Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
21 May 2014 / 16:42
var canim yazacam
[cavab]
Ayan01
21 May 2014 / 16:49
Təsadüf yoxsa Alın yazısı (6
-cü
bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 16:52
Nərgiz evə ağlaya ağlaya gəldi.
Vüsalla onlar 6 ay idi ki,
ayrılmışdılar o isə hələ də onu
sevirdi. Baxmayaraq ki, Vüsal
ona nişanlı ola- ola toya 1 ay
qalmış xəyanət etmişdi.
Nərgizin ad günündə ailələr
arası kiçik yığıncaq keçirmək
üçün yığışmışdılar. Vüsal isə
gecikmişdi. Nə qədər zəng
vursa da telefonunu açmırdı.
Başına bir iş gəldiyini
düşünərkən telefonuna gələn
mms harda olduğunu kimlə
olduğunu bəlli etmiş oldu. Yenə
də inanmayaraq zəng edirdi ki,
Vüsalla birlikdə şəkildə olan
qadın telefonu əlinə alaraq "nə
qürursuz qızssan, şəkili
göndərdim görmədin? Bəsdir də
narahat etdin bizi. O səni
istəmir başa düşürsən istəmir.”
Nərgiz bütün ailə içində üzüyü
ataraq 2 gün otağına qapandı.
2 gün sonra isə bir dəri bir
sümük çıxmışdı. Qohum
əqrəbası həmin günlərdə evi
tərk etməmişdi, nəslin sevimlisi
olduğundan hər kəs onun üçün
olduqca narahat idi. İndi nə baş
verdiyini bilmək istədikləri
vaxtda Nərgizi dilə tutub otağın
qapısını aça bilmirdilər. Özünə
nəsə edər qorxusuyla qapını
sındırmaq istəsələrdə Nərgiz
bircə anasını otağa girməyə
icazə vermiş hər şeyi ona
danışıb, özünü toparlaması
üçün vaxt istəmişdi. Amma bu
müddətdə nə yedi nə içdi. Vüsal
da qapıya çox gəldi, amma hər
kəs onu Nərgizdən uzaq
dayanması üçün hədələyirdi.
Nərgiz çox güclü qız
olduğundan hər kəs onun
özünü toparlayacağını bilirdi.
Bu sadəcə 2 gün çəkdi. 2 gün
sonra üzündə təbəssümlə öz
həyatına qaldığı yerdən davam
edirdi. Yəni hər kəs üçün, amma
içində qopan fırtınalardan bir
özü xəbərdar idi bir də Ülviyyə.
İndi Kənanadan gizlətdiyi göz
yaşlarını axıdaraq evə girdi.
anası narahat şəkildə qabağına
qaçdı. Onu uzun zamandır belə
görməmişdi. Evə gec gəlməsinə
hirslənsə də haradan gəldiyini
bilirdi. Nərgiz anasından heç nə
gizlətmirdi. Olanları anasına
danışdıqca daha da ağlayırdı.
- Əllərinə sağlıq oğlanın.. ohhh
nə yaxşı ki ağzını burnunu
partladıb.
- Ana!
- Nədir o alçağın hələ üzü var
bura da gəlir. Qızım bu səni
rahat buraxmayacaq. Biz ən
yaxşısı polisə şikayət edək. Mən
qorxuram
- Qorxma.. heç nə edə bilməz.
- Özün bil, amma mən
qorxuram. Sabah atanla da
danışacağam. Lazım olsa
buralardan köçüb gedərik
- Yox daha nələr. Ana o heç nə
edə bilməz.
- Nərgiz bu 6 ayda başına
açmadığı oyun qalmadıye. Hər
gün sənə evə gələnə kimi tikan
üstündə otururam.
- Narahat olma mən bilirəm
neyniyəcəyəm. Nərgiz artıq
başında planlar qurmağa
başlamışdı. Əslində Vüsala həm
nifrət edirdi, həm də onu hələ
də sevirdi. Vüsal ilk aylarda
dəfələrlə gəlib üzr istəsə də
peşiman olmadığı üzündən bəlli
idi. Amma 2 ay sonra Nərgiz
onu yenə bağışlamağa hazır idi.
Bu dəfə də telefonuna gələn
sms onu bu sevdadan vaz
keçməyə vadar etdi. Yenə eyni
qadından bu dəfə "mən
Vüsaldan hamiləyəm,
aramızdan çəkil” deyə yazması
ilə bütün dünyası alt üst
olmuşdu. Bunu yalnız Ülviyyəyə
demişdi. Ağlayıb sızlamağı
qətiyyən sevmirdi. Bu gün
ağlamağı isə tanımdaığı
adamın yanında alçaldılması
oldu. Amma bir daha
ağlamayacaq deyə özünə
yenidən söz verdi.
