Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol Ayan01 21 May 2014 / 17:15
ardi gelen bolumde

[cavab]

pol Ayan01 21 May 2014 / 17:27
bagislayin 6 ci bolumle 5sehv salmisam 5yaziram

[cavab]

pol Ayan01 21 May 2014 / 17:30
Təsadüf yoxsa alın
yazısı (Bölüm 5)

[cavab]

pol Ayan01 21 May 2014 / 17:31
Axşamın tez keçib getməsi
üçün Ülviyyə bildiyi bütün
duaları ard arda oxuyurdu.
Şəhriyarın sevgisi onu o
qədər dəli etmişdi ki, nə dua
etdiyini də bilmirdi. Birdən
ağlına Şəhriyarla görüşləri
gəldi. Xəfifcə üzünə gülüş
qondu. Bu anda kiminsə səsi
onu ayıltdı. Bu Rəşad idi. -Niyə
güldün?
Ülviyyə geriyə dönüb gördü
ki, Rəşad əlləri qoynunda
eyvanın qappısında dayanıb.
- Məni güdürsən?
- Unutmusan bura mənim
evimdir
- Yox unutmamışam, amma
kənardan səssiz gəlmək öz
evin olsa belə düz deyil
- Yad insanlar üçün hə.
- Başa düşmədim
Rəşad əllərini açıb Ülviyyəyə
yaxınlaşdı. Əli ilə Ülviyyənin
saçını qulağının ardına
yığmaq istəyirdi ki, Ülviyyə
cəld geri çəkilib qəzəbli
baxışlarla Rəşada baxdı.
Rəşad isə özünü itirmədən
Ülviyyənin qulağına pıçıltı ilə
"Yaxında bu evin gəlini
olacaqsan ona görə dedim.”
Sözlər Ülviyyəni elə bil göyün
yeddinci qatından yerə
çırpdı.
- Sən nə dediyini deyəsən...
Rəşad Ülviyyəyə qulaq
asmadan əlləri cibində,
üzündə təbəssüm özündən
razı halda otaqdan çıxdı.
Ülviyyə o qədər əsəbiləşdi ki,
anasının yanına gəlib
Rəşadın anası ilə söhbət
etdiyini görsədə yüksək
səslə. "Getmirik evə? Səhər
işə gedəcəyəm tez
yatmalıyam” dedi. Gülnaz və
Rəşadın anası təəcüblü halda
Ülviyyəyə baxdılar. Ülviyyə
özünü sındırmadan sözünə
davam etdi. "Mən atama
deyim ki, onu gözləyirik”
Gülnaz xanım pərt olmuş
halda Gülyaza baxaraq. Bu
aralar işləri çoxdur, gecə
gündüz işləyir yorulub.
Deyərək vəziyyəti düzəltməyə
çalışdı. Gülyaz isə
gülümsəyərək eybi yox indiki
cavanlar belədir sən fikir
eləmə dedi. Evə gedənə
qədər Ülviyyə anasının
qəzəbli baxışlarını bir neçə
dəfə üzərində hiss etsə də
əsəbdən, gərginlikdən vecinə
də deyildi. Ana qız arasında
olan gərginliyi hiss edən
Ülviyyənin atası Kamal bəy
qarışmamaq üçün evə girən
kimi iş otağına çəkildi. Gülnaz
Ülviyyəyə tərəf gəlib
danışmaq istəyirdi ki Ülviyyə
onun sözünü ağzında qoyub.
"Çox yorğun və əsəbiyəm indi
yox. Sabah.. Sabah nə qədər
istəsən danlayarsan. Hə bir
də bil ki, mən o Rəşadla
evlənməyəcəyəm. o soxulcan
mənim bütün əsəblərimi
korladı.”
- Gələcək ərin haqqında
düzgün danış.
- Nə?
- Eşitdin. Biz Gülyaz xanımla
danışdıq. Gələn həftə səni
istəməyə gələcəklər. Oğlan
evdə deyib ki, o qızdan
başqası həyat yoldaşım
olmayacaq
- Nə haqla? Axı
- Ülviyyə! Onsuzda bu gün
məni biabır etdin. Atanla
sənə verdiyimiz tərbiyəni
nümayiş etdirirdin. Ayıb
olsun sənə
- Ana başa düşmürsən. Onun
mənimlə danışdığı tonu
görsəydin
- Nəyini görüm. Mədəni ağıllı,
işi gücü yerində, evin də bir
tək oğlu. Bundan artıq bir
qadına nə lazımdır?
- Çox şey.. inan ana bundan
daha çox şey lazımdır. Hətta
sənin sadaladığın o pul var
dövlət iş güc ad san.. onlar
heç lazım da deyil.
- Ülviyyə! Səsini yüksəltmə
mənə. Bu gün ora gedən
kimi Kamalla Rəşadın atası
Nazim ,mən də Gülyazla
danışdım. Ailə səni gəlinləri
görmək üçün əldən ayaqdan
gedir. Sənsə balaca uşaqlar
kimi naz edirsən
- Bəs nə oldu? Bəs mən
istəməsəydim
vermiyəcəkdiniz? Atam özü
dedi ki, əsas mənim
fikrimdir.
- Narahat olma mən atana
dedim ki, Ülviyyə utanır yox
deməyə
- Anna buna nə haqqın var?
Məni niyə öldürürsən.
- Get yat indi əsəbisən. İnan
anana gələcəkdə sağol
deyəcəksən mənə. Nə bilirsən
gedib naxləfin birinə
vurulacaqsan o da səni gözü
yaşlı edəcək. Ağıllı ol.
- Yox! Yox! Yox! Ölərəm daha
yaxşı

