Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol tutu 24 May 2014 / 23:41
Twk.....

[cavab]

pol MeNiM*dUnYaM 25 May 2014 / 01:14
superr

[cavab]

pol Ayan01 25 May 2014 / 05:05
tutu, deymez

[cavab]

pol Ayan01 25 May 2014 / 05:06
Təsadüf yoxsa alın
yazısı (Bölüm 25)

[cavab]

pol Ayan01 25 May 2014 / 05:07
Kənanın öldürücü olsun
sözünə ani reaksiya verən
Şəhriyar az qalırdı onu
öldürsün.
- Sənin başın doğrudan
xarab olub deyəsən
- Bir səbrin olsun.. dərman
deyərkən, dərmanın adı
lazımdır. Tibb bacısı da
həmçinin, amma qəşəng
olsun
- Kənan!
- Nərgizi qısqandırmaq üçün,
yoxsa mənim gözüm ondan
başqasını uzun zamandır
görmür. ...Elə baxma Vallah
düz deyirəm.
- Nərgizə yox elə sənə də
dərs vermək lazımdır. Sən
ondan betər uşaq oldun.
- Vaxtımız yoxdur.. cəld
dediyimi elə.
Şəhriyar başını bulaya bulaya
dəhlizə çıxıb ətrafa
boylanmağa başladı. Özü də
dodaq altında deyinə deyinə.
Bunlar uşaqdır biz niyə baş
qoşuruq anlamadım. Sən bu
günlərə düşəcək adamıyydın
Şəhriyar. Lənət şeytana...- bir
dəqiqə olar sizi xanım.
Şəhriyar artıq tibb bacısını
tapmış onu Kənanın
palatasına daxil olub hər şeyi
danışmışdılar. Ilk olaraq
razılaşmasa da Kənan öz
xarizmasından istifadə edib
onu razı sala bildi. Şəhriyar
qaşlarını düyünləyib Kənana
baxanda Kənan da bunu
fərqinə varmışdı. – Nə
baxırsan? Başqa çarəmiz var
idi. Kim razılaşar ki, yalan
danışsın.
- Nərgiz bilsə sən onu
yuxunda görərsən.
- Sən deməsən haradan
biləcək.
- Yox, maşAllah yaxşısan,
daima bir planın var.
- Ooo sən hələ məni
tanımırsan..
- Tanıdığıma məmnunam
deyə bilməyəcəyəm təəsüf.
- Yekə oğlansan xətrimə
dəyirsən, ayıb deyil, heç
olmasa üzümə demə.
- Yox heç də ayıb deyil. Ayıb
sizin ikinizə olsun ki, iki
böyük insan kimi danışa
bilmirsiniz belə oyunlar
oynayırsınız.
- Xoş gəldin ata...Şəhriyar
atam belə səndən daha gənc
ruhludur.
- Nə halınız varsa görün mən
Ülviyyənin yanına gedirəm.
- Ey hara? Sən mənim dostum
kimi yanımda olmalısan.
- Kim dedi ki, biz dostuq.
- Mən dedim. Deyib əlini
uzadan Kənana bezmiş halda
baxan Şəhriyar - günah sən
də deyile günah Ülviyyədədir
ki, Nərgizi özünə dost seçib.
Deyəndə Kənan qaşlarını
çatdı.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:08
- Eyy Nərgizimlə işin olmasın.
Qapının döyülməsi ilə Kənan
özünü cəld yatağa atdı.
Şəhriyara göz qaş edib
gözünü yumdu. Gələn Nərgiz
idi. Ülviyyə ona yaxınlaşanda
necə yalan deyəcəyini
düşünərkən, qormuşdu ki,
Nərgiz onun yalanının
tutacaq. Çünki onlar uşaqlıq
dostu idilər. Bir birilərini hər
halından nə baş verdiyini
anlayırdılar. Amma bu çətin
olmadı. Ülviyyə bir neçə
cümləni beynində toparlayıb
demək istəyəndə ağızndan
çıxan birinci kəlmədə nərgiz
özünü Xəstəxananın
dəhlizinə atdı. – Kənana
vurduğun sakitləşdirici
deyilmiş, Nədirsə onun halını
