu sevdadan vaz
keçməyə vadar etdi. Yenə
eyni qadından bu dəfə "mən
Vüsaldan hamiləyəm,
aramızdan çəkil” deyə
yazması ilə bütün dünyası alt
üst olmuşdu. Bunu yalnız
Ülviyyəyə demişdi. Ağlayıb
sızlamağı qətiyyən sevmirdi.
Bu gün ağlamağı isə
tanımdaığı adamın yanında
alçaldılması oldu. Amma bir
daha ağlamayacaq deyə
özünə yenidən söz verdi.
Səhər sübh vaxtı Ülviyyə
telefonun zənginə ayılmışdı.
Başını qaldırıb yuxunun
təsirindən bir anlıq keydi.
Əlini telefona atanda üzünü
turşudaraq.
[cavab]
Ayan01
21 May 2014 / 17:59
- Nərgiz normal insanlar bu
vaxtı zəng etmir.
- Səhər səhər anormal
dediyin üçün sağol. İfritə tez
ol.. Bu gün mənə köməyin
lazım olacaq. İşlərim
başımdan tökülür.
- Sənin başından tökülür
mənim yox ki.
- Dost dedim bağrıma
basdım.. Bunu eşitmək üçün
- Nərgiz dolama məni. Gecən
xeyrə
- Ay qız nə gecə.. pəncərədən
baxmısan. Xoruzların boğazı
qurudu ötməkdən. Dur daha.
- Bu gün işə gec gələcəyəm.
- Yaxşı özün bil. O zaman
Şəhriyarın dünən yenə səni
axtardığını deməyəcəyəm.
- Nərgiz biz artıq
görüşmüşük. Get başqa
bəhanə fikirləş.. Alo...aloo...
Nərgiz... telefondakı qudok
səsindən başa düşdü ki,
Nərgiz artıq telefonu
bağlayıb. Və əmin idi ki, 15
dəqiqə sonra qapının zəngi
dayanmadan çalacaq. Zənn
etdiyi kimi 15 dəqiqə sonra
qapının zəngi dayanmadan
çalırdı. Gülnaz xanım qorxa
qorxa yuxulu vəziyyətdə
qapını açdı.
- Sabahın xeyir Gülnaz xala.
Bilirəm bu vaxtı gəlməyim
qəribədir, amma Ülviyyə ilə
danışdıq ki, işə birlikdə
gedəcəyik.
Gülnaz ağzını açıb söz demək
istəyirdi ki, Nərgiz yanından
işıq sürəti ilə danışa danışa
Ülviyyənin otağına keçdi.
Qapıda dayanan Gülnaz hələ
də heç nə anlamayaraq
"biriniz də ağıllı olardınız da
nolardı” dedi. Nərgiz isə bu
sözləri eşitmədi çünki otaqda
idi artıq. Və yatağa tullanaraq
Ülviyyənin yaxasından
yapışdı.
- İfritə mənə niyə indi
deyirsən görüşdüyünüzü.
Necə oldu? Nə dedi?
Həyəcanlandın? Harada
görüşdünüz? Bir bir cavab
ver. Yoxsa üzərində oturaram
nəfəsin kəsilər.
- Of Nərgiz.. imkan ver, nəfəs
al. Ülviyyə dünənki görüşləri
barədə danışdı. Nərgiz
gözlərində işıltı ilə dinləyirdi.
Dostunun sevilməsinə və
sevməsinə şad idi, amma
həm də qorxurdu.
- Ülviyyə , tez bağlanma. Hələ
gör tanı.
- Bağlanma? Məncə bu sözü
demək üçün artıq gecdir.
- Gör neçə aydır onun
barəsində dayanmadan
düşünürəm.
- Başa düşürəm, amma yenə
də ehtiyyatlı ol.
Nərgizin niyə belə dediyini
çox gözəl başa düşürdü. Nə
də olsa yaralanmışdı. Və
atdığı hər addımda artıq
özündən asılı olmadan daha
da ehtiyyatlı hərəkət edirdi.
- Canım....Sən necəsən? Neçə
vaxtdır baş beynini aparıram,
amma maraqlanmadım ki,
sənin halın necədir? Narahat
etmir daha..
- Dünən gecə gəlmişdi yenə.
- Nə? Necə?
Nərgiz də baş verənləri bir
bir Ülviyyəyə danışdı. İki dost
bir neçə dəqiqəlik susdular.
- Nərgiz sən onu hələ də
sevirsən?
- Bilmirəm. Ona nifrətim də
yoxdur artıq.
- Bəlkə onu unutmaq üçün
artıq Etibara hə deyəsən.
- Birini unutmaq üçün başqa
birinə sığınmaq alçaqlıq olar.
Amma digər tərəfdən də
inanmıram ki, kiməsə
bundan sonra öz xoşluğumla
hə deyəm.
- Elə demə. Nərgiz... Nərgiz
mənə bax..belə danışma.. Sən
sevəcəksən.. bir gün mütləq
sevəcəksən.
