Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
21 May 2014 / 03:07
Təsadüf yoxsa Alın yazısı (4-cü
bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 03:08
Sifəti bir qarış yerdə maşının
arxa qapısını açdı. Zülfiyyənin
ürəyindən qabaqda oturmaq
keçdiyi simasından bəlli idi.
Narazı şəkildə arxada oturdu.
Şəhriyar heç nə soruşmadan
maşını sürdü. Zülfiyə nədən
bəhs edirdisə könülsüz ya “hə”
ya “yox” ya da “aha” deyə
cavablandırırdı.
- Mən kinoya getməyi sevirəm.
bəs sən?
- Aha
- Nə aha? Xoşlayırsan?
- Yox.
Cavabların ziddiyyətli olduğunu
görən Zülfiyyə Şəhriyarın onu
dinləmədiyini anlamışdı.
- Bayaqdan elə hey mən
danışıram sənsə ancaq aha
deyirsən
- Aha
- ......
- Bağışla işdən yoğrun
gəlmişəm. düşünmüşdüm ki,
gələn kimi yatacam. indi burda
fikrim dağılır. Səhv başa düşmə
xətrinə dəymək istəmirəm,
amma qayıtsaq yaxşı olar.
- Şəhriyar anan mənə dedi ki,
sən utanırsan deyə dəvət
eləmirsən mən ....
- Zülfiyyə gec oldu qayıdaq
- Yaxşı
onun heç bir günahı yoxdur.
Anam yenə eləyəcəyini elədi.
Nə bir əksik nə bir artıq cümlə
hər zamanki əzbərlədiyi söz.
Salam ver gedərsən. Bir anlıq
boşluğuma düşdü fikrim dağıldı
deyə burdayam yoxsa
gerçəkdən işim var deyib
gedəcəkdim...Atamın yolda
Zülfiyyənin adının Ülviyyə
deməsi hər şeyi alt -üst elədi.
Bu gün mənə onu bir daha
xatırlatdı. O qız, Ülviyyə hər
səhər hər an qarşıma çıxacaq
ümidi ilə oyanıram niyə? Mən
heç onu tanımıram da. Amma
gözləyirəm. Getdiyim hər yerdə
onu axtarıram. Yalnız onun
gözlərini gəzirəm. onun
utanmaqdan al al olan
yanaqlarını, gülüşünü görmək
istəyirəm. Səsini eşitmək. İndi
Zülfiyyənin maşında oturması...
elə bil kiməsə xəyanət
edirmişəm duyğusu... Şəhriyar
oğlum sən deyəsən əməlli
başlı... Nə isəə.
- Çatdıq. Zəhmət olmasa
bizimkilərə de ki mən həyətdə
gözləyirəm.
- Yaxşı deyərəm...Zülfiyyə
maşından düşmək istəyəndə
geri döndü.
- Noldu?
- Şəhriyar sənin yəqin
valideyinlərimizin nə
fikirləşdiyindən xəbərin var.
- Hə xəbərim var. Məncə biz
bunu danışmışdıq axı.
- Hə bilirəm, amma mən ata
anama qarşı çıxa bilmirəm....
Zəifdir. Ya da sadəcə məni
aldatmaq istəyir. Yəqin ki öz
könlündən keçir. Mən onun
qəlbini qırmadan hər şeyi izah
etməyə çalışdım, amma
deyəsən o məni yaxşı anlamadı.
Üzünə desəm ki səninlə
evlənmək istəmirəm onun
qürurunu tapdamış olacam.
Vicdanım yol vermir. Amma o
mən də başqa çarə qoymur.
Ülviyyə istəmədiyini açıq açıq
dedi. Üsyankar olduğu bəlli idi.
