Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol Ayan01 25 May 2014 / 15:06
Təsadüf yoxsa alın
yazısı (Bölüm 28)

[cavab]

pol Ayan01 25 May 2014 / 15:07
Şəhriyar da evinə qayıtmışdı.
Anası əsəbindən çoxdan
yatmağa getmişdi. Atası isə
qonaq otağında oğlunu
gözləyirdi.
- Gecən xeyrə qalsın ata
- Şəhriyar, bura gəl.
Danışmalıyıq
- Ata, məncə danışdıq. Mnə
fikrimdən dönən deyiləm.
- Oğlum başa düşürəm
sevirsən, amma olmaz. Özün
bilirsən. Onun valideynləri də
icazə verməz.
- Dedim axı icazə verib. Kamal
bəy özü şəxsən xeyir duasını
verdi.
- Necə?
Şəhriyar bu bir neçə gündə
olanları danışıca Səlim əvvəl
heç nə demədi, sonra. Başını
bulayaraq. – yaxşı tutaq ki,
evləndiniz. Xeyir işinzidə bir
araya gələ bilməyəcəyik.
Yaxşı dedik lap orada da
zorla dayandıq. Sonra sizin
evinizə
gedib gəlmək üçün
güdməliyik ki, onlar nə vaxt
çıxacaq o evdən
- Ata xahiş edirəm. Burda
bunları düşünəcək yeganə
isnan Kamal bəy idi. Ülviyyə
də mən də yalnız ona görə
qalmışdıq. Nə sən nə anam.
Bağışla, amma sənin zəifliyin
olubsa anamın bicliyi olubsa
- Şəhriyar düzgün danış!!!
- Mən sadəcə olanları
danışıram. Mən və Ülviyyə
bunu ödəməməliyik. Başa
düşürsən. Ola bilər. Amma
keçdi getdi. Indi sən anamla
evlisən. Sənin də onun da öz
ailsəi var. Icazə ver mən də
öz ailəmi qurum. Amma öz
istədiyimlə. Mən sən deyiləm
ata. Bağışla, amma bunları
deməyə məcbur etdin məni.
Kamal bəy xəstəxanadan
çıxan kimi Ülviyyəni adət
ənənə ilə onlardan istəyib
üzük taxacağıq. Və tez bir
zamanda da toyumuzu
edəcəyik. Bu belə olacaq.
Istəməsinz gəlməyin mən
adam taparam elçiliyə. Seçim
sizindir. Məndən demək.
Gecən xeyrə.
Şəhriyarın bu sözünü Şahnaz
da eşitmişdi. Əlləri ağzında
qapıda dayandığından
Şəhriyar onu da görüb. –
demək ki, təkrarlamağa
ehtiyac qalamdı. Ana ya toya
hazırlığını et ya da məni
unudun.
Şəhriyar otaqdan çıxınca
Səlim Şahnaza baxdı.
- Səlim bir şey de. Denən ki,
icazə vermirəm
- Nə icazə vermirəm. Oğlun
bizi valideylikdən silir sən nə
icazəsindən danışırsan
- Yox yox..qoyma.. Sən ona
desən ki, iatəmirəm o eləməz.
- Şəhriyarı tanımırmışsan
kimi danışma
- Yox dedim Səlim. Olmaz. Ola
bilməz. Mən onunla üz üzə
gəlm ək istəmirəm.
- Demək özünü düşünürsən
Şahnaz xanım. Heç olmasa
burda oğlunun yerinə qoy
özünü.. Həm bilirsən nə var.
Uşaq haqlıdır. Kiminsə
günahının cəzasını mənim
oğlum çəkməyəcək. O seçdiyi
ilə ailə quracaq
- Nə demək istəyirsən.
- Sən anladın. Gecən xeyrə.
Gecə uzun keçmişdi. Yuxusuz
qaldıqları üçün. Amma
səhərlər bir birini qovduqca
hər şey yerinə oturacaqdı.
Aradan günlər keçmiş Kamal
bəy artıq xəstəxanadan
çıxmışdı. Ülviyyə ilə danışan
şəhriyar onlara yenidən elçi
gələcəklərini deyincə əvvəlcə
qorxmuş halda Şəhriyara
etriaz etmək istəsə də onun
sözünü qarısnda söz deyə
bilməmişdi. Hətta elçilik günü
belə təyin olundu. O
möhtəşəm gün çatdığında
Şahnazdan başqa hamı
elçilikdə idi. Kamal bəy Səlim
bəyin düz gözünü içinə
baxırdı. Sanki nəyəsə ima
edirmiş kimi dik dik
gözlərinə zillənirdi. Səlim bəy
isə tez tələsik qızı istəyib şirin
çayı içib getmək üçün
əlindən gələni edirdi.
Şəhriyarın bibiləri də elçilikdə
olduğundan susqunluq
pozulmuşdu. Qadınlar
arasında gedən söhbət
ortamı yumuşaldırdı. Hər şey
qaydasında keçmişdi.
Ülviyyənin həsini alınca
Şəhriyar toydan söhbət
salmışdı ki, hamı gülməyə
başladı. Şəhriyar özü də bu
halına utanıb. Şey yəni sonra
bir də harada yığışacağıq
deyə soruşdu. Ülviyyəni atası
– var yox bir qızım var.
Deyirsən ona bir əzəmətli
nişan eləməyim?