Nərgiz gözləri dolmuş
vəziyyətdə Ülviyyəyə baxaraq
gülümsədi. Elə pisidə odur ki,
mən hələ də sevirəm.
Həmin səhər əyləncə ilə
başlasa da qəmgin notlara
köklənmişdi. Hər iki rəfiqə
susqun halda iş otaqlarında
oturmuşdular. Nərgizi bikef
görmək Ülviyyənin də
əhvalını korlayırdı. Otaqdakı
səssizliyi isə Kamran bəyin
katibəsinin səsi pozdu.
[cavab]
Ayan01
21 May 2014 / 18:00
- Nərgiz, Kənan bəy səni
çağırır
"Bircə bu əksik idi” deyə
mızıldanaraq Ülviyyəyə baxdı.
Ülviyyə ona göz aöardaraq
başı ilə getməsinə işarə etdi.
Nərgiz Kənanın iş otağına
doğru yollanarkən, Ülviyyə
telefonu əlinə alıb özü özünə
"niyə heç nə yazmırsan” deyə
deyinirdi. əlini atıb ondan
dünən gələn sms i bir də
oxumaq istəyirdi ki, ikinci
smsi gördü. Çaş baş
vəziyyətdə xatırlamağa çalışdı
ki, bu smsi nə vaxt açıb
oxuyub. Dünən gecə yəqin
yuxulu halda baxdığını ona
görə xatırlamadığını
düşündü. Sms-ə cavab yazdı.
Nərgiz isə sifəti yer süpürə
süpürə Kənanın otağının
qapısını döydü. İçəridən – gəl
sənini eşitdiyindən qapını
açıb onun üzünə baqxmadan
asatanda dayandı.
- Salam, keç əyləş.
Nərgiz həvəssiz halda keçib
stula əyləşdi. Hələ də Kənana
tərəf dönmürdü.
Kənan isə əhvalını öyrənmək
üçün dünəni xatırlatmaq
istəsə də qızı
qəzəbləndirməmək üçün
dinmədi.
- Bu gündən iş otağınız
mənim otağımın yanında
olacaq. Bütün müştərilərin
sənədləri oradadır. Əlininz
altında olması yaxşıdır. Çünki
işləri böyütmək istəyirəm.
Nərgiz isə vecsiz halda. –
mən otağımdan məmnunam.
İşimi isə gecikdirmədən
görürəm.
- Biz iş yerindəyik, və mən
burda rəhbərəm. Dediyimə
qarşı çıxma.
- Istədiyiniz nədir? İşi
böyütmək, mən kömək
edəcəyəm. Amma sizinlə
çalışmaqla yox. Bu işlərə
izninizlə Səlminə ilə davam
edəcəyəm. O sizinlə bir başa
çalışacaq. Mən Kamran bəylə
danışmışam razılığını
almışam.
- Başa düşmədim. İndi burda
rəhbər mənəm atam yox.
Mənim dediyimi tapadaya
bilmərsən.
- O zaman mən ərizəmi
kadrlar şöbəsinə qoyaram.
Nərgiz ayağa qalxıb otağı
tərk etdi. Kənan heç nə başa
düşməyərək. – Bu necə
qızdır? Tərsin biri tərs.
Nərgiz otağa qayıdanda
Ülviyyə üzündə təbəssümlə
telefonda danışırdı. Nərgizin
üzünü görüb. – Bağışla təcili
işim çıxdı..olar bir azdan
danışaq. Telefonun o biri
başında Şəhriyarın qalın səsi
ilə. – naharda görüşəndə
danışarıq deməsi ülviyyəni
daha da həyəcanlandırdı.
Oldu hələlik. Telefonu
sonlandıran Ülviyyə Nərgizə
baxdı. Nərgiz isə əşyalarını
yığırdı.
- Neynirsən sən?
- Mən çıxıram. Daha burada
çalışmayacağam.
- Necə yəni? Səni qovdu?
- Yox, özüm ərizə yazacağam.
- Niyə axı.. Düz əməlli danış
da, nəsə dedi, neynədi sənə?
- Ülviyyə mən onun üzünə bu
gün utandığımdan baxa
bilmirdim. Onun gözünün
qabağında fahişə
adlandırıldım, sillə yedim. Indi
heç nə olmamış kimi məni öz
yanındakı otağa köçürdür ki,
hər gün onunla çalışım. Mən
də isə onu çəkəcək səbr inan
ki zərrə qədər də yoxdur.
Getsin kimlə işləyir işləsin.
Həm belə yaxşıdır. Biraz fərqli
işdə çalışmaq mənə də yaxşı
gələcək.
- Bəs mən?
- Sən qalırsan.
- Yox onda mən də gedirəm.
Sənsiz neynirəm buranı.
- Yox Ülviyyə heç bir yerə də
getmirsən.
- Sən deyəsən dəli olmusan.
