Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol Ayan01 25 May 2014 / 05:14
Nərgiz və Kənan baş aşağı
vəziyyətdə susub
dayanmışdılar, bu halları
məktəbli uşaqlarından
fərqlənmirdi. Aynur xala isə
Ülviyyənin yanında dayanıb
olan bitən hər şeyi öyrənmək
üçün gözlərini ona dikmişdi.
Ülviyyə də başını aşağı salıb
dillənmirdi. Susqunluq uzun
sürüncə Aynur xala dərindən
ağır ağır nəfəsini dərib –
Nərgiz bir başa evə gedirsən,
səninlə evdə danışacağıq,
- Mam hər şeyi izzah edərəm
- Evə dedim, evdə danışarsan.
Nərgiz kor peşiman Kənanın
yanından ayrılıb Ülviyyə ilə
birlikdə uzaqlaşdılar oradan.
Kənan isə hələ də eyni
vəziyyətdə dayanmışdı,
amma tərk fərqi göz altı
Nərgizin getməsinə baxırdı.
Aynur xala ona yaxınlaşıb. –
Kimsən sən? Deyincə Kənan
adını dedi. Aynur xala narazı
halda başını bulayıb. – Bax
oğlum hər şeyin həddi var.
Çox sağol qızmı Vüsal
bəlasından qurtarmısan,
amma bu o demək deyil ki,
qızı ictimai yerlərdə torba
kimi çiyninə atıb gəzəsən.
- Vallah xanım mən sadəcə
onun məni dinləməsini
istədim. İnadçıdır dinləmir ki.
- Bunu bu şəkildə
eləməliydin. Nərgiz bizim
nəslin yeganə qızıdır. Bala
ağlın haradaydı sənin. Ya
mən yox atası görsəydi, ya
xalaoğlanları, əmioğlanları
görsəydi. Elə bilirdin sağ
qurtarardın.
- Mən Nərgizi sevirəm.
- NƏ?!
- Eşitdiyiniz. O da məni sevir,
amma tərsliyinin üzündən
etriraf eləmir. Amma narahat
olmayın mənim niyyətim
ciddidir. Nərgizlə
evlənəcəyəm. Siz tarix deyin
qalanı mənlikdir.
- A bala sə nəylə
qidalanırsan? Nə yeyib nə
içirsən? Allahım, elə bilirdim
Nərgizdir tək dəli bu ondan
beş betər. Oğlum hər şeyin
öz qaydası var, yolu var.
Belə...belə qız istəyərlər?
- Necə istəyərlər?
- Off... indi işim var, gələrsən
danışarıq, görüm
kimlərdənsən. Dəli oğlan..
Aynur xalanın belə deməsi ilə
Kənanın gözünə işıq gəldi elə
bil.
"Dedi ki, gələrsən danışarıq,
əlaaaaaa Nərgiz indi qaç
görüm hara qaçırsan.” Kənan
kefi saz halda maşınına
doğru getdi.
Gülnaz isə Kamalın yanında
əyləşmiş onun əlindən tutub
gözlərinin içinə baxırdı.
Özünü zorla saxlayırdı ki,
Şəhriyarla nə danışdığını
soruşmasın. Səbrini çox sıxsa
da bəlli idi ki, sözlü adama
oxşayır.
- Eşidirəm Gülnaz.
- Nə?
- Deyirəm eşidirəm. Nəsə
demək istəyirsən.
- Yox.. həə.. yənii.. şeyy...
özünü necə hiss edirsən.
Kamal bəy bu sözə
gülümsəyib – Gülnaz mənə
yox da. Sən Ülviyyəni aldada
bilrəsən, amma məni yox.
Şəhriyarla nə danışdığımı
soruşacaqsan.
Gülnaz utanmış halda əlini
çəkib – səndə ki, yox.. o heç
ağlıma gəlmirdi.. deyib
baxışlarını qaçırtdı.. Kamalın
– hə yaxşı sən deyən olsun
sözünün ardınca. – elə yaxşı
söz saldın, doğrudan nə
danışırdınız. Deyərək əlini
saçına atıb oynatmağa
başladı. Kamal bu reaksiyaya
daha da gülərək. – ehh
Gülnaz, heç dəyişməmisən.
Dedi.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:15
Şəhriyara təşəkkür edirdim
ki, bu qədər vaxtda
yanınınzda olub tək
qoymayıb.
- Elə bu?
- Elə bu.
- Bəs ona başqa nəsə dedin?
Yəni, nə bilim bəlkə ... nə isə
boş ver.
- Ülviyyənin sevgisinə sahib
çıxmasını da dedim
- Nə?
- Eşitdiyin.
- Axı Ülviyyə.
- Gülnaz, xahiş edirəm. Məncə
hamımız yetəri qədər
incindik, qırıldıq. Izn verək
uşaqlar xoşbəxt olsunlar.
Bizim kimi...
