Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol Ayan01 24 May 2014 / 21:43
Nə qədər müddətə orada
dayanmışdılar bilmirdilər.
Amma telefonlarına gələn
zənglərdən bəlli idi ki, uzun
müddətdir. Hər ikisi səssizə
aldıqlarından nə gələn
zənglərdən xəbərdar idilər
nə smslərdən. Heç onları bu
maraqlamdırmırdılar da.
Yavaş -yavaş hava qaralırdı
deyə buralarda nadir
rastlanan səslərdə çəkilirdi.
Ülviyyə yavaşca başnı çevirib
Şəhriyara baxdı. Günlərdir
onu yaxından görmürdü.
Dəhşətli dərəcədə darıxmışdı.
Onun baxışlarını, səsini,
gülüşünü. Isiti nəfəsini
duymaq istəyirdi, ona
toxunmasını əlləri ilə saçını
sığallamasını ist6əyirdi.
Şəhriyarsa buz heykəl kimi
dayanıb əlində siqaret qarşı
tərəfdəki təpəyə baxırdı
- Siqaret çəkdiyini bilmirdim.
Ülviyyə astaca dediyi bu söz
ortadakı səssizliyi pozdu.
- Çəkmirdim.
- Sağlığa zərərlidir.
- Ölsəm də bundan olmaz,
narahat olma.
- Ölümdən danışma xahiş
edirəm. Bayaq göndərdiyin..
- Niyə qaçdın?
- Mən qaçmadım.
- Qaçdın Ülviyyə, qaçdın. Nə
məni düşündün nə aramızda
olan bağı. Qorxdun sən.
- Xahiş edirəm Şəhriyar belə
danışma. Şəhriyar əlindəki
siqareti tullayıb Ülviyyəyə
tərəf döndü, ona doğru
addımlayıb lap yaxınında
dayandı. Nəfəsində siqaretin
qoxusu hələ qalmışdı.
Ülviyyənin gözlərinin içinə
baxaraq – sevsəydin belə
eləməzdin.
- Şəhriyar xahiş edirəm
danışma belə. Şəhriyar
dodaqlarını onun alnına
dayayaraq kiçik bir öpüş
qondurdu. – denən ki,
sevmirəm. Denən ki, səni
istəmirəm çıx get. Mən əl
çəkəcəyəm bir dəfəlik söz
verirəm.
- Ülviyyə titrəyərək bərk bərk
Şəhriyarı qucaqladı. Özü də
qorxdu. Demək istəsə də
Şəhriyarın çıxıb gedərəm
sözü ona bir sillə kimi
dəymişdi. Halbuki özü bir
neçə saat qabaq getmək
üçün hazırlaşırdı.- şəhriyar
da onu qucaqlmışdı.
Ülviyyənin ağlamaqdan
tutulan burnunu çəkməsi
səsindən başqa heç bir səs
yox idi ətrafda.
- Şəhriyar
- Ay can.
- Bağışla məni, nolar bağışla.
- Sshhh sakit, burda nə sənin
günahın var nə mənim.
- Mən.. mən eləyə
bilməyəcəyəm. Səni sevirəm..
həm də canımdan çox, amma
atam.. Şəhriyar bağışla, amma
bunu ona edə bilmərəm.
- Mənə bax.. başını qaldır və
mənə bax. Ülviyyə başını
onun sinəsinə dayadığından
yüngülcə başını qaldırıb
Şəhriyara baxdı.
- Sənə demədim ki, mənə
güvən hər şeyi yoluna
qoyacağam.
- Şəhriyar...
- Sənsə eşidən kimi hər şeyi
qaçdın. Bax halımıza. Səncə
bu yaxşı çıxış yoludur?
- Başqa çarəm yoxdur
anlamırsan! Ülviyyə ondan
ayrılaraq kənara çəkildi.
Şəhriyar isə lap qəzəblənib
qışqırmağa başladı.
- Sən anlamırsan. Anlamaq
istəmirsən ki, mən sənsiz
qala bilmərəm. Mənim də
valideynlərim mənə əzizdir.
Amma olmur. Sənsiz bir
dəqiqə belə qala bilmirəm.
Indi mən neynim yaxşı.
Ülviyyə dönüb yenidən
şəhriyarı bərk bərk
qucaqlayıb hönkürməyə
başladı. Şəhriyar dözməyib
onu öpüncə ağlamağını
kəsmiş oldu. -Əgər hə desən
sadəcə bircə hə desən
dünyanı qarşına sərərəm.
Sən təki qaçma və mənə
güvən.