[cavab]

pol Ayan01 25 May 2014 / 15:09
- Hə hə.. əlbttə bağışlayın.
Nişan günü də təyin
olunmuşdu. Artıq hər şey
hazır idi. Günlər bir birini
qovduqca o gün də gəlib
çatmışdı. Hər şey mükəmməl
görünürdü. Ülviyyə otağında
paltarını geyinmiş
həyəcandan əlləri buz kəsmiş
halda o baş bu başa gedib
gəlirdi. Nərgiz onun bu
halına gülüb
- Dəli, nişanında belə
həyəcanlısansa toyunda
yıxılıb ölərsən ki.
- Başına gəlsin görərsən.
- Mənim başıma gəlib deyə
Nərgiz bir anlıq duruxub
başını aşağı saldı.
- Canım bağışla.. Elə demək
istmədim. Off dilimi eşşək
arısı vursun.
- Bilirəm narahat olma.
- Həm niyə pis olursan. Bax
yaxşı ki, çıxdı getdi. Indi
kənan var.
- Kənan deyib məni
cinləndirmə. Onun adını
çəkmə.
- Aa bağışla doğrudan axı o
Fidanlaaa... (Nərgizin
öldürücü baxışlarını hiss
edincə cümləsini dəyişib )
yəni o əyri ayaqla evlənmək
istəyirdi hə?
- Cəhənnəmə evlənsinlər.
Qara cücə kimi balaları olsun.
Ciy ciy deyə gəzsinlər
ortalıqda.
- Allah eşqinə hardan
tapırsan bu qarğışları. Bu
qədər müddətdə noldu bu
Fidanla qarşılaşmadılar.
- Nə bilim maraqlandırmır
məni. Məndən niyə
soruşursan.
- Yaxşı - deyib Ülviyyə ayağa
qalxacaqdı ki, Nərgiz onu
qolundan tutub yenidən
yatağa otuzdurub
- Guya o əyri ayaq özünü
naza qoyub da bunu
görməyə utanırmış da.
Özünü elə göstərir ki elə bil
rahibədir. Mən bilirəm onun
necə ər xəstəsi olduğunu.
Qarşısına kor çıxsa gedər.
Xoş Kənanın da kordan fərqi
yoxdur. Gedib gəlib fidanı
mənə tərfiləyir. Ay qızın
əndamı belə, saçı belə, üzü
belə, əlləri belə. Gözünə girsin
o əlləri sənin. Hələ gör nolub.
Məni...təsəvvür elə məni
bunları görüşdürmək üçün
bələdçi tutublar. Amma mən
neynədim. Apardım Fidanı
Mərdəkan bağına, qoydum
orada dedim gözlə gələcək.
Kənanı isə göndərdim Malkan
bağına. Sonra da dedim
Malakanla Mərdəkanı
qarışdırmışam.
Ülviyyənin qəh qəhə çəkdiyin
görən Nərgiz özü də ona
qoşuldu. – Gülmə zarafat
eləmirəm. Hələ anamee...
doğmaca anam elə bil
Fidanın anasıdır. Bilmir
neynəsin ki, onu ərə versin.
Təsəvvür elə o gün piroq
bişirb verib mənə ki, apar işə
ver Kənana denən fidan
bişirib. Mən də qəşəngcə
piroqu yolda məhv elədim. Içi
başı dağılmış halda
yeyilməyəcək vəziyyətə
gətirib qoydum Kənanın
qarşısına dedim – nuş
elə ,adaxlın bişirib.
- Yaxşı da. O da yedi səy.
Başım çıxmır da nə tapıbe bu
qızda.