Yəqinki indi onu evləndirmək
istədikləri həmin oğlanla bir
araya gətirə bilməyiblər. Yenə
Ülviyyə... Şəhriyar bəsdir hər
şeydə onu axtardın. Bu
təsadüfdən alınan görüş oldu
səni həyəcanlandıran. Qız qəhət
deyil. Bax yanındakına.. bəlidir
k,i könlüdə var səndə. Nə
bilirsən Ülviyyəni bir daha
görəcəksən ya yox. Bəlkə də o
artıq başqa biri ilə... Yox...
eləməz....niyə eləməsin. Niyədə
evlənməsin. Hər halda səni
gözləməyəcək ki... axırıncı dəfə
onu 28 mayda görmüşdüm. 28
mayda 28 may metrosunda. bu
da təsadüf ...Bu gün isə 28
sentyabrdır düz 4 aydır
görmürəm. 123 gündür səsini
eşitmirəm. amma onun
haqqında düşünürəm. Mən, öz
doğma ad günün yaddan
çıxaran biri, onunla təsadüfən
görüşdüyüm tarixləri
unutmuram.
- Heç nə deməyəcəksən?
- Zülfiyyə mən hələ evlənmək
fikirndə deyiləm. Bizimkilərə
demişəm. Çox yaxşı qızssan.
Yəni.... mən .... mən sadəcə bu
haqda fikirləşmirdim.
Valideynlərimi dünyada hər
şeydən çox sevirəm, amma bu
onların hər istədiyini eləyəcəm
mənasına gəlmir.
- Başa düşdüm. Mən getsəm
yaxşıdır. Gec oldu. Indi deyərə
sizinkilər düşərlər.
- Bağışla səni incitmək
istəmirəm....
- Gecən xeyrə
- Xeyir apar
Zülfiyyə valideynlərimin
sözündən çıxa bilmirəm desə
də bəlli idi ki, Şəhriyara qarşı
boş deyil. Evə gözləri dolmuş
halda girməsin deyə blokda bir
az gözlədi.
Az sonra hər kəs öz evinə
dağılışdı. Atasının yanında
Şəhriyar anasına heç nə deyə
bilmirdi. Anası da bilirdi ki,
Şəhriyarın susmağı xeyirə deyil.
Düşündüyü də doğru olmuşdu.
Evə çatar çatmaz Şəhriyarın
atası qonaq otağına keçdi.
- Ana mən sənə dedim axı.. söz
vermişdin.
- Nə olarki. Pis oldu bir- birinizi
tanıyın. Tanımamış deyirsən
istəmirəm.
- Mən tanımaq istəmirəm!!
- Səsini yüksəltmə
- Bağışla. Amma məni buna
məcbur edirsən, mən uşaq
deyiləm. özüm bilirəm necə
hərəkət etmək lazımdır.
- Mənim ağıllı balam. Burda nə
var ki, qəşəng qızdırda ailəsini
də tanıyırıq. Ondan yaxşısını
tapmayacaqsan ki.
- Nə bilirsən bəlkə tapmışam
- Nə? Qara oğlanın dərdi varmış.
Bəs bunu de də. Mən nə bilim
yazıq. Kimdir o bəxtəvər.
- Ana
[cavab]
Ayan01
21 May 2014 / 03:09
- Ana
- Yaxşı yaxşı utanma denən
- Heç kim. Heç kim yoxdur.
Amma bu Zülfiyyə ilə
evlənəcəm mənasına gəlmir.
Istəmirəm. Həm belə elədikcə
qızı da incidirəm. Məncə
ikimizdə bunu istəmirik.
- Atan da razıdır bu işə
- Hə lap yaxşı hamı razıdır.
Məndən başqa. Mən də ki heç.
önəmli deyiləm ki nə
fikirləşirəm. Kimə nə? elə?
- Dəli oğlum elə şey olar.. Biz
sənin yaxşılığın üçün deyirik.
- İstəmirəm eləmə mənə
yaxşılıq. Birdə bu söhbəti açma
xahiş edirəm.
- Oğlum
- Ana xahiş edirəm. Bağladıq
Şəhriyar istəmədən anasına
səsini yüksəltmişdi. Peşiman
olmuşdu. Amma anasını
könlünü alacaqdı. Bəs onun?
