Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
24 May 2014 / 22:12
Təsadüf yoxsa alın
yazısı (Bölüm 23)
[cavab]
Ayan01
24 May 2014 / 22:13
Artıq 24 saat keçmişdi, amma
Kamal bəyin vəziyyətində bir
dəyişiklik yox idi. Gülnaz
xanım palatanın ağızndan bir
dəqiqə belə olsun
ayrılmamışdı. Ülviyyə başını
şəhriyarın çiyninə Nərgiz isə
kənanın çiyninə qoymuş
yatmışdılar. Bütün gecə
ayaqda qaldıqlarından hər
kəs yuxulu idi. Bircə
Gülnazdan başqa. Bir an belə
gözünü qırpmamışdı. Kamalı
yataqda elə çarəsiz və gücsüz
görəndə içi parçalanırdı.
Bütün həyatı Kamalla tanış
olduqları gündən bu günə
kimi yaşadıqlarını xatırladı.
Nə qədər xoş anlar, xoşbəxt
günlər yaşayıbmış deyə
düşündü. Hələ ilk
tanışlıqlarında Kamal başqa
birini sevdiyini demişdi.
Kamal geri çəkiləcəyini deyib
getmiş, ailəsini razı salmışdı
ki, elçi gəlməsinlər. Daha
sonra, sən demə Gülnazı
gözdən qoymamış onun
haqqında araşdırmış və
bilmişdi ki, sevdiyindən
ayrılıb. Amma kimliyini
bilmirdi. Bilərək
öyrənməmişdi. Çünki bilsəydi
Gülnazın hər gün tökdqüyü
göz yaşına görə onu məhv
etmək istəyirdi. Sonra dost
kimi Gülnaza yaxınlaşdı. Ən
pis günlərində ona dəstək
oldu. Gülnazın böyük
sevgisinə rəğmən yenə də
ondan həyat yoldaşı olmasını,
övladlarını anası olmasını,
evinin qəlbinin tək sahibi
olmasını istəmişdi. Gülnaz
razılaşmışdı. Amma Kamal
bilirdi ki, sevmir. Söz vermişdi
zamanla özünü sevdirəcəkdi.
Amma Kamal heç vaxt
bilmədi ki, Gülnaza verdiyi
sözü tutdumu. Çünki heç vaxt
onun dilindən bu kəlməni
eşitməmişdi. Əslində eşitmək
də vacib deyildi. Hərəkətlər
bəlli edir sevgini. Gülnazdan
görmüşdümü, hə əslində
görmüşdü. Gülnaz sevgi dolu
bir qız idi. Hər kəsə gülərüz
davranar, heç kimin xətrinə
dəyməzdi. Ülviyyə də eynən
onu kimi idi. Kamal da ən çox
Gülnazın bu xasiyyətinə
vurğun idi. Heç nəyə
baxmayaraq gülümsəyər, öz
istiliyi ilə onun qəlbini də
isidərdi. Gözlədi.. çox gözlədi
ki, Gülnaz səlim barədə
danışsın və onu unutduğunu
desin. Amma olmadı. Indi bu
gün çarəsizcə uzun zamandır
qəlbinə atdığı dərdləri
daşmış ürəyini çatlatmışdı.
Ayılmaq istəmirdi. Oyanıb
yenidən sevdiyi qadının
gözlərində keçmişin kədərini
görmək istəmirdi. ətrafda
baş verənlərdən xəbərdar
lakin yuxulu idi. Yuxu rahat
idi indi ona. Həkim otağın
qarşısına gəlib Gülnaz xanımı
yerdə qapının ağıznda
əyləşən görüncə dözməyərək
– özünüzü həlak elədiniz.
Sizin belə olmağınızla o
sağalan deyil. Əksinə ona
dəstək olmaq üçün gərək siz
də güclü olasınız.
[cavab]
Ayan01
24 May 2014 / 22:14
- Niyə oyanmır? Niyə reaksiya
vemrir.? Məndən heç nə
gizlətməyin xahiş edirəm.
- Narahat olmayın,
yatızdırırıq. Indi ona ən az
lazım olan şey stresdir. Bir az
sakitləşməlidir. Təhlükə keçib.
- Onda niyə qoymursunuz
keçim içəri?
- Baxın xanım, təhlükə
sovuşub, amma hər an hər
şey ola bilər. Dediyim kimi
stressdən uzaq dayanmalıdır.
