Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
26 May 2014 / 17:29
Möhtəşəm toy günü çatmışdı.
Ülviyyə bəmbəyaz gəlinlikdə
saçlarında çobanyastığından
tac və uzun duvaqla Nərgiz və
Gülnazı qarşısında dayanmışdı.
Gülnaz başını nərgizin çiyninə
qoymuş ağlayırdı. Nərgiz də
ağzı açıq ona baxırdı.
- Möh –tə - şəm.. Mən
həyatımda belə gözəl gəlin
gördüyümü xatırlamıram.
- Nərgiz şişirtmə.
- Vallah şişirtmirəm. ən yaxın
dostunam, amma mən belə
qısqandım bu gözəlliyi.
- Nərgiz bəsdir. Ana sən də artıq
ağlama, bax mən ağlasam
dayana bilməyəcəyəm.
- Bu xoşbəxtlik göz yaşlarıdır.
Nərgiz düz deyir mələk kimisən.
Gülnaz astaca yaxınlaşıb qızını
qucaqlayıb daha da ağlayır.
- Ana bəsdir, ağlama. Pis
oluram.
- Yaxşı yaxşı ağlamıram. Məni
dinlə indi. Səndən üzr istəyirəm
- Ana..
- Dinlə.
- Mən.. mən yalnız özümü
düşündüm, amma düşünməm
gərəkən ilk əvvəl siz
olmalıydınız. Amma
anlayacağını düşünürəm. Çünki
sən də sevmisən. Bilirsən bu
hissin nə olduğunu. Insan
qəlbindən yara alanda gözünə
heç nə görünümür. Heç nə...
Nəyi hara qoysa da təsəlli
olmur. Nifrətin artır artıq.
Düşünürsən ki, sevginə qıydın,
amma sənə qıymadılar o
sevgini. Sənə qıydılar sadəcə.
Mən.. Mən onu sevirdim hə...
həm də çox. Amma atan.. Atan
hər şeyi dəyişdi. Həyatımı,
düşüncəmi, fikrimi ən əsası
qəlbimi. Azad etmişdi onu
nifrətdən. Əkdiyi sevgi
toxumları cücərmişdi. Qəlbim
yazı yaşayırmış da mən
pəncərədən boylanmağı
unutmuşam. Qara qışdır deyə
bürünüb otağımda qalmışam
sən demə. Çöldə isə günəş öz
parıltısı ilə isitdikcə isidir qəlb
evimi. Ta ki, otağıma qaranlıq
çökənə qədər. Atan.. atan xəstə
olanda qaranlığa düşdüm elə
bil. Bütün bu illər işığın
mənbəyini görməmişəm. Onu
itirəcəyəm deyə çox qorxdum.
O....o... dilimə belə gətirəm
bilmirəm. Mən də yaşaya
bilməzdim
- Ana..
- Kəsmə sözümü qulaq as....
Atan ayılanda bilmirəm necə,
amma ona dediklərimi
eşitmişdi. Mənə dediyi söz o
sənin sadəcə təsadüfün idi. Mən
isə sənin alın yazın. Düz deyirdi.
Mənim alın yazım Kamaldı.
Səninsə Şəhriyar. Bax nələrdən
keçdiniz. Mümkün olmayanı
mümkün etdiniz. Indi sənin
növbəndir. Ailənə sahib çıx hər
zaman. Nə olur olsun, sev
yoldaşını. Güvən ona. Inam və
sevgi olsa siz ömür boyu
xoşbəxt olacaqsınız.
- Çox sağol ana.. Ülviyyə pıçıltı
ilə bu sözləri deyərkən artıq
yanaqlarından axan göz yaşları
çənəsindən anasının əlinə
tökülürdü. Nərgiz də Kənardan
baxıb ağlayırdı. O da çox
kövrəlmişdi, ana balanı ağlaşan
görüncə gözünü silib
- Gülnaz xala olar sizi
qucaqlayım? Deyincə Ülviyyə və
Gülnaz gözüyaşlı gülümsəyib
əllərini açıb Nərgizi aralarına
aldılar.
- Gəl dəli qız gəl. Sənə də sözüm
var. Üzmə artıq oğlanı.
- Hansı oğlanı?
- Kimdən danışdığımı bilirsən.
Düşünmə ki, sevgi yalnız bir
dəfə olur. Yox. Sən sevməyi
bacar o özü səni tapacaq.
- O artıq əmimqızı ilə sözlüdür.
- Kim Fidanla? Ülviyyə sualını
verdikdən sonra qəh qəhə atıb
gülməyə başladı.