Gülnaz Kamalın sözünə başını
qaldırıb gülümsəyərək. "Sən
necə istəyirsən elə olsun ”
deyincə Kamal bəy bir əlini
qaldırıb ona tərəf uzatdı.
Gülnazın onun əlinin tutması
ilə hər ikisi sevgi ilə
gülümsədilər.
- Hə bir şey daha xahiş
edəcəyəm.
- Nə istəsən.
- Məncə biz də onlara dəstək
olmalıyıq. Biz onalrla
danışmalıyıq.
- Onlar? Ülviyyəgilnən.
- Yox.. Kamalın sözünü başa
düşən Gülnaz əvvəlcə narahat
oldu, amma bu narahatlıq
əvvəlki kimi özünə görə
deyildi. Sadəcə Kamalın Səlimi
görüncə yenidən ona qarşı
soyumasından qorxurdu.
- Sənə hələ də çətindir onlarla
qarşılaşmaq?
- Yox Kamal. Mən sadəcə sənə
görə narahatam.
- Yaxın gəl, otur. Əvvəl olsaydı
hə narahat olmağa dəyərdi.
Amma indi. Mən sənin burda
yanımda danışdığın hər şeyi
eşidirdim Gülnaz. Bilirəm ki,
ürəyində ona qarşı kindən
başqa heç nə qalmayıb.
Amma etiraf edim ki, kinli
olmağını da istəmirəm. Ona
qarşı ümumiyyətlə heç nə
hiss etməni istəmirəm. Başa
düşürsən?
- Hə, hə əlbəttə.
- O zaman çağırıb oturub
danışmaq lazımdır. Uşaqlar
keçmişdə yaşanıb bitmiş bir
hadisə üçün əzab
çəkməməlidirlər. Elə sən də.
Sən bunu bil ki, sən mənim
alın yazımsan. O isə sadəcə
həyatına girən təsadüf idi.
Gülnaz başını yelləyərək,
gülümsədi.
Şəhriyarla Ülviyyə isə hər
zamankı kimi narahat halada
amma bir birilərinə sığınaraq
dəhlizdə oturmuşdular. Onlar
bu söhbətdən bi xəbər
olduqları üçün hər ikisini nə
gözlədiyini bilmirdilər. Ülviyyə
başını Şəhriyarın sinəsindən
qaldırıb sakitcə onun üzünə
baxırdı. Şəhriyar ona göz
vuraraq gülümsəmişdi.
– atamala nə danışırdınız.
- Mmm.. Atanla... heçç.. sizi tək
qoymadığıma görə təşəkkür
edirdi.
- Başqa?
- Başqa?....mmm hə bir də
dedi ki, sən çox yaxşı
oğlansan, mənim də bir
balaca, dəcəl qızım var, gəl
onu verim sənə.
- Ee Şəhriyar bəsdir. Ciddi
soruşuram
- Mən də ciddi cavab verirəm
- Şəhriyar!
- Ooo səsinizi mənə
yüksəldirsiniz Ülviyyə xanım?
- Şey... bağışla.. Mən sadəcə
narahatam.
- Gəl bura...deyərək Şəhriyar
onun başını yenidən sinəsinə
qoydu. – narahat olma. Heç
nə demədi. Hər şey
qaydasındadır. Şəhriyarın
telefonun çalması ilə onlar
yenidən ayrıldılar. Şahazın
zəng vurması artıq Şəhriyarı
narahat edirdi. Bəlli idi ki, ata
anası onu rahat
qoymayacaqlar. Ülviyyəyə
gəlirəm deyib yenidən
oradan uzaqlaşdı.
- Ana?
- Oğlum bu günlük tez gəl
evə, axşam qonağımız var.
- Ana qonağın yeridir.
Demirəm sənə
xəstəxanadayam.
- Oğlum başa düşürəm,
amma atan da çağırır səni.
- Ana, getməliyəm. Məni
gözləməyin.
- Alo Şəhriyar, oğlum,
- Ata.
- Oğlum, xahiş edirik bu
günlük üzrxahlıq elə gəl evə.
Şəhriyar atasına rədd cavabı
verə bilmədiyi üçün dişini
sıxıb – yaxşı ata deyə bildi.
Ülviyyənin yanına qayıdanda
– Ülüm mən bu günlük bir az
tez gedəcəyəm.
- Hə, əlbəttə, neçə gündür
burda yesir oldun.
- Elə demə, mənə sənin
yanında xoşdur.
- Bilirəm. Amma sən də
dincəlməlisən. Həm atam
yaxşıdır get narahat olma.
Şəhriyar sağollaşıb getdikdən
sonra Gülnaz palatadan çıxıb
Ülviyyəni tək görəndə
təəcübləndi.
- Şəhriyar hanı?
- Getdi. Işi varmış
- Hə, lap yaxşı. Nəsə
danışdınız?

[cavab]

pol Ayan01 25 May 2014 / 05:16
- Nə barədə?
- Atanla söhbətləri barədə.
Görünürdü ki, tək Ülviyyəni
maraq bürümüyüb ki, onlar
arasında nə danışılıb.