[cavab]

pol Ayan01 25 May 2014 / 15:10
- Bəlkə sən də tapa
bilmədiyin
- Anlamadım?
- Səfeh Nərgiz hələ də
anlamırsan?
- Nəyi?
- Off sən çox gözəl bilirsən
nəyi dediyimi. Ikiniz də bir
birinizi sevirsiniz.
- O keçmişdə idi. Indi
başqasını sevir. Mənim
doğmaca əmimqızını.
- Hə yəni sən sevirdin.
- Az sevməsəm niyə min
hoqqadan çıxıb durum
gedim Mərdəkan bağına o
piroqu o günə qoyum.
- Ahaaaa... axır ki, ççox
şükür.... amma.. bunu mənə
yox ona de.
- Dəlisən sən. Üzümə deyir ki,
Fidanı sevirəm.
- Ay səfeh sən ona de, gör o
kimi sevir Fidanı yoxsa səni.
- Yəni deyirsən.
- Hə onu deyirəm
- Demək desəm Fidan səni
sevmir...
- Nərgiz!!! Dur cəhənnəm ol,
nişanqabağı əsəbləşdirmə.
Elə belə yana yana
qalacaqsan. Bu gündən mən
də əlimdən gələni edəcəyəm
ki, Fidanla evlənsinlər.
- Yaxşı da Ülü.. nə dedime
mən.
- Canına azzar dedin. Dur
cəhənnəm ol. Durr get gör
gəldilər. Səsləri gəlir.
- Eee Ülü küsərəm.
- Mən səndən qabaq
küsmüşəm tərs keçi.
Nərgiz kor peşiman otaqdan
çıxıb Şəhriyarın gəldiyini
gördü. Yanında isə bütün
yaraşıqlığı ilə hamını kölgədə
qoyan Kənan. Heç Nərgiz də
pis görünmürdü, gözünün
rəngində geyindiyi şifon
paltar hər addıımladıqca
tərpənir onun bədənini
zərfiliyini üzə vururdu. Kənan
udqunub güclə Nərgizi
qolundan tutub yanına
çəkməmək üçün saxlayırdı.
Nərgiz onun bu halını
görüncə bütün naz qəmzəsi
ilə yanından keçmək istəyirdi
ki, qonaqlar arasında balaca
uşaq onun ayağının altında
qalacaqdı az qalsın. Nərgiz
yerə sərilincə hamı ətrafına
yığışdı. Nərgiz pərt olmuş
vəziyyətdə gülümsünüb –
hələ yaşayıram narahat
olmayın deyib ayağa qalxdı.
Kənan ona yaxınlaşıb, -
Nərgiz yaxşısan desə də
Nərgiz ona baxmadan cəkld
Ülviyyəni otağına girdi. Üst
başını düzəldib. – gəldilər
hazırlaş çıxaq deyərək hamısı
çal çağırla nişana getdilər.
Açıq havada olduğundan
nişan başqa bir abu havayla
keçirdi. Gülnaz ətrafa
boylanır. Şahnazı axtarırdı.
Danışmaq üçün yox. Sadəcə
qonaqların yanında pis
vəziyyətdə qalmamaq üçün.
Nə də olsa hamı bəyin anası
ilə tanış olmaq istəyirdilər.
Səlimin ona yaxınlşadığın
görmədən boylanmağa
davam edərkən onun səsinə
diksindi
- Salam Gülnaz.
- Aleykuma salam.
- Təbrik edirəm. inşAllah
davamını görərik.
- Sağol. Səni də həmçinin.
Şəhriyarın anası yoxdur
deyəsən. Görünmür.
- Hə o bu izdivacı istəmir.
Amma gələcək bilirəm.
Yeganə oğlunun xeyir işini
buraxmaz..
- Lap yaxşı.. sağol deyə
getmək istəyirdi ki, Səlim
yenidən onu səslədi
- Gülnaz.

[cavab]