[cavab]

pol Ayan01 24 May 2014 / 21:44
Yox. Yox... atamın ürəyi
buna dözməz. Özünə xəyanət
edildiyini düşünəcək. Sən
mənim yerimə də qoy özünü
nolar yalvarıram. Məni də
başa düş. Elə bilirsən səni
sevmirəm. Sənə olan sevgim
sənin sevgindən zərrə qədər
belə əksik deyil. Amma olmaz.
Bağışla...bağışla Şəhriyar.
- Ülviyyə dayan Ülviyyə!
Ülviyyə!
Ülviyyə ağlaya ağlaya yola
tərəf gələrək qaçmağa
başladı. Ətrafda iz toz
olmadığından çaş baş halda
hara gedəcəyini düşündü.
Şəhriyar ona çatanda
qolunda bərk tutub – axırıncı
dəfə olsun ki, sözünü deyib
qaçırsan. Bu artıq ikincidir.
- Burax qolumu incidirsən.
- Təki inciyən qol olsun..
bunu deyərək onu maşına
tərəf aparan Şəhriyar zorla
maşına saldı. Ülviyyə artıq
müqavimət göstərmirdi.
Sakitcə maşında əyləşmiş
başını yana çevirmişdi.
Şəhriyar maşını elə sürətli
sürürdü ki, Ülviyyə narahat
olmağa başlamışdı. Indi
sürətlə sürdüyünə görə yox,
onu evə qoyandan sonra
eyni sürətlə hətta daha artıq
sürətlə gedəcəyindən
qorxduğu üçün. Şəhriyar heç
nə demədən onu evinin
qarşısına gətirib, maşını
anidən saxladı.
- Get , bir də düşün. Gör bu
elədiklərin bizə rəvadır? Gör
keçmişin bədəlini bizə
ödətdirməyə haqqın var? Düş
get.
Ülviyyə ehmlaca maşından
düşdü ,amma yenə də
narahat idi. Şəhriyar yüksək
sürətlə qaza basınca maşın o
andaca gözdən itdi. Ülviyyə
təlaşlı halda əlini telefonuna
atdı. Saysız hesabsız yüzlərlə
zəng gəlmişdi. Evdəkilər və
Nərgiz. Tez Nərgizə yığdı.
- Başın xarab olub sənin,
haradasan bu zəhrimarı niyə
götürmürsən. Anan atan dəli
oldu ki, özünə nəsə eləmisən
- Nərgiz kömək elə
- Nə olub
- Şəhriyar, şəhriyar maşını
çox pis sürür qorxuram ki,
qəzaya düşər. Onu
saxlamalıyıq.
- Dayan bir dəq.. sən
onunlaydın.
- Nərgiz vaxt yoxdur.. indi bir
şey düşün.
- Qışqırma. Panikaya salma
məni.. yüksəsk sürət.... yüksək
sürət.. maşın... tapdım... vallah
billah tapdım. Indi mən sənə
yığacağam. Telefonu yerinə
qoyan kimi Nərgiz yenidən
nömər yığdı.
- Alo.. salam Etibar. Bilirəm
incimisən, inan mənə nə
qədər istəsən o qədər
üzrxahlıq edərəm, amma indi
köməyinə ehtiyacım var.
Etibar sonra danlayarsan...
indi təcilidir xahiş edirəm..
hə.. sənə bir maşın nömrəsi
verəcəyəm, yüksək sürətlə
sürür yolda. Onu saxlasınlar....
necə yəni dəlisə? Sən polis
deyilsən.
- Nərgiz mən polisəm yol
polisi yox
- Eee ayda ildə bir dəfə işim
düşüb onu eləməyəcəksənsə
nəyimə lazımdır sənin kimi
əmim oğlu
- Nərgiz!
- Etibar xahiş edirəm. Bax nə
istəsən edəcəyəm bircə o
maşını saxla.. sənin tanışların
olmamış olmaz. Həm biz
burda danışdıqca vaxt itiririk
- Nə istəsəm.
- Etibar!
- Eee yaxşı başımın bəlası..
- Sağole.. narahat olma
sözümü unutmadım. Dəstəyi
asıb Ülviyyəyə yığdı.. – alo
Ülüm. Narahat olma həll
elədim. Sənin Şəhriyarına
cərimə yazacaqlar amma
kalan.
- Nə?
- əşi nə isə narahat olma həll
olundu. Sən de görüm
neylədin? Dedin ona
gedəcəyini? Nə danışdınız.
- Nərgiz indi evə girməliyəm.
Hələ evdəkiləri sakitləşdirim
zəng vuraram.
- Vəfasızz.. bəs mən burda
ölüm? Aloo.. Ülviyyə, buna
baxe odboy verdi. Indi gəl
döz görüm necə dözürsən.
Ülviyyə evə girən kimi, anası
üstünə cumdu. – Ülviyyə!
Haradasan sən? Öldüm
burda.. Allahım çox şükür.
- Narahat olma.. gedim
əşyalarımı yığım.
- Hardaydın? Heç nə olmamış
kimi gedə bilmərsən dayan
görüm
- Ana bəsdir. Harada
olduğumu çox yaxşı bilirsən.
- Yenə onunla idin?
- Ana!
- Gülnaz! Kifayətdir. Qoy
getsin. Kamal bəyin dəhlizdə
olmadığını görən Gülnaz
diksinərək kənara çəkildi.
Ülviyyə başını aşağı salıb
atasına baxmadan utanaraq
otağına keçdi.
- Bəsdir qızın üstünə getdin.
O özü çox yaxş bilir ki,
neynəmək lazımdır.
- Kamal mən onun üçün
deyirəm.