- Soruşdum, amma heç nə
demədi. Gülnaz başını
yelləyib Nərgizi soruşunca
Ülviyyənin yadına nəsə
düşümüş kimi yerindən
dikəldi.
- Nərgizi tamam unutdum.
Gəlirəm ana, onunla
danışmalıyam
- Hara noldu ki?
- Gəlib danışaram..
Ülviyyə Nərgizə zəng vuranda
uzun çağırışlardan sonra
gördü ki, Nərgiz telefona
rədd cavabı verdi. Yenə
yığmaq istəyəndə qısa mesaj
gəldi "Mama”
Bəlliydi ki, anas ilə danışır.
Telefon əlində başı aşağı
anasının qarşısında o tərəf
bu tərəfə getməsinə baxırdı.
- Qızım, sən axı hər şeyi
mənə deyirdin?
- Ana heç nə yoxdur
- Nə heç nə yoxdur. Oğlan
orda deyir qızınızla bir
birimizi sevirik, sən deyirsən
heç nə yoxdur.
- Nə? Eləcə dedi?
- Hə. Nədir yoxsa inkar
edəcəksən.
- Mən... şey... ana... yənii...mən
- Sözü ağzında fırlatma, de
görüm istəyirsən yoxsa yox.
- Mam! Xahiş edirəm!
- Nə mam, nə var burda
sevirsən yoxsa yox? Nərgiz
sualı cavablandırmamış
qapılarını zəngi çaldı. Anası
qapını açınca qarşısında
gördüyü mənzərədən şok
olmuşdu.
- Sən burda neynirsən a bala?
- Dediniz gələrsən danışarıq.
Mən də gəldim.
Bu Kənan idi. Aynur xalanın
sözünü səhv başa düşümüş,
gəl deyərən bu gün gəl deyə
başa düşümüşdü.
- Dedime, amma demədim ki,
dur bu gün gəl, özü də ək.
- Bəs kimlə gəlim.
- Allahım..keç içəri, gəl görüm.
Nərgiz Kənanı görüncə
gözləri bərəlmiş halda – sən
burda neynirsən deyincə,
anası Nərgizin yanını
göstərib Kənanı otuzdurdu.
- Indi ikiniz də danışım
görüm nə oyundan çıxırsınız.
Nərgiz və Kənan günah iş
görmüş uşaqlar kimi
çiyinlərini büküb
oturmuşdular. Aynur xanım
stulu onların qarşısında
qoyub yerini rahat əyləşincə
bəlli oldu ki, söhbət uzun
olacaq.
P.S Bu bölümü final eləmək
istədim, amma tələm tələsik
yazmamaq üçün bir bölüm
də uzandı.
Oxuyan hər kəsə təşəkkürlər.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:17
Təsadüf yoxsa alın
yazısı (Bölüm 27)

[cavab]

pol Ayan01 25 May 2014 / 05:19
- Çox gözləyəcəyəm...
- Mam..
- Eşdirəm
- Aynur xanım.
- Bəli.
- Mam.
- Hə
- Aynur xanım
- Biriniz danışın artıq!
Aaaaaa!!
Aynurun sözünə hər ikisi
diksindi. Və iki eyni anda
danışmağa başladı. Bu dəfə
də ikisi birdən danışdığı
üçün Aynur heç nə başa
düşmürdü.
- Susun!!!! Sakit dedim!!
Hər ikisi təzədən susdu.
- Boy..səsiniz batmasın.
Nərgiz danış görüm nə
məsələdi.
Nərgiz çiynini çəkərək başını
aşağı saldı. Heç nə
danışmadan susmağa davam
etdi.
- Yaxşı, Kənan sən danış.
- Aynur xala..Xala deyə
bilərəm də hə..
- Adə danış...Səbrimi tükətmə
- Mən sizin qızınızı almaq
istəyirəm
- Yox daha nələr.. Bazardan
mal almırsane. Özü də bu nə
cürət Kənan bəy. Deyəsən
sevgiliniz tez yaddan çıxdı.
Nərgizin bu sözünə Kənan
Aynurdan üzünü
çəkməyərək.
- Imkan ver ananla
danışıram, hörmətin olsun
anana. Aynur Kənanın bu
sözünə dəsətk verərək – ayıb
olsun sənə. Oğlan xariclərdə
böyüsə də səndən yaxşı bilir
ədəb ərkanı.
- Mam.
- Sus görüm. Eşidirəm oğlum.
- Hə demək belə. Sizin qızınızı
almaq istəyirəm. Mənə
verərsiniz onu
- Hə verirəm götür apar.
- Doğrudan?
- Mama sən nə danışırsan?
- Oğlum sən dəlisən? Bu qız
oyuncaqdır onu kiməsə
verəm. Insandıre qarşındakı.
Adət var, ənənə var. Hər
istəyənə qız verməzlər. Biz də
araşdıraq görək kimsiniz
kimlərdənsiniz. Ailən kimdir,
atan anan.