pol Ayan01 25 May 2014 / 15:11
Gülnaz.
- ....
- Məni bağışlamayacaqsan?
Gülnaz onun bu sözünə
gülümsəyərək dönüb Kamala
baxdı. Kamalın gözü onlarda
idi. Gülnaz gülümsəməsini
daha da genişləndirib içdən
təbəssümlə - Səlim mən səni
çoxdan bağışlamışam. Mənim
qəlbimdə sevgidən başqa
heç nə yoxdur. Sənə kinim
belə uçub gedib. Deyərək
Kamala yaxınlşadı. Kamal əlini
onun çiyninə aparanda hər
iksinini xoşbəxtlyiin bir anlıq
qısqanan Səlim acı bir
təbəssümlə geriyə dönüb
masasına əyləşdi. Nişan öz
axarı ilə davam edərkən
Kənan Nərgizi bir anlıq belə
gözdən qoymurdu. Çox gözəl
görünürdü deyə qsıqanclıq
damarı tutmuşdu. Elə Nərgiz
də kənanın baxdığı
istiqamətlərə baxar onun
kimə baxdığını tapmağa
çalışırdı. Etbarı görüncə -
Etibar, Etbar bura gəl.
- Nədi?
- Nədi? Ayıb olsun. Adam
əmisi qızı ilə belə danışar.
- Sən xeyirə çağırmarsan.
- Aaaaa olamdı ki,
deyəcəkdim gedək rəqs
edək.
- Nə? Dəlisən sən? Nə rəqs?
Sən rəqs etməyi bacarırsan?
Güldürmə və biabır etmə.
- Gəl çox danışma. Deyərək
Etibarın əlindən tutub
Kənanın görə biləcəyi yerdən
onunla asta asta lirik mahnını
oynaçmağa başaldı.
- Nərgiz Allah rzası üçün
burax gedib. Indi özün otval
verdin mənə barı qoy
başqalarını gözaltı edim.
Sənin üzündən burada heç
kim mənə yaxın durmaz.
- Az danış. Ayıb olsun özü də.
Qızları göz altı edirsən. Nc nc
nc.
- Yox oğlanları göz altı
edəcəkdim? Tövbə
əstafurulla. Hardan yarandı
bu mənimlə rəqs etmək eşqi..
deyəndə Kənanın qəzəblə
yaxınlşadığını görüncə - ey
bir dəqiqə, başa düşüdüm.
Nərgiz heç anlamadan sual
verəcəkdi ki, kənanın
yanlarında bitdiyini gördü.
Ağzını açmaq istəyəndə
Etibar Nərgizdən əlini çəkib –
Bilirsiz nə var, gedin
probleminizi başqa yerdə həll
edin. Aaaa dəli əlində
qalmışam. Mənə bax cavan
oğlan onu incitsən səni məhv
edərəm. O mənim bacımdır
artıq. Başa düşdüm
- Düşdüm.
- Çox gözəl, indi tut əlindən
get rəqs elə. Mən də orada
cavan qız var getdim ora
deyərək Etibarın uzaqlaşması
ilə Nərgiz ağzı açıq halda
onun arxasınca baxdı. Özünə
gəlməmiş Kənan onu özünə
sıxıb rəqsə davam etdi.
- Hə, Nərgiz xanım.
Qardaşınız sizi mənə əmanət
etdi.
- O mənim sevgilimdir.
- Hə əlbəttə..
- Mən onu sevirəm. O isə
məni atdı.
- Tərk edilmiş qız.. nə qədər
acı.. aman Allahım.
- Lağ eləmə.
- Allah eləməsin. Sonra
başıma gələr.
- Nədir Fidanın qaçmasından
qorxursan?
- Fidan yatıb durub şükür
edir ki, mənim kimi oğlan
tapıb.
- Yaxşı görək. Gözlə haa
birdən göz dəyər.
- Dəyməz. Göz muncuğu taxır.
- Səfeh deyib onun əlindən
çıxacaqdı ki. Anasının
yaxınlaşdığını gördü.
- Oğlum kənan Fidanı
gətirmişşəm. Gedək onunla
rəqs et.
Nərgiz artıq səbri tükənmiş
halda
- Eeeeeee bəsdirin artıq
deyincə bütün zal dönüb ona
baxdı.
Ardı var

[cavab]

pol Ayan01 25 May 2014 / 15:12
Təsadüf yoxsa alın
yazısı (Bölüm 29)

[cavab]