Səhər sübh vaxtı Ülviyyə
telefonun zənginə ayılmışdı.
Başını qaldırıb yuxunun
təsirindən bir anlıq keydi. Əlini
telefona atanda üzünü
turşudaraq.
- Nərgiz normal insanlar bu
vaxtı zəng etmir.
- Səhər səhər anormal dediyin
üçün sağol. İfritə tez ol.. Bu gün
mənə köməyin lazım olacaq.
İşlərim başımdan tökülür.
- Sənin başından tökülür mənim
yox ki.
- Dost dedim bağrıma basdım..
Bunu eşitmək üçün
- Nərgiz dolama məni. Gecən
xeyrə
[cavab]
Ayan01
21 May 2014 / 16:55
Ay qız nə gecə.. pəncərədən
baxmısan. Xoruzların boğazı
qurudu ötməkdən. Dur daha.
- Bu gün işə gec gələcəyəm.
- Yaxşı özün bil. O zaman
Şəhriyarın dünən yenə səni
axtardığını deməyəcəyəm.
- Nərgiz biz artıq görüşmüşük.
Get başqa bəhanə fikirləş..
Alo...aloo... Nərgiz... telefondakı
qudok səsindən başa düşdü ki,
Nərgiz artıq telefonu bağlayıb.
Və əmin idi ki, 15 dəqiqə sonra
qapının zəngi dayanmadan
çalacaq. Zənn etdiyi kimi 15
dəqiqə sonra qapının zəngi
dayanmadan çalırdı. Gülnaz
xanım qorxa qorxa yuxulu
vəziyyətdə qapını açdı.
- Sabahın xeyir Gülnaz xala.
Bilirəm bu vaxtı gəlməyim
qəribədir, amma Ülviyyə ilə
danışdıq ki, işə birlikdə
gedəcəyik.
Gülnaz ağzını açıb söz demək
istəyirdi ki, Nərgiz yanından işıq
sürəti ilə danışa danışa
Ülviyyənin otağına keçdi.
Qapıda dayanan Gülnaz hələ də
heç nə anlamayaraq "biriniz də
ağıllı olardınız da nolardı” dedi.
Nərgiz isə bu sözləri eşitmədi
çünki otaqda idi artıq. Və
yatağa tullanaraq Ülviyyənin
yaxasından yapışdı.
- İfritə mənə niyə indi deyirsən
görüşdüyünüzü. Necə oldu? Nə
dedi? Həyəcanlandın? Harada
görüşdünüz? Bir bir cavab ver.
Yoxsa üzərində oturaram
nəfəsin kəsilər.
- Of Nərgiz.. imkan ver, nəfəs al.
Ülviyyə dünənki görüşləri
barədə danışdı. Nərgiz
gözlərində işıltı ilə dinləyirdi.
Dostunun sevilməsinə və
sevməsinə şad idi, amma həm
də qorxurdu.
- Ülviyyə , tez bağlanma. Hələ
gör tanı.
- Bağlanma? Məncə bu sözü
demək üçün artıq gecdir.
- Gör neçə aydır onun barəsində
dayanmadan düşünürəm.
- Başa düşürəm, amma yenə də
ehtiyyatlı ol.
Nərgizin niyə belə dediyini çox
gözəl başa düşürdü. Nə də olsa
yaralanmışdı. Və atdığı hər
addımda artıq özündən asılı
olmadan daha da ehtiyyatlı
hərəkət edirdi.
- Canım....Sən necəsən? Neçə
vaxtdır baş beynini aparıram,
amma maraqlanmadım ki,
sənin halın necədir? Narahat
etmir daha..
- Dünən gecə gəlmişdi yenə.
- Nə? Necə?
Nərgiz də baş verənləri bir bir
Ülviyyəyə danışdı. İki dost bir
neçə dəqiqəlik susdular.
- Nərgiz sən onu hələ də
sevirsən?
- Bilmirəm. Ona nifrətim də
yoxdur artıq.
- Bəlkə onu unutmaq üçün artıq
Etibara hə deyəsən.
- Birini unutmaq üçün başqa
birinə sığınmaq alçaqlıq olar.
Amma digər tərəfdən də
inanmıram ki, kiməsə bundan
sonra öz xoşluğumla hə deyəm.
- Elə demə. Nərgiz... Nərgiz
mənə bax..belə danışma.. Sən
sevəcəksən.. bir gün mütləq
sevəcəksən.
Nərgiz gözləri dolmuş
vəziyyətdə Ülviyyəyə baxaraq
gülümsədi. Elə pisidə odur ki,
mən hələ də sevirəm.