pis edib. Bu cümlə kifayət
etmişdi. Ülviyyə rahatlasa da
Nərgiz üçün qorxmuşdu. Onu
çoxdandır belə qorxan
görməmişdi. Palataya
girəndə Nərgiz yatağın
kənarına gəlib Kənana baxdı.
Üzü Kənana tərəf
olduğundan Şəhriyar və
ülviyyə onun gözlərini
dolduğunu görməmişdilər.
Ülviyyə isə Şəhriyara peşiman
şəkildə baxıb – indi
neynəyəcəyik deyə sual dolu
baxışlarını yönəltmişdi.
Şəhriyar isə ona çıxmağı
işarə etdi. Hər ikis palatadan
çıxmışdılar. Nərgiz yatağın
yanında diz çöküb səsszicə
ona baxırdı. Kənan gözləri
yumulu olduğundan Nərgizin
simasıı görə bilmirdi, amma
açmağa da qorxurdu. Nərgiz
ayıqdır o saatca başa düşər
deyə tərpənmədi. Amma
onun səssizliyi Kənanı lap
hövsələdən çıxardırdı. Nərgiz
isə qorxa qorxa pııçıltı ilə
Kənanı səslədi.
- Kənan..bağışla.. mən
istəyərək eləmədim nə olar
bağışla. Hönkürtü ilə
ağlamasına dözə bilməyib
gözlərini açdı. Nərgiz başı
aşağı əlləri üzündə ağlayırdı.
Yaxınlaşmaq istəsə də səbrini
sıxıb "yox, bu belə asan
olmamalıdır, çək cəzanı
Nərgiz xanım” deyə gözlərini
yenidən yumdu. Nərgiz isə
onun əlini tutub gözünü
silərək – Kənan nolar özünə
gəl.. Yalvarıram. Səsi tir tir
əsən Nərgiz o qədər
qorxmuşdu ki, əlləri də əsirdi.
Palataya girən tibb bacısı
anlayışlamayan dildə dərman
vurluduğunu Kənanın bu
dərmandan ömür boyu
yatağa məhkum qala
biləcəyini dedi. Nərgiz daha
da ağlayaraq dözməyib
otaqdan çıxdı. Ülviyyə onun
bu halına acıyaraq Şəhriyara
- Mən gedirəm hər şeyi
deyəm. Gör nə günə düşüb.
Ona rəvadır bu.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:10
- Dəymə.. qoy ikisi də ağlını
başına yığsın. Nərgiz
gözüaçıq qızdır Kənanın
yalan dediyin tutacaq.. onda
da vay Kənanın halına
Şəhriyarın telefon çalması ilə
söhbətləri kəsmiş oldu. Zəng
edən anası Şahnaz idi.
Şəhriyar bir az aralanıb
telefonu açdı.
- Oğlum haradasan, atan da
narahat olur artıq. Gecə gec
gəlib yatırsan biz oyanmamış
qaçırsan.
- Ana dedim axıdostum
xəstəxanadadır onun
yanındayam. Tək qoya
bilmərəm.
- Kimdir axı? Bəlkə biz də
gələk.
- Yox.. yox siz tanımırsınız.
Narahat olmayın, bu gün
çalışacağam tez gəlim.
Şəhriyar telefonu bağlayıb
Ülviyyənin yanına gəldi. Anası
onun yanında əyləşmişdi.
Onlara yaxınlaşanda isə
Gülnaz – oğlum neçə gündür
burada bizə görə avara
olmusan, get işinin gücünün
arxasına narahat olma, daha
yaxşıdır. Yəqin ki, bu gün bizi
də yanına buraxarlar.
- Yox, o nə sözdür. Mənim
yerim indi buradır. Deyib
əyləşən şəhriyara baxan
Gülnaz sevinməkdən daha
ççox təəssüf hissi keçirdirdi.
Həkim Kamal bəyin
palatasından çıxıb onlara
yaxınlaşaraq – Gözünüz
aydın daha xəstəmizə iynə
vurub yatırtmağa ehtiyax
yoxdur. Hər şey
qaydasındadır.
- Onu görə biləri..
- Hə əlbəttə, özü də artıq sizi
görmək istəyir, amma əvvəlcə
xahiş etdi birinizi çağırım
yanına. Gülnaz gözlərində
işıltı ilə palataya keçmək