[cavab]

pol Ayan01 24 May 2014 / 21:45
- Bilirəm Gülnaz bilirəm.
Amma onzsuzda özündə
deyil sən də üstünə gedib lap
dəli eləmə. O bizim qızımızdır.
Nə qərar verəcəyini hər
kəsdən yaxşı bilir. Kamalın
"bizim qızımızdır” sözü niyə
Gülnazın ağlında daha çox
ilişib qalmışdı. Düşündü ki,
görəsən bunu xüsusi vurğu
ilə dedi ya sadəcə o daha çox
sözün üstündə qaldı. Kamala
yaxınlaşıb – Hə o bizim
qızımızdır. Ona görə
istəmirəm ki, kimsə onu
incitsin.
- Onu səndən başqa incidən
olmadı.
- Kamal..
- Hə Gülnaz.
- Sən.. sən də məni gühankar
bilirsən?
- Mən günhakarsan
demədim. Mən dedim ki, onu
incidən Şəhriyardan çox
sənsən.
- Neyləməliydim? Başa
düşmürəm səni.
- Heç nə. Məsələ də ondadır
ki, heç nə eləməməli idin.
Qərarı onun özünə
buraxmalıydın.
- Kamal mən səni..
- Hə..dayanma, eşidirəm. Məni
düşünürdün. Arvadımın
sevdiyi yeganə insanla quda
olmamağım üçün çabaladın
ya özün görmək istəmirdin.
Bəlkə xatirələrin canlandı, ya
da sevgin yenidən baş
qaldırdı.
- Kamal! Bəsdir. Bu nə
danışıqdır? Kamal Gülnaza
yaxınlaşıb diqqətlə onun
gözlərinə baxdı. Gülnaz yenə
də Kamalın gözlərindəki
istiliyi görmədi. Yerini buz
kəsmiş baxışlar almışdı.
Gülnaza diqqətli baxdıqdan
sonra qapıya tərəf gedib –
mən də sabah Ülviyyə ilə
gedəcəyəm. Bir müddət belə
olsa yaxşıdır deyib evdən
çıxdı. Gülnaz şok olmuşdu.
Heç nə deyə bilmədən Kamal
artıq çıxmışdı. Göz yaşları
indi onun ən vəfalı dostu idi.
Bu günlərdə onu tək
qoymyan vəfalı sevgili. Tək
Gülnaza yox, göz yaşları bir
çoxunun vəfalı sevgilisi idi.
Ülviyyə narahat halda
Şəhriyara yığmaq istəsə də
eləmədi. Düşündü ki, lap
əsəbiləşər. Şəhriyar isə artıq
evə taksi ilə gəlirdi.
Həddindən artıq yüksəsk
sürətlə idarə etdiyinə görə
maşın polsiu saxlamış və
əlindən alaraq cərimə
meydançasına aparmışdı.
Əslində cəza almaqla
kifayətlənə bilərdi, amma
polis aparacaqlarını deyincə
şəhriyar o halda olmadığı
üçün etriaz etmədən talsiyə
əyləşmişdi. Nərgizin planı işə
yaramışdı. Əlinə telefonunu
alanda saysız zənglərin
gəldiyini gördü. Ən çox yığan
Kənan idi. Yadına düşdü ki,
ona zəng vuracağını söz
vermişdi. Amma o halda
olmadığından yenidən
telefonu cibinə qoyacaqdı ki,
Kənanın nömrəsi ekranda
peyda oldu. Bu dəfə açdı.
- Alo
- Ay qardaş niyə imkan
vermirsən sevdiyimə
qovuşum?
- Nə?
- Nə isə ürəyim partladı
burda. Sənə təcili sözüm var.
Ülviyyə barədə.
- Kənan nə danışırsan nə
təcili nə Ülviyyə
- Ülviyyə sabah gedir.
Moskvaya əmisigilə.
- Sən haradan bilirsən?
- Boş ver uzun söhbətdir.
Indi sən de görüm qız
qaçırtmaq məsləsinə necə
baxırsan?
- Nə?!
- Telefon söhbəti deyil,
haradasan gəlim ora.
Şəhriyarla telefon danışığını
sonlandıran Kənan Nərgizə
bir mesaj atıb otaqdan çıxdı.
Nərgiz isə Ülviyyədən mesaj
gəldiyin düşünərək həvəslə
telefonu əölinə aldı.
Kənandan görüb lap
həvəsləndi. Amma mesajdan
heç nə anlamadı. "Hər şeyi
yoluna qoycağam ” mesajı
oxuduqdan sonra zəng vursa
da Kənan telefonu
götürmürdü. Ardınca sms
yazssa da yenə də cavab yox
idi. O da Ülviyyəyə zəng
vurub danışdı. Ülviyyə
olanları danışdıqdan sonra
dərindən nəfəs alaraq –
bilmirəm Nərgiz. Deyə
bilməzdim gedəcəyimi. Lap
dəli olardı. Bu zaman bəlkə
hər şeyi qaydasına qoyar.
- Şəhriyar bilsə sənə getməyə
imkan verməz. Mən də
istəmirəm.. Bəs mən
nenyiyəcəyəm hə? Burda tək
quqqulu kimi.
- Nə kimi?
- Hər nə isə mövzumuz o
deyil
- Allah səni güldürsün, bu
halımda da məni güldürdün.
Mənə bax Şəhriyara
deməmisən gedəcəyimi? Bax
söz vemisən?
- Yox mən heç nə
deməmişəm. Amma
deməmək üçün özümü güclə
saxlayıram. Sənin qarşını
ancaq o ala bilər.
- Ehh Nərgiz.. Atam da
mənimlə gedəcək.
- Biyy Kamal əmi də? Bəs
Gülnaz xala? Tək
qoyacaqsınız burda?
- Atam yəqin ki, tez qayıdar
inanmıram anamı burda tək
qoya.
- Hə Kamal əmi onsuz qala
bilməz.
- Hə atam çox sevir onu.
- Elə Gülnaz xala da.
- Onu bilmirəm.
- Elə demə. Mən onunla
söhbət edəndə özü dedi.
- Nə isə.. Nərgizim yatım
səhər tezdən işdə görüşərik.
Gələcəyəm ərizəmi yazam
məzuniyyət üçün.
- Ok.. öpdüm, yuxunda məni
gör..
- Dəli qız.. sağol.
Kənan Şəhriyarı barda görüb
ona yaxınlaşdı. – bilmirdim
buralara gəldiyini.
- Mən də bu gün öyrəndim.
- Oo içməyə başlamısan, bu
nədir. Gecə hələ indi
başlayırsa bu qədər sərt içki
tez deyil?
- Başımı dağıtmalıyam.
- Şəhriyar bu zibildən uzun
zamandır istifadə etmişəm
inan mənə başı dağıdır,
amma fikirdən yox ağrıdan.
Ona görə qoy kənara mənə
qulaq as. Neyləmək
fikrindəsən Ülviyyə ilə bağlı.
- Deyəsən heç nə. Istəmir
məni.
- Necə istəmir? Ona görə
işlərini yazıq Nərgizimin
üstünə atıb işə gəlmir?
- Ooo Nərgizim..
- Bunu aqncaq sənin yanında
cəsarətlənib deyə bilərəm.
Onun yanında desəm....
- Məncə də hələ cəhd etmə.
Ən azından sevgini etiraf elə
sonra.