Həmin səhər əyləncə ilə başlasa
da qəmgin notlara köklənmişdi.
Hər iki rəfiqə susqun halda iş
otaqlarında oturmuşdular.
Nərgizi bikef görmək Ülviyyənin
də əhvalını korlayırdı. Otaqdakı
səssizliyi isə Kamran bəyin
katibəsinin səsi pozdu.
- Nərgiz, Kənan bəy səni çağırır
"Bircə bu əksik idi” deyə
mızıldanaraq Ülviyyəyə baxdı.
Ülviyyə ona göz aöardaraq başı
ilə getməsinə işarə etdi.
Nərgiz Kənanın iş otağına
doğru yollanarkən, Ülviyyə
telefonu əlinə alıb özü özünə
"niyə heç nə yazmırsan” deyə
deyinirdi. əlini atıb ondan
dünən gələn sms i bir də
oxumaq istəyirdi ki, ikinci smsi
gördü. Çaş baş vəziyyətdə
xatırlamağa çalışdı ki, bu smsi
nə vaxt açıb oxuyub. Dünən
gecə yəqin yuxulu halda
baxdığını ona görə
xatırlamadığını düşündü. Sms-ə
cavab yazdı.
Nərgiz isə sifəti yer süpürə
süpürə Kənanın otağının
qapısını döydü. İçəridən – gəl
sənini eşitdiyindən qapını açıb
onun üzünə baqxmadan
asatanda dayandı.
- Salam, keç əyləş.
Nərgiz həvəssiz halda keçib
stula əyləşdi. Hələ də Kənana
tərəf dönmürdü.
Kənan isə əhvalını öyrənmək
üçün dünəni xatırlatmaq istəsə
də qızı qəzəbləndirməmək üçün
dinmədi.
[cavab]
Ayan01
21 May 2014 / 16:56
- Bu gündən iş otağınız mənim
otağımın yanında olacaq. Bütün
müştərilərin sənədləri oradadır.
Əlininz altında olması yaxşıdır.
Çünki işləri böyütmək istəyirəm.
Nərgiz isə vecsiz halda. – mən
otağımdan məmnunam. İşimi
isə gecikdirmədən görürəm.
- Biz iş yerindəyik, və mən
burda rəhbərəm. Dediyimə
qarşı çıxma.
- Istədiyiniz nədir? İşi
böyütmək, mən kömək
edəcəyəm. Amma sizinlə
çalışmaqla yox. Bu işlərə
izninizlə Səlminə ilə davam
edəcəyəm. O sizinlə bir başa
çalışacaq. Mən Kamran bəylə
danışmışam razılığını almışam.
- Başa düşmədim. İndi burda
rəhbər mənəm atam yox.
Mənim dediyimi tapadaya
bilmərsən.
- O zaman mən ərizəmi kadrlar
şöbəsinə qoyaram.
Nərgiz ayağa qalxıb otağı tərk
etdi. Kənan heç nə başa
düşməyərək. – Bu necə qızdır?
Tərsin biri tərs.
Nərgiz otağa qayıdanda Ülviyyə
üzündə təbəssümlə telefonda
danışırdı. Nərgizin üzünü görüb.
– Bağışla təcili işim çıxdı..olar
bir azdan danışaq. Telefonun o
biri başında Şəhriyarın qalın
səsi ilə. – naharda görüşəndə
danışarıq deməsi ülviyyəni
daha da həyəcanlandırdı. Oldu
hələlik. Telefonu sonlandıran
Ülviyyə Nərgizə baxdı. Nərgiz
isə əşyalarını yığırdı.
- Neynirsən sən?
- Mən çıxıram. Daha burada
çalışmayacağam.
- Necə yəni? Səni qovdu?
- Yox, özüm ərizə yazacağam.
- Niyə axı.. Düz əməlli danış da,
nəsə dedi, neynədi sənə?
- Ülviyyə mən onun üzünə bu
gün utandığımdan baxa
bilmirdim. Onun gözünün
qabağında fahişə adlandırıldım,
sillə yedim. Indi heç nə olmamış
kimi məni öz yanındakı otağa
köçürdür ki, hər gün onunla
çalışım. Mən də isə onu çəkəcək
səbr inan ki zərrə qədər də
yoxdur. Getsin kimlə işləyir
işləsin. Həm belə yaxşıdır. Biraz
fərqli işdə çalışmaq mənə də
yaxşı gələcək.
- Bəs mən?
- Sən qalırsan.
- Yox onda mən də gedirəm.
Sənsiz neynirəm buranı.