- Atam Kamrandır. Nərgizin
neçə illik müdiri. Anam isə..
Xalidə. Onu mən uşaq ikən
itirmişik, Bir də Sürəyyam var
deyə Nərgizə baxıb
gülümsündü. Nərgiz gözləri
bərəlmiş halda ona baxraq, -
doğrudanee Sürəyya.. o
xəstəxanaya gələn qadın. Hiii
sən anan yaşında hətta nənə
yaşında qadınlarla sevgili
olursan.
- Fantaziyan çox güclüdür,
amma yox. Mənim dayəmdir.
Nrgiz bu sözə gülümsəyərək
- Sənə hələ dayələr baxır
deyə daha da güldü
- Yox Nərgiz xanım. Dayə
baxmır, sadəcə o mənə ana
əvəzi olub. Indi də yanımda
yəni evimdə qalır mənə ev
işlərinə, yeməyə kömək edir,
anam kimi sevgisini paylaşır.
Nərgiz bu sözə utanaraq
qızardı. Anası bunu görüb –
nc nc nc, mən necə qız
böyütmüşəm. Ayıb olsun
sənə Nərgiz. Dur get çay
gətir. Dur. Mən Kənanla
danışmallıyam
- Bəs mən? Mən də söhbətdə
iştirak etməliyəm.
- Get çay gətir dedim. Nərgiz
suyu süzülə süzülə ayağa
qalxıb mətbəxə keçdi. Çayı
unudub qulağını qapıya
şəklədi ki, nə danışdıqlarını
eşitsin. Artıq 1 saat keçmişdi,
amma Nərgiz anasının və
Kənanın gülüşlərindən başqa
heç nə eşitmirdi. Hirsindən
lap parlayırdı. Anası qarşısına
çıxınca qulağını qapıya
çəkləyən Nərgiz özünü
toparlayaraq nə oldu deyə
soruşunca.
- Çay hanı?
- Çay? Nə çay?
- Lənkəran çayı.
- Nə?
- Az sənin başın haradadır?
Demədim get çay qoy. Kənan
bu sözə içəridən gələrək
müdaxilə etdi. Aynur xalacım,
boş ver, bunun qoyduğu
çayan nə çıxar. Zəhərləyib
eləyər toy qabağı dir du gəl..
- Hə düz deyirsən oğlum.
- Xalacım? Oğlum? Allah
mehriban eləsin. Mənim
Kənanla evlənəcəyimi
düşünürsün...
- Nə?! Bir bu qalmışdı. Yazıq
deyil oğlan. Oğlum Kənan
narahat olma. Mənim sənə
alacağım qız çox gözəldir,
üstəgəl bacarıqlıdır. Bu
Allahın çayın dəmləyə bilmir,
amma Fidan.. bəh bəh bəh.
Bir yeməklər bişirir ki...
- Nə Fidan? Ana... Kənan və
Aynur xala Nərgizə
baxmadan söhbətlərini
davam edərkən Nərgiz şok
vəziyyətində onlara baxırdı.
Arada bir verdiyi reaksiyaya
heç kim əhəmiyyət vermirdi.
Kənanla sağollaşan Aynur
xala qapının yanında
dayanan Nərgizi görmürmüş
kimi otağa keçib divanın
üzərində olan yastıqları
düzəldirdi, evə əl gəzdirirdi.
- Mam...mama.... mama
deyirəm!
- Ayyy nə var, nə istəyirsən
- Necə yəni nə istəyirsən?
- Onunla nə danışırdınız? Nə
toyundan bəs edirdiniz?
- Sənə nə. Demirdin
istəmirəm. Vəssalam da mən
də gül kimi oğlan boşa
getməsin deyə Fidanı
alacağam ona.
- O...o...əyri ayaqllı Fidanı?
- əmin qızı haqqında düzgün
danış.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:20
- Mən düzgün danışsam
onun ayaqları düzələcək
bəyəm
- Nərgiz!
- Ana özünü yorma, Kənan
onu bəyənən deyil.
- Yooo şəklin göstərdim,
razılaşdı. Sabah onlara görüş
təyin edəcəyəm.
- Nə?! Ana!? ....mam...mam...
maaaammm
- Nədi ta mam mam
salmısan?
- Bunu eləməyəcəksən elə?
- Sən onu sevirsən?
- ...mmm...ənn...mən. şşeyyyy
- Sevirsən sevmirsən?
- Yox o dəlinin nəyini sevim.
Həm sən bilirsən o mənim
həyatıma qəsd edirdi iki
dəfə .
- Nərgiz şişirtmə. Özüd ə
sevmirsənsə çəkil dur
kənarda da lap yaxşı.
Istəmirsən mən də səni
bəladan xilas elədim.
- Sonra gəlib demə ki, qaynım
qızını bədbəxt elədim. Sən
onu tanımırsan?
- O sənə elə gəlir. Kənanla
Fidan xoşbəxt olacaqlar. Özü
də söz verdi ki, qızlarının
birinə sənin adını verəcək.