[cavab]

pol Ayan01 24 May 2014 / 21:46
- Elə bilirsən eləməmişəm. Elə
bil kimsə qarğıyıb məni nə
vaxt etriaf etsəm bir əmma
çıxır. Amma söhbətimiz bu
deyil. Mənim bir planım var.
əminəm ki, ona getməyə
icazə verməyəcəksən.
- Nə plan?
- Əminəm ki, Ülviyyə və ailəsi
onu qaçırıldıqdan sonra
verməyə razı olacaq.
- Başa düşümürsən Kənan,
ailəsi yox özü istəmir. Ailəsi
də istəmir, amma özü
istəmiyəndən sonra mən heç
nə edə bilmərəm.
- Əlini qolunu bağlayıb
oturacaqsan?
- Neynim?
- Mən deyəni elə. Nərgizin
qəhrəmanı olmağımın tək
çıxış yolu səndən keçir.
- Mən də deyirəm bu niyə
mənə yaxşılıq edir. Denən ta
öz dərdim var da.
- Yox elə sizin dərdi
çəkəcəkdim. Siz ikinzidə
ağılsızlıq edirsinizssə mənə
nə? Təbii halınıza pis oldum,
amma mən sizdən geri
qalmıram. Sən yenə ən
azından sevdiyini demisən
mən yazığa o da qismət
olmayıb.
- Mənə bax döyülmək
istəyirsən deyəsən.
- Sən Allah onsuzda bu gün
Nərgizin
"poklonniklərindən” (
pərəstişkar.) birinin
yumuruğunu çənəmə
yemişəm.
- əcəb olub sənə.
- Sən zarafat elə. Qız elə bil
maqnitdir, ay balam başqa
qız yoxdur gərək gəlib
bundan yapışasınız. Ayda ildə
birni sev seç o da dəli çıxsın,
özü də hamının sevgisini
qazanan. Yenə sözümü
dağıtdın. İndi nə deyirsən
xoşbəxt olub məni də
xoşbəxt etmək istəyirsənsə
danışım planı.
- Yaxşı danış görüm..
Kənan danışıb bitirdikdən
sonra – Hə nə deyirsən?
- Sən deyəsən kinolara çox
baxırsan deyirəm.
- Aydaaa qardaşım mən hər
şeyi təşkil edirəm. Sən sadəcə
razılaş
- Deyəsən vaxtikən çoz qız
qaçırtımısan
- Bunu nərgizin yanında
desən heç nə.
- Qaçırtımsan.
- Qaçırtsam evli olaram hər
halda, sadəcə mənim
fantaziyalarım genişdir.
Deyərək əlini saçına aparıb
özündən razı şəkildə
sığalladı. Qaşının birini də
qaldırıb gülmsəyərək
Şəhriyara – uşaq olarsan da
deyə əlavə elədi.
- Bilmirəm.
- Bilmirəmi yoxdur razısansa
mən başlayıram. Şəhriyarın
yenə tərəddüd etdiyini görən
Kənan - qardaşım sonda
Ülviyyənə qovuşacaqsan
bundan artığı var? Şəhriyar
gülümsəyərək aşını təsdiq
formasında yellədi. Kənan isə
əlinə telefonu alıb planını
gerçəkləşdirmək üçün
zənglərə başladı.
Ardı var