Onun könlünü kim ovudacaq?
Kim onun qəlbində yaranan
müəmmalı hisslərə əncam
çəkəcəkdi. Gün keçdikcə ürəyi
daralırdı. Bəlkə də Elçindən
xahiş etməli idi ki, Ülviyyənin
yerini telefonunu onun üçün
öyrənsin.
(Ülviyyə)
- Ülviyyə məzuniyyət hardan
çıxdı?
- Bir az dincəlsəm yaxşı olar.
- Sən və dincəlmək? Sənə nə
olub. Bu aralar çox qəmgin
gəzirsən? Anangil evdə sıxışdırır
evlilik üçün?
- Həm o həm..
- Həm nə?
- Heç nə.
- Ülviyyə üzülüb əldən
getmisən. Nə baş verir? Axı biz
yaxın idik?
- Nərgiz..Mən...mən onu
düşünürəm. artıq neçə ay keçib
amma o ağlımdan çıxmır. Yəqin
ki, valideynlərini tanış etmək
istədiyi qızla tanış olub, bəlkə
də bu aylar ərzində toyu belə
olub.
- Ay qız dayan... stop de. Bunu
öyrənməyə nə var ki?
- Necə?
- Dayan, telefonumu ver..Elə
baxma, telefonumu ver.Ülviyyə
heç nə anlamadan Nərgizə
baxırdı. Nərgiz isə özündən
əmin tərzdə telefon qulağında
Ülviyyəyə göz süzdürərək
gülürdü.
- Alo...Canım necəsən? Mən
yaxşıyam, nə var nə yox? Toy
nə vaxtdır? Ay nə yaxşı onda
inşAllah toyuna indidən paltar
axtarıram.
- Nərgiz kimlə danışırsan
- Dayan bir.
- Mənə bax sənə işim düşüb, bir
söz soruşmaq istəyirəm. Sənin
ad günündə Elçinin bir dostu
gəlmişdiye
- Nərgiz səni öldürəcəyəm. Səni
məhv edəcəyəm. Ver telefonu
bura. Ülviyyə nə qədər eləsə də
Nərgiz telefonu vermir daha da
gülürdü. Həə....Demək belə...
Hm....
- Nə deyir?
- Sənə nə? Bayaqdan imkan
vermirdine indi partda orada.
- Nərgiz!!
- Hə canım fikrim səndədir.
Həyətdə oturmuşam bir sarı
cücə civ civ səsi ilə baş beynimi
aparıb.
- Mən sənə göstərəcəyəm
cücəni dayan.
Ülviyyə ayağa qalxıb otaqdan
çıxmaq istəyirdi ki, Nərgizin
telefondakı sözlərə reaksiyası
onun maraqdan az qala
ölməsinə səbəb olacaqdı.
- Yaxşıııı...hiiiii...doğrudan? vay
vay... Görürsən sən bir....
Ülviyyə dözməyib Nərgizin
yanına qaçıb qulağını telefona
dikdi..Amma Nərgiz başını
çəkdiyi üçün heç nə eşitmirdi.
- Tez ol ürəyim partladı..
- Öl elə.
- Ölərəm vallah... elə burdaca
- Yaxşı canım... Çox sağol...həə
həə.. yanımdadır. O da salam
deyir. Hə.. görəkdə.. xanımımız
naz edir hələ. Mən olmasam bu
qız evdə qalacaq. Oldu öpdüm..
görüşərik inşAllah.Sağol.
- Bu nə bitməyən sağollaşmaq
oldu belə..
- Nə olub. Qoymurdune
bayaqdan öldürürdün məni.
- Yaxşı de görüm nə olub.
Yazığın gəlsin denən.
- Neaaa.. deməyəcəyəm.
- Nəəəə!!!!
- Qışqırma!
- Nərgiz səni məhv edərəm.
Ülviyyə bunu elə sifətlə dedi ki,
Nərgiz Ülviyyənin zarafat
eləmədiyini anladı.