Təşəkkür naminə. Nə də olsa
sayəndə Fidanı tanıyacaq.
Nərgiz hirsindən dişlərini
qıcayıb otağına keçdi. Çalan
telefon səsini eşitsədə üzü
yatağa düşüb yastığı ağzına
basıb qışqırmağa başladı.
Ülviyyə isə nə qədər zəng
vursa da Nərgizin açmadığını
görüb anasının yanına
qayıtdı. Anasının təkidi ilə
evinə qayıtmağı qərara gəldi.
Taksidə pulu çıxarmaq üçün
əlini çantasına atanda
Şəhriyarın saatının onda
qaldığını gördü. Əslində
önəmli deyildi, amma Ülviyyə
bu bəhanəylə onu da görmək
istədi. Onsuz bir dəqiqə belə
qalanda darıxırdı. Qapıdan
ona saatı verər günün
sonunda onu görüb evinə
dönəcəkdi. Amma əvvəlcə
Şəhriyara yığıb danışanda
onun təlaşlı olduğunu görsə
də Ülviyyəyə onalara gələn
qonağın Zülfiyyə və onun
ailəsi olduğunu deməmək
üçün min yalan dedi. Və
sonunda evdə tək olduğu
yalanı ilə bitirdi. Ülviyyə
sağollaşan kimi Şəhriyar
alnını silib, ax ana ax.. məni
nə günə qoydun. Qızın
yanında yalançı olmamışdım
o da oldum. Şəhriyar gəlib
yenidən qonaq otağında
əyləşənlərlə yanaşı oturdu.
Əslində evə ilk girəndə
gedəcəkdi, amma atası
onların iş ortağı olduğundan
dolayı sadəcə yeməyə
gəldiyini Şəhriyarın evi bir ğlu
olduğu üçün yeməyə
qalmasını istəmişdi. O da
etiraz etmədən məcbur
qalmışdı. Arada bir
Zülfiyyənin baxışlarını
üzərində hiss edincə narahat
halda otururdu. Qapının
zənginə ayağa qalxıb mən
baxaram deyib otaqdan
çıxmaq üçün bəhanənin tam
vaxtında gəldiyini düşündü.
Qapını açınca irilənmiş
gözləri ilə Ülviyyəyə baxdı.
- Sürprizzz... Saatın mən də
qalmışdı. Dedim şəxsən özüm
gətirim. Həm bu bəhanəylə
səni də görmüş olardım.
- Ülviyyə!
- Hə, amma gedirəm..Sadəcə
səni görəm istədim dediyim
kimi. Sənsiz çooo....xx
- Şəhriyar.
Zülfiyyə qapya yaxınlaşıb
Şəhriyarın arxasında
dayanınca Ülviyyə bu dəfə
təəcübləndi.
- Şey.. mmm...Ülviyyə gəl
aşağıda danışaq.
- Bizi tanış etməyəcəksən
Şəhriyar? Zülfiyyənin bu
sözünə hələ də susan
Şəhriyar Ülviyyədən
baxışlarını çəkmirdi. Ülviyyə
isə Şəhriyara baxaraq ona
niyə yalan danışdığını
anlamağı çalışırdı.
- Oğlum kimdir? Deyərək
qapıya yaxınlaşan Şahnaz da
qarşısında Ülviyyəni görəndə
təəcübləndi.
- Onun burda nə işi var?
- Ana! Xahiş edirəm. Siz keçin
içəri mən Ülviyyəni evinə yola
salım gəlirəm.
- Yox .. yox.. gəlmə. Ehtiyac
yoxdur. Sən burda qal, mən
özüm gedərəm. Ülviyyə
pilləkənləri sürətlə düşməyə
başladı. Şəhriyar onun
arxasınca gedəcəkdi ki,
qolundan yapışan ələ
dayanmış oldu. Geriyə
dönəndə Zülfiyyənin
baxışlarını düz gözlərində
hiss etdi.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:21
- Burax getsin, bizi burda
qoyub getməyəcəksən ki,
həm atam səninlə danışmaq
istəyir.
- Başa düşmədim. Nə
barədə?
- Bizim barəmizdə
Şəhriyar onu qolundan tutub
əlini sərt çəkildə çəkincə
Zülfiyyə geri addımladı.
- Mənə bax, xanım qız. Biz
deyə bir şey yoxdur. O gedən
qız var idi ha.. Bax biz deyə
mən onunla varam. Azacıq
qüururn olsun. Ok?! Deyib
göz vuraraq sürətlə aşağı
düşdü. Ülviyyəni yolda taksi
gözlədiyini görüncə ona
yaxınlşaıb arxadan bərk
qucaqladı. Ülviyyə əvvəlcə
qorxaraq qışqırmışdı.
- Şşşş. Mənəm.
- Burax məni.
- Ey yaxşı da.
- Nə yaxşı? Mənə yalan dedin.
Axmaq kimi durub qapıya
gəlmişəm və qarşılaşdığım
mənzərə o qız sizdədir.