[cavab]

pol tutu 24 May 2014 / 22:01
Uffff ureyim partladikiiii

[cavab]

pol Ayan01 24 May 2014 / 22:02
Təsadüf yoxsa alın
yazısı (Bölüm 22)

[cavab]

pol Ayan01 24 May 2014 / 22:04
Evdə dəhlizdə qapı ağzında
dayanan çantalara baxan
Gülnaz özünü saxlaya
bilməyib ağlayırdı. Gözünün
ağı qarası qızının getməsi
bəs deyilmiş kimi həm də
ömür gün yoldaşı da gedirdi.
Kamal bəy onu evlilik həyatı
boyunca nə qədər tək qoysa
da daima tez qayıdardı.
Ülviyyə balaca olanda isə
hara getsə onları da özü ilə
aparırdı. Indi isə çantaların
çoxluğuna baxanda başa
düşürdü ki, bu səfər deyəsən
zənn elədiyindən uzun
olacaq. Öyrəşməmişdi buna.
Ona görə, lap təsir edirdi.
Kamal qapını açıb çantaları
aşağı maşına aparmaq
istəyəndə Gülnazın ağladığını
görüb pis oldu. Heç nə
demədən alnından öpüb
çantanı əlinə aldı. Gülnaz isə
dözməyərək ona arxadan
sarılıb – tez gəl, mən
öyrəşməmişəm sənsiz
qalmağa deyərək bərk bərk
qucaqladı. - Qızımızı da tez
gətir, özü də tez gəl. Kamal
isə gözünün dolduğunu hiss
etdirməmək üçün geriyə
dönmədən – çalışaram deyib
çıxdı. əli ürəyinin üstündə idi.
Bu müddət onu da çox
sıxmışdı. Ülviyyə də
otağından çıxıb başı aşağı
halda əlini çantasına atdı.
Amma anasının üzünə baxa
bilmirdi baxmaq istəmirdi.
Onun da bu işdə günahı yox
idi. Nə bilərdi ki, keçmişi bir
gün qarşısına çıxacaq özü də
bu şəkildə. Ayıb bir şey
etməmişdi. Sadəcə sevmişdi.
Onun kimi o da bir zamanlar
sevmiş və güvənmişdi. Amma
yenə də həzm edə bilmirdi.
Anası onun qarşısında
dayanıb içini çəkə çəkə
ağlayırdı. Ağladığından sözlər
ağızndan aramla çıxrdı. –
Qızım.. məni bağışla.. mən...
mən bilirəm bunu
yaşatmamamlı idim sənə.
Lənət olsun o günə ki, Səlimi
gördüm. Anasının bu sözü
deyib daha da hıçqırmasına
Ülviyyə dözməyib onu bərk
bərk qucaqladı. – Ana mən
səni çox sevirəm. Hər nə olur
olsun səni çox sevirəm bunu
unutma. Bu dea keçəcək
zamanla. Ülviyyəyə elə
sarılmışdı ki, Gülnazın qolları
özündən asılı olmadan sanki
illərin ağrısını indi gözündən
axıdırmış kimi hönkürtü ilə
ağladı. Bir Allah şahid idi ki, o
bunu nə qədər etmək istəyib.
Hər dəfə ülviyyəyə hər şeyi
danışıb onunla dərdləşmək
istəyib, amma hər dəfə də
özünə sərhəd qoyurdu. Bu
da qoyduğu sərhəddin
nəticəsi. Qızı və yoldaşı onu
tərk edirdi. Kamal bəy yuxarı
qalxıb Ülviyyəni çağırmaq
istədi. Gülnazla Ülviyyəni belə
görəndə lap sıxıldı. Onlar
görməsin deyə qapının
ardında dayandı. Ürəyinin
döyüntüsü gözünü
qaraltmışdı. Sanki
qulaqlarında döyünürdü. Bir
az özünü toparlayıb Ülviyyəni
çağırdı. – gecikməyək qızım
gəl. Gülnaz Ülviyyədən ayrıla
bilmirdi. Ülviyyə güclə onun
qollarının arasından çıxıb. -
Bir müddət keçsin ara
sakitləşsin sən də gələrsən.
- Atan məni görmək istəmir
Ülviyyə. O çağırmasa mən
gəlməyəcəyəm.
- Elə demə. Onun üçün lap
çətindir. Sevdiyini paylaşmaq
necə bir hissdir özün bilirsən.
- Hə.. hə.. get qızım , gözlətmə
onu.. bir birinizin qayğısına
qalın. Bu aralar çox arıqlayıb,
yeyəmini də yaxşı yemir.
Diqqət et ona..
- Yaxşı ana.
- Özünə də yaxşı bax. Ağlın
Bakının havasına getməsin.
Oralar sərin olur. Nazik
geyinmə əynini.. danışdıqca
lap ağlayan Gülnaz artıq
taqətdən düşmüşdü.
- Ana yaxşısan..
- Hə yaxşıyam.. get sən.
- Yola salmağa gəlmirsən.
- Buna dözə bilmərəm.
Arxanızca baxa bilməörəm
gedin. Sağ salamat.
- Hələlik ana.
Ülviyyə gəlib maşına
əyləşəndə atasını rənginin
ağardığını görmüşdü.
- Yaxşısan, ata?
- Hə..o necədir?
- Yaxşıdır, bizim getməyimizə
pis olub, əsas da sənin. Kamal
üzündə acı təbəssümlə
gedək gecikiriki deyib
ülviyyənin dediyinə heç bir
reaksiya vermədi. Onlar hava
limanına doğru yol alarkən
Kənan əlində telefon
şəhriyara yığırdı.
- Alo Şəhriyar, hazırsan?
- Kənan bilmirəm, bunlar
mənə uşaq oyunu kimi gəlir