pol Ayan01 25 May 2014 / 15:14
Nərgiz özü də ətrafın fərqinə
varmadan Kənanın qolundan
tutub sürükləyirdi. Hər kəs
onların arxasınca baxaraq nə
baş verdiyini anlamadı.
Ülviyyə də Şəhriyarla
meydanda rəqs edirdilər.
Ülviyyə onların yanına
getmək istəyndə Şəhriyar
imkan verməmiş "Qpy, özləri
həll etsinlər. Qarışmasaq
yaxşıdır” Ülviyyə Şəhriyarın
sözündən çıxmasa da ürəyin
Nərgizin yanında idi. Amma
Şəhriyar onsuz da bu gün
tam xoşbəxt deyildi. Necə
olsun. Anası onun şad
günündə iştirak etmir xeyir
dua vermirdi. Bunu özü
eləmişdi, amma bu qədərini
düşünmürdü. Ata anaya qarşı
çıxmaq ağlının ucundan
keçməzdi. Əgər valideynlərini
tanımasaydı, bilməsəydi ki,
onun seçiminə daim
hörmətlə yanaşacaqlar bu
addımı atmaqda çəkinərdi.
Amma bilirdi ki, hər ikisinin
ürəyi Şəhriyarla döyünür. O
üzülməsin,xoşbəxt olsun
deyə hər şeyi edərlər. Bir
anlıq tərəddüd içində
düşündü ki, anasını demək
ki, yaxşı tanımayıb. Ülviyyə
onun bu halını görəndə özü
də pis olurdu.
- Şəhriyar
- ....
- Şəhriyaaar.
- .....
- Şəhriyar səninləyəm
- Hə, nə olub.
- Mahnı bitdi artıq oturaq.
- Gəl.
- Sən yaxşısan?
- Yaxşısan nədir, bu gün
bizim nişanımızdır. Sənin
əbədi mənim olmağın üçün
yaxınlaşdığımız daha bir
addımdır. Yaxşı yoxe
xoşbəxtəm.
- Elə mən də. Amma anan
gəlsəydi daha da xoşbəxt
olardın.
- Neynək, seçimini etdi. Atam
ki, buradadır.
Ülviyyə masanın altından
Şəhriyarın əlini bərk bərk
sıxaraq
- Anan da gələcək. Nişana
gəlməsə belə inanıram ki,
toya mütləq gələcək.
Şəhriyar onun əlini qaldırıb
öpdü. – Sən varsan, bu mənə
kifayətdir.
Nərgiz Kənanın qolunda
sürükləyib nişandan çıxardı.
Kənan düşündü ki, artıq
sondur, qızın səbrini artıq
tükədib və heç nə
soruşmadan, özündən razı
şəkildə onun arxasınca getdi.
Nərgiz boylana boylana
gedirdi.
- Maşını axtarırsansa burada
deyil, o tərəfə keçməliyik.
Kənanın sözünə heç bir
əhəmiyyət verməyən Nərgiz
axtarmağa və yeriməyə
davam edirdi.
- Nərgiz? Hara gedirik, kimi
axtarırsan?
- Haa tapdım. Fidan! Fidan!
- Nə Fidan! Nərgiz..
- Eşidirəm Nərgiz.
- Tanış ol bu da məşhur
Kənan. Görüşməyiniz
əfsanəyə döndü nədənsə.
- Salam.
- Ss.aa..ll.amm.. nərgiz
danışmalıyıq.
- Fidan anam icazə verib,
gedib harada istəsəniz
oturub rahat rahat çayınızı
içib söhbətinizi edə bilərsiniz.
Fidan utancaq baxışlarla
Kənana baxarkən Kənan
beynində "Ümid edirəm
Aynur xala Fidana bütün
bunların oyun olduğunu
deyib” deyə düşünürdü.
Nərgiz isə hikkəsindən heç
kimi eşitmir əsəbindən
dişlərini qıcayaraq acıqla
Fidanla Kənanı tanış edirdi.
- Nə isə siz artıq qalanının
özünüz həll edərsiniz, mən
getməliyəm.

[cavab]