[cavab]

pol Ayan01 21 May 2014 / 17:32
- Ülviyyə! Atan eşidəcək indi.
- Eşitsin! Məni necə məhv
elədiyini qoy o da görsün.
- Sən nə danışırsan qızım nə
məhv etmək?
- İnan anan sənə olan bütün
inamım, güvəncim itdi. Bu
evdən ağ kəfənlə çıxaram,
amma Rəşada qismət
olmayacağam bunu unutma.
Gülnaz Ülviyyənin bu sözünə
əsəbiləşib onun üzünə bir
sillə vurdu. Özü də tutduğu
əməldən peşiman oldu,
amma üzünü bəlli etmədən
otaqdan çıxdı. Qapını
bağlamadan isə, "ağlını
başına yığ, atanın da mənim
də adımı batırma” dedi.
Gülnaz əlinin sıxaraq
mətbəxə gəldi. Ülviyyənin
sözü ona illər əvvəlki özünü
xatırlatdı. Tez özünü
toparlayıb masa üzərini
səliqəyə salmaq istədi. Hər
şey yerli yerində idi, amma
Gülnaz başını qatmaq üçün,
xatırlamamaq üçün nə iləsə
başını qatmalı idi.
Ülviyyə isə ağlamırdı.
Hikkəsindən özünü yerə
çırpıb üsyan edirdi. Bütün
gecə yatmadan otaqda o baş
bu başa gedərkən telefonuna
gələn zəngi və smsi görmədi.
Sms yazan və zəng edən isə
Şəhriyar idi.
Ülviyyənin onun smsinə
cavab vermədiyini görəndə
zəng etməyi qərar verdi.
Zəng də cavabsız qalanda bir
az ümidsizliyə qapandı. Sonra
öz özünə düşündü ki, bəlkə
tez yatıb və görməyib. Səhəri
gözləməyə qərar verdi.
Ülviyyə isə səhərin necə
gəldiyini bilmədi. Sübh
çağında hazırlanıb evdən
çıxmaq istəyəndə atasına
rast gəldi.
- Qızım yaxşısan?
- Sabahın xeyir ata.
- Olsun, amma deyəsən sənin
üçün heç də xeyirli deyil.
Mənə bax görüm.
Ülkər yuxusuz qaldığı üçün
bir də ağladığı üçün gözləri
qan çanağına dönmüşdü.
- Niyə ağlamısan? Bu sözü
demişdi ki, Gülnaz qapıda
göründü. Ülviyyə anasına
baxıb. – ondan soruş dedi və
sağollaşıb evdən çıxdı.
(Muellif Lili Sh)
- Gülnaz nə olub bu qıza?
- Heç nə.. Cavandır. Indi etiraz
edir, amma öyrəşəcək
zamanla.
- əminsən. Məncə biz tələsik
qərar verdik. Heç nə Ülkərdən
dəyərli ola bilməz
- O nə sözdür. uşaqlıq edir
fikir vermə ona. Həm söz
vermişik artıq. Geri dönüş
ayıbdır bizim üçün
- Mənim qızım hər şeydən
daha önəmlidir
- Ay kişi narahat olma 2-3
günə öyrəşəcək hər şeyə.
Evin tək qızıdır deyə hər nazı
ilə oynamışıq indi də
ərköyünlük edir. Həm yaxşı
olardı ki, qızımızı naxələfin
biri aldatsın gözü yaşlı
qoysun ömür boyu?
- Hə düzdür amma..
- Gəl dək səhər yeməyini
verim. Narahat olma düz
edirik.
Ülkər özü də fərqinə
varmadan avtobusla metroya
qədər gedəcəyi 30 dəqiqəlik
yolu piyada getmişdi.
Fikirdən beyni dağılacaqdı.
Rəşadın sifəti, özündən
razılığı bu qədər təsir
etməmişdi nəinki anasının
yad insan kimi danışması. Elə
bil düşməni idi. Çalan telefon
səsi onu bir anlıq fikridən
yayındırdı. Əlini telefona
atanda cavabsız zənglər və
smsmlər gördü. Hamısı
Nərgizdən idi. Üzr istəyirdi
dünənkinə görə. Amma
içində bir tanımadığı nömrə
var idi. Həm zəng həm sms
nömərini tanımadığından
smsmi oxuyub sonra zəng
vurmaq qərarına gəldi. İşi ilə
əlaqədar ona çox vaxt başqa
nömrələrdən zəng gəlirdi.
Düşündü ki, bu da onlardan
biridir. "Salam. Necəsiniz?
Mənəm Şəhriyar. Ümid
edirəm narahat etmədim”
Ülviyyə əlində telefon
donmuşdu. Hə o bilirdi ki,
nömrəsi artıq Şəhriyarda var,
amma dünənədən olanlar
onu o qədər üzmüşdü ki,
Şəhriyarı tamam unutmuşdu.
Ya da əslində unutmamışdı,
bütün mübarizəsi onun üçün
idi. Şəhriyar üçün.
Şəhriyar isə səhərin gözü
açılmamışdan telefon əlində
fırlanırdı. Hər dəqiqə
telefonun işığını yandırın
ekrana baxıb məyus halda
bağlayırdı.
- Telefonun səsini almısan?
Elçinin səsi onu fikirdən
ayırdı.
- Nə?
- Deyirəm telefonun səsini
almısan
- Yox.
- Onda narahat olma sms ya
da zəng gəlsə çalacaq.
(muellif Lili SH)
Şəhriyar Elçinin nə demək
istədiyini başa düşmüşdü,
amma həyəcanının gizlədə
bilmirdi.