- Yaxşı da deyəcəyəm. Nə olub
sənə. İkiniz də bir- birinizdən
betər.
- Ikiniz?
- Hə ikiniz. Şəhriyar və sən
- Başa düşmədim
- Get çay gətir başa salım.
- Ay Allah Nərgiz!!
- Offf yaxşı... evlənməyib, heç
nişanlanmayıb da.
- Və?
- Vəsi subaydır da
- Elə bu. 3 saatdır içini çəkə-
çəkə bunu öyrənirdin.
- Yox başqa bir şey daha var
- Nə?
- Bu gün o da Eldara zəng vurub
yalvar yaxar sənin telfonunu və
iş yerini öyrənib. Elçin əvvəl özü
təklif edibmiş sənin nömrəni
yerini deməyi o istəmirmiş
indidə Elçin vermək istəmirmiş
ki, ağlı başına gəlsin. O boyda
ki, düşüb bütün günü Elçinin
arxasına ki, alsın nömrəni.
- Bu sözə qəh qəhə çəkən
Ülviyyəni görən Nərgiz şokdan
gözlərini bərəltmişdi.
- Ay qız sən dəli olmusan?
- O da məni axtarır...o da məni
axtarır..Nərgiz o da məni
sevir...Mənim kimi o da sevir!
Ülviyyə son dediyi sözə özü də
birdən dayanaraq şokla
qarşıladı.
[cavab]
Ayan01
21 May 2014 / 03:10
- Mən nə dedim?
- Sən nələr demədin ki?
Nərgiz qorxan balaca qızlar
kimi əllərini sinəsinə yığıb
Ülviyyəyə baxırdı.
- Mən onu sevirəm dedim?
- Hə .. vallah mən demədim..
sən dedin.
- Mən sevirəm dedim.. Həə....
mən sevirəm...
sevirəmmmmmmm..Ülviyyənin
gülüş səsi bütün evi
bürümüşdü. Səsi eşidən Gülnaz
xala cəld otağa girir.
- Nə olub burda. Buna nə oldu?
Niyə gülür belə? Nərgiz??
Qızıma nolub.
- Gülnaz xala. Başınız sağolsun.
Ülviyyəni itirdik.
- Nə?
- Heç nə boş verin. Təbrik
edirəm.
- Niyə?
- Arzunuza çatdınız. Nənə
olacaqsınız.
- Nə?????
Gülnaz içini çəkib yerə yıxıldı.
Nərgiz və Ülviyyə əlləri ağzında
içini çəkdilər.
- Nərgiz nə dedin ona?
- Dedim ki, nənə olacaqsan.
- Nə??? Dəlisən sən. O haradan
çıxdı.
- Ay qız mən nə bilim. O
mənada demədim axı.. səni
evləndirib nənə olmaq istəyirdi.
Sən də sevirəm deyincə dedim
yəni evlənib ona nəvə
verəcəksəndə
- Nərgiz sənə başqa sözüm
yoxdur. Kömək elə qaldıraq.
Bir az sonra Gülnaz xanım
gözlərini açaraq hay şüvən
eləməyə başlayır.
- Ay Allah bu nəydi başımıza
gəldi. Neynədik bu günü
gördük.
- Ana ana özünə gəl.. Nərgiz
zarafat edirdi, vallah billah
zarafat edirdi. Heç nə olmayıb.
- Hə vallah Gülnaz xala mən
zarafat edirdim. O mənada
dedim ki, qızınız aşiq olub ona
görə
- Nərgiz!!
Ülviyyənin səs tempindən
Nərgiz başa düşdü ki, yenə
düzgün ifadə demədi.
- Şey yəni...mən getməliyəm. ən
salamatı bu olacaq. Nərgiz cəld
durub qapıya qaçdı. Ülviyyə
onun arxasınca getmək istəyirdi
ki, Gülnaz xanımın səsi onu
dayandırdı.
- Kimdir o?
- Kim kimdir?
- O kimdir?