istəyirdi ki, həkim onu
dayandırıb.- Yox Gülnaz
xanım. Sizinlə sonra
görüşəcək. Amma əvvəlcə bu
cavan oğlanı çağırır- deyə
Şəhriyara işarə etdi. Hər kəs
donmuş halda Şəhriyara
baxırdı. Elə şəhriyarda
qurumuşdu. Ülviyyəyə baxıb
"Hər şey yaxşı olacaq” baxışı
ilə ondan ayrılıb palataya
girdi. Kamal bəy ağır ağır
nəfəs alırdı. Şəhriyarı
görüncə üzündə təbəssümlə
ona əli ilə oturmağı işarə
etdi. Şəhriyar yavaşca əyləşib
baxışlarını yerə tikdi.
Ağlından min fikir keçdi.
Yəqin ki, qızından uzaqq
durmağı, ona
yaxınlaşmamağı buradan
getməyi xahiş edəcək.
Bunları eşidəcəyi təqdirdə nə
deyəcəyini bilmədən əllərini
sıxmağa başladı. Nə də olsa
qarşısında sağlam insan
dayanmırdı. Ürək xəstəsi,
sevdiyi qızın atası
dayanmışdı. Şəhriyar bu
düşüncələrə dalarkən Kamal
bəyin ona necə baxdığını
görmürdü. Kamal bəy
gülümsəyib səössizliyi pozdu.
- Oğlum, narahat olma. Bura
səni nə acılamağa, nə
danlamağa, nə də....nə də
qızımdan uzaq dayanmağı
deməyə çağırmamışam.
Şəhriyar onun bu sözünə
anidən başını qaldırıb
gülümsəməylə Kamal bəyin
üzünə baxdı.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:11
- Hə onu deməyəcəkdim.
Deyəcəyim başqa bir şeydir.
Amma aramızda qalacaq. Kişi
kimi ikimizin arasında
- Hə.. hə əlbəttə.
- Neçə vaxtdır burada məni
iynələrlə uyuşdursalarda hər
şeydən xəbərim var. Sənin
burda qızıma həyat
yoldaşıma dəstək
olmağından tutmuş hər
şeydən. Bu iynələr məni
halsızlaşdırıb. Çox danışa
bilməyəcəyəm. Sənin Ülviyyə
ilə vəziyyətin elədir ki, hər
adamın başına gəlməz. Nə
bilərdin ki, sevəöcəyin qızın
ailəsi ilə sənin ailən bir araya
gələ bilməz, gəlməməlidir.
Mən Ülviyyənin düzgün
addım atacağından əmin
idim. Bilirdim ki, o nə qərar
versə düzgün olan o olacaq.
Qızım məni seçdi. Atasının
qürurunu düşündü.
- Hə məni fəda etdi
- Səni yox. Sevgisini. Bunlar
ayrı şeydirlər. Sevgi ən
böyü2k hissdir. Bunu hər kəs
bilməz, hiss etməz. Heç onu
bilmək də lazım deyil, onu
hiss etmək lazımdır. Əgər
qızım sənin sevgini bilsəydi o
zaman ona unutmaq daha
asan olardı, amma o sənin
sevginin böyüklüyünü hiuss
etdiyi üçün günü gündən
gözümün önündə əridi getdi.
Əlimdən nə gəlirdi? Mən də o
anda qürurumu
düşünürdüm.
- Amma bu bizijm günahımız
deyil axı.
- Hə düzdür. Sizin günahınız
deyil. Amma özünü mənim
yerimə qoy. Düşün ki, bir
vaxtlar Ülviyyənin dəli kimi
sevdiyi bir adamla illər sonra
qohum olacaqsan, onunla üz
üzə gələcəksən. Hər ona
baxanda görəsən mənim
qadınım hələ də onu sevirmi
sualları ilə beynini
çürüdəcəksən. Asan deyil,
heç asan deyil
- Bəs indi? İndi necə olacaq?
Heç nə dəyişməyəcək
- Dəyişdi Şəhriyar, çox şey
dəyişdi.
- Necə?
- Icazənlə o mənə qalsın.
Amma bir tək kəlmə
deyəcəyəm, artıq mən həyat
yoldaşımdan zərrə qədər
şübhə etmirəm. Onun
qəlbindən xəbərdaram. Bu
mənə bəs edir, geri qalan hər