- Ülviyyə bəsdir burada
şişirdiləsi birşey yoxdur.
- Elə? Demək şişirdiləsi bir şey
yoxdur. Yaxşı Şəhryar bəy..
oldu onda mən sənə
desəydim ki, evdə təkəm və
sən gəlib görsəydin ki, Rəşd
bizdədir onda da belə
reaksiya verərdin.
- Ey bir dəqiqə eyni şey deyil.
- Necə eyni şey deyil. Eyni
şeydir. Sadəcə rollar dəyişir
- Ülviyyə mənim səbrimi
sınama. Onun adını ağızna
alma.
- Rəşad Rəşad..
- Ülviyyə!
- Rəşaddddddddddd
- Mənə başqa çarə qoymadın
Şəhriyar Ülviyyəni öpüncə
Ülviyyəni susdurmuş oldu.
- Şəhriyar!
Ülviyyə Şəhriyarı kimin
çağırdığını bilmədi, amma
başını utandığı üçün yana
çevirib Şəhriyarın sinəsində
gizlətməyə çalışdı.
- Sənin burada nə işin var.
- Atam dedi ki, çağırım.
Dedim axı səninlə işi var.
Zülfiyyə bu sözləri elə xüsusi
vurğu ilə dedi ki, Ülviyyə
başını döndərib ona baxdı.
Zülfiyyə özündən razı halda
gülümsədi.
- Mən də sənə dedim ki,
atanla heç bir ortaq işim
yoxdur.
- Indi yoxdur, amma
gələcəklə bağlı heç kim heç
nə bilməz.
- Bu qız nə danışır Şəhriyar.
- Boş ver həyatım. Danışırda.
- Mənə bax xanım
qız.deyərək Ülviyyə ona
yaxınlaşdı. – elə bilirsən ki,
onu sənə verəcəm. Yanılırsan.
Istəyir atan yox lap dayın
gəlsin lap elə əmin də gəlsin
o mənimdir.
Şəhriyar gözləri dörd olmuş
halda Ülviyyəyə baxraq bunu
ondan gözləmədiyini bəlli
edirdi. Zülfiyyə isə yenə də
özündən razı halda
gülümsəyib.
- Ailələr razılaşsın. Qalan hər
şey boşdur. Sənin kimi
Ülviyyə Şəhriyara tərəf dönüb
– mən bunu yolacam deyincə
Şəhriyar önə gəlib hələ də
şok vəziyyətində Ülviyyəni
geri çəkdi. Zülfiyyə isə yenə
də sözündən dönmədən -
Şəhriyar sənin deyəsən
xəbərin yoxdur, amma
atalarımız ortaq işə giriblər.
Və bu ortaq işdə başqa bir
ortaq iş də olmasını qərara
alıblar. Bizim toyumuzu.
Ülviyyə bu dəfə əlləri boşalıb
yanına düşdüyü üçün
Şəhriyardan aralandı. Gözləri
dolmuşdu. Şəhriyar isə nəyin
şokunu yaşayacağını
bilmədən gah Zülfiyyəyə gah
da Ülviyyəyə baxırdı. Birdən
özünə gələrək Ülviyyənin
əlindən tutub – mənimlə gəl
deyərək boka tərəf yönəldi.
Zülfiyyə də onların arxasıcna
gələrək evə girmişdi. Şəhriyar
Ülviyyənin əlindən tutub
qonaq otağına gəlincə tən
ortada dayanıb. – ata , ana.
Ülviyyəni tanıyırsınız. Onun
valideynlərinin razılığını
almışam. Və biz evlənəcəyik.
Istədim siz də bilsəiniz.
Bu ani etiraf Ülviyyə də başda
olmaqla hamını yerinə
mismarlamışdı elə bil.
- Oğlum istəyirsən bunu
sonra danışaq deyə pıçıltı ilə
Şahnaz Şəhriyara yaxınlşasa
da.
- Yox. Elə indi tam vaxtıdır.
Zülfiyyənin atası ilə anası cəld
ayağa qalxaraq. – biz getsək
yaxşıdır. Iş barəsində sonra
yenə danışarıq Səlim deyib
qaşları çatılmış vəziyyətdə
evdən çıxdılar. Ülviyyə
Şəhriyara qısılaraq qıpqırmız
olmuşdu. Adam çox olsa da
Səlim düz Ülviyyəyə baxırdı.
Ona baxanda vicdan əzabı
çəkir, peşimanlıq duyurdu.
Amma özünü tez toparlayıb o
da eyvana çıxdı. Qapıda
dayanıb. – apar qızı evinə
sabah normal danışarıq
deyərək çıxmışdı. Şahnaz isə
mətbəxə keçib hirsindən qab
qacağı krandın altına elə
yığırdı ki, sanki qırmaq
istəyirdi . Şəhriyar Ülviyyəni
evinə gətirənə qədər yolda
hər ikisi susmuşdular. Amma
evə çatana yaxın Şəhriyar əli
ilə onun əlindən bərk tutub. –
qorxma. Belə daha yaxşıdır.