- Caann sənə deməyiblər?
Günah məndədir, başım toya
qarışdı maraqlana blmədim bu
işin axırı necə oldu.
- Nəyi deməyiblər?
- Sənin doğrudan xəbərin
yoxdur.
- Ayyy Ülviyyə içimi daraltdın
nədən xəbərim olmalıdır.
- Fidan əslində... Ülviyyə sözünü
tamamlaya bilmədi həyətdən
gələn siqnal və vağzalı səsinə
qarışan evdəki qonaqların səsi
artıq olan evinin gəldiyindən
xəbər verirdi. Hər kəs özü yerini
alanda Kamal bəy qapını açıb
qızını görüncə üzü qəribə bir
mimika aldı. Həm kədərli həm
xoşbəxt. Qarışıq duyğular idi.
Yaxınlaşıb – Allah bəxtini də
üzün kimi etsin, xoşbəxt ol
qızım.. Alınandan öpəndə
Ülviyyə yenə də kövrəldi.
Gülnaz Nərgiz gözlərini
qurulayarkən onların bu halını
görəndə yenidən ağladılar.
Şəhriyar qapıya artıq
yaxınlaşırdı. Yaxın dostları və
kənan da onun yanında idi.
Kənan yaxınlaşıb sağ əlini çək
başıma.
[cavab]
Ayan01
26 May 2014 / 17:30
- Səndə ki, bu bəxt var mənim
sağ əlim də köməyinə gəlməz.
- Ha ha ... onu görərik Şəhriyar
bəy. Artıq sabah mən də
subaylığın daşını atmaq üçün
elçi gedirəm.
- Kimə?
- O nə sualdır.
- Ooo təbriklərNərgizdən razılıq
aldın.
- Şey.. yox.. Amma razıdır.
- Necə yəni..
- Ülviyyə səni gözləyir sonra
danışarıq. Gedək.
Vağzalı səsi ilə toy adətləri
yerinə yetirilərək Ülviyyə ata
evindən çıxmışdı. Maşına
oturana qədər Şəhriyar ağzı
açıq halda Ülviyyəyə baxırdı.
Çəkilən toy şəkillərində də
Ülviyyə gülərək obyektivə baxır
şəhriyar isə ona heyran
baxışlarla. Maşına əyləşəndə
artıq özünü tuta bilməyib kiçik
bir öpüş qondurdu Ülviyyinəni
yanağına.
- Eyy görərlər ayıbdır. Hamı
ətrafımıza yığışıb.
- Nəyi ayıbdır. Bu gündən
mənimsən. Istədiyim vaxt,
istədiyim yerdə öpərəm deyib
bu dəfə dodaqlarına kiçik bir
öpüş qondurdu.
- Şəhriyar!! Bəsdir.
- Neynim bu qədər möhtəşəm
gözəlliyə sahib olmazdın.
- Xoşuna gəldi?
- Xoşuma gəldi də sözdür. Məni
indidən dərd götürüb?
- Nə dərdi?
- Səni evdən çıxmağa necə
qoyacağam?
- Nə? Nə danışırsan sən?
- Bu gözəlliklə hamı dönüb sənə
baxacaq. Mən hamını döyə
bilməyəcəyimə görə tək çarə
səni evə bağlamaq qalır.
- Ciddi deyirsən. Ülviyyənin
aldığı sifətə Şəhriyar gülərək.
- Mənim deyilsən? necə
istəyərəm elə də eləyərəm.
- Xatırladım ki, imzalar hələ
atılmayıb Şəhriyar bəy. Bu
dediklərinizdən sonra deyəsən
düşünməli olacağam.
- Eyy döyərəm səni.. Nə
düşünməsi?
- Nə bilim vallah.
Artıq toy məkanına çatmışdılar.
Vağzalı sədaları altında
qonaqlar Şəhriyarla Ülviyyəni
qarşıladılar. Nigah mərasimində
Nərgiz Ülviyyənin şahidi
olmuşdu. Şəhriyar isə uşaqlıq
dostunu öz şahidi etmişdi.
Kənan Nərgiz şahidlik imzansını
atanda ona kənardan baxıb bic
bic gülərək. – çək çək imzanı
Nərgiz xanım. Indidən vərdiş
elə, öz toyunda da lazım olacaq
deyə mırıldandı. Ülviyyə ilə
Şəhriyar yerinə əyləşmişdi.
Nərgiz heyranlıqla onlara
baxanda Fidanı zala daxil olan
gördü.
- Bunun burada nə işi var?