Unutmusan burda ikimizində
çalışmağı üçün Kamran bəyin
başına açdığımız oyunu. Hələ
bir otaqda çalışaq deyə
çırpınmağımız. Əgər sən
gedirsənsə mən də gedirəm.
- Ülviyyə nolar.. yorğunam...
bir də sənin fikrini çəkməyim
ki, işsiz qalacaqsan.
- Yorulmusan məzuniyyət
götür. Həm ona kimi Kamran
bəy qayıdar, Kənan da getmiş
olar.
Qapının açılması ilə kəsilən
söhbət başqa bir mövzu ilə
əvəzlənmiş oldu. Gələn
Səlminə idi. Şirkətdə nazı
qəmzəsi ilə, oğlanları başdan
çıxarmaqda lider olan Salma
adı ilə çağrılan Səlminə. Ona
bu şirkətdə hər kəs Salma
deyirdi. Bir nəfərdən başqa.
Nərgizdən..Nərgizdən sonra
işlərə baxan ikinci adam.
- Eşitdim çıxırsan.. İnan o
qədər üzüldüm
Nərgiz hər kəslə rahat dil
tapmazdı, amma bu qıza
xüsusi antipatiyası var idi.
Heç nə ilə əvəz olunmayacaq
hisslər.
- İnanıram canım mənim,
inanıram.. Gözündən axan
yaşları görməmək mümkün
deyil.
Salma üzünü turşudaraq... –
çox ağıllı qərar verdin. Hər
halda Kənanın sənin kimi
birinə dönüb baxacağını
zənn etmirdin. Bu
mübarizədə uduzardın.
- Nə mübarizəsi? Nə gic gic
danışırsan sən? Nolar
Səlminə get başımdan
- Salma! Min dəfə demişəm.
Adım Salmadır.
- Səlminə! Min dəfə demişəm
bundan sonra da deyəcəyəm.
Səlminə, Səlminə, Səlminə..
- Axmaq. Sənə də elə bu
yaraşır. Uşaq muşaqla
əlləşəcək vaxtım yoxdur.
Kənan bəy yanındakı otağı
məxsusi olaraq mənə ayırıb.
Sənin kimi sarı cücədənsə
məni seçib.
- Tövbə əstafurulla.. Allahım,
bax ağıllı qız olmağa qərar
verirəm, heç kimə hç nə
eləməyəcəyəm deyirəm, sakit
səssiz səmirsiz çıxıb getmək
istəyirəm imkan vermirlər.
Nolar günahı mənə yazma.
Nərgizin öz özünə danışması
sonlandıqdan sonra
Salmanın üstünə hücum
çəkirdi ki, Ülviyyə onu zorla
saxladı.
- Tərbiyəsiz! Sənin kimiləri
bura necə işə götürürlər hələ
də bilmirəm. Salma bu
sözləriu deyib qapını
bağlayıb getmişdi. Nərgiz isə
sakitləşmədən. – burax
getməmişdən onun silikon
dodaqlarını partladım.
- Nərgiz dur! Allahın bəlası
necə də çırpınıree saxlaya
bilmirəm. Ay qız dayan. Baş
qoşma
- Görümrsən nə deyir. O otaq
mənə ayrılmışdı elə danışır ki,
- Sən getməyi qırara alanda
ona verəcəklərdə nə
istəyirsən.
[cavab]
Ayan01
21 May 2014 / 18:01
- Heç yerə də getmirəm
- Nə? Doğrudan?
Ülviyyəni bu sualına cavab
verməmiş nərgiz otaqdan
çıxıb getdi. Gəldiyi ünvan isə
Kənanın otağı idi. Qapını
döyərək, gəl təsdiqini
almamış açdı. İçəridə Salma
çoxdan caynaqlarını Kənana
keçirtmək üçün dəridən
qabıqdan çıxırdı.
Salmaya baxaraq – Kənan
bəy, getməkdən vaz keçdim.
Otağıma köçürəm. Nahardan
sonra işlərə bir yerdə baxarıq
dedi. Kənan isə heç nə
anlamadan hər iki xanıma
baxaraq başı ilə təsdiqlədi.
Salma Kənana dönərək –Axı
kənan bəy az əvvəl... – Salma
xanım, Nərgiz xanım getdiyi
təqdirdə demişdim.. o isə
getmir artıq.
- Səlminə...Adı Səlminədir
Kənan bəy. Nərgiz bu sözü
Salmaya baxaraq elə iştahla
demişdi ki, Salmanın
hikkədən silikondan şişmiş
dodaqlarını daha da şişib
inəyə oxşamasını seyr edirdi.
Salma otağı tərk edən kimi
Kənana tərəf dönərək yenə
də onun üzünə baxmadan.
Otağa köçərəm, amma indiki
otaq yoldaşım da mənimlə
gələcək ora..
- Mənə şərt kəsirsən?
- Yox xahiş edirəm.
- Hə deməli xahiş etməyi
bilirsən.