Hamının nazı ilə
oyanamayacağıq ki,
- Amma..
- Shh.... dedim axı belə
yaxşıdır. Sən onun bunu
burax da o nəydi?

[cavab]

pol Ayan01 25 May 2014 / 05:22
Nə?
- Bir anlıq elə bildim qızı
öldürəcəksən.
- Mənsə bir anlıq elə bildim
qız səni az qalsın yeyəcək
gözləri ilə
- Belə de... qısqandın.
- Kim mən? Mən heç vaxt
qısqanmıram. Əsl sənsən
qısqanc olan.
- Hə mən qısqanıram. Həm də
dəli kimi. Çünki sevirəm.
- Kimi?
- Kimi? Bilmirsən?
- Yox bilmirəm
- Hm... yaxşı bayaq gördüyün
qızı, Zülfiyyəni
- Şəhriyar!
Ülviyyənin bu reaksiyasına
qəh qəhə atan Şəhriyar onun
belindən tutub özünə tərəf
çəkdi. Onu öpüncə Ülviyyənin
hirsi keçib getdi. Şəhriyar
ondan ayrılıb alnının alnına
diriyərək – indi getməsən
özümə cavabdeh
olmayacağam. Salamtı düş
get deyə pıçıltı ilə dediyi
sözlər Ülviyyəni büs bütün
qızartmışdı. Dodaıı dişləyib
sakitcə - sağol deyib
maşından düşüb utanaraq
geriyə baxmadan qaçırdı.
Şəhriyar onun bu halına
gülümsəyərək maşının
pəncərəsini açıb – səni
sevrəm deyə qışqırınca
Ülviyyə cəld geri dönüb əli ilə
- sus işarəsini edib güldü. Və
dodaqlarını tərpədərək –
mən də səni sevirəm deyərək
Şəhriyara əli ilə öpücük
göndərdi. Evə girdiyində
qapıda dayanan Nrəgizi
gördü.
- Bismillah. Sən burada nə
gəzirsən?
- -Evdə canım sıxıldı,
xəstəxanaya getdim. Anan
evə gəldiyini deyincə sizə
gəlmək istədim. Açarı da
verdi ki, Ülviyyə yatacaq
sakitcə aç keç... ta demire qızı
gecə vaxtı evə gəlir
- Şəhriyarla idim
- Orasını bilirəm. O nəydi elə
əl qol işarəsi edirdin. Heç abır
həya qalmayıbe.
- Sevgidir bu qızım
- Sevgiymiş. Guya biz
sevmirik. Bax mənə heç elə
şeylər eləyirəm.
- Aha yəni sevdiyini etiraf
edirsən.
- Yox. Yəni hə. Yəni indi
demədim. Hər halda mən də
sevmişəm. Vaxti ilə
yəni..eeeee söhbəti
yayındırma.
- Nərgiz niyə inad edirsən.
Eşşək kimi sevirsən.
- Eşşək özünsən. Səfeh.
- Nərgiz get də evinə.
- Hə indi evindən qovursan?
Sağol Ülviyyə xanım. Sağol.
Demək Şəhriyar həyatınıza in
Nərgiz out hə?
- Az səfehləmə keç mətbəxə.
Çay süz gəlirəm.
- Özüm ölüm sən bu üzlülüklə
evdə qalardın. Allahdan
Şəhriyar çıxdı.
- Sən öz dərdini çək. Sənin bu
dəliliklərini Kənandan
başqası dözən deyil. Ona da
naz atırsan.
- Kənanmış. Onun da başına
mən boyda daş düşsün elə.
Sevirəm deyir.. daha doğrusu
demir. Heç deməyibdə. Indi
gedib mənim əyri ayaq
əmimqızı ilə evlənir.
- Nə? Kim?
Nərgiz özünü divana atıb
ayaqlarını qarnına yığıb
çiynini dartı.
- Bu gün bizə gəldi. Anamla
danışdılar. Uzun uzadı
söhbət oldu. Məni də
göndərdilər mətbəxə. Nə
qədər elədim qulaq asmağa
eşidə bilmədim. Sonra ikisi
də ca ciyər olmuş halda
dəhlizə gəldilər. Anam onu
əyri ayaq Fidanla
evləndirəcəyini dedi.
- Yaxşı da.
- Vallah.
- Ayda.. Fidan axı əyri ayaq
deyil.
- Ülviyyə bu boyda söhbətdə
sənə maraqlı gələn Fidanın
ayaqları oldu.
- Dəli zarafat elədim.
- Eləmə zarafat eləmə. Onsuz
da zarafat kimi həyat
yaşayıram. Nərgiz çiynilərini
bükmüş halda dodaqlarını
büzüb. – Ülviyyə ya doğrudan
evləndirərsə.
- Vallah Aynur xaladır bu. Sən
ona bənzəmisən. Əgər eyni
xarakterdəsinizssə demək
dediyini eləyər.