Deyərək ona yaxınlaşdı.
- Fidan? Sən burda nenyirsən?
- Aynur xala məni də dəvət etdi.
- Qızım hər dəvət olunan yerə
gələrlər?
- Neynim Aynur xala israr etdi.
Yoxsa gözüm atmır səni
görmək üçün. Fidan Nərgizə
göz süzdürəndə yanına cavan
uzun boylu bir oğlan yaxınlaşdı.
– Fidan yer tapdım, gedək
əyləşək. Tez gedəcəyik, bilirsən
işim var.
- Hə hə gəlirəm indi. Oğlan
uzaqlaşan kimi Nərgiz qaşlarını
çatıb Fidanın qolundan yapışıb.
– sən dəlisən? Bu kimdir? Sözlü
qızssan utanmırsan başqaları
ilə oturub durmağa.
- Başın xarab olub? burax
qolumu.
- Əsl sənin başın xarab olub.
Kənan görsə mitlinizi sərər yerə
- Nə Kənan? Fəxridir o.
- Adını da deyiree utanmadan..
- Ay qız niyə utanım. Halalca
sözlümdürdə.
- Nə?
- Eşitdiyin burax qolumu.
- Sən nə dedin.
- Offf qulaqdan karlığın var. Mən
fəxri ilə sözlüyəm. Onunla
evlənməyə hazırlaşırıq. Sənin
Kənanınla Aynur xalanın xahişi
səbəbindən tanış oldum.
Nərgiz heç nə anlamadan
dayanıb Fidana baxırdı. Fidan
isə qolunu onun əlindən çıxarıb
deyinə deyinə sözülüsünün
yanına getdi. Nərgiz boylanıb
Kənan baxdı. Kənarda
dayanmış Aynur xala ilə söhbət
edirdilər. Toyun sonuna yaxın
Kənan gördü ki, Nərgiz elə hey
ondan qaçır. Onunla göz gözə
gələndə nifrət dolu baxışlarla
baxır, cəld üzünü çevirirdi.
Əslində qəribəlik görmürdü,
amma nədənsə içində
narahatlıq yaranmışdı. Toy sona
çatanda isə Ülviyyə ilə şəhriyarı
yola salan qohum əqrəbaları
dağılışmağa balaşdılar. Hər kəs
maşına əyləşib gedərkən
Nərgiz hiss etdi ki, kimsə onun
qolundan bərk tutub qarşı
tərəfdə dayanan maşınlara
tərəf sürükləyir. Dönəndə
Kənanı görüb – sən neynirsən
burax qolumu. Hamı baxır.
- Baxsınlar. Anan icazə
verdi,səni mən aparacağam
evə.
- Atam görür burax.
- Onun da xəbəri var.
- Hə deməli oyununuza onu da
qtmısınız Kənan bəy.
- Oyun? Oyy sən öyrəndin
deyəsən.
- Deyəsən hə elə oldu.
- Otur maşına, hər şeyi yolda
danışacağam.
- Istəməz sağol. Və gözümə
görünmə. Kənan onun
qolundan tutub rəsmən maşına
atdı. Nərgiz özünə gələnə kimi
maşın artıq hərəkət edirdi.
Maşında didişə didişə yola
düşmüşdülər.
- Sənin ağlın çaşıb deyəsən?
- Nərgiz niyə belə edirsən?
- Əsl sən niyə belə edirsən? Hələ
anama baxe..
- Onu bura qatma, bütün bu
planlar mənə aid idi. O sadəcə
qızını tanığdı üçün mənə dəstək
oldu.
- Noldu baş tutmadı planlarınız
deyəsən. Fidan artıq sözlü
qızdır.
- Hə ona elçi düşmələri işlərimi
korladı.
- Kənan.. sən... sənn əsl
öküzssən.
- Çox sağol. Indi sən qulaq as.
Sabah sizə elçi gəlirik
- Nə?
[cavab]
Ayan01
26 May 2014 / 17:32
- Nə?
- Sən də ağıllı balalar kimi
çıxırsan çayımızı verirsən hə
deyib keçirsən otağına, sonra
nişan edirik.. istəsən qapalı
məkanda istəsəndə açıq.. hara
ürəyin istəsə
- Sən nə danışırsan, başın xarab
olub deyəsən.
- Sonra da toy. Bal ayını hansı
ölkədə istəsən keçirdərik.
- Kənan stop de. Nə nişan nə
toy. Kim dedi ki, mən səni...
- Hə de.. semirsən? Denən ki,
yox sevmirəm.