- Söz verirəm, heç nə
deməyəcəyəm. Sadəcə yanına
girib çıxacağam, xahiş
edirəm. 5 dəqiqəlik mənə
bəsdir
Həkim etriaz etmək istəsə də
Gülnazın şişmiş gözlərini
görüncə, göz yaşının
yanağından necə
süzüldüyünü görüncə dözə
bilməyib. – 3 dəqiqədən artıq
olmaz deyib qapını açıb
onunnla içəri keçdi. Ülviyyəni
oyatmadan Gülnaz içəri
keçdi. Kamalın iri bədənini
yatağa çökmüş, aparatlara
bağlı vəziyyətdə görmək ona
çox ağır gəldi. Yavaşca
yanında diz çöküb əlini
ovcuna aldı. Hərbçi
olduğundan iri cüssəli Kamal
bəyin bir əli Gülnazın iki əlinə
ancaq sığırdı. Həkim yenə də
çox qalmamağı tapşırıb çölə
çıxdı. Gülnaz Kamal bəyin
əllərini öpür yanağına
sürtürdü. Göz yaşları Kamalın
ovcuna düşürdü. Heç bir
reaksiya verməsə də əlsində
hiss edirdi. Bilirdi ki,
Gülnazdır yanında olan.
Gülnaz səsini çıxartmaq
istəməsə də yavaşca
danışmağa başladı.
- Kamalım.. canım.. məni
qoyub getməyi ağlından belə
keçirtmə. Inan mənə ardınca
gələr orada da yaxandan
yapışaram. Deyib özü
gülümsədi. Yenidən əlini
öpərək – evimin dirəyi, sənsiz
mən heçnəyəm. Heç nə.
Bilirəm gecikmişəm bu
sözləri sənə deməkdə. Həm
də çox.. Bağışla məni. Amma
gec də olsa deyəcəyəm. Mən
illərin kinini saxladım
ürəyimdə. Halbuki orada
sənin sevgin məskən
saldığından bixəbər idim. Sən
söz vermişdin yadında?
Demişdin nə olur olsun sən
sevəcəksən, özünü
sevdirəcəksən. Demişdin
sənin sevgin ikimizə bəs
edər. Mən buna güvənidm
Kamal. Elə bilmə səni
sevmədim. Sevdim, həm də
çox.. sən mənim həyatımın
yoldaşı oldun. Bundan o
tərəfi yoxdur Kamal. Sən
sözünü tutdun, özünü
sevdirə bildin. Məni bağışla,
bağışla deyərək əlini öpüb
ağlamağa başladı. Hıçqırıq
içində bağışla deyə deyə
yanağını Kamalın əlinə
sürtürdü. Həkim qapını açıb –
vaxtdır. Deyincə Gülnaz
getmək istəyirdi ki,
Aparatdan gələn qırıq qırıq
səs artıq uzun uzadı siqnalla
əvəzlənmişdi. Kamal bəyin
ürəyi dayanmışdı. Gülnaz
həm həkimə həm də Kamala
baxır nə deyəcəyini bilmirdi.
Həkim onu qolundan tutaraq
çölə çıxarıb tibb bacılarını
çağırdı. Qışqırığa oyanan
qızlar və oğlanlar Gülnazın
hayqırtısından başa düşdülər
ki nəsə olub. Gülnaz dəhlizdə
- Kamal! Deyə qışqırır, Ülviyyə
onu bərk bərk qucaqlayıb
ağlayırdı. Huşunu itirdiyindən
xəbəri 9olmadı ki, sonra nə
oldu. Ayılanda palatada idi.
Şəhriyarı başının ucunda
görüb yerindən sıçrayaraq –
Kamal. Deyincə Şəhriyar onu
sakitləşdirib – qorxmayın,
hər şey qaydasındadır. Ayılıb.
- Onu görməliyəm.
- Yox indi olmaz. Siz özünüz
yaxşı deyilsiniz. Həkim sizə də
istirahət deyib.
- Oğlum qurban olum icazə
ver durum onu görməliyəm.
Gülnazın mehriban şəkildə
"oğlum ” deməsi onun bu
qadına olan kinini azaltmışdı.
Indi hal hazırda o qədər
məsum görünürdü ki,
Şəhriyar qarşısında
Ülviyyənin anasını yox sevən
bir qadını görürdü. Ülviyyə
anasına çox oxşadığından
baxışlardakı sevgini
görməmək mümükün deyildi.