pol Ayan01 25 May 2014 / 15:14
- Əlvida Kənan.
- Əlvida?
- Kənan bəy.
- Hə.
Fidanın onu səsləməsi ilə ona
tərəf baxan Kənan qızın
acgöz baxışlarını görüncə -
Aynur xala ilə danışmısınız da
hə?
- Əlbəttə danışmışam. Amma
məncə biz bu oyunu bitirə
bilərik .
- Haa ay sağol, mən də onu
deyəcəkdim.
- Oy, lap utandım. Demək siz
də mənə qarşı boş
deyilmişsiniz?
- Nə? Yyoooo yoooo bir
dəqiqə nə boşu? Nərgiz
gözlə məni deyərək arxasına
baxmadan qaçır.
Nərgiz isə gözləri dolmuş
vəziyyətdə nişan mərasiminə
qayıdır. Üzüklər taxılmış hər
kəs xoşbəxt cütlüyü təbrik
etmiş alqışlamışdılar. Nərgiz
Ülviyyənin yanından bir
dəqiqə ayrılmadığından
Kənan nə qədər eləsə də
onunla danışmağa iman
tapmamışdı. Fidan isə hər
fürsətdə onun yanına gəlir
gülümsəyib onun qoluna
girməyə çalışırdı. Aynur xala
bunu görüncə onlara
yaxınlaşıb Kənana tərs
baxışla baxanda, Fidanın
əlindən qurtulmağa çalışan
Kənan elə bil doğmasını
görmüş kimi sevinərək ona
tərəf getdi.
- Aynur xalam canım, Allah
sizi mənə yetirdi, sizin qız
dəli çxıdı.
- Indi bilirsən?
- Nərgizi demirəm. O heç.
Fidan.
- Görürəm, maşAllah
mehribanlaşmısınız. Mənə
bax Kənan sən mənim xoş
üzümü görmüsən deyəsən
ağlın uçub. Qızımı incitsən öz
əlimlə səni öldürərəm.
- Aynur xala, mənlik deyil. Bu
qız yapışıb ki, oyunu gerçəyə
çevirək. Nərgiz öz əli gətirib
verdi məni buna.
- Hmm.. Nərgiz bunu edibsə
demək çox inciyib. Oğlum
bəsdir uşaq kimi oyun
oynadın. Atanı da götür gəlin
onu istəməyə. Mən Nərgizin
atası ilə danışaram.
- Axı o etiraf eləmədi.
- Adə sən bu qızı istəyirsən?
- O nə sözdür. Sizə dedim axı,
anamdan sonra evimdə
görmək istədiyim qadın
sadəcə odur.
- Onda Nərgizi gözləmə. Mən
qızımı tanıyıram ölər amma
deməz. Sən də artıq inad
etmə. Danış böyüklərinlə
münasib gündə əlin. Tay bu
gün yox.
- Aynur xala səndən yoxdur.
- Düz deyirsən hansı ana
qızından bezmiş kimi
davranar.
- Bezmiş niyə... Kənan əlini
saçına apararaq xarizmatik
şəkildə sığal çəkib – qızınıza
məndən yaxşı ər tapa
bilmərsiniz, bunu siz belə
anladınız, amma o tərs keçi
- Keçi özünsən qızımla işin
olmasın. Deyib Kənanın
saçlarını dağıdan Aynur
gülümsəyərək – Dəli oğlan.
Elə doğrudan onu xoşbəxt
edəcək insansan. Kənana ana
nəvazişi ilə baxanda Kənan
bir anlıq duruxub utandı.
Başını aşağı salaraq onun
əlini qaldırıb öpdü. Nərgiz
bütün bunları kənardan
görüb kövrəlmişdi.
- Axmaq Kənan. O sənin
qaynanan ola bilrədi. Amma
getdin Fidanı seçdin. Axmaq,
axmaq axmaq..
- Nara bura gəl sağ əlimi
başına çəkim.
- Ülüm..
- Ay can..
- Hər şey bitdi.
- Nə bitdi.
- Kənanla.
- Eh mənim dəli bacım. Hər
şey hələ indi başlayır.
- Nə?

[cavab]