- O kimdir?
- Ülviyyə!
- Bilmirəm. heç kim yoxdur.
Nərgiz zarafat edir. Yaxşı
olmadı gedim yola salım
- Ülviyyə! Gəl bura!
- Ana həqiqətən o zarafat
edirdi. Biz burda danışıb
gülürdük. Heç nə yoxdur
- Dəqiq?
- Hə dəqiq.
- Yaxşı sən deyən olsun.
Hazırlaş bu gün qonaq gedirik
- Hara?
- Rəşadgilə
- Ana.
- Hazırlaş dedim
Gülnaz xanımı qəzəbli simasını
görəndə Ülviyyə etiraz edə
bilmədi. Sevinci yarım qaldı.
Amma yenə də düşünəndə ki,
Şəhriyar onun nömrəsini və iş
yerini tapıb səhərin açılmasını
səbirsizliklə gözlədi.
Bölümün sonu ardi gelen bolumde
[cavab]
Ayan01
21 May 2014 / 03:12
Təsadüf yoxsa Alın yazısı (5-ci
bölüm)
red. Ayan01 (21.05 /03:12)
[cavab]
Ayan01
21 May 2014 / 03:13
(Bir az sonra) Qızlar otaqda
sakit oturmuşdular. Ülkərin
ağlamaqdan və yuxusuz qalan
gözləri ağır ağır qalxıb enirdi.
Nərgiz göz altı ona baxaraq nə
deyəcəyini bilmirdi. Onun acı dili
üzündən Ülkər bu gündə idi.
- Ülviyyə vallah mənim günahım
yoxdur. Məni təhqir etdi neynim
- Eybi yox.. qismət
deyilmiş...Həm bayaqdan
nömrəm sənin telfonuna
taxılıdır. İstəsəydi yığardı.
Demək ki, lazım deyilmişəm
- Bəlkə Jaləd...
- Yox! Yox, olmaz. Mən sadəcə
təsadüfləri qismət sandım. Oldu
bitdi boş ver.
- Niyə belə bitirirsən. O zəng
vuracaq əminəm
- Nəysə boş ver. Kənan bəyə də
ayıb oldu
- Kənan bəy?
Nərgizin sözü yarımçıq qaldı.
Qapı döyüldü Kamran bəyin
katibəsi üzündə həmişəki
narazılıq ifadəsi ilə “bayaqdan
bura zəng edirəm niyə telefonu
qaldırmırsınız? Nərgiz səni
Kamran bəy çağırır”
- Məni? Niyə çağırır.
- Mən nə bilim. Tez ol gəl.
Nərgiz təəcüblə Ülviyyəyə
baxaraq otaqdan çıxdı. Ülviyyə
isə başını əllərinin arasına alıb
astadan zəng elə nolar zəng
elə. Deyə pıçıldayırdı.
Nərgiz Kamran bəyin otağına
yaxınlaşanda düşündü ki, yəqin
ki bayaqki oğlan onu şikayət
edib. Gözlərini qıyıb “Vay səni
alçaq. O saatca xəbər veribee..
dayan mən sənə göstərərəm.”
deyərək yumuruğunu sıxdı.
Katibənin başı ilə keçmək
işarəsindən sonra qapını astaca
döydü. İçəridən gələn kobud
kişi səsinə qapını açan Nərgiz
onun yanında təzə işçini görüb
təəcüblənmədi. Buna hazır idi.
Özünü müdafiə etmək istəyirdi
ki, Kamran bəy sözə başladı.
- Yaxın gəl qızım
- Kamran bəy
- Əyləş
- Kamran bəy
- əyləş dedim
bu sərt cavaba Nərgiz heç nə
demədən özünü kresloya atdı.
Səs tonundan hiss etdi ki,
Kamran bəy təzə gələn işçinin
şikayət artıq nəzərə alıb.