Nərgiz gözünü yumaraq
səbrini sıxırdı.
- İstəmirsinizssə gedim?
- Mən istəyirəm gedəsən,
amma atam siz iki rəfiqəyə
toxunmamağı bərk bərk
tapşırıb. Yoxsa sən çoxdan
azad idin.
Nərgiz yenə heç nə demədən
otaqdan çıxır.
Kənan isə gülərək. – bu qızı
əsəbiləşdirmək mənə artıq
zövq verir. Əla...deyərək qəh
qəhə atır.
Ardı var
[cavab]
Ayan01
21 May 2014 / 18:02
LIVERPOOL*FC, hele coxx var
[cavab]
Ayan01
21 May 2014 / 18:04
Təsadüf yoxsa alın
yazısı (9-cu bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 18:05
Ülviyye demek olar ki, her
gun Şehriyarla görüşur,
telefonlaşirdi. Günler belece
qaydasında, normal kecirdi.
Nergiz ise Ülviyye havalarda
oldugu ucun onun işlerini de
gorurdu. Kenanin tapsirdigi
isler de ust uste geldikce,
işden her defe gec cixirdi.
Kenan bu gunler erzinde
Nergizi qiciqlandirmaq ucun
elinden geleni edirdi. Ozu
dediyi kimi bu ona zövq
verirdi. Bir defe Şehriyar yene
işe Ülviyyenin arxasinca
gelmisdi. Ülviyyə anasi şübhə
etmesin deye işden 1 saat tez
cixirdi ki, Şehriyarla cox vaxt
kecirde bilsin. İşinde problem
olmadiqca bele davam etmeyi
dusunurdu. Ülviyye Şehriyarla
gezerken, anasindan gelen
zeng onun uzundeki
tebessumu silir. Şehriyarin
yaninda yalan danişmaq
istemediyinden üzr isteyib
kenarlaşir.
-Alo.
- Haradasan qizim?
Ülviyye dodagini dişleyerek
gozlerini qiyir. Her defe yalan
danisanda bele edirdi.
-İşde. Nese olub?
- Soz
deyeceyem,hayasızligina
salma. Reşad bu gun gelib
işden goturecek.
-Ne?
- icaze al bir az tez cix, cox
gozlemesin.
- gelmesin. Men.. Men cixa
bilmerem. Bu gun dehşetli
derecede iş çoxdu. Hem onu
gormek istemirem. Sene
demisdim ki, onu tanimaq
istemirem. Gerek acilayim.
- men de dedim ki, sene vaxt
veririk onu tani.
- Özu biler, meni yuxusunda
gorer. Sagol.
- Ülviyye..
Ülviyye artiq telefonu
baglamisdi. Butun ehvali
korlanmisdi. Şehriyarin
yanina qayidanda özunu ne
qeder toparlamaga calissada
bu Ülviyye idi. Nece vardisa
ele. Renginden yaxsi
olmadigini goren Şehriyar ne
oldugunu sorusdu. Ülviyye
Reşad baresinde hec vaxt
danismamisdi. Sehriyarda
soruşmamişdi. İndi ne
deyecekdi? Anasinin onu
evlendirmek istediyi şexsi
onu gormek ucun yolladigini.
Axi bu bir qiz ucun yaxsi
sohbet deyildi. Düşundu ki,
Şehriyara dese o sehv basa
duser. Ele biler ki, ona söz
atir ki, elcilerim coxdur elini
tez tut. Ülviyye ele biri deyildi.
Amma indi bir yalan
uydurmali idi.
- Ülviyye. Sene ne oldu?
Yaxşisan.
-He, yaxsiyam. Anam idi zeng
eden.
-nese dedi? Niye bele oldun?
-Hec..hec ne demedi. Men..
. -Ulviyye!
-eve getsem yaxsi olar. Eve
cagirir. Basqa bir sey yoxdu
Şəhriyar başı ilə təsdiqləsə də
Ülviyyənin nəsə gizlətdiyini
anlamışdı. Nə də olsa uşaq
deyildi. Yol boyu Ülviyyənin
susması, fikirli olması isə onu
daha da şübhələndirdi.
Özündən asılı olmadan –
Ananın zənginə belə
olmarsan, düzünü denən kim
idi.. Kimdir səni narahat
edən. Dedi.
Ülvyyə çaşqın vəziyyətdə
Şəhriyara baxaraq. – dedim
axı heç kim. Sadəcə evə
çağırdı narahat oldum.
Ülviyyə yalan danışdıqca
qızarırdı deyə şəhriyar lap
hirsləndi.
- Yaxşı deyib düz yola baxraq
maşını sürməyə davam elədi.
Ülviyyə bilmirdi neynəsin.