- Yox Ülviyyə heç bir yerə də
getmirsən.
- Sən deyəsən dəli olmusan.
Unutmusan burda ikimizində
çalışmağı üçün Kamran bəyin
başına açdığımız oyunu. Hələ
bir otaqda çalışaq deyə
çırpınmağımız. Əgər sən
gedirsənsə mən də gedirəm.
- Ülviyyə nolar.. yorğunam... bir
də sənin fikrini çəkməyim ki,
işsiz qalacaqsan.
- Yorulmusan məzuniyyət götür.
Həm ona kimi Kamran bəy
qayıdar, Kənan da getmiş olar.
Qapının açılması ilə kəsilən
söhbət başqa bir mövzu ilə
əvəzlənmiş oldu. Gələn Səlminə
idi. Şirkətdə nazı qəmzəsi ilə,
oğlanları başdan çıxarmaqda
lider olan Salma adı ilə çağrılan
Səlminə. Ona bu şirkətdə hər
kəs Salma deyirdi. Bir nəfərdən
başqa. Nərgizdən..Nərgizdən
sonra işlərə baxan ikinci adam.
- Eşitdim çıxırsan.. İnan o qədər
üzüldüm
Nərgiz hər kəslə rahat dil
tapmazdı, amma bu qıza xüsusi
antipatiyası var idi. Heç nə ilə
əvəz olunmayacaq hisslər.
- İnanıram canım mənim,
inanıram.. Gözündən axan
yaşları görməmək mümkün
deyil.
Salma üzünü turşudaraq... – çox
ağıllı qərar verdin. Hər halda
Kənanın sənin kimi birinə dönüb
baxacağını zənn etmirdin. Bu
mübarizədə uduzardın.
- Nə mübarizəsi? Nə gic gic
danışırsan sən? Nolar Səlminə
get başımdan
- Salma! Min dəfə demişəm.
Adım Salmadır.
- Səlminə! Min dəfə demişəm
bundan sonra da deyəcəyəm.
Səlminə, Səlminə, Səlminə..
- Axmaq. Sənə də elə bu yaraşır.
Uşaq muşaqla əlləşəcək vaxtım
yoxdur. Kənan bəy yanındakı
otağı məxsusi olaraq mənə
ayırıb. Sənin kimi sarı
cücədənsə məni seçib.
- Tövbə əstafurulla.. Allahım,
bax ağıllı qız olmağa qərar
verirəm, heç kimə hç nə
eləməyəcəyəm deyirəm, sakit
səssiz səmirsiz çıxıb getmək
istəyirəm imkan vermirlər.
Nolar günahı mənə yazma.
Nərgizin öz özünə danışması
sonlandıqdan sonra Salmanın
üstünə hücum çəkirdi ki, Ülviyyə
onu zorla saxladı.
- Tərbiyəsiz! Sənin kimiləri bura
necə işə götürürlər hələ də
bilmirəm. Salma bu sözləriu
deyib qapını bağlayıb getmişdi.
Nərgiz isə sakitləşmədən. –
burax getməmişdən onun
silikon dodaqlarını partladım.
- Nərgiz dur! Allahın bəlası necə
də çırpınıree saxlaya bilmirəm.
Ay qız dayan. Baş qoşma
- Görümrsən nə deyir. O otaq
mənə ayrılmışdı elə danışır ki,
- Sən getməyi qırara alanda
ona verəcəklərdə nə istəyirsən.
- Heç yerə də getmirəm
- Nə? Doğrudan?
[cavab]
Ayan01
21 May 2014 / 16:56
- Nə? Doğrudan?
Ülviyyəni bu sualına cavab
verməmiş nərgiz otaqdan çıxıb
getdi. Gəldiyi ünvan isə Kənanın
otağı idi. Qapını döyərək, gəl
təsdiqini almamış açdı. İçəridə
Salma çoxdan caynaqlarını
Kənana keçirtmək üçün dəridən
qabıqdan çıxırdı.
Salmaya baxaraq – Kənan bəy,
getməkdən vaz keçdim.
Otağıma köçürəm. Nahardan
sonra işlərə bir yerdə baxarıq
dedi. Kənan isə heç nə
anlamadan hər iki xanıma
baxaraq başı ilə təsdiqlədi.
Salma Kənana dönərək –Axı
kənan bəy az əvvəl... – Salma
xanım, Nərgiz xanım getdiyi
təqdirdə demişdim.. o isə
getmir artıq.