Şəhriyar eyni mehribanlıqla –
xahiş edirəm bir az dincəlin
sonra. Kamal bəy indi yatır.
Ayılıb. Aparatdan ayırıblar
onu. Ayılan kimi də ilk sizi
çağırıb. O da sizi görmək
üçün aləmi qatıb orada bir
birinə .güclə sakitləşdiriblər.
Gülnaza elə bil dünyanı bəxş
etmişdilər. Şəhriyarın bu
sözünə yerindən qalxıb onu
qucaqladı. Sevincinin həddi
hüdudu yox idi. Elə bil indi
ona ikinci həyatı vermişdilər.
Hər şeyi yenidən başlamaq
üçün. Qəlbindəki kinininə də
siləcəkdi. Söz vermişdi özünə.
Yalnız sevgi ilə, Kamalın
sevgisi ilə dolduracaqdı.ə
Gecikmişdi, amma daha da
gec olmadan eləmək istəyirdi.
Ülviyyə palataya daxil olarkən
onları bu vəziyyətdə görüb
təəcübləndi. Nərgiz də onun
ardında olduğundan onun
səsi ülviyyəni ayıltdı.
- Anana deyəsən dərm
[cavab]
Ayan01
24 May 2014 / 22:15
Anana deyəsən dərmanın
dozunu çox vurublar Kamal
bəylə şəhriyarı səhv salıb
deyə pıçıldadı. Kənan onun
yanında idi bu sözünə onu
çimdikləyib – dilini dinc saxla,
heç olmasa burda dinmə
deyincə. Nərgiz əli ilə qolunu
ovxalayıb Kənan öldürücü
baxış atıb yenidən
danışacaqdı ki, kənan onu
bayıra çıxartdı. Ülviyyə də
palatada onların yanına gəldi.
Anası onu görüncə
Şəhriyardan ayrılıb – qızım
deyə mərhəmətli baxışları ilə
Ülviyyəyə baxdı. O baxışlarda
bağışlanmaq üçün yalvarışlar
var idi. Hər ikisinin gözünün
içinə baxır qucağını açıb
Ülviyyəni çağırırdı. Ülviyyə
anasını bərk bərk qucaqlayıb
ağlamağa başladı. Bu baş
verənlərdən sonra göz yaşları
qalmaz deyə düşünmüşdü,
amma sanki illərdir
ağlamırlarmış kimi ana qız
özlərini göz yaşlarına
buraxmışdılar.
Kənanla nərgiz isə dəhlizdə
didişməyə davam edirdilər.
Nərgizin bütün tərsliyi və
kobudluğu yenə üstündə idi.
- Sən nə haqla mənə
toxunursan. Qolumu
göyərtdin bütün
- Sən nə vaxt düzgün
danışacaqsan. Qız nə hayda
sən nə hayda
- Allah Allah qayğıkeş olub
mənim üçün. O mənə daha
yaxındır məndən çox
düşünəcəksən onu. 3 gündür
tanıyırsan.
- Insanların biri birinə yaxın
olması uzun zaman lazım
deyil. 3 saat hətta 3 dəqiqə
belə bəs edər. Kənan bu
cümləsini elə həlimliklə və
romantik şəkildə dedi ki,
Nərgiz geri addımlayıb nə
deyəcəyini bilmədən söz
axtarırdı ki, Kənan onun bu
halına gülüb – axtarma..
qurban olum bu dəfə də sus
cavab axtarma. Xahiş edirəm.
İnan mənə susanda o qədər
gözəl olursan ki.
- Sən yenə mənə çirkin dedin.
- Aydaaaa bilirdimee belə
olacaq. Ona görə dedim də
sus.
- Neyləyək Kənan bəy, mən də
beləyəm.
- Xeyr sən əslində çox sakit,
məsum birisən. Sən əslində
qorxursan ki, incinərsən.
Qorxursan ki, yenidən səni
incidərlər və ona görə də kim
nə xoş söz desə o saatca
acılayırsan. Bağlanmaqdan
qorxursan.. Sevməkdən
qorxursan. Sözlərini get gedə
pıçıltı ilə deyərək Nərgizə
yaxınlaşan Kənan ondan
cavab gözləsə də Nərgiz bu
dəfə susmuş ağzı açıq halda
Kənana baxırdı.