Şəhriyara deməməyi yaxşı
deyildi bilirdi, amma neynəyə
bilərdi ki. Yol boyu hər ikisi
susdular. Evə çatanda isə
Ülviyyə cəld sağollaşıb evə
tələsdi. Şəhriyara daha da
yalan deməmək üçün onun
yanından qaçırdı. Şəhriyar
Ülviyyənin bu halına pis olsa
da yenə də heç nə demədən
yola düşdü. Amma bütün
günü ağlında Ülviyyənin
rəfdarının düşünrdü.
Ağlından bir şey keçirdi,
amma bunu özünə və
Ülviyyəyə yaraşdırmırdı.
- Axı mən qızı sadəcə
yaxından 2 həftədir
tanıyıram. Bu şübhəmin
olması normal deyil.. Yoxx...
yoxx.. normal deyil. Mən ona
güvənməyəcəyəm kimə
güvənəcəyəm bəs? Offf
Ülviyyə off... Nəyi gizlədirsən?
Niyə yalan deyirsən? Bunu
bilməsəm mən rahat
olmayacağam. Şəhriyar
otaqda var gəl edərkən
Ülviyyə anası ilə yendən
Rəşad üstündə dava
edirdilər.
[cavab]
Ayan01
21 May 2014 / 18:06
Ana sənə demədim ki, mən
Rəşadı istəmirəm. Hansı dövr
yaşayırıq ki, sən mənim üçün
ər seçəsən.
- Ananla düzgün tonda
danış.. Yox elə qoyacaqdım
öz başına seçəsən. Mən səni
böyüdüb boşa başa
çatdırmamışam ki, naxələfin
biri gəlib sənin həyatını alt
üst etsin.
- Ana, qurban olum. Niyə belə
edirsən. Həm...həm...mən...
Ülviyyə Şəhriyar barəsində
demək istədi, amma
Şəhriyardan heç bir addım
görməmiş bunu etməyin
doğru olmadığın düşündü.
Bir anlıq düşüncələrə
daldığını görən anası – Kimsə
var? Deyə soruşaraq Ülviyyəni
utandırdı. Onun
qızarmağından başa düşdü
ki, həyatında kimsə var.
Ülviyyə isə inkar etməkdə
davam edirdi. Cəld otağına
keçən qızının arxasınca
baxan Gülnaz – Eybi yox, səsi
çıxar...deyə düşündü.
Şəhriyar içini yeyə- yeyə
otaqda var gəl edirdi. Və
nəhayət əlini telefona atıb
Ülviyyəyə sms yazdı. Bir xeyli
danışdıqdan sonra Şəhriyar
"Mən sabah səni işdən
götürməyə gələ
bilməyəcəyəm. İşlərim
çıxdı.”..deyə mesaj atdı. Bu
smsdən sonra Ülviyyə pis
oldu. Düşündü ki, bəlkə bu
günə görə Şəhriyar ondan
inciyib. Əlində telefon
mətbəxə keçəndə anası yenə
onu süzürdü. Narahat olduğu
görüb. – Nə olub ? deyə
soruşdu. Ülviyyə anasına
baxmadan – Heç nə,
yorğunam deyib su içərək
otağına keçdi.
Gülnaz axşam yeməyinin
hazırlığı ilə məşqul olurdu,
birdən dayanaraq qızının
fikirli olduğunu görüb – Bax
görürsən indidən səni
incidir. Mən bu gün üçün
deyirdim.Məni eşidən kimdir
axı.. hamı öz bildiyini edir.
Yenidən işinə dönəndə isə
istər istəməz keçmişini
xatırladı. Əzələləri necə
sıxıldısa əlində tutduğu
bıçaqla özünü yaraladı.
Gülümsəyərək – tam
zamanında kəsdim. Yoxsa ki,
yenə xatirələr daha pis
incidəcəkdi deyə öz özünə
mırıldandı.
Nərgiz isə Ülviyyənin işləri, öz
işləri, Kənanın tapşırdığı
əlavə işlər deyərkən başını
itirmiş vəziyyətdə oturmuşdu.
– Bu qız da aşiq olmağa vaxt
tapdı da... Dayan sən.. Öz
toyum olsun başına
açmadığım oyun qalmayacaq.
Öz özünə danışdığını
uzaqdan görən Kənan yenə
özünü saxlaya bilməyib otağa
girib onu qıcıqlandırmaq
istədi.
- Dəli olduğunu hamıya
göstərmə. Ayıbdır evdə
qalarsan.
Nərgiz onun səsinə dik atılıb,
əvvəlcə nə dediyini anlamadı.
Sonra Kənanın dedikləri ona
çatanda isə üzünü
turşudaraq – Narahat olma
sənin evində qalmaram.
- Min dəfə demişəm elə
eləmə. çox çirkin olursan.
- Çirkin sənin sevgilindir.
Nərgiz rəhbəri ilə danışdığını
bilirdi. Əslində başqası olsa
çoxdan Nərgizi qapı ardına
qoymuşdu bu danışığa görə,
amma Kənan bu danışıq
tonuna görə artıq Nərgizə
heç vaxt irad tutmurdu deyə
o da hayasızlığını göstərdi.