- Səlminə...Adı Səlminədir
Kənan bəy. Nərgiz bu sözü
Salmaya baxaraq elə iştahla
demişdi ki, Salmanın hikkədən
silikondan şişmiş dodaqlarını
daha da şişib inəyə oxşamasını
seyr edirdi. Salma otağı tərk
edən kimi Kənana tərəf
dönərək yenə də onun üzünə
baxmadan. Otağa köçərəm,
amma indiki otaq yoldaşım da
mənimlə gələcək ora..
- Mənə şərt kəsirsən?
- Yox xahiş edirəm.
- Hə deməli xahiş etməyi
bilirsən.
Nərgiz gözünü yumaraq səbrini
sıxırdı.
- İstəmirsinizssə gedim?
- Mən istəyirəm gedəsən,
amma atam siz iki rəfiqəyə
toxunmamağı bərk bərk
tapşırıb. Yoxsa sən çoxdan azad
idin.
Nərgiz yenə heç nə demədən
otaqdan çıxır.
Kənan isə gülərək. – bu qızı
əsəbiləşdirmək mənə artıq
zövq verir. Əla...deyərək qəh
qəhə atır.
Ardi var....
[cavab]
Ayan01
21 May 2014 / 17:01
Təsadüf yoxsa alın
yazısı (7-ci bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 17:02
Ülviyyə evə girəndə anası
qapının yanında dayanmışdı.
- Haradasan bu vaxta qədər.
Sənin iş vaxtın çoxdan bitib.
- Hava alırdım
- Bu gün niyəsə çox almısan
- Nə istəyirsən?
- Ananla düz danış
- Anam mənimlə düz
danışanda danışacağam.
- Mənim sənə verdiyim
tərbiyə budur?
- Dünəndən sonra məni
məcbur elədin. Sənə
hörmətsizlik etmək və acı
danışmaq istəmirəm. İzninlə,
sayəndə gecə də
yatmamışam indi də başım
çatlayır. Yatacağam.
- Rəşadgil gələn həftə gəlirlər.
- Gəlsinlər, nə də olsa sizə
yaxındırlar, mənim yas
mərasimimdə iştirak edərlər.
- Ülviyyə!!!
- Gecən xeyrə
Gülnaz qızının tərsliyinə
bələd idi. Ona bu xasiyyət
özündən keçmişdi. Bilirdi ki,
o canına qıymaz, amma yenə
də içinə ürpərti düşmüşdü.
Varı yoxu göz bəbəyi qızının
incidirdi. Amma düşünürdü
ki, bu gün sadəcə müvəqqəti
onu incidir, başqa biri isə
onu ömürlük incidə bilər.
Özünün qəlbindəki yarası
keçməmişdi. Əgər bu
tərslikdə adam, bu qədər ili
hər şeyi olduğu kimi
xatırlayırdısa Ülviyyə də elə
olacaqdı. Gözləri doldu yenə.
Ağlamaq ən son istədiyi şey
idi. Özünü toparlayaraq
Ülviyənin otağının qapısının
ağzına yaxınlaşdı. Qapını açıb
açmamaqda tərəddüd etdi.
Bəlkə də tələsirdi. Dodağını
dişləyib əlini qapıdan çəkdi.
Gedib telefonu tez götürərək
tələsik nömrə yığdı.
- Alo Gülyaz...Necəsən? Gülyaz
bizim bir az işlərimiz düz
gətirmədi, Kamalın səfəri
çıxdı gələn həftəyə... təxirə
salsaq ayıb olmaz sizə.... Hə
nə bilim...arada onun belə
işləri çıxır. Hərbiçidirdə hara
desələr ora gedir. ...Çox
sağol..yaxşı oldu mən sizə
münasib vaxtı xəbər
edərəm... oldu.. Sağol...
Telefonu qoyub bir başa
Ülviyyənin otağına keçdi.
Ülviyyə əlində telefon
yuxulamışdı. Sakitcə bir
müddətlik ona baxdı. Bilmirdi
neynəsin. Qorxurdu, çox
qorxurdu ki, onu incidərlər.
Bütün ömrünü yalnız ona
həsr etmişdi. Hər an
düşünmək ki, kimsə onun
qəlbini qıracaq dəli olurdu.
Hikkəsi daha da baş qaldırır
"Yox, Rəşad ən yaxşı
namizəddir” deyirdi Əlindən
telefonu alıb kənara qoydu.
Saçını sığallayaraq üzünə
baxdı. Ülviyyə yuxuda nə
görürdüsə üzünə məsumca
bir təbəssüm yarandı. Gülnaz
da qızı ilə birlikdə gülümsədi.
Qara saçlarına sığal
çəkməkdə davam edərək illər
əvvəl olanları xatırlamamaq
üçün ancaq qızı haqqında
düşünürdü.