- Düz dedim Nərgiz xanım?
Sevməkdən qorxursan sən.
- Yox niyəki sənin kimi mən
də sevirəm. Kənan bunu
gözləmirdi. Gözləri bərəlmiş
halda Nərgizə baxıb. –
bilirdime deyəcəksən, amma
bu tezliklə gözləmirdim. Hə
mən də sevirəm. Həm də çox..
dəli kimi
- Mən də onu deyirəm də
mən də sənin kimi sevirəm.
Sən necə Sürəyyanı mən də
elə Etibarı.
- Nə?! Nə Etibar?!
- Nə yox. Kim. Mən Sürəyyaya
nə deyirəm?
- Ay qız Sürəyyanın bura nə
dəxli? Hələ Etibarı demirəm.
- Necə yəni nə dəxli. Çox dəxli
var. Telefonda ədəbsiz
ədəbsiz sözlər deyən mən
deyildim.
[cavab]
Ayan01
24 May 2014 / 22:16
- Nə ədəbsiz. Sevirəm sözü nə
vaxtdan ədəbsiz olub?
- Eee Kənan çəkil qarşımdan
get Sürəyyanın yanına. Mən
də sevgilimə zəng vurum.
- Nərgiz! Kənan onun qolunu
yenə bərk tutub özünə tərəf
çəkdi.
- Dəlisən burax. Qolum çıxdı?
- Mənə yalan danışma.
- Nə yalanı, burax qolumu.
Qolumun göyərdiyini görsə
səni o dünyalıq edər xəbərin
olsun. .
- Nərgiz məni cinləndirmə nə
sevgili.. Kənan nərgizin
qolunu daha da sıxdı.
Ağrıdan qıvrılan Nərgiz
qışqırınca ətrafdakılar onun
köməyinə gəlmək istədi.
Kənanın qəzəbli baxışlarını
görüb heç kim cəsarət
etmədi. Nərgiz onun əlindən
çıxmaq üçün nə qədər
çabalasa da alınmırdı. Kənanı
heç vaxt belə görməmişdi.
Çox qorxdu və özündən asılı
olmadan əlini atıb gələn tibb
bacısının məcməyisindən
iynəni götürün ona batırdı.
Kənan heç bir reaksiya
verməyincə içində olan
dərmanı da onun bədəninə
yeritmiş oldu. Tibb bacısı
qışqırsa da heç biri ona
qulaq asmırdı. Kənan yavaş
yavaş Nərgizin qolunu
buraxırdı. Və birdən üzündə
qəribə bir gülümsəməylə
yerə yıxıldı. Nərgiz şok
vəziyyətində ona baxıb
sadəcə – Allahım mən
neynədim. Onu öldürdüm.
Deyə bildi.
Ardı var
[cavab]
Ayan01
24 May 2014 / 22:19
Təsadüf yoxsa alın
yazısı (Bölüm 24)
[cavab]
Ayan01
24 May 2014 / 22:20
Şəhriyar Ülviyyə ilə yenidən
kənarda dayanıb gülməmək
üçün özlərini güclə
saxlayırdılar. Gülüş hədəfləri
isə Nərgiz idi. Nərgiz onlara
baxıb – Adam orda can
versin siz burda gülün
deyincə ikisi də özünü
toparlamağa çalışdı. Şəhriyar
Bu xəstəxanada yatmayan bir
mən qaldım deyincə Ülviyyə
ona tərəf dönərək – Allah
eləməsin elə demə deyə
onun yanağını sığalladı.
Şəhriyar isə onun əlini tutub
öpdü. Bu səhnəni görən
Nərgiz – vicdansızlar burda
vicdan əzabından az qala
öləcək biri vareee. Sevginiz
indiyə qaldı?
- Nərgiz özün günahkarsan.
Bəxtin gətirib ki, sadəcə
sakitləşdirici idi. Ya birdən
başqa dərman olsaydı.
Birdən doğrudan da nəsə
olsaydı.
- Eee Ülü yaxşıda, onsuzda
ürəyim partlayacaq burda.
- Öl elə.
- Ülü..
- Yaxşı çox üstünə getmə.
Görmürsən o da pisdir.
- Pis deyil, sadəcə növbəti
dəcəlliyinin günahını çəkir.
Bir az böyümək lazımdır
Nərgiz xanım.