pol Ayan01 25 May 2014 / 15:16
- Nə?
Ülviyyə sözünü burda
kəsməyə məcbur oldu
Şəhriyar onun əlindən tutub
rəqsə aparadı. Nişan artıq
sona çatırdı Şahnaz isə
ortalıqda görünmürdü.
Gülnaz olduqca narahat idi,
qonaqlara nə yalan
uyduracağını bilmirdi.
Məcbur soruşanlara yasları
düşdüyü məcbur oraya
getdiyini demişdi. Məclisin
sonunda isə Ülviyyə girişdə
pusquda dayanan qadın
gördü, bir az da diqqətlə
baxınca Şahnaz olduğunu
gördü. Şəhriyara demədən
özü ora tərəf yollandı
- Şahnaz xanım.
Şahnaz diksinərək Ülviyyəyə
tərəf döndü. Göz yaşlarından
yanaqları islanmış, gözləri
qızarmışdı. əlləri ilə cəld
üzünü silib baxışlarını yerə
dikdi. Ülviyyə yaxınlaşıb əlini
ona uzatdı.
- Gedək, Şəhriyar sizi gözləyir
deyincə Şahnaz baxışlarını
düz Ülviyyənin gözlərinə
dikdi. Necə də Gülnaza
oxşayırdı. Ona baxdıqca içi
sızlayırdı. Peşimanmı
olmuşdu tutduğu əməldən.
Gənc qızın xəyallarını
yıxmışdı. Sanki illər əvvəl
yaşadığı keçmişi indi
qarşısında dayanır və onu
yenidən özünə çəkir. Çox
düşdün getsin getməsin
deyə. Amma Ülviyyəyə
baxdıqca gəldiyinə görə
peşiman olmadı. Bir dəfə bir
gənc qızın xəyallarını
yıxmışdı, ikinci dəfə bunu
eləməyə gücü və vicdanı əl
verməyəcəkdi. Amma yenə də
tərəddüd etdi.
- Yox. Mənim orada yerim
yoxdur. Deyib geri dönürdü
ki. Ülviyyə onun əlindən tutub
– onun tam xoşbəxt olmasını
istəyirəm. Sizsiz o tam deyil.
- Mənə qəzəblidir.
- Yox, bütün günü gözü
qapıda sizi gözləyib.
Şahnazın gözündən axan
yaşlar çənəsindən
damcılayırdı. O da istəyirdi,
canı, gözünün ağı qarası
sevdiyi adamdan olan
övladının xeyir işi idi.
- Gəlin, qonaqlar dağılır artıq.
Gecikməyək. Şahnaz ağır
addımlarla Şəhriyara tərəf
yaxınlaşırdı. O qədər
həyəcanlı idi ki, az qalırdı
ürəyi ağzına gəlsin. Şəhriyar
anasını görüncə heç nə
demədən sürətlə gəlib onu
bərk bərk qucaqladı. Anasını
qaldıraraq yerində dönməyə
başladı. Kənardan baxan
qonaqlar duyğulandılar. Hər
kəs zənn etdi ki, anası
yasdan gəlir. Gülnaz özü də
bilmədən doldu, ağlamağa
başaldı. O indi qarşısında
sadəcə ana və oğul tablosu
görürdü. Başqa ağlına heç nə
gəlmirdi. Səlimdə onlara
yaxınlaşıb əlini yavaşca
Şahnazın çiyninə qoydu.
Şahnaz başını qaldırıb ona
baxıb gülümsədi. Artıq nişan
bitdi hər kəs öz evinə
dağlışıırdı. Şəhriyar Ülviyyəni
özü evə aparacağını deyib
Kamal bəydən icazə almışdı.
Maşında geri qayıdarkən
Şəhriyara baxan Ülviyyə indi
qarşısında tam bir xoşbəxt
adamı görürdü. Bu onu daha
da sevindirirdi.
- Az bax, gözün dəyər.
- Sən yola baxırsan yoxsa
mənə baxırsan?
- Mənim gözümün artıq sənə
bağlıdır deyib ona tərəf əyilib
yanağından öpdü, Evlərinə
çatana yaxın Şəhriyar bir az
aralıda saxlayıb maşını
söndürür. Dönüb Ülviyyəni
seyr etməyə başlayır. Ülviyyə
isə yuxulamışdı. Tarix təkarar
olunurdu sanki. Ilk dəfə də
Ülviyyəni evlərinə gətirəndə o
beləcə məsum məsum
yatmışdı. Onda Ülviyyəni öpə
bilməmişdi, bu dəfə isə
Ülviyyə artıq demək olar ki,
ona aid idi. Əyilib Ülviyyəni
öpmək istəyirdi ki, pəncərəsi
döyüldü. Ülviyyə də diksinib
ayılmışdı. Şəhriyar başını
döndərdiyində cavan bir
oğlanı gördü. Onu haradansa
tanıyırdı, amma xatırlaya
bilmədi. Pəncərəni aşağı
salan kimi
- Aaa dayı yenə siz? Aaa yenə
həmin qız.
Şəhriyar artıq bildi onu
haradan tanıyır. Bu maşını
düz saxlamadığına görə
keçən dəfə də maşının
pəncərəsini döyüb abu
havanı korlayan oğlan idi.
- Hə yenə biz. Görürəm sən
bu dilnən hələ sağsan.
- Pis adamlara heç nə olmure
dayı.
- Onu düz dedin. Indi get
buradan.
- Gedərəmee, amma maşını
düz saxla. Şəhriyar Ülviyyəyə
tərəf dönüb – gözlə gəlirəm
deyə maşının qapısını açınca
oğlan gözdən itdi.
- Bu hara qaçdı. Hələ qapını
açdım belə qaçır.
- Qorxutdun uşağı.
- Uşaq? Ülviyyə yaxşıda. Nə
isə. ən xoşbəxt günümdə
onu düşünəsi deyiləm. Harda
qalmışdıq.