Şəhriyar isə evə çatan kimi
yemək də yemədən otağına
keçdi. Yerini rahatlayıb əlini
telefonuna atdı. Sms
yazmadan əvvəl bu gün
olanları xatırladı. Yenə
təsadüfən onunla
görüşməyini. Yox bu dəfə
təsadüf deyildi hər ikisi bir
birini görmək üçün o
məkana getmişdilər. Bu dəfə
bilərək. Üzündə təbəssümlə
əlini başının arxasına gətirdi.
Tavana baxaraq Ülviyyənin
adını pıçıltı ilə təkraralayırdı.
Təkraraladıqca da
gülümsəyirdi. Özü özünə
təəcüb edirdi. – Bu qız məni
lap uşaq elədi. Deyərək
gülməyə başladı. Anasının
otağa girməsi ilə sonlanan
gülüş istər istəməz Təranə
xanımın diqqətini çəkmişdi.
- Mənim oğlum niyə gülür?
Bilmək olar onu gecənin bu
vaxtı, üstəgəl mənə əsəbi
olduğu vaxta güldürən
nədir?
[cavab]
Ayan01
21 May 2014 / 17:03
Heç .. yadıma bir şey düşdü..
- Elə? Yaxşı olsun. Günün
necə keçdi. deyə deyə
Şəhriyarın paltarlarını
səliqəyə salan Təranə xanım
Şəhriyara bəlli etmədən onun
ciblərini də yoxlayırdı
- Ana heç nə tapa
bilməyəcəksən, boşuna
yorma özünü
- Nə? Mən heç nə
axtarmırdım. Yumaq
istəyirdim, dedim ciblərini
boşaldım..
- Yaxşı yaxşı. Həyəcanlanma..
Şəhriyar gülə- gülə anasının
boynunu qucaqladı.
- Şəhriyar.
- Hm..
- Düşündün?
- Nəyi?
- Zülfiyyəni
- Eeee ana başlamada yenə.
- Oğlum, mənim ağıllı balam
axı niyə etiraz edirsən. Bir
çıxın gəzin. Tanış olun. Mən
anasından icazə alaram
- Yox ana çox sağol... Səni
tanıyıram bircə dəfə də
onunla çıxsam deyəcəksən ki,
camaatın qızını aparmısan
gəzməyə adına söz çıxıb indi
də almalısan
- Ay Allah oğlum nələr danışır.
Mən nə vaxt səni nəyəsə
məcbur eləmişəm?
- Mən futbola getmək
istəyəndə sən zorla
üzgüçülüyə göndərəndə,
daha sonra xaricdə oxumaq
istəyəndə buradakı
universitetləri seçdirəndə,
ixtisasca hərbiçi olmaq
arzuma baxmayaraq iqtisadçı
olmağımı istəyəndə. Yenə
xaricdə iş təklifi alanda
buradakı iş yerimdə
qalmağımı istəyəndə, yenə
sayım...
- Nədir pisliyinə eləmişəm.
Gedib əl qolunu futbolda
sınıdırardın, ya xaricdə
öldürərdilər səni, hərbiçi
olsaydın bütün günü gözüm
yollarda qalacaqdı. Gül kimi
işin sənətin var
- Yaxşı ana yaxşı..
- Hə yaxşı? Ay sağole mənim
ağıllı oğlum gedib Sevincə
zəng edim sabaha icazə
alım.
- Nə? Ana... mən ona yaxşı
demirdim. Bağışla, amma bu
dəfə sözünü yerə salası
olacağam. Həm sən mənim
evlənməyimi istəyirsənsə bir
az səbr et. Söz verirəm bu
tezliklə baş tutacaq.
- Necə tezliklə heç qızın
üzünü görmək istəmirsən.
- Hə inşAllah tezliklə, amma
Zülfiyyə ilə yox.
- Şəhriyar?
- Hmm..
- Kimdir o?
- Hələki səbr et deyib gülərək
yenidən yerinə uzandı. Anası
fikri dağılmış halda otaqdan
çıxan kimi əlinə telfonu alıb
sms yazdı. Sms-ə cavab
gəlməyincə düşündü ki,
yəqin yatıb. Səhər tezdən
oyanan kimi zəng edib səsini
eşidəcəkdi. Bu duyğularla
yuxuya gedən Şəhriyar
bilmədi ki, onun smsi
oxunmuşdu, amma Ülviyyə
tərəfindən yox.
Gülnaz heç vaxt qızının
əşyalarına toxunmazdı.
Amma gecənin bu vaxtı
telefona gələn sms və
yazılmayan ad onu narahat
etdi. Nə isə səhv tutmaq
mənasında yox, sadəcə
qorxdu. Və əlini atıb smsi
açdı. Qısaca – Neynirsən?