- Şəhriyar ona denən də.. indi
ağlayacağam.
- Nərgiz, bağışla, amma
Ülviyyə haqlıdır. Bu dəfə çox
ağ oldu. Həqiqətən bəxtin
gətirdi.
- Onun məni necə
tutduğundan xəbəriniz var,
qoluma baxın gömgöydür.
Nərgizin qolu doğrudan da
göyərmiş və qızarmışdı.
Ülviyyə ona baxıb – bu nədir?
Əli qırılmasın. Deyincə nərgiz
dodaqlarının büzüb -
Görürsən deyərək əzilib
büzülməyə başladı.
Şəhriyarda yaxınlaşıb baxınca
- Allah bilir nə demisən ki,
belə eləyib.
- Bu nədire hamınız onun
tərəfini tutursunuz. Bəs mən?
- Sənin tərəfini tutacaq bir
şey göstər? O boyda oğlan
palatada xor xor yatır.
Ülviyyənin bu sözündən
sonra gələn Gülnaz xanım –
Nə olub burda, necə oldu
oğlan deyə soruşdu. Ülviyyə
yaxşı olduğunu deyib atasını
soruşdu. Kamal bəy də yaxşı
idi, amma onu da
yatızdırırdılar ki, bir müddət
sakit qalsın. Ona görə hələ
heç biri onunla danışa
bilməmişdi. Eləcə ayıq olanda
sakitcə baş çəkib çıxırdılar.
Nərgiz kor peşiman
oturacaqda oturub fikrə
getmişdi. Düşünüdü ki,
doğrudan da bu dəfə ağ
elədi. Bu dərman başqa bir
şey də ola bilərdi. Fikirləşdi ki,
deyəsən Kənan bu dəfə o
üzrxahlıq etməlidir. Yanında
çalan telefon səsi onu
fikrindən ayırdı. Zəng edən
adı görüncə - öl elə orada,
səndən üzr istəyən sənin
kimi olsun. Gərək həşərat
öldürcü iynə olardı vurardım
canım qurtarardı deyib ayağa
qalxdı. Ülviyyə onu eşidib
telefona yaxınlşadı. Zən g
edən nömrənin üstündə
"Sürəyyam” yazılmışdı.
Ülviyyə başa düşdü ki, Nərgiz
qısqanıb. Başına gələnlər
üzündən onunla maraqlana
bilməmiş kənanla
münasibətləri nə həddə
çatmışdı bilmirdi. Zəng
kəsilincə Şəhriyar ülviyyəyə
yaxınlaşıb nə olduğunu
soruşdu.
[cavab]
Ayan01
24 May 2014 / 22:21
Kənana "Sürəyyam” deyə bir
addan zəng gəldi. Artıq
neçənci zəngidir. Nərgiz
görüncə rəsmən dəli oldu.
- O da sevir, amma xəbəri
yoxdur.
- Necə o da sevir?
- Sənin xəbəri yoxdur. Bunlar
ikisi bir birini dəli kimi sevir,
amma hələ heç biri dilinə
gətirə bilmir. Yazıq Kənan
neçə dəfə cəhd edib, amma
alınmayıb.
- Nə vaxt? Harda? Mənim niyə
xəbərim yoxdur. Və ən əsası
sən haradan bilirsən?
- Kənan danışmışdı.
- Siz Kənanla görüşmüdünüz
ki?
- Hə səni qaçırmaq planının
quranda arada danışmışdı
- Nə?!
Şəhriyar özü də anidən
dediyi sözün fərqinə sonra
vardı. Xəstəxanada ara
qarışıq olduğundan vaxt
tapıb olanları, onun və
Kənanın hava limanında necə
olduğnu danışmamışdı. Hər
şeyi danışdıqdan sonra ikisi
də susdular.
- Şəhriyar, bu, bu
çox...bilmirəm nə deyim. Söz
tapa bilmirəm sənə. Yaxşı ki,
heç nə olmadı. Əgər atam bu
olacaqlardan sonra infarkt
olsaydı nə səni ömür boyu
bağışlaya bilərdim nə özümü.
- Bağışla, amma elə çarəsiz
idim ki, mənə səni vəd
edənin hər sözünə balaca
uşaq kimi qulaq asmağa
hazır idim.
- Hələ mən nərgizə sənə
deməməyi tapşırmışdım.
- Nərgiz deməyib. Kənandan
gedəcəyini eşitmişdim.