[cavab]

pol Ayan01 21 May 2014 / 17:34
Birdən acığına gələr
nömrəsini tapıb yazmağım?
Bəlkə ona görə yazmır
- Mümkün deyil
- Mümkün deyil? Niyə bu
qədər əminsən?
- Səncə?
- ....
- Dünən Jalə ilə danışanda
dedi ki, Ülviyyənin rəfiqəsi
zəng edib səninlə
maraqlanıb.
- Başa düşmədim Ülviyyənin
rəfiqəsindən mənə nə.
- Off Şəhriyar off... Sən bu
gedişlə evlənə bilmərsən.
Necə yəni başa düşmədim.
Qızın rəfiqəsi özünə görə
maraqlanmırdı hər halda
- Yəni deyirsən...
- Hə onu deyirəm.
Şəhriyar bu söz bir az
rahatlayıb gülmsədi ki,
telefonun işığı yandı. Cəld
telefonu əlinə alanda
həyəcandan telefon əlindən
çıxıb yerə dəydi. Elçin onun
bu halına gülməmək üçün
özünü güclə tutsa da
Şəhriyarın "off bank
mesajıdır” deyərək sifətini
uşaq kimi turşutması artıq
pik nöqtə idi. Otaqda qəh
qəhə çəkən Elçinin üstünə
cuman Şəhriyar çalan telefon
səsini bir anlıq eşitmədi. Elçin
gülüşünü kəsəndə hər ikisi
telefona baxıb dayandılar.
Zəng kəsildi. Şəhriyar əlini
telefona atıb. – Odur odur..
zəng vurdu... odur deyib
sevinirdi ki, Elçin – nə
dayanmısan yığda sözündən
ayıldı.. – Hə hə düzdür.
Telefonu qulağına aparanda
eşitdiyi xanım səsi arzuladığı
şəxs deyildi. "Bu nömrəyə
zəng çatmır, telefon ya
söndürülüb, ya da əhatə
dairəsi xaricindədir”
söndürdü..deyərək məyus
halda yerində əyləşən
Şəhriyar bir az da
qəzəblənərək telefonu
kənara atdı. Bu qız məni lap
uşaq elədi. Özünə gəl
Şəhriyar. İstəsə özü yığar.
Buna bax zəng vurub sonra
telefonu söndürür. Yəqin vaz
keçdi.
Ülviyyə isə telefonu az qalırdı
divara çırpsın.
- Vaxt tapdın sönməyə eşşək.
Lənətə gələsən səni! Ayrı
vaxtlar lazımsız lazımsız
ötürsəne... Nə oldu indi.
Nərgiz otağa girəndə
Ülviyyənin bu halını görüb
daha da çaşqın halda qaldı.
Ülviyyə isə Nərgizi görüb – o
zəng eləmişdi. Təkrar yığdım
telefonum söndü. Deyərək
hıçqırdı.
- Ey niyə ağlayırsan.. gözlə.
Nərgiz telfonunu çıxardıb
nömrəsini Ülviyyənin
nömrəsi ilə dəyişdi.
- Al indi zəng vur.
Ülviyyə gözlərində yaş