- Allah eləməsin mənim
evimdə qalasan. Həmin gün
infarktdan ölərəm.
- Onda köçürəm sizə, Vətənə
millətə xeyirli bir iş görək.
- Demək ölməyimi istəyirsən?
- Mənim üçün heç bir
əhəmiyyət kəsb etmir.
- Səni öldürməmiş hara
gedirəm?
- Demək öldürmək
istəyirsən.? Bu qədər işgəncə
bəs deyil?
- Buna işgəncə deyirsən sən?
İşləyə bilmirsənsə problem
deyil Salmanı çağıra bilərəm
köməyə.
- Yox! Lazım deyil. Özüm
öhdəsindən gələrəm.
Kənan dodaq altı
gülümsəyərək – gedim
görüm Salma neyniyir. Yaman
cəld qızdır. Nə tapşırıram hər
şeyi tez bir zamanda yerinə
yetirir. Bu an Nərgizin
başından elə bil qaynar su
tökdülər.
- Səlminə... onun adı
Səlminədir. Özü də mən
burada neçə illərdir işləyirəm,
amma onun əldən cəld
olduğu iş görülməyib. Həəə
əgər kişiləri tez ələ keçirmək
bacarığını deyirsinizssə o
zaman ona çatan ola bilməz
razıyam.
Kənan heç nə demədən
gözlərini qıyıb otaqdan çıxdı.
Öz otağına girəndə Salmanı
görüb təəccüblənmədi də.
Artıq öyrəşmişdi onun boş
boş bəhanələrlə otağına hər
dəqiqə girməsinə.
- Nəsə olub?
[cavab]
Ayan01
21 May 2014 / 18:07
- Nəsə olub?
- Xeyir Kənan bəy. Kiçik bir
işlər var idi istədim sizdən
məsləhət alım. Öz başıma heç
nə eləmək istəmirdim. Bu
sözləri deyə deyə onun
masasına yaxınlaşıb yavaşca
yanını masanın kənarına
qoydu. Kənan istehza ilə
gülümsənib.
- Səlminə xanım. Sizin nə
işiniz olsa bir başa Nərgizlə
danışın o mənə lazım olanı
deyəcək.
Kənanın ona Səlminə deməsi
hələ üstəgəl onu Nərgizin
üstünə göndərməsi onu
hirsləndirsə də özünü o yerə
qoymadan. – Salma.. adım
Salmadır. Amma Səlminə
xoşunuza gəlirsə elə də deyə
bilərsiniz. Bu sözləri deyərək
Kənana daha da yaxınlaşırdı
ki, qapı döyüldü və gəl sözü
deyilməmiş açıldı. Bunu
ancaq Nərgiz edə bilərdi.
Onları bir birinə yaxın görüb
içini çəkdi. – Hiiiii.... Ayıbçılar...
Kamran bəy şirkəti gör
kimlərə tapşırmısan.. Eviniz
eşiyiniz yoxdur, camaat bura
pul qazanmağa gəlire sizin
tamaşalarınızı seyr etməyə
yox. Bunu deyib otağın
qapısını bağladı.
Kənan cəld Salmanın
yanından ayılaraq Nərgizin
yanına getdi.
- Nərgiz sən səhv başa
düşdün o özü yaxınlaşdı.
- Ayıbdıre ayıb. Sən
rəhbərsən. Sən belə edəndən
sonra işçilər neyləsin... Nc nc
nc
- Nərgiz həqiqətən gördüyün
kimi deyil.
Kənan özündən asılı olmadan
ona açıqlama verirdi. Sanki
Nərgizin onu yalnış
anlamasını, gördüklərini səhv
başa düşməsini istəmirdi...
Sanki yox... Doğrudan
istəmirdi.
- İstəmirəm mənim
haqqımda yalnış fikirləşəsən.
Özünü inandırmağa
çalışarkən ağzından çıxan bu
söz hər ikisini bir anlıq
duruxdurdu. Nərgiz ona
diqqətlə baxdı. Kənan isə
özünü itirmişdi. Elə bil
Nərgizin qarşısında 3 yaşlı
günhakar uşaq idi. Nərgiz
gözlərini qıyaraq – deyirəm
axı.... sən... sən.. mən başa
düşdüm niyə belə edirsən.
Niyə özünü mənim qarşımda
belə müdafiə edirsən.
Kənana udqunaraq – nəyi
başa düşdün?
- Mən bildim...ay səni... demək
belə.
- Nərgiz nəyi başa düşdün?
Kənan artıq əlini atıb
qalstukunun bağını açrdı. Tər
basmışdı onu.. – Nərgiz mən,
mən bilmirəm.. Mən sadəcə..
mən.
- Nə mən mən salmısan...
Denən ki, qorxuram, etiraf
edə bilmirəm olsun bitsin.