[cavab]

pol Ayan01 24 May 2014 / 22:08
- Aaaa cığalllıq eləmə də
Şəhriyar. Nə oyunu. Həm
oyun olsa belə, sonda
sevdiyinə qovuşacaqsan.
Vaxt itirməyək getmək
lazımdır hava limanına.
Öyrənmişəm 2 saata uçuşdur
- Mən neynəməliyəm yaxşı.
- Ay sağol bu başqa məsələ.
Sən bircə get hava limanına
mən də gəlirəm. Kənan
telefonu söndürüb ardınca
otaqdan çıxaraq Nərgizə
yığdı. Nərgiz də hava
limanına gedirdi. Ülviyyə ilə
orada sağollaşmaq istəyirdi.
Səhər evdən çıxanda Ülviyyə
onu gəlməyə qoymamışdı ki,
onunla sağollaşmasın. Çünki
onlar ikisi heç vaxt ayrı
qalmayıblar. Nərgiz telefonun
çaldığını görüb açdı..
Ülviyyəni gedişi üçün kədərli
olduğundan səsindən bu
həzinlik hiss olunurdu.
- Alo
- Necəsən Nərgiz?
- Yaxşıyam deyə
bilməyəcəyəm
- Mən sənin əhvalını
qaldırsam necə?
- Anlamadım.
- Deyirəm mən sənin əhvalını
qaldırsam, kefini düzətləsm
necə?
- Vallah Kənan bu saat
zarafatlaşacaq halda deyiləm.
Mənim kefimi açacaq tək şey
Ülviyyənin getməməsi idi, o
isə gedir. Ona görə bu gün
mənə toxunma.
- Əgər onun getməsinin
qarşısını alsam mənə qarşı
kobud davranmaqdan əl
çəkəcəksən?
- Sən bunu eləsən mən nə
istəyirsən onu edərəm.
- Söz!
- Uff kənan sağol, halım
yoxdur hələlik.
- Adam kədərli anında heç
olmasa sevdiyini yanında
istəyər sən bu halında belə
məni rədd edirsən, amma
mənsə yanında olacağam
deyib dəstəyi asdı. Bu
sözlərdən qızaran.Nərgiz
cavab verməyə çatdırmadı.
Dəstəyi asıb gülümsəyərək –
məndən beş betər dəlidire..
deyərək başını buladı.
Şəhriyar hamıdan əvvəl hava
limanına gəlmişdi. Terminalın
qarşısında dayanıb Ülviyyəni
ondan uzaqlaşdıracaq
təyyarənin uçuş saatına
baxırdı. Ağlında min fikir var
idi. Vaz keçmək geriyə
qayıtmaq istədi. Ülviyyə ona
gedəcəyini deməmişdi, yenə
qaçırdı. Bu ona çox təsir etdi,
amma digər tərəfdən də onu
o qədər sevirdi ki, inciklik
qürur hər şey kənarda
qalırdı. Tərəddüdlər içində
gedib oturacağa əyləşdi.
Başını əlləri arasına alıb
gözləməyə başladı. Nərgiz də
tez gələnlər arasında idi. O da
gəlib Şəhriyarı görmədən ön
oturacaqda özünə yer alıb
gözləməyə başladı. Kənan az
sonra gəlib şəhriyara zəng
elədi. Telefonu açb içəridə
olduğunu deyən Şəhriyarın
yanına gəlib əyləşdi. Qarşıda
2 oturacaq qabaqda oturan
Nərgizdən xəbərsiz idilər.
Nərgiz başını döndərəndə
onalrı gördü. Çaşqın halda
yaxınlaşmaq istəsə də
söhbətlərini eşidib dayandı.
Şəhriyarı inandıprmağa
çalışan Kənana diqqətlə
baxdı. Nə istəyirdi niyə
gəlmişdi deyə düşündüyündə
ağlına az əvvəl telefonla
söhbətləri gəldi. – Əgər
mənim kimi dəlidirsə vallah
billah eləyəcək. Ülviyyəni
qoymayacaq getməyə
Sevinərək onların ynaına
gəlmək istədi, amma yenə
dayandı. Bu dəfə Ülviyyəni
uzaqdan görüb ona doğru
getdi. Artıq Kənanı və
Şəhriyarı unutmuş, gözü
ağlamaqdan qızaran
Ülviyyəni qucaqlayır o da
ağlamağa başlayırdı. Kamal
bəy çantaları boşalda
bilmirdi. Hər biri ona dəhşətli
dərəcədə ağır gəlirdi. Nərgiz
onu görüb Ülviyyəyə baxdı.
Ülviyyə də qorxaraq atasına
yaxınlaşıb – Ata nə olub?
Yaxşı deyilsən sən.
- Yox yaxşıyam, hava çox isti
oldu birdən. Halsızlaşdım.
Desə də hava əslində o qədər
də isti deyildi. Kənan Ülviyyə
Nərgizi görüncə Şəhriyarın
qolundan tutub aralı getdi.
Başı ilə göstərərək – budur
gəldilər, artıq plana keçmək
lazımdır. Şəhriyar başını
döndərdiyində Kamal bəyi də
gördü. Yəqin yola salmağa
gəlib deyə düşünərkən əlində
iki paspportun olduğun
görüb – atası yanındadır.
Kənan plan təxirə düşür.
Olmaz.
- Nə? Nə ata? Nərgiz mənə
bunu deməmişdi. Aydaaa.
Indi neyniyək?
- Heç nə. Özüm gedib
danışaram..
- Hara? Şəhriyar artıq yolunu
onlara tərəf almışdı. Kamal
bəyin vəziyyəti isə getdikcə
pisləşirdi.və birdən şəhriyar
yaxınlşanda onu görməsə də
onun üzərinə yıxıldı.
Qışqırıqlar çaşqınlıqlar ortanı
daha da qarışdırdı. Şəhriyar –
Kamal bəy! Deyərək onu bərk
bərk tutmuşdu. Ülviyyə isə
Şəhriyarın hardan çıxdığını
anlamadın atasına tərəf
əyilərək, qorxudan ağlayaraq
– ata ata nə oldu deyə
hııçqırıdı. Nərgiz və Kənan da
onlara qoşulunca artıq
ətrafdakılar onları əhatəyə
alırdı.