gülərək telefonu aldı və
nömrəni yığmaq istəyirdi ki,
yenə ağlamağa başladı.
- Indi nə oldu?
- Nömrə telefonda idi əzbər
bilmirəm!!!!
- Aydaa!!! Gözlə bir dəq
şirkətdə eyni markanın
adaptorunu tapacağam.
Gözlə..ağlama
Ülviyyə isə balaca uşaqlar
kimi ayağın yerə döyüb
ağlayırdı. Onun tək xilaskarı
Şəhriyar idi bu saat. Nə Rəşad
nə anası nə də başqa biri
onu zorla istəmədiyini
elətdirməyəcəkdi. (muellif Lili
SH)
Nərgiz dəli kimi bütün şirkəti
gəzir telefonun enerjisini
doldurmaq üçün adaptoru
axtarırdı. Tərs kimi ya
telefonlar uymurdu ya da
adaptoru gətirməmişdilər.
Nərgiz hirslənib. – Bu lənətə
gəlmiş şirkətdə
kimdəsə....telefonu üçün
adaptor var? deyə qışqırdı.
Arxadan kimsə boğazını
düzəldirmiş kimi qalın səslə-
bağışlayın xanım. Mən də var.
Verə bilərəm. Nərgiz arxaya
çönmədən ağzı qulaqlarında
güldü. – inan səni bu saat
qucaqlayaram deyib geri
dönəndə gördüyü adamı
tanımadı.
– Sən kimsən?
– Belə mükafata etiraz etiraz
etmərəm. kimliyimə gəldikdə
isə bu lənətə gəlmiş şirkətin
bir işçisi.
- Təzə gəlmisən şirkətə,
lənətə gəlmiş deyirsən. Ayıb
deyil sənə
- Mənə ya sizə?
Nərgiz bu sözü ilk olaraq özü
dediyini xatırlayıb özünü
itirmədən "mənə olar. Mənim
qədər burada əziyyətin
keçsəydi sənin də ixtiyarın
olardı.” Həm sən kimsən?Mən
burda hamını tanıyıram,
amma səni görməmişəm.
- Demək hamını tanıyırsınız?
Deyərək səliqəli şəkildə
geyinmiş oğlan Nərgizə
yaxınlaşdı. Ətrafdakılara başı
ilə işlərinə dönməyi göstərir
verirmiş kimi tərpətdi. Hər
kəs öz işinin başına döndü.
Nərgiz bunu görüb başa
düşdü ki, qarşısında dayanan
şəxs kimdirsə sözü keçən
biridir. Hər halda təzə işə
düzəlib deyə düşündü. Bir az
da qəzəbləndi ki, onlar burda
neçə ildir əziyyət çəkirlər,
amma Kamran bəy yad birini
yüksək vəzifəyə götürüb.
- Hə demək deyirsiniz hamını
tanıyırsınız? Deyə pıçıltı ilə
Nərgizə tərəf əyildi.
Nərgiz çaşqın halda geri
çəkilərək. –aparatı verirsən
yoxsa axtarmağa davam
edim.

[cavab]