şey artıq bəhanədir.
- Yəni..icazə verirsiniz.
- Yox icazə vermirəm.. ... Xeyir
dua verirəm. Qızımı götür get
buralardan.
- Necə?
- Eşitdiyin. Mən Gülnazı yola
gətirərəm.
- O imkan verməsə Ülviyyə..
- Oğlum, dedim axı mən onu
yola gətirəcəyəm. Mənim də
özümə görə yollarım var...
deyib Kamal bəy əlin ilə
ürəyini göstərib – bu zəif
ürəyə kiminsə nəsə deməyə
əsas da Gülnazın nəsə
deməyə ürəyi gəlməz. Hər iksi
gülümsədi. Şəhriyar Kamal
bəyin əlini bərk bərk sıxıb –
çox sağolun.. çox çox
sağolun. Mənə indi dünyaları
verdiniz. Amma bunu edə
bilməyəcəyəm Mən Ülviyyəni
götürüb getmək istəmirəm.
Onu sizin evdən ağ gəlinliklə
çıxmasını istəyirəm. Sizin və
Gülnaz xanımı xeyir duasıyla.
- Oğlum sizin vəziyyətdə bu
mümkün deyil.
- Əsas siz mənə dəstək
odunuz, xeyir duanızı
verdiniz. Demək ki, geri qalan
hər şey düzələcək.
Kamal bəy gözləri dolmuş
halda – qızım çox şanslıdır
deyincə Şəhriyarın ona
cavabı onu daha da kövrəltdi.
- Əsl mən şanslıyam ki, onun
sevdiyi mənəm
Gülnazla Ülviyyə dəhlizdə
narahat halda əyləşərkən
kiminsöə təlaşlı halda
ağlayaraq onlara tərəf
gəldiyini gördü. Qadın hay
şüvənlə Kənanın yatdığı
palataya tərəf getdi.
Şəhriyardla atası haqqında
düşünən Ülviyyə Nərgizi və
Kənanı tamam unutmuşdu.
Nərgiz isə palıatada işdən
ağlayaraq Kənanın əlini bərk
bərk sıxıb öpürdü.
- Kənan nolar, yalvarıram, aç
gözünü və denən ki,
yaxşıyam. Nolar qalx ayağa..
mənə bunu yaşatma. Allahım
bunu mənə niyə edirsən.
Mənim heçmi xoşbəxt
olmağa haqqım yoxdur. Niyə
kimi sevirəm əlimdən alırsan
axı deyə üsyan edərkən
Kənan ürəyində "Vallah
nərgiz bircə sevdiyini mənə
də etriaf elə gözümü
açacağam söz.” Deyə
danışırdı. Palataya hay
şüvənlə girən qadın Kənanı
görüncə lap içini çəkib ona
tərəf qaçdı. Nərgiz qadına
baxıb geri çəkildi,
tanımadığından düşündü ki,
yəqijn anasıdır. Amma
Kamran bəyin həyat
yoldaşının dünyasını
dəyişdiyinidə bilirdi. Heç nə
anlamadan geri çəkilincə
Qadın nərgizə dönüb, bəs
deyirdilər eləcə dərman
vurulub yatır. Bu ki meyidə
oxşayır. Cannn Kənanım can..
İçəri daxil olan tibb bacısını
görüncə qadın onun
yaxasından yapışıb – qızım
noldu bu ayılmadı, mənə
dedilər ki, eləcə yatıb. Tibb
bacısı çaşqınlıqla bir qadına
bir Nərgizə bir də yataqda
uzanıan amma əzəzlələrinin
yığıldığı hiss olunan kənana
baxıb bilmədi ki, nə desin.
Düşündü ki, qadına da eyni
şeyi desin. Amma hər şey
tərsinə getdi. Qadın Kənana
vurulan iynənin öldürücü
təsirə malik olduğunu
eşidincə yerə sərildi. Kənan
artıq dözməyib qalxdı. Nərgiz
də qadını qaldırmağa
çalışdığından kənanın
yerindən durduğunu ilk əvvəl
fərqinə varmadı. Daha sonra
Kənanın – Sürəyya xala ayıl,
zarafatdır, vallah billah
zarafatdır, bax sağam. Sürəya
xala sözlərinə Nərgiz
çaşqınlıqla Kənan baxıb əli ilə
gözünü yaşını silərək – Nə
dedin sən? Zarafat? Sürəyya
xala.