[cavab]

pol Ayan01 24 May 2014 / 22:09
Şəhriyar onun
köynəyinin yaxasını açıb –
kənara çəkilin hava alsın
deyə bağırırdı. Kənanla onu
maşına oruzdurub
xəsətəxanaya yollandılar.
Ülviyyə və Nərgiz də onlarla
birlikdə idi. Nərgiz nə qədər
Ülviyyəni sakitləşdirməyə
çalışsa da Ülviyyə şokdan nə
elədiyini bilmirdi.
Xəstəxanada dəhlizdə olan
abu hava olduqca ürək sıxıcı
idi. Ülviyyəni sakitləşdirmək
üçün artıq iynə vurmuşdular
o da palatada uzanmış
yuxlamışdı. Nərgiz onun
yanından bir dəqiqə belə
olsun ayrılmırdı. Şəhriyar
divara söykənib Ülviyyəni
izləyirdi. Təlaşdan heç kim
Gülnaza xəbər verməmişdi.
Həm nə deyəcəkdilər. Yazıq
qadın yoldaşının dərdini
çəkəcəkdi yoxsa qızın halına
yanacaqdı. Necə
deyəcəkəlrini bilmirdilər.
Kamal bəy infarkt keçirmişdi.
Aparata bağlı uzanmış huşu
özündə deyildi. Ülviyyə yavaş
yavaş özünə gələndə ətrafa
baxıb harada olduğun
anlamadı. Nərgiz cəld ayağa
qalxaraq – Ülüm, yaxşısan?
Deyə sakitcə onun saçını
sığallayaraq soruşdu.
Şəhriyarda yaxına gəlib onu
əlindən tutdu. Ülviyyə hər
ikisinə çaşqın halda baxıb
sonra olanları xatırladı.
- Ata! Deyə yerindən dik
qalxdı. Şəhriyar onu tutub –
shh sakit ol.. yaxşıdır..
narahat olma.
- Onu görməliyəm burax!
- Ülviyyə indi olmaz!
- Şəhriyar burax görməliyəm.
deyə Ülviyyə yenidən
həyəcanlanaraq ağlamağ
başladı. Şəhriyar onu bərk
bərk qucaqlayıb
sakitləşdirmək istəyirdi.
Kənan nərgizin qolundan
tutub başı ilə çıxmasını istədi.
Nərgiz – amma deyincə
Kənan onu susduraraq – indi
tək qalsalar yaxşıdır. Deyib
ehmalca Nərgizi otaqdan
çıxardı. Ülviyyə isə hələ də
şəhriyara yalvarırdı ki, onu
atasının yanına aparsın.
- Nolar xahiş edirəm burax
mən onu görməliyəm.
- Həkim icazə vermir içəri
girməyə?
- Nəyi var nə oldu?
- Infarkt deyərək Şəhriyar
sakitcə başını aşağı salıb
dilləndi.
- Nə? Ülviyyə lap şoka
düşmüşdü. Artıq nə
edəcəyini bilmədən
günahkar axtarmağa başladı.
- Sən elədin.
- Nə ?
- Sən gəldin.. səni
görməsəydi belə
olmayacaqdı. Lənət olsun.
Sən elədin. Bax görürsən
bizim bir araya gəlməyimiz
nələrə başa gəlir. Ülviyyə
səsini qaldırıb Şəhriyarın
sinsəni yumuruqlasa da
Şəhriyar bu sözlərin acıdan
deyildiyini bilirdi onu daha
da bərk qucaqlayıb saçını
öpərək
- Söz verirəm hər şey
düzələcək deyə o Ülviyyəni
özünə sıxdı.
- Ülviyyə isə hələ də hönkürtü
ilə ağlayır yenə də sən elədin..
ya da mənəm günahkar deyə
çırpınırdı.