Ağlından özünü müdafiə edəcək
sözləri keçirdərkən Kamran
bəyin səsi onu ayıltdı
- qızım sən bu şirkətdə çalışan
ən yaxşı işçilərimdənsən. Sənin
əməyini hər zaman
qiymətləndirmişəm
Nərgiz artıq gözlərini yumub bu
sözlərin hara gələcəyini hiss
edirmiş kimi icazə vermədi ki,
Kamran bəy sözünü bitirsin.
Özünü əzdirmək istəmirdi
oğlanın qarşısında
- başa düşüdüm Kamran bəy.
Mən ərizəmi indi yazaram
- Ərizə?
- Mənə də xoş idi sizinlə
çalışmaq.
- Nə ərizəsi dayan görüm. Hara
gedirsən?
- Başa düşürəm çox
qayğıkeşşsiniz qovduğunz
işçinin gələcəyi barəsində də
düşünürünüz, amma mən
başımın çarəsinə baxaram. Ayrı
bir şirkətdə olmadı başqa bir
sahədə çalışaram
- Nərgiz dayan! Sənin bu
səbirsizliyin sənin başına bir
gün böyük bəla gətirəcək.
- Amma Kamran bəy
- Ay qız dayan!
Kamran bəyin səsinin tonuna
diksinən Nərgiz kənarda
oğlanın dodaqaltında
güldüyünü hiss etdi. Bu onu
daha çox incitmişdi nəinki
Kamran bəyin ona qışqırması
- Allah Allah. Elə bil qız dil otu
yeyib. Mən sənə tərif
yağdırıram sən qovulmaqdan
danışırsan
- Qovmursunuz?
- Bir az da danışsan qovacağam
- Yaxşı susdum
- Ay sağol. Indi qulaq as.....Niyə
çağırdığımı da
unutdum..Allahım adamda ağıl
qoydun ki, qız.
- Bəlkə mən deyim deyə
kənardan dodaq altdan
gülümsəyən oğlan dilləndi.
Nərgiz xanım bundan sorna
mənimlə çalışacaqsınız.
- Başa düşmədim. Sizinlə?
- Hə qızım bundan sonra oğlum
Kənanla birlikdə çalışacaqsan.
Təzə keçib işlərin başına. Sənsə
ən yaxşı işçilərimdənsən. Ona
kömək edəcəksən.
- Oğlunuz?
- Hə. Indi gedə bilərsən
Nərgiz şok vəziyyətində Kənana
tərəf çönüb onun gülümsəyən
özündən razı sifətinə baxdı. Və
bir anlıq az əvvəl dəhlizdə
şirkətə lənətə gəlmiş dediyi,
onun üstünə qışqırdığı, onu
hədələdiyi və axmaq dediyi
yadına düşdü. Alınında
düyümlənən tər damcıları və
üzünün qızarması Kənanın
gözündən qaçmamışdı.
Şəhriyar isə məyus halda
telefonuna baxaraq düşünürdü.
– Bəlkə həmin anda nəsə oldu
əlaqə kəsildi sonra da telefonu
söndü. Amma yox sonra
istəsəydi yığa bilərdi. Fikridən
beyni dayanacaqdı. – Elçin mən
çıxıram. Bir az hava alacağam.
İşlər yekunlaşıb mən bilən.
- Hə narahat olma qalanını
özüm edəcəyəm. get sən.
Məncə sən bir də yığ. Hər halda
xanımlardan ilk addımı
gözləmək lazım olmadığını
bilirsən. Sənə yük düşür.
- Sağol Elçin. Sabah görüşərik
- Sənə də sağol
Şəhriyar yol boyu düşündü..
Bəlkə doğrudan o yığmalıdır.
Özü də fərqinə varmadan gəlib
onunla ilk tanış olduqları kafe
yaxınlığına çatdı. Maşından
düşüb kafeye getdi. İçəri
girəndə o vaxt əyləşdikləri
masada Ülviyyəni gördü. Hər
ikisi göz- gözə gəldi. Ülviyyə
cəld ayağa qalxıb ona
yaxınlaşdı. İkisi də xəyal
gördüyünü düşünürdü.