- Yox qorxu deyil.. Mən də
bilmirəm bu nədir.. Sən.. səni
- Yaxşı yaxşı... özündən
getdin ki... qorxma bu dəfəlik
atana demərəm.
- Nə? atam? Atamın bura nə
dəxli?
- Necə yəni? Bayaqdan tər
tökürsən, qıvranırsan ki,
atana demiyim. Mən başa
düşdüm o saatca..Yaxşı bu
dəfə demiyəcəyəm, amma bil
ki, bu sənə baha başa
gələcək.
Bic bic gülərək əllərini
ovuşdurub otaqdan çıxdı..
Kənan isə hələ də şok
vəziyyətində onun arxasınca
baxaraq.. – nə ata? Nə
qorxmaq? Qız, sən mənə
neynirsən? Yox.. bircə bu
yox.. bircə O yox. Kim olur
olsun, amma o yox.. bu
dəlinin nəyindən... susdu.
Kənan sözünün tamamını
gətirmədi çünki özü də
anlamdı ki, indi baş verənlər
nə demək idi. Tez otağına
qayıtdı Salma hələ də otaqda
idi. Acıqlı -acıqlı ona baxırdı.
– Kənan bəy
- Səlminə xanım.. zəhmət
olmasa işinizin başına
dönün.
- Amma Kənan bəy. əlimdəki
sənədlərə baxacaqdıq. O
Nərgiz hər şeyi korlamaqda
qoçaqdır. Heç
təccüblənmirəm ki,
nişanlısının onu atmağına.
- Kənan əvvəlcə Salmanın
dediklərinə acıqlı baxış atsa
da. Maraq onu bürümüşdü.
- Nişanlısı atıb? Mən elə
bilirdim o hələ də nişanlıdır.
- Yox. Atıb. Kimdir belə ifritəni
özünə arvad edən.
Kənan özünü
maraqlanmırmış kimi
göstərərək Salmadan söz
almaq istəyirdi.
- Maraqlıdır görən niyə
ayrılıblar.
- əşi niyə olacaq xəyanət.
- Xəyanət?
- Hə Nərgizə xəyanət etmişdi
nişanlısı. Sonra da atdı getdi.
Belə də ki oğlana haqq
qazandırıram belə çirkin qızı
kim özünə arvad edər.
Salma danışdıqca Kənan
tutuldu. Demək Nərgiz ondan
belə qürurulu gəzir. Çox
dərin yaralanığından.
Ürəyində onun halına acıdı.
Düşündü ki, bir daha onu
incitməsin. O gecə baş
verənlər də yəqin ki köhnə
nişanlısının üzündən olub.
Amma Salmanın sözünə
güvənmək olmazdı. Hər şeyi
bilmək istədi. Olduğu kimi.
Nərgiz isə otağında işdən
başını qaldırıb – yox bu belə
olmayacaq. Istirahət lazımdır
bir az.. Telfonunda sevdiyi
şən mahnılardan birini
qoyaraq otağında yavaş -
yavaş gəzişməyə başladı. Və
mahnının ritmini tutub
özündən asılı olmadan
otaqda oynamağa başladı.
Qapının aralı olduğunu
görən Kənan otaqda Nərgizin
oynadığın görəndə üzündə
təbəssümlə onu azca aralı
qapıdan seyr etməyə başladı.
Musiqi o qədər də ritmik
deyildi, Fransızca mahnı
olduğundan sözlərini baş
düşməyən Nərgiz yenə də
mahnını ifa edirmiş kimi
özünü müğənni kimi
təsəvvür edirdi. Kənan qapını
azca da aralayıb onun
hərəkətlərini seyr etdi. Bu qız
elə bil rəqs etmir arı
sancmasından qıvranırdı.
Özünü saxlaya bilməyib onun
qəribə hərəkətlərinə gülürdü.
Artıq mahnı ilə yanaşı qəribə
səsin də gəldiyini eşidən
Nərgiz mahnını saxlayanda
bunu qəh- qəhə səsi
olduğunu anlayır. Arxaya
dönəndə Kənanı əli
mədəsində gözündə
gülməkdən yaranan yaşlarla
görür.
– indi gəl bunun dilindən
qurtula da.. Nərgiz qızarmış
halda hələ də gülən Kənana
baxırdı.
[cavab]
Ayan01
21 May 2014 / 18:09
- Nədir niyə gülürsən. Ayıb
deyil sənə başqalarının
otağına gizlin girirsən.
Kənan isə hələ də özünü
saxlaya bilmirarada Nərgizi
yamıslayan tərzdə hərəkətlər
edir daha da gülürdü. Nərgiz
onun bu halına əsəbiləşib
çantasını götürüb otaqdan
çıxır. Arxaya döndüyündə
Kənan hələ də qapıda gülür
onu yenidən yamıslayırdı.
- Səfeh.. uff.... sənə bu da
azdır Nərgiz xanım. Dayan
görərsən sən.
Gün beləcə bitmişdi.