- Sevmirəm .
- Nə?
- Dedim ki sevmirəm.
- Elə yox denən ki, Kənan səni
sevmirəm
- Yola bax.
- Denən ki, Kənan səni
sevmirəm!!!
- Kənan məni qorxudursan yola
bax. Sürətli sürürsən onsuz da.
- Nərgiz, denən ki, səni
sevmirəm.
- Kənan maşın !!!
Şəhriyar və Ülviyyə
xəsətxananın dəhlizində bəylik
və gəlinlikdə oturmuşdular.
Nərgiz və Kənanın valideynləri
də az sonra gəlmişdilər. Onlar
həyəcanla yaxınlaşıb
Şəhriyardan vəziyyəti
soruşsalar da Şəhriyar da təzə
gəldiklərini, hələ heç bir
məlumat verilmədiyini dedi.
Həkim otaqdan çıxan kimi hər
kəs qorxu içində ona baxırdı.
- Oğlum necədir, Nərgiz
necədir?
- Nəsə olub hə, gizlətməyin.
- Yox narahat olmayın hər ikisi
olduqca yaxşıdır. Evə də gedə
bilərlər, amma Kənan bəy bir
gecəlik qalsa yaxşıdır.
- Niyə? Ciddi bir şey var.
- Yox yanındakı xanımı qorumaq
üçün ona tərəf əyildiyindən
maşının şüşələri başına
arxadan batıb. Çıxardıq, amma
hər ehtimala qarşı bu gücəlik
saxlayacağıq. Gözümüzdən
nəsə yayınar birdən.
- Hər kəs rahatlamışdı. Aynur
xala və Ülviyyə Nərgizin
palatasına daxil olanda Nərgiz
ayağa qalxıb, - Kənan, o
necədir. Mən bilmədim necə
oldu. Günah məndədir. Tərslik
etməsəydim. Mən elədim deyib
anasını qucaqlayıb ağlamağa
başladı.
- Shhh sakit ol. Yaxşıdır.
- Başı qanayırdı bütün.
- Indi yaxşıdır narahat olma
deyərək Ülviyyə onun əlini
tutub sıxdı.
- Onu görmək istəyirəm.
- Indi yox. Biz indi evə gedək.
Atan çöldə gözləyir.
- Yox indi.
- Nərgiz o da dincəlməlidir sən
də. Sabah danışarsınız.
- Gizlədirsiniz. Ona nəsə olub.
Ülviyyə yalan demə xahiş
edirəm, ana.
- Qızım dedik axı yaxşıdır.
Nə qədər eləsələr də Nərgizi
zəbt edə bilmədilər. Dirəşib
palatadan bayıra çıxdı. Dəhlizin
o başında isə əlində sistem
aparatı ilə Kənan ona tərəf
gəlirdi. Şəhriyarla Kamran bəy
isə onu zorla aparmaq
istəyirdilər. Görünən o idi ki,
eyni hay küyü kənan da
salmışdı. Nərgiz onu görəndə
sevincindən ağladı. Ona tərəf
qaçıb düz qarşısında dayandı.
Kamran bəy və Şəhriyar kənara
çəkiləndə Kənan Nərgizin
gözlərinə baxıb. – Sənə bir şey
olsaydı mən bilmirəm
neyniyərdim.
- Əsl sənə bir şey olsaydı mən
ölərdim.
- Səni sevirəm Nərgiz. Nərgiz
göz yaşları içində gülərək –
bilirəm dedi.
- Elə bu. Bilirəm? Vəssalam..
- Hə də bilirəm.
- Yaxşı eləyirsən. Get evə. Sənə
istirahət lazımdır. Kənan kor
peşiman geri dönüb palataya
gedəcəkdi ki, arxadan səs onu
dayandırdı.
- Sözümün ardına qulaq
asmayacaqsan?
- Dedin də. Bilirsənmiş.. gözüm
aydın.
- Off Kənan.
- Get Nərgiz get evə. Kənan
dönmədən cavab verirdi. Nərgiz
isə “Kənan bəy, mənimlə
evlənərsiniz?” deməyinə
xəstəxanann dəhlizində
dayanan onları tanıyan və
tanımayan hər kəs yükəsk səslə
fitləməyə və alqışlamağa
başladılar. Kənan gülərək onun
yanına gəlib. – Deyəsən onu
mən deməliydim Nərgiz xanım.
Və siz də hə deməliydiniz.
- Hə bilirəm. Amma neyniyək
biz də hər şey tərsinə olur.