pol Ayan01 21 May 2014 / 17:34
- Yaxşı.. gedək..
- Hara?
- Hər halda üstümdə
gəzdirdiyimi düşünmürsən.
Nərgiz yenə də özünü
itirmədən onun arxasınca
getdi.
- Demək bu qədər vacibdir
bu aparat ki, şirkətə lənətə
gəlmiş deyirsiniz bayaqdan
ora bura qaçıb axtarırsınız.
- Aydaa... Sənə nə? Aparatı
verirsən ver vermirsən mən
gedim.
- Çox mədənisən maşAllah
- MaşAllah günün olsun.
Deyərək üzünü qəsdən
gülürmüş kimi buruşdurdu
- Elə eləmə daha da çirkin
olursan (muellif Lili SH)
Nərgiz gözlərini qıyıb hirslə
aparatı ondan alıb qapıdan
çıxdı. Çıxandan sonra fərqinə
vardı ki, Kamran bəyin
otağına giribmiş. Bir anıq
durub yəqin ki, aparatı
Kamran bəyə veribmiş deyə
düşündü. – Buna baxe
axmaq icazəsiz filansız
rəhbərin otağına girir. Nə
adamlar vare.. hiii Ülviyyə.!!!
Gəldim gəldimm. Deyərək
otağın qarşısından cəld
qaçaraq öz otaqlana gəldi.
Ülviyyə isə artıq içini çəkirdi
ağlamaqdan. Həm
yuxusuzluq həm dünənki
stress onun əsəblərini
korlamışdı.
- Ülviyyə ağlama tapdım bax..
ağlama indi bir dəqiqəyə
düzəldəcəyəm. Ala bax.
Hazırdı. Nömrəni də taxdım.
Ülviyyə isə içini çəkə çəkə
daha bərkdən ağladı.
- Indi nə oldu yaxşı!!!
- Bu səslə danışacağam.
Deyərək içini çəkirdi.
- Hə tanımaz səni. Bəlkə mən
danışım. Deyərəm qrip
olmuşam səsim başqa cür
çıxır
Ülviyyə ağlamağını kəsib
Nərgizə baxdı
- Hə məncə də bu yaxşı fikir
olmadı deyəsən. Neynime
əlimi ayağıma dolaşdırdın.
Onda sakitləş. Gedək əlini
üzünü yu. Sonra zəng vur.
Ülviyyə razılığını bildirib
otaqdan çıxanda Nərgizin az
əvvəl dəhlizdə rastlaşdığı və
aparatı aldığı oğlanla
rastlaşdılar. Ülviyyəni gözü
yaşlı görüb təəcüblə Nərgizə
baxdı.
- Nədir indi işçiləri
acılayırsan?
Nərgiz çaşqın halda bir
Ülviyyəyə bir də oğlana baxıb
– kim mən? Deyə bildi
- Hə sən.. Qıza nə demisən
belə.. Ağlamaqdan az qala
ürəyi partlayacaq. Gör nə
günə düşüb. Ülviyyənin isə
yuxusuzluq həssaslığını üzə
vurmuşdu. Oğlanın bu
sözünə daha da ağlayıb
otaqdan çıxdı. Nərgiz qəzəblə
- Sən neynədin?
- Mən? Mən niyə? Sən
elədiyini eləmisən? Qızın
gözləri yerindən çıxacaq az
qala.
- Dəlisən sən. Adam bir qıza
"Bu nə gündədir” deyər heç.
- Mənim üstümə niyə
düşürsən. Qızı o ki var
ağladan sənsən. Həm ver
bura aparatı sənə yaxşılıq
yoxdur
- Ala başına çırp lazım deyil
sənin aparatın. Axmaq!
- Nə! Axmaq! Mənə bax
balaca, danışığına fikri ver
- Balaca özünsən. Verməsəm
neyniyəcəksən?
- Işdən çıxmaq məsələn. Necə
səslənir.
- Ha ha haaa.... sən onu
özünə eşitdir. Kamran bəy
neçə illik işçisini bir günlük
işçiyə görə çıxarmaz ağıllı.
- Baxarıq
- Baxarıq!!
- Ver bura aparatı
- Ala.. lazım deyil heç.
Oğlan getsə də. Nərgiz onu
acılaya -acılaya yerində
oturdu. "Buna baxe. Necə
əsəblərimi korladı. Səfeh.
Harada səfeh var məni tapır.”
Otağa bir anlıq sakitlik çökdü.
Nərgiz sakitlik hiss edib
nəyisə düz eləmədiyini
düşündü. Amma nəyi tapa
bilmirdi.
Ülviyyə qayıdıb gəlmişdi. Bir
az daha yüngülləşmişdi. İçini
çəksədə çox hiss olunmurdu.
Nərgizə yaxınlaşıb - Hanı?
- Nə hanı?
- Telefon?
- Nə telefon?
- Mənim telefonum?
- Sənin telefonun?
- Nərgiz!!
- Hə ..hə...əlbəttə sənin
telefonun orda zaryatkaya
qoy.....yoxx... bircə bu yox...
artıq nəyi düz eləmədiyini
tapmışdı.
Ardı va

[cavab]

pol Ayan01 21 May 2014 / 17:42
6-cı bölüm başqa bir
bölümnən səhv
düşmüşdü.Düzəldildi 6-ci
daha sonra 7-ci bölümü
oxuyun

[cavab]

pol LIVERPOOL*FC 21 May 2014 / 17:53
bu serialin axiri yoxdu?

[cavab]

pol Ayan01 21 May 2014 / 17:54
Təsadüf yoxsa Alın yazısı (8-ci
bölüm)

[cavab]

← 1 ... 3 4 [5] 6 7 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1284 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az