[cavab]

pol Ayan01 24 May 2014 / 22:11
Nərgiz dəhlizdə onun səsini
eşidəndə bədəbi ürpərdi
cəlld içəri keçmək istəsə də
Kənan onun qolunu tutaraq –
məncə tək qalsalar yaxşıdır –
- Axı o acı çəkir.
- Nərgiz Şəhriyar ordadır.
Narahat olma. Nərgiz
oturacağa çöküb əlini üzünə
tutdu. Bir neçə saniyə sonra
onun çiyinlərinin əsdiyini
görən Kənan anladı ki, Nərgiz
ağlayır. Onun qarşısında
çöküb əllərini üzündən çəkdi.
Nərgiz gözlərini sıxmış
balaca uşaqlar kimi
ağlayırdı..bu dəfə acı çəkdiyi
bəlli idi. Bu qızlar bir birinə\
necə bağlıdır deyə
düşünüərək nərgizi Ülviyyəyə
qısqandıda. Onun yanına
oturub başını öz sinəsinə
doğru çəkdi. Saçlarını
sığallayaraq sakitləşdirmək
üçün aramla danışırdı.
- Sən ağlama, sənə gülmək
yaraşır. Bax görərsən hər şey
yoluna düşəcək. Deyərək onu
özünə trəf sıxdı. Nərgizdə
Kənanın bu istiliyinə biganə
qala bilməyib daha da
həssaslaşıb ağladı. Palatadan
Ülviyyənin səsini eşitdikcə
Kənana daha da qısılır, elə bil
onun acısını Nərgiz öz
bədənində hiss edirmiş kimi
qıvrılırdı. Kəönan onu oradan
uzaqlşadırmaq istəsə də
nərgiz getmək istəmirdi.
Gözünü yaşını silib – Gülnaz
xalaya deməliyəm. Bilməlidir
deyə telefonu əlinə alaraq
səsini düzəldib nömrəni
yığdı. Gülnazı qoxutmamaq
üçün özünü toparlasa da
alınmırdı. Gülnaz isə evdə
vaxtı hesablayaraq təyyarə
enən kimi Ülviyyəyə zəng
edəcəkdi. Telefonun zəng
çaldığını görüb əl atdı. Nərgiz
idi. Burda onunla qalan
yeganə insan, gülümsəyərək
telefonu açdı.. amma az
sonra telefon əlində yerə
sürüşərək düşdü. Özü də diz
üstə çöküb pıçıltı ilə - Kamal
deyə bildi.. bu pıçıltı içindəki
hayqırtının səsi oldu. Ülviyyə
atasının palatasını ynaıdna o
yana bu yana gedir.
Barmaqlarını sıxırdı. Şəhriyar
ona yaxınlaşıb. –
barmaqlarını qıracaqsan indi
sakitləş,.
- Niyə qoymurlar içəri keçim.
Axı o mənim atamdır.
Dəhlizdə anasını görüncə bir
addıpm geri çəkildi. Şəhriyar
isə - Ülviyyə ona indi
hamıdan çətindir, belə eləmə.
Sənin anandır.
- O da günahkardır. Biz
hamımız günahkarıq şəhriyar
- Yox. Inan mənə burda heç
kimin günahı yoxdur. Anana
indi sənin dəstəyin lazımdır.
Mənə bax.. Ülviyyə mənə bax.
Ülviyyə isə baxışlarını yerə
dikmiş bütün əzələlərini
sıxmışdı.
- Gözümün işığı mənə bax..
Şəhriyarın bu sözünə daha
da yumuşalan Ülviyyə ona
baxaraq dodaqlarını büzdü.
- Get onun yanına deyə
şəhriyar əli ilə üzünü
sığalladı.
- Gülnaz şüşədən Kamala
baxırdı. Dözməyib yerə
çökdü, hamı onun yanına
gəlib ayağa qalxması üçün
kömək eləsələrd də Gülnazın
əli ayağı tutmurdu.
- Kamal, Kamalım deyə qırıq
qırıq dillənirdi. ardi var

[cavab]

← 1 ... 12 13 [14] 15 16 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2006 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az