- Səni sevirəm demək bu qədər
çətindir. Rəsmən evlilik təklif
elədin oğlana. Bu tarixə
yazılacaq.
- Çətin deyil. Amma inada
mindirdin.
- Ehh.. buna da şükür.
- Deyinmə, cavab ver.
- Yox.
- Kənan!
- Nə? Yox. Nərgiz pərt olmuş
vəziyyətdə ətrafa baxır başını
aşağı salırdı.
- Mən sizinlə evlənmirəm.
Sizinlə bir ömür boyu yaşamaq
istəyirəm. Kənanın bu sözü də
gur alqış almışdı. Kənan Nərgizi
bərk bərk qucaqlayanda Nərgiz
başın qaldırb – Mənə bax,
gələcəkdə övladlarımıza sənə
mənim evlilik təklif etdiyimi
demə, analarına gülərlər. Əsas
da qızımıza.
- Onun bu sözünə isə hamı ilə
birlikdə gülən Ülviyyə Şəhriyara
qısılaraq – ay çox şirindilər.
Baxsan Şəhriyar
- Hə inanılmaz dərəcədə. O
qədər şirindir ki, Kənanı bu saat
dişlərimin arasında şirinquş
kimi çeyniyərəm.
- Şəhriyar bəsdir.
- Nəyi bəsdir. Onlar övladlarını
sayını belə planlaşdırdılar biz
isə toy gecəmizdə burdayıq.
Kənan sağalsın onda görəcək
gününü.
- Şəhriyar!!
[cavab]
Ayan01
26 May 2014 / 17:32
Yaxşı yaxşı susdum, bura gəl
başımın bəlası...
- Başımın bəlası yox.. Alın
yazım.
- Hə, mənim alın yazım.
Hər kəs beləcə öz evinə
yollanmışdı. 5 ay sonra isə
Kənanla Nərgizin toyu oldu.
əslində toyu bir ayın içində
edəcəkdilər, amma küsüb
barışmaqdan hər dəfə müəyyən
etdikləri tarixi təxirə sala sala 5
aya çəkmişdi. Toy günü isə......
- Nərgiz.
- Hmm..
- Bəlkə barışaq?
- Yox.
- Nəzərinə çatdırım sən
gəlinlikdəsən mənsə bəylik
kostyumunda.. və hamı bu saat
bizim qarşımızda oynayır.
- Nə olsun?
- Necə nə olsun. Bundan artıq?
Toyumuzdure..
- Mənə nə. danışımıram.
- Nə vaxta qədər.
- Səni sevdiyimi dediyim günə
qədər.
- Hansı sözü? Musiqidən
eşitmədim.
- Səni sevirəm.
- Mən də səni canım. Demək
barışdıq...Sənin sağlığına : deyib
badəni qaldırdı.
Bu da son. ))
p.s hər kəsə sevgi dolu həyat
arzulayıram. İnsan ən çox
sevərkən insadır. Sizə də insan
olmağınızı diləyirəm. Və heç
vaxt inada mindirib sevirəm
sözünü deməkdən vaz
keçməyin. Sevgi qürur, inad
mümkünsüzlük tanımır. Sevgi
sadəcə bir insana məxsus da
deyil. Sevgi sizin içinizdə var.
Onu daşımağı bacarın. O sizə
onu paylaşacağınız insanı
göstərəcək. Yanılmış olsanız
üzülməyin. Çünki bu sadəcə
təsadüf olacaq. Alın yazınızı
tapmağınız diləyi ilə
[cavab]
Ayan01
26 May 2014 / 17:47
oxudugunuzcun tesekkuller mence mohtesem bir hekayedi ALLAH HAMIMIZA BELE XOSBEXTLIKLER NESIB ETSIN
[cavab]
NARDARANLI
26 May 2014 / 18:11
Hekayeni basdan axira kimi oxudum bele baxanda pis hekaye deyildi amma hekayenin 60 faizi aglasmali kecdi ve buda hekayeni can sixici edirdi Yene de yazdigina gore Allah razi olsun
[cavab]
**K_I_L_L_E_R**
26 May 2014 / 18:18
bebeleni men neter oxuyum qisasin yazda bunun
[cavab]
zekow
26 May 2014 / 21:31
chooooox maraqliydi hamsin oxudum yazan ellerin der gormesin. olsa yene yaz
[cavab]
Angel
26 May 2014 / 21:33
cox sagol.elaydi.axira kimi oxudum.
[cavab]
Ayan01
27 May 2014 / 02:48
twk oxudugnuzcun
[cavab]
Bölmeye qayıt