Yazılmışdı. Kim ola bilər deyə
düşündü. Bəlkə də Nərgizdir.
O tez tez nömrə dəyişir
köhnə nişanlısına görə. Ola
bilsin. Bu sms də ondan
gəlmişdi. Telefonu yerinə
qoyub otaqdan düşüncəli
şəkildə çıxdı.
(Nərgiz və Kənan )
- Saatdan xəbəriniz var, niyə
imkan vermirsiniz mən
gedim? Bu vaxtı adam
işləyər?
- Nərgiz xanım çənənizə
verdiyiniz gücü işə sərf
etsəydiniz çoxdan
bitirmişdik.
- Mənim günahım deyil ki,
sənin başın hər şeyi gec
qəbul edir?
- Nə? Bu nə cürət? Sənin
dilini kəsmək lazımdır!
- Məni bu gün dəhşətli
dərəcədə əsəbiləşdirmisiniz
bu bir, çirkin demisiniz bu
iki,
- gecə saat 12 dir işdə
saxlamısınız bu üç, indi də
çoxdanışan deyib işimi
görməməyimi deyirsiniz bu
da dörd. Sayım?
- Gözüm atmır səninlə
işləməkdən ötrü. Atam
sabahdan gedir. Bütün işləri
bilməliyəm.
- Elə mənim də gözüm atmır.
Bəxtəvər olduq ki, işimiz var
da bundan sonra.
- Xanım qız! İşini gör.
- Mən bitirmişəm. Qalanı
sənin boynuna. Mən getdim.
- Hara?
[cavab]
Ayan01
21 May 2014 / 17:04
Hara?
- Sağollll!!!
Kənan şok vəziyyətdə
Nərgizin otaqdan çıxmasına
baxdı, bir anlıq duruxsa da –
bu qızın başı xarab olub
gecənin bu vaxtı nəylə
gedəcək..
- Nərgiz! Nərgiz səninləyəm.
Xanım qız bir dayan.
Kənan nə qədər sürətli
yerisədə Nərgizə çata
bilmirdi. Nərgiz isə Kənanın
səsini eşitsə də özünü
duymamazlığa vurub sürətlə
addımlayırdı. Amma Kənan
elə Nərgiz bağırdı ki,
özündən asılı olmayaraq
dayandı və əsəbi baxışlarla
ona tərəf çöndü.
- Nədir! Nə səsini atmısan
başına? Dedim axı mənim
işim bitdi.
- Tək hara gedirsən bu vaxtı?
Saatdan xəbərin var sənin?
- Sayəndə taxi ilə gedəsi
olacağam, avtobus və metro
artıq bağlanıb. Olan qalan
pulumu da ora
xərcləyəcəyəm. Ehh... səndən
kimə xeyir gələr ki
- İcazə ver mən aparım.
- Oldu... başqa arzun.. bəlkə
evimə də dəvət edim çaydan
yeməkdən... mənə bax,
gözümə bax.. Axmağa
oxşayıram?
- Yox, oxşamırsan. Özüdür ki,
varsan
- Tərbiyəsiz
- Nərgiz!
- Nədire adımı əzbərləmisən
elə bil... Nərgizlə Kənan
didişəndə çalan telefon zəngi
hər ikisini sakitləşdirdi.
Nərgizin telefonu çalırdı. Əlini
telfonuna atanda ekranda
gördüyü nömrədən üzü
döndü. Üzünün ağardığını
görən Kənan özünü o yerə
qoymasa göz ucu onu
izləməkdə davam edirdi.
Nərgiz telfona rədd cavabı
verib çantasına atdı.
- Mən getməliyəm. Bunu elə
sakit tonla dedi ki, elə bil
bayaq səsini başına atan qız
deyildi. Sakit ton Kənanı lap
şübhələndirdi.
- Nərgiz dayan! Yaxşısan
- Sabah gəlib qalan işləri
görərəm.
- Adam kimi danışmağı
bacarırmışsan ki.
Kənanın bu sözünə Nərgiz
elə bir baxış atdı ki, Kənan
özündən asılı olmayaraq bir
addım geri çəkildi. Zəng edən
kim idisə onu quzuya
çevirmişdi. Eyni zamanda da
əzazilə. Kənan beynində
düşüdü ki, bəlkə sevgilisidir.
Onu saxladığına görə acığı
tutub. Özünü saxlamayıb
soruşdu
- Nərgiz nişanlındır?
- Sən hardan bilirsən
nişanlımın olduğunu? Bu
şirkətdə heç kimin ağzı
yumulmur ki.