- O ikisi dəlidir sənə nə olub?
- Məni də sən dəli eləmisən.
Şəhriyar əlinin tərsi ilə
Ülviyyənin yanağına sığal
çəkdi. Ülviyyə əslində
hirslənmişdi, amma bu anda
bütün qəzəbi yox oldu.
- Yaxşı indi neynəyəcəyik.
Ülviyyənin bu sualına
Şəhriyar da nə cavab
verəcəyini bilmədi. Onu ən
çox üzən Ülviyyənin yanında
çarəsiz qalması idi. Amma
zəif ola bilməzdi, olmamalıydı.
Madəm ki, artıq Ülviyyəsi
getmədi və onun yanındadır
nə bahasına olur olsun hər
şeyi yoluna qoyacaqdı.
Ülviyyəyə baxıb – olmadı
qaçırdacağam deyib
burnundan öpdü.
- Shhh. Anam burdadır,
görər. Həm nə qaçırtmaq. Nə
dir yoxsa Kənanla nərgizə
baş qoşacaqsan.. Ülviyyənin
sözünü Kənanın çalan
telefonu kəsdi. Yenə ekranda
Sürəyyam adlı şəxs idi zəng
edən. Ülviyyə ətrafa boylanıb
nərgizi görməyincə - Şəhriyar
dayanmadan zəng edirlər,
açsaq ayıb olmaz. Bəlkə
doğrudan narahat olur.
Bayaqdan zəng edir.
- Açıb nə deyəcəyik? Zəng
kəsilincə ikisi də oturacağa
söykəndilər yenə telefon
çalınca Ülviyyə dözməyib
açdı. Nərgiz isə
xəstəxananınhəyətində o
tərəfə bu tərəfə gedi gələrək
– Günah sən də deyile
məndədir. Adam sandım,
Amma yox harada??? Vüsalın
tayısan. Hələ utanmadan
mənə...eee nə isə...
oturacaqda oturub qollarını
qoynuna yığdı. Anasının
telefon zənginə diksinib açıb
danışdı. Xəstəxanaya gəlmək
üçün zəng vurmuşdu. Nə
lazım olduğunu soruşub
gətirmək üçün. Kənan isə
palatada gözlərini yavaş
yavaş açırdı. Artıq 3 saat idi
ki, yatırdı. Ayılınca ilk əvvəl elə
bildi evində yatağındadır.
Gözünü yumub gərnəşərək
yataqda o biri təfə keçmək
üçün dönəcəkdi ki, yerə
sərildi. Bağırtısına Şəhriyar və
Ülviyyə içəri qaçdı. Onu yerdə
görüncə hər ikisi qorxdu,
amma Kənan başını qaldırıb
– Hamısını eləyə o balaca
cadugərdir.
[cavab]
Ayan01
24 May 2014 / 22:23
. Sözünə
gülüməyə başladılar. Ona
kömək edərək yerdən
qaldırıb otuzdurdular. Kənan
həm yuxunun keyliyindən
həm də daş yerə dəydiyindən
ağrıdığı üçün sızıldayırdı.
Qolunu tərpətdikcə - bu qızı
məhkəməyə verib özümdən
ən azı 10 metr
uzaqlaşdıracağam deyincə
Ülviyyə - özünsən günhakar,
qolunu nə günə qoymusan
xəbərin var? Yazıq əllərini
bilmir necə gizlətsin ki,
göyərtilər görünməsin.
- Ülviyyə haqlıdır Kənan. Bu
dəfə doğrudan ağ eləmisən.
Qızı döyərdində ta.
- Mənə utanmadan
sevgilisndən danışanda belə
olacağını bilməliydi.
Qızarmadan üzümə sevgilimi
sevirəm deyir. Abırsız.
- Nə sevgilisi? Onun sevgilisi
yoxdur.
- Etibarı gözümə soxurdu az
qala. Ülviyyə onun bu sözünə
gülərək – Etibar onun əmisi
oğludur. Düzdür Nərgizə
qarşı hissləri var, amma
Nərgiz ona qardaşdan başqa
gözlə baxmayıb və baxmaz
da.
- Kənan göz altı Ülviyyəyə
baxıb onun mmimikasına
baxdı. – Doğrudan
- Hə. Mən də tanıyıram Etibarı.