Şəhriyar çaşqın halda ona
baxaraq -Sən?
[cavab]
Ayan01
21 May 2014 / 03:15
- Sən?
- Niyə sonra zəng eləmədin?
- Bəs sən niyə gün ərzində
yığmadın?
- Mən yığdım telefonunu
söndürmüşdün
- Zaryatkası bitdi onda. Sonra
nömrəni əzbər bilmədiyimdən
yığa bilmədim.
Hər ikisi bir birinə acıqlı və eyni
zamanda açıqlama verirmiş
kimi görünmələrinə
təəcübləndilər. Hər ikisi masa
arxasında əyləşib bir xeyli
susdular. Ülviyyə Şəhriyyarın
baxışlarını hiss edirdi
üzərində .Cəsarətini toparlayıb
sözə başlamalı olduğunu bilirdi
- Haradan bildim burdayam?
- Mən..Mən bilmirdim.. bilmirəm
ki, bura necə gəldim. Bəs sən?
Hardan bilirdin gələcəyimi
- Mən də bilmirdim. Sadəcə
ürəyim çox sıxılırdı gəldim bura.
- Niyə məhz bura? Deyərək
Şəhriyar Ülviyyəyə tərəf əyildi.
- Çünki...çünki bura xoşuma
gəlir.. Ülviyyənin yanaqlarını al
olması Şəhriyarı güldürdü.
- Hə yaxşı.. Sən deyən olsun.
Amma Ülviyyənin gözlərindəki
kədəri görəndə üzündəki
təbəssüm itdi.
- Nə olub sənə. Gözlərin
qıpqırmızıdır. Özü də...
- Nə?
- O işıltı..mənim tanıdığım
Ülviyyənin gözlərindəki işıltı yox
olub
- Ülviyyə utanaraq başını aşağı
saldı. Düşündü ki, Rəşad
haqqında ailəsinin onu zorla
ərə verməyi haqqında desə
düzgün olmaz. Şəhiyar elə başa
düşəcək ki, qız özünü qiymətə
mindirir. Ona görə qısaca “işlər
çox idi gecə yaxşı yatmamışam
dedi.” Uzun uzadı söhbət
etdilər. Vur tut cəmi 3 dəfə
görüşüblər, amma o qədər
söhbət etdilər ki, elə bil illərin
tanışları idi. Şəhriyar Ülviyyənin
kirpiklərini yorğun şəkildə
qalxıb endiyini gördü. Saata
baxıb – gəl səni evə aparım.
Biraz yat dincəl.
- Yox mən özüm gedərəm.
narahat olma
- Başqa vaxt olsaydı olmazdım.
Amma indi gözlərin yumulur.
Gedib başqasının maşınında
yuxulayıb eləyərsən qaçırdarlar
sonra səni. Indi gəl bütün
şəhərdə yatmış gözəli axtar.
Ülviyyə Şəhriyarın bu sözünə
gülümsəyərək qızardı. Şəhriyar
görməsin deyə əllərini
yanaqlarına apardı. Şəhriyar isə
onun əllərini üzündən çəkərək.
–eləmə, üzünü qapama deməsi
Ülviyyəni daha da
həyəcanlandırırdı. Yerindən
qalxıb cəld qapıya getdi.
Şəhriyar gülərək durub o da
qapıya tərəf getdi. Ülviyyə nə
qədər arxada oturmaq istəsədə
Şəhriyarın xahişini yerə sala
bilməyib qabaqda əyləşdi. Yol
boyunca hər ikisi susurdu.
Arada bir bir- birilərinə baxıb
gülümsəyirdilər. Şəhriyar evə
çatana yaxın dönüb Ülviyyəyə
baxdı. O artıq yuxulamışdı.
Balaca uşaqlara bənzəyirdi. Saf
məsum. Maşını saxlayıb aramla
nəfəs almasını dinlədi. Ona bir
az daha yaxınlaşdı. Ülviyyənin
nəfəsini öz üzündə hiss etdikcə
pıçıltı ilə Səni.... bütün bu abu
havanı maşının bərk döyülən
pəncərəsi pozmuşdu.