- Eyy dayan mən bilmirəm. Elə
belə soruşdum. Niyə
əsəbiləşirsən? Acığı gəldi bu
vaxta qalmağından?
İstəyirsən mən izah edərəm.
Deyərəm ki, işlə əlaqəli
saxlamışıq.
- Ehtiyac yoxdur. Sağolun.
- Ay qız dayan bir. Sən necə 9
ay səbr eləmisən.
Əstafurulla....gəl gedək
mənimlə gecə vaxtı taksiylə
getməyinə icazə verəcəyimi
düşünmürsən hər halda.
- Sizdən icazə aldığmı
xatırlamıram. Həm taksiylə
gedərəm daha yaxşı.
- Tərslik eləmə düş qabağıma
gedək.
- Arividerçiiiii (sağol)
- Nə?
Bir göz qırpımında yoxa
çıxan Nərgizə baxan Kənan
çaş -baş vəziyyətdə onun
arxasınca çıxdı. Qız işinin
yanında dayanan taksiyə
yaxınlaşaraq əyləşdi. Kənan
isə öz maşının ilə taksinin
arxası ilə sürdü. Nərgizin
mənzil başına çatdığını
görüb geri dönəcəkdi. Gəlib
evlərinin qabağına çatanda
isə kənar bir yerdə saxladı.
Nərgiz bloka girənə yaxın
maşını işə salırdı ki, kiminsə
qaranlıqda ona yaxınlaşıb
qolundan tutduğunu gördü.
Düşmək istəsə də düşündü
ki, nişanlısıdır. Görünsə ona
problem yaradar. Odur ki,
maşında oturub izləməyə
başladı. Amma kənardan heç
də nişanlı iki gəncə
bənzəmirdi.
- Sən öz başına olmusan
deyəsən. Bu nə vaxtın
gəlişidir. Telefonumu da
açmırsan.. Nədir yoxsa
sevgilinlə idin
- Sənə haqq hesab verən
deyiləm. Çıx get polis
çağırmamış.
- Çağır, çağır.. nə
dayanmısan.
- Vüsal yalvarıram çıx get,
başımı bəlaya salma.
- Nərgiz sən mənimsən başa
düşürsən mənim.
- Onu xəyanət etmədən əvvəl
düşünərdin.
- Lənət şeytana bunu sənə
izah elədim axı.
- Izahın qəbul olunmur.
Sevgilinin izahı daha aydın
oldu mənə. Cəhənnəm ol.
- Nərgiz!
Vüsal qolunu elə sıxdı ki,
Nərgiz qışqırmağa başladı.
Kənan kənardan səsi eşidən
kimi maşından düşüb onlara
tərəf gəldi.
- Nərgiz!
- Kənan!
- Nəsə problem var.
- Yox , yox problem yoxdur.
Narahat olma gedə bilərsən.
Vüsal Kənanı başdan ayağa
süzüb Nərgizə tərəf döndü. –
məni buna dəyişmisən.
- Vüsal ağzının danışığını bil.
İndi poils çağıracağam çıx
get.
Vüsal daha da qəzəblənərək
–Fahişə deyərək Nərgizə bir
sillə çəkdi. Təbii ki, bu
vəziyyətdə şok olan Nərgiz
artıq olanların qarşısını ala
bilmirdi. Yerə yıxılıb dişini
sıxdı ki, ağlamasın.. Kənan isə
çoxdan Vüsalın gül
camalında sabaha göyərəcək
çiçəklər əkirdi. Vüsal ağzı
burnu qan içində ayağa
qalxaraq – bu məsələ burda
qalmadı. Hər ikiniz
görəcəksiniz deyərək
uzaqlaşdı.
Kənana yerdə yığılıb qalan
Nərgizi görəndə istər istəməz
ona yazığı gəldi. Əlini
uzadaraq – sən yaxşısan?
Dedi. Nərgiz başını da
qaldırmadan – Nahaq
gəldiniz. Sizi bura çağıran
yox idi.
- Bu da sənin çox
sağolundur. Gərək səni
döyərdi?
- Sənə qalmayıb. Sən
gəlməsəydin də özüm
öhdəsindən gələrdim
- Kimdir o? Heç nişanlıya
oxşamır
- Dedim ki, sənə qalmayıb.
Yardım etdin çox sağol. Indi
get. Onsuzda nə oldudsa
sənin üzündən oldu. Nərgiz
arxasına da baxmadan bloka
girdi. Kənan isə onun bu
"şirin dilindən” çıxan
kəlmələri eşidib özü də
peşiman. – Lənət sənə kor
şeytan, denən sənə lazımdır.
Qoy vursun canını
çıxartsın...əşii...
[cavab]
Bölmeye qayıt