- Məni də bu qorxudur. Ya
gerçəkdən o əyri ayaqla
evləndirərsə.
- Az qıza əyri ayaq demə. Gül
kimi qzıdır.
- Ülviyyə! Tək təsəllim bu saat
onun əyri ayaqlarıdır!
- Ok susdum.
- Yox susma. Denən ki, kənan
onunla evlənməz. Onu
bəyənməz.
- Vallah.. Kənan sənə sevdiyini
deyib?
- Deməyib. Amma deməyə
cəhd etmişdi.
- Deyib ya yox?
- Nə deməyə çalışırsan?
- Nə bilim vallah.. deməyibsə
evlənmə ehtimalı var.
- Ülviyyəəə!!
- Mən sadəcə gerçəkləri
deyirəm.
- Off offfffff deyərək Nərgiz
ayağa qalxıb evdən çıxanda
- Nərgiz hara?
- Cəhənnəmə. Təsəlli üçün
sağol.getdim mən.
- Ay qız dur. Dayan bir. Keç
içəri. Səbrin olsun. Mən
sadəcə ehtimal dedim.
- Demə, mənə ehtimal,
pozitiv, optimist bir şeylər var
demə. Neqativ de! Denən o
evlənməyəcək! Əyri ayaq
Fidanı görüncə qaçıb
gedəcək! Peşiman olacaq!
Nərgizin coşub danışdığını
görüncə ondan doğruların
eşitməyin tam vaxtı
olduğunu anlayan Ülviyyə bir
az da səbr edərək lap
hirslənməsini gözlədi. Çünki
Nərgiz hirsli olanda nə sual
versən düzün cavab verirdi.
Artıq Nərgizin ağlamaq
həddinə çatıdğını görəndə
Ülviyyə anidən ona
- Niyə deyə sual verdi.
- Çünki onu se...
- Hə de!
- Onu seçimində yalnış
etməsini istəmirəm. Mən
getməliyəm. Nərgiz evdən
çıxınca Ülviyyə gülərək
telefonu götürüb zəng vurdu
- Alo.. sənin üzündən Nərgiz
məni siləcək.... gülmə orada..
hə elədim. Dediyin kimi
dedim. Dəli oldu yazıq. Vallah
sevir artıq nə istəyirsən
anlamadım.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:22
- Yoxe Ülviyyə sən anlamırsan
o tərs keçidirsə mən ondan
da tərsəm. Deyəcək. Dili ilə
etiraf etməsə mənə də Kənan
deməsinlər. Hə çıxdı gördüm.
Yaxşı sağol, bu dəlini tək
qoymayım. Çox sağol. Söz
verirəm ilk övladımız oğlanda
olsa qız da olsa sənin adını
qoyacağam.
- Yox daha.
- Yaxşı Şəhriyarın adını
qoyaram
- Onu da qoyma. Bəlkə mən
özüm oğluma qoyacam
- Ayda Ülviyyə Nərgiz
getidye... yaxşı ikinizin adı
qaşırıq bir şey qoyaram
sağolll...
Bunlar ikisi də dəlidir vallah
deyərək Ülviyyə telefonu
kənara atdı. Kənan qurduğu
yeni planını Ülviyyəyə
əvvəlcədən xəbər verdiyi
üçün Ülviyyə nərgizi görəndə
artıq hazırlıqlı idi. Əvvəlcə
etiraz etmək istəsə də bu
planda Aynur xalanın da əli
olduğunu öyrənincə
razılaşmışdı. Nərgizi hər
tərəfli sıxışdırıb onu razı
salacaqdılar. Xoş üzlə razılığa
gəlməz deyə Aynur xala da
biçarə razılaşmışdı.
Kənan Nərgizi evlərinin
qarşısında yaxaladı .
- Nərgiz.
- Kənan..gəlmisən
- Hə gəlmişəm. Sənə sözüm
var idi.
Nərgizin gözləri işıldayaraq
üzündə məsum bir
təbəssümlə - eşidirəm
deyincə Kənan da eyni
həssaslıqla ona yaxınlaşıb üz
üzə dayandı. Nəfəsini üzində
hiss edən Nərgiz onun
qarşısnda əriyib gedəcəkdi
ki....
- Deyəcəkdim ki, Fidanın
nömrəsini mənə ver də.
Anandan utandım istəmədim.
Sən əmisi qızısan. Sən də
olar.
- Nə?
- Fidanın nömrəsi?
- Kənan.
- Hə.
- Cəhənnəm ol.
- Nömrəni ver sonra.
- Kənan yox ol. Zəhləm getmiş
Nərgiz arxasına baxmadan
qaçınca Kənan gülüərək -
əcəb oldu sənə. Bil nələr
çəkirəm.
P.S Hekaye 1-2 bölümdə
uzanacaq xanımlar

[cavab]

pol MeNiM*dUnYaM 25 May 2014 / 13:53
ureem partdadiki))

[cavab]

← 1 ... 15 16 [17] 18 19 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1531 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az