Ülviyyə səsə diksinərək ayıldı.
- Nə oldu ? dedi
Maşını düzgün saxlamadığına
görə bir gənc onun pəncərəsini
bərk -bərk döyürdü. Şəhriyar
şüşəni aşağı salaraq qəzəbli
baxışlarla ona baxdı.
- Dayı düz saxlamamısaneee..
Gəncin bu sözünə Ülviyyə özünü
saxlaya bilməyib güldü.
– dayı?? Şəhriyar gəncə - sən
mənim dayım yaşımdasan mən
haradan sənin dayın oldum.
Saxlamıram, indi çıxıram.
- Nə qışqırırsan. Sən dua elə ki,
orada dayanan polisi
çağırmamışam ki, maşında qızı
öpür.
Gəncin bu sözü Şəhriyar və
Ülviyyəni şoka saldı. Rəng verib
rəng alan qızın baxışlarını
qaçırdığını görən Şəhriyar ona
dönərək mən indi gəlirəm deyib
maşından düşəcəkdi ki,
Ülviyyənin onun əlindən tutub –
boş ver. Deməsinə dayandı.
– o uşaqdır. Hər halda
döyməyəcəksən.
- Uşaq? Gəlsən bir sən də dayı
deyəsən.
Ülviyyə Şəhriyarın sifətinin ciddi
hal aldığını görsə də yenə də
özünü saxlaya bilməyib güldü.
Gəncin də dişlərini ağartdığını
görən Şəhriyar ona dönərək, -
“bəlkə gedəsən sən!” deyə
səsini yüksəltməyi ilə oğlanın
itməsi bir oldu.
- Mən gedim gec oldu. Bizim ev
bir az irəlidədi. Burdan o tərəfə
özüm gedərəm. Şəhriyarın
üzünə baxmadan maşından
düşən Ülkər bayaq ki, oğlanın
sözlərini düşünürdü. Şəhriyar
doğrudan onu öpmüşdü? Elə
idisə bunu necə hiss etmədiyinə
pis olur digər tərəfdən
Şəhriyarın bu hərəkətini
pisləyirdi. Şəhriyar dözməyərək
maşından düşdü və Ülviyyənin
arxasınca getdi
- Ülviyyə dayan!
- Mən getməliyəm bağışla.
Gecdir.
- Bir dəqiqə dayan. Bax bayaq o
uşağın dediyinə...şey ... mən..
mən sənə toxunmadım.
Ülviyyə qıpqırımızı olmuşdu.
Amma dayanmadan gedirdi. bu
sözə gülümsəsədə bəlli
etmədən – getməliyəm mən.
Dedi
- Mənə inan. Mən sadəcə sənin
yatmağını seyr edirdim və..
Ülviyyə dönüb işıltılı baxışlarla
Şəhriyara baxdı
- Sənə iannıram Şəhriyar,
amma indi getməliyəm. axşam
danışarıq deyib gülümsəyərək
evə tələsdi.
Şəhriyar isə həm o gülüşü, həm
o işıltını gördüyünə sevinir və ilk
dəfə olaraq onun ağzından
adını eşitdiyi üçün xoşbəxt idi.
Bir anlıq onun səsi ilə beynində
adını yenidən canlandırdı.
Dodaq altı gülümsəyərək
“Mənim qəşəng adım var ya bu
qız onu qəşəng deyir” düşündü.
Bölümün sonu
[cavab]
Mr_PsiXxX
21 May 2014 / 04:28
Serial cekirsiz? -
[cavab]
Ayan01
21 May 2014 / 05:33
Mr_PsiXxX, sene adiyati var????
[cavab]
tutu
21 May 2014 / 06:17
Hee super hekayedi ama niye bele tez bitdi?mence yarsi yoxdu
[cavab]
Bölmeye qayıt