Amma sabah nə ilə gələcəkdi
özü ilə hansı sürprizləri
gətirəcəkdi bilnmirdi. Hər kəs
şirin yuxuya dalarkən
Şəhriyar içini yeyən
şübhələrlə gözünü bir
nöqtəyə zilləmişdi. Bu işin
əslini sabaha öyrənmə\səydi
rahat olmayacaqdı.
Səhərin açılması ilə ayağa
qalxan Ülviyyə hazırlaşıb işə
gedərkən anası onu qapıda
saxlayır.
- Bu gün işdən tez
çıxacaqsan
- Yox, işlər çoxdur, Nərgizin
işinə də kömək edəcəyəm.
- Hə yaxşı.
- Nədir ki?
- Heç nə get sağ salamat.
Ülviyyə anasının baxışlarını
qaçırmasından başa düşdü
ki, nəsə iş var, amma
əhəmiyyət vermədən şirkətə
qaçıb neçə vaxtıd rnərgizin
üzərinə atdığı işləri həll
etməli idi. Şəhriyarın
gəlməməsindən istifadə
edəcəkdi. Normal iş gününün
sonunda Nərgiz Ülviyyəyə çay
gətirərkən münasibətinin
necə keçdiyini soruşur.
Ancaq vaxt tapıb dedi qodu
edəcəkdilər. Ülviyyə xoş əhval
ruhiyyə ilə hər şeyi
danışdıqdan sonra Nərgizə
bağışlanması üçün dil
tökürdü.
- Bağışla nolar. Bilirəm atdım
bəzi işlərimi üstünə
- Bəzi?
- Yaxşı bir çoxunu
- Bir çoxunu?
- Uffff hamısını...
- Ay sağol davam elə.
- Söz verirəm toyunda elə
iştirak edəcəyəm ki.
- Səni kimdir toya çağıran.
Mən satqın rəfiqəni neynirəm
toyda
- Ee Nərgiz bəsdirdə.. Həm de
görüm sən neynirsən. Kənan
bəylə ümid edirəm
atışmaların olmur.
Nərgiz gözünü qaçırdaraq –
aaa nə atışma.. o rəhbər mən
işçi. Işimi görürəm vəssalam
da.
- Dəqiq?
Nərgiz bu neçə gündə olan
hər şeyi bir anlıq gözünün
önündən keçirib utanaraq –
aaa ayıb deyil...
- Yaxşı.. işlər məncə indi
səhmana düşdü. Gedim mən.
Şəhriyar da yoxdur.
- Nə əcəb
- Işi var gəlməyib. Gəlirsən
sən?
- Yoxeee harada bəxtəvər.
Mən axırıncı dəfə nə vaxt
vaxtında çıxdığımı
xatırlamıram.
- Caaann.. qalım köməyə?
- Yox get. Az qalıb 1 saata
bitirərəm inşAllah.
Ülviyyə hazırlaşıb çıxanda
şirkətin qarşısında tanış bir
səs oonu səslədi. Dönüb
baxdığında rəngi qaçdı. Bu
Rəşad idi.
- Rəşad, sən burada
neynirsən?
- Sənə də salam. Gəldim səni
ziyarət edəm
- Çox nahaq. Xahiş
etməmişdim
- Mən xahişsiz də sənin
huzuruna gələrəm. Bu
sözlərə əsəbiləşən Ülviyyə
Rəşadın düz qarşısında
dayanıb.
- - bax Rəşad mənim
sevdiyim biri var və mən
bütün gələcəyimi onunla
qurmağı planlaşdırıram.
İstəmədiyimi başdan bilirsən.
- Yalan danışmaq sənə heç
yaraşmır. Bu sözü deyərkən
Ülviyyəyə tərəf əyilib onun
burnuna çırtma vurur. Bu
anda kənardan qalın bir səs
hər ikisinin diqqətini özünə
çəkir.
- Narahat etmədim!
- Şəhriyar!
Ülviyyə Şəhriyara Şəhriyar
Rəşada Rəşad isə təbii ki
ülviyyəyə baxırdı. Bu üçlü
baxışmanı kənardan seyr
edən bir nəfərdə var idi.
Nərgiz.
- Bircə bu çatmırdı.. gəldim
Ülviyyə! Nərgiz əlindəki
stəkanı qoyub qapını açaraq
sürətlə otaqdan çıxacaqdı ki,
sərt bir şeyə dəyib yerə yıxılır,
tarazlığını itirdiyindən başı
qapının dəstəyinə dəyir.
Kənana dəydiyindən o da öz
tarazlığını az qala itirəcəkdi.
Nərgizin boş boş baxdığın
başının qanadığını və
Nərgizin özündə olmadığın
görən Kənan təlaşlı halda –
nərgiz, Nərgiz yaxşısan deyə
soruşurdu. Nərgiz isə Kənana
baxaraq üzündə bir
təbəssümlə gözlərini yumur.
Ardı var
[cavab]
Bölmeye qayıt