[cavab]

pol Ayan01 25 May 2014 / 15:17
- Bilmirəm mən yatırdım.
Deyə Ülviyyə bic bic
gülümsəməyə başladı.
- Hmm demək belə. Deyərək
Şəhriyar Ülviyyəyə yaxınlaşıb
onu ğpmək istədi. Ülviyyə
geri çəkilib – evə gecikirik
atamdan ayıbdır, deyəcək
bizdən əvvəl çıxıb hələ
gələməyiblər.
- Halaca nişanlımsan
istədiyim vaxt evə buraxa
bilərəm.
- Xeyr o sənə elə gəlir. Nə
vaxt ki, nigah məmurundan
kitabçanı alacaqsan bax
onda hə.
- Yaxşı Ülviyyə xanım borc
olsun. Yadında saxla. Mən
sənə toy günü göstərərəm.
- Şəhriyar bəsdir.
- Nə? Nə dedim ki.. Ağlın
başqa şeylərə gedirsə mənim
nə günahım.
- Şəhriyar.
Ülviyyənin qızarmağına qəh
qəhə atan şəhriyar onu
özünə tərəf sıxıb qucaqladı.
Qulağına – artıq bir aydan
sonra mənim olacaqsan,
əbədi deyə pıçıldadı. Ülviyyə
isə ona daha da qısılıb –mən
hələ də inanmıram. Bəzən elə
qorxuram ki,
- Heç vaxt, eşidirsən, heç vaxt
qorxma. Mən həmişə
yanındayam.
- Səni sevirəm
- Mən də səni.
Danışıldığı kimi toy bir aydan
sonra baş tutacaqdı.
Hazırlıqlar son sürət davam
edərkən Kənan atasını bu bir
ay içində az qala gecə
gündüz zəng eləməkdən dəli
etmişdi. Telefonda Kənan
yazıldığını görən Kamran bəy
əlini telefonuna atıb salamsız
kəlamsız – ay bala
danışdıqda gələn kimi
gedəcəyik. Söz verirəm.
- Unutdum soruşam. Mən nə
almalıyam.
- Mən gələndə hər şeyi həll
edəcəyəm.
- Nə vaxt gəlirsən.
- Tövbə əstafurulla, oğlum
danışdıq axı. Işlər qarışıqdır
çalışıram bitirim.
- Gəlim kömək edim. Yox ya
da gəlməyim sonra Nərgizə
sataşan eləyən olar.
- Nərgizə? Sataşan? Oğlum
mən o qızı tanıyıramsa o qıza
bir nəfər əyri gözlə baxa
bilməz özü onun gözlərini
oyar. Eləyər o nadinc.
- Ata doğrudan sevindim
bizim işimizə.
- Dəlisən. Həyatın boyunca
atdığın ən ağıllı addımdır.
Nərgiz Ülviyyə mənim
övladım kimidirlər. Amma bil.
O qızın başından bir tük
əksilsə övladlıqdan silərəm.
Nə bilim qızlar mızlar. Içki bar
hamısı geridə qalır.
- Ata nə qız. Mənim gözüm
Nərgizdən başqasını görür
ki. Qız elə bil mənə cadu edib.
- Yaxşı tutma telefonda işlər
çoxdur. Gecikdirmə məni.
Sağol deyib dəstəyi asır. –
dəli oğlan. Deyib dodaq
altında gülümsəməyə başlayır
ki, telefon yenə zəng çalır .
yenə Kənan idi .
- Yenə nə var?
- Biz harada yaşayacağıq?
- Ya səbr!!!!!!!
Kamranın qışqırmağına
Kənan artıq dəstəyi asmışdı.
Kənan isə qulağını tərpədib, -
necə də qışqırıre, söz
soruşuram da. Başa düşmək
istəmirləre məni. Anlamırlar
ki, Nərgizin nəsə xoşuna
gəlməsə vallah toy günü
qoyub qaçar.
Artıq toya 10 gün vaxt
qalırdı. Toya hazırlaşan
Ülviyyə gəlinlik seçiminə
Şəhriyarla getmişdi. Nişan
paltarını çox açıq
olduğundan indiyə qədər
Ülviyyəni uşaq kimi danlayan
Şəhriyar gəlinliyi özü
seçəcəyini demişdi. Ülviyyə
etiraz edib nərgizlə getmək
istəsə də Şəhriyar Nərgizin
ağlına girmiş onu vaz
keçirmişdi. Nərgiz də deyinə
deyinə evdə otağını səliqəyə
salırdı. Deyinə deyinə - var
yox bir dostum var onun da
gəlinliyin seçə bilmədim. Bu
nə həyatdır belə. Anası qapını
açıb qızının narazı halda
deyindiyini görüb – nə olub?
Nərgiz geriyə dönüb – heç
nə, Şəhriyar qoymadı gedim
Ülviyyə ilə gəlinlik seçməyə.
- Ay bala nişanlısıdır, cavanlar
özü getsin qara tikan kimi nə
aralarında bitirsən o saatca.
- Axı mən də baxmaq
istəyirdim.

[cavab]

← 1 ... 16 17 [18] 19 20 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2057 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az