Yaxşı oğlandır. Şəhriyar
qabağa gələrək Ülviyyəyə
baxıb
- Çox yaxşı oğlandır? Deyə
soruşunc Ülviyyə onaq
baxmadan – Hə adamın Allahı
var çox yaxşıdır. Sonra
Şəhriyara baxınca başa
düşdü ki, Etibarı tərifləmək
ona qalmayıb. Və birdən
sözünə davam edərək. –
Amannn... Allah yiyəsinə
qismət eləsin. Neyniyək ki,
indi yaxşıdır yaxşıdırda.
Sizdən yaxşı olmasın. Yəni
qardaşçım olsun.. Nə isə mən
gedim Nərgizə baxım deyə
palatadan çıxmaq istəyincə
Kənan onu səsləyərək geri
çağırdı. Ülviyyə baxışlarını
Şəhriyara yönəltmədən
çəkinə çəkinə Ülviyyə Kənana
doğru döndü.
- Dəqiq onun sevgilisi deyil?
- Hə də.. Əmisi oğludur dedim
axı. Ülviyyənin ehtiyyat
etdiyinı görüb Şəhriyara
baxan Kənan onun da
qısqanc baxışlarla Ülviyyəni
süzdüyünü gördü.
- Bəsdirin, qısqanacaq biri
varsa o da mənəm burada.
Ülviyyə səni sevir Şəhriyar
ona lazımdır o Etibarmış
İnammış. Siz əsl mənə kömək
edin. Mən bu nərgizi necə
yola gətirim. Axırıncı
fəsadından sonra əslində
ondan uzaq qaçmalıyam,
amma neynim ki, tam özümə
uyğun bir dəlini tapmışam.
- Neynəmək istəyirsən?
deyərək Şəhriyar pəncərəyə
tərəf getdi.
- Bilmirəm. Hələ ağlıma bir
şey gəlmir, amma onu
saxlaya bilməsəm doğrudan
axırda məni öldürəcək. O
iynə başqa bir dərman da ola
bilərdi.. Birdən Kənan ağlına
fikir gəlmiş kimi üzü güldü. –
iynə, əlbəttə... niyə ağlıma
gəlmirdi ki, bu..
Şəhriyar və Ülviyyə ona heç
nə anlamamış kimi baxırdılar.
Kənan ağlındakıları danışıb
hər ikisindən kömək istədi.
Ülviyyə əvvəlcə etiraz etdi. –
yox məni qatmayın bu işə,
Nərgiz məni bağışlamayacaq.
Bağışla Kənan, amma olmaz.
Hər halda Nərgiz mənə daha
yaxındır nəinki sən.
- Yaxşı da Ülviyyə. Kiçik bir
dərs verəcəyəm, həm
sevdiyini etiraf edər mən də
bilərəm doğrudan sevir ya
yox.
- Bilm
[cavab]
Ayan01
24 May 2014 / 22:23
- Bilmək istəyirsənsə mən
öyrənib deyərəm, amma bu
yolla olmaz.
- Yox mənə lazımdır özü, öz
dili ilə etiraf etsin.
- Amma Kənan.
- Ülviyyə qorxma heç nə
olmaz. Həm özün deyirdin ki,
Nərgiz uşaqlığını atmalıdır.
Bəlkə bu yolla qorxar və bir
daha ağlına gələn hər şeyi
eləməz.
- Şəhriyar başa düşmürsünüz
o olduqca həssasdır. Bu ona
doğrudan pis təsir edə bilər.
Mən bu oyunda yoxam.
Kənan təəsüflənib – yaxşı
onda heç olmasa bu plandan
ona danışma. Hər şey mənim
boynuma. Vaxtımız azdır
onsuzda. Ülviyyə xahiş
edirəm. İnan mənə bundan
sonra onu incitsəm mənim
boynumu vurarsan.
- Söz ver ki, bir də belə oyun
oynamayacaqsan
- Söz söz söz.
- Yaxşı. Gedim onu çağırım..
Offf Kənan.
- Çox sağol Ülviyyə. Ülviyyə
otaqdan çıxınca Kənan
Şəhriyara dönərək plannı
gerçəkləşdirmək üçün onda
da kömək istədi. Şəhriyar
mənə təcili bir dərman tap
öldürücü olsun.
- Nə?!
Bu gün 2 bölüm olacaq
xanımlar narahat olmayın
Ardı var
[cavab]
Bölmeye qayıt