[cavab]

pol Ayan01 25 May 2014 / 05:11
- Nərgiz hər şeyi izah
edəcəyəm, bircə kömək elə
onu qaldıraq. Tibb bacısı da
onlara kömək edərək qadını
ayıltdı. Kənan bütün bunların
zarafat olduğunu izah edincə
Sürəyya qəzəbli baxışlarla
ona baxırdı. Kənan yavaşca
başını döndərib Nərgizə -
Sən də bağışla sadəcə
istədim.. spzü ağznda qaldı.
Nərgizin silləsi onu susdurdu.
Palatadan çıxan Nərgizin
arxasınca baxan Kənan
qalxıb getmək istəyirdi ki,
daha bir sillə onu yerində
oturdu. Bu dəfə Sürəyya xala
vurmuşdu – Sürəyya xala sən
niyə?
- Sus, köpəyuşağı, mən boyda
arvadı aldadır. Əcəb oldu elə.
O qız az vurdu, mən olsaydım
eşşək su
- Eşşək sudan gələndə
gələcəyəm, amma indi
getməliyəm deyib onun
szünü ağıznda qoyan Kənan
cəld çıxıb dəhlizə qaçdı.
Ülviyyə Nərgizi dayandırmaq
istəsədə o ağlayaraq oradan
uzaqqlaşmışdı. Kənan
Ülviyyədən tez təpənərək
Nərgizi tutmuşdu.
- Nərgiz dinlə məni.
- Cəhənnəm ol gözüm
görməsin səni
- Nərgiz, bağışla mən sadəcə
istədim ki.
- Sən sadəcə uşaqlıq etdin.
Sən alçaqsan
- Eeeee bəsdir daha. Mənim
də səbrimin bir sərhəddi var
deyərək Nərgizi çiyninə alan
Kənan maşınına doğru
gedəcəkdi. Ülviyyə onları
görüb yaxınlaşmadı dayanıb
gülərək onları seyr edirdi. Və
birdən kiminsə nərgizi hikkə
ilə çağırması hamısını
susdurmuşdu
- Nərgiz!?
Kənan geri dönəndə
gördüyün qadını tanımadı.
Nərgizə - bu kimdir,
adaxlılarının anası? Deyə
soruşunca başını qaldıran
Nərgiz için çəkərək – hiiii
mama... deyuə bildi.
Kənan isə dodaq altında – bu
heç yaxşı olmadı, həm də heç
deyəbildi.
Ardı var

[cavab]

pol Ayan01 25 May 2014 / 05:13
Təsadüf yoxsa alın
yazısı (Bölüm 26)

[cavab]

← 1 ... 14 15 [16] 17